Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə181/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   177   178   179   180   181   182   183   184   ...   208

bu pulları nadir hallarda özlərinə xərcləyirdilər. Mən Yeni ildən bir neçə gün

əvvəl onların yanına gələndə atam mənə danışırdı ki, o, uşaqları çox və pulu az

olan “bir yoxsul dul qadın üçün” kömür və ərzaq alıb. Bu hədiyyələri verdiklərini

mənə danışanda valideynlərimin necə də sevinc hissləri keçirdiklərinin şahidi

oldum. Əminəm ki, atam Aristotelin ideal insan – xoşbəxtlik hüququna tamamilə

layiq olan insan təsvirinə, demək olar, müvafiq idi. “İdeal insan, – demişdi

Aristotel, – başqalarına xeyirxahlıq etməkdən sevinc duyur. Lakin o,

başqalarından xeyirxahlıq qəbul etməkdən utanır. Yüksək təbiətli insanlar

xeyirxahlıq edir, aşağı təbiətli insanlar onu qəbul edirlər”.

Bu fəsildə qeyd etməyə çalışdığım ikinci tezis bax budur:

Əgər biz xoşbəxtlik əldə etmək istəyiriksə, gəlin minnətdarlıq və ya

naşükürlük haqda fikirləşməyə son qoyaq, xeyirxahlığı bunu edərkən

keçirdiyimiz daxili sevincin naminə edək.

Övladlarının qədirbilməzliklərinə görə valideynlər on min illərdir saçlarını

yolur.

Hətta Şekspirin Kral Liri də xitab etmişdi:



... Ağrılıdır

ilan sancmadan da artıq

nankor övladın olması!”

78

Axı övladlar niyə də qədirbilən olmalıdırlar – bircə əgər biz onlarda bu hissi



tərbiyə etmişiksə? Qədirbilməzlik – alaq otu kimi təbiidir. Minnətdar olmaq

qızılgül kimidir. Onu bəsləmək, nazını çəkmək lazımdır.

Əgər övladlarımız qədirbilməzdirlərsə, günahkar kimdir? Bəlkə elə biz

özümüzük. Əgər biz onlara heç vaxt başqalarına minnətdarlıq etməyi

öyrətməmişiksə, onlardan özümüzə qarşı minnətdarlığı necə gözləyə bilərik?

Mən Çikaqodan bir nəfərlə tanışam ki, onun oğulluğa götürdüyü uşaqlarının

qədirbilməzliyindən gileylənməyə haqqı var. O, qutu fabrikində əldən düşənə

qədər işləyir, həftədə nadir hallarda qırx dollardan çox qazanırdı. Onun evləndiyi

dul qadın iki oğlunun kollecdə təhsil almalarına imkan yaratmaq üçün ərini borc

pul almağa dilə tutmuşdu. Bu adam həftədə aldığı qırx dollar maaşla ərzaq,

yanacaq, geyim almaq və mənzil haqqını ödəmək məcburiyyətində idi. Bundan

başqa, o, bu gəlirindən həm də öz borclarını ödəməli idi. O, dörd il ərzində öküz

kimi işləyir və heç vaxt da şikayət etmirdi.

Kimsə buna görə ona minnətdarlıq etdimi? Xeyr, bu, heç kimin ağlına da

gəlmədi. Onun həyat yoldaşı bunu elə belə də olmalıymış kimi qəbul edirdi,

oğlanları da analarından nümunə götürürdülər. Onlar öz atalıqlarına nəyə görə

isə minnətdar olduqlarını heç vaxt fikirləşmirdilər. Odur ki, qədirbilənlik

haqqında heç söhbət belə gedə bilməzdi!

Bunda günahkar kimdir? Oğlanlar? Sözsüz, amma ana daha çox günahkar idi.

Oğlanlarının cavan həyatlarını “borc hissi” ilə yükləmək anaya təhqiredici

görünürdü. Ana istəmirdi ki, onun oğlanları həyata “borclu” kimi qədəm

bassınlar. Buna görə də onun ağlına heç vaxt gəlmirdi ki, desin: “Sizin atalığınız

mərhəmətli şahzadə kimidir! Kollecdə təhsil almağınıza kömək edən odur!”

Bunun yerinə ana bu nöqteyi-nəzərə tərəfdar idi: “Ah, bu, onun edə biləcəyi ən

xırda şeydir”.

downloaded from KitabYurdu.org




Anaya belə gəlirdi ki, o, öz oğullarını hifz edir, lakin, əslində, o, oğlanlarında

həyata qarşı təhlükəli münasibət tərbiyə edirdi – guya bütün dünya onlara nə isə

borcludur. Və həqiqətən də, bu təhlükəli ideya onun oğlanlarından birini fəlakətə

gətirdi. O, öz xozeyinindən “borca pul almağa” cəhd etdi və əvvəl-axır

həbsxanaya düşdü.

Biz yadda saxlamalıyıq ki, övladlarımız bir çox hallarda biz özümüz onları

necə böyüdürüksə, o cür də olurlar. Məsələn, mənim anamın bacısı Viola

Aleksandr övladların “naşükürlüyündən” şikayət eləməyə heç cür haqqı

çatmayan qadınlara nümunədir. Mən hələ uşaq olanda Viola xala çox sevdiyi və

qeydinə qaldığı anasını öz yanına götürmüşdü və ərinin anasına münasibətdə də

eyni hərəkət etmişdi. Gözlərimi yumuram və fikrimdə keçmişə gedirəm. Mənə

belə gəlir ki, gözlərimin qarşısında bu iki qoca qadının Viola xalanın fermasında

onun ocağının yanında rahatlıqla əyləşdiklərini görürəm. Onlar Viola xalaya

narahatlıq gətirirdilərmi? Düşünürəm ki, çox vaxt. Amma onun davranışından

heç vaxt fikirləşməzdin ki, bu, elədir. O, hər iki qoca qadını sevirdi və onların nazı

ilə oynayırdı. Onlar Viola xalanın yanında özlərini evlərindəki kimi hiss edirdilər.

Viola xala altı uşağının olmasına baxmayaraq, onları çox yaxşı qəbul edirdi.

Amma o, heç vaxt hesab etmirdi ki, nə isə nəcib bir iş tutur və qarılara göstərdiyi

qayğının müqabilində heyrancasına minnətdarlıq gözləmirdi. Onun üçün bu, təbii

idi. O, öz qəlbinin səsinə əməl edirdi. Viola xala indi haradadır? O artıq iyirmi

ildən çoxdur duldur, onun öz ailələri ilə ayrı-ayrılıqda yaşayan uşaqları var.

Onların hamısı Viola xalanı səbirsizliklə gözləyir və onu özləriylə birlikdə yaşa-

mağa dəvət edirlər! Uşaqların onun üçün ürəkləri gedir və onunla bacardıqca çox

ünsiyyətdə olmaq istəyirlər. Bu, qədirbilənlikdən doğub? Heç də yox! Onları buna

sövq edən səmimi sevgidir. Onlar səmimiyyətin və mərhəmətin hökm sürdüyü

mühitdə böyüyüblər. Buna görə də qəribə deyil ki, indi vəziyyət dəyişəndə onlar

öz analarına münasibətdə cavab sevgisiylə yanaşırlar.

Buna görə də yadda saxlamalıyıq ki, qədirbilən övlad tərbiyə etmək üçün biz

özümüz başqa adamlara qarşı minnətdarlıq münasibəti göstərməliyik. Həmişə

yadda saxlayın ki, uşaqlar böyüklərin söhbətinə qulaq asmağı sevirlər. Elə ona

görə də sayıqlığı itirməyin. Analiz etmək üçün – başqa adamların mərhəmətini

uşaqlarınızın yanında azaltmaq istəyi növbəti dəfə könlünüzə düşəndə – dayanın.

Heç vaxt belə deməyin: “Kuzina Syunun Yeni il üçün göndərdiyi salfetlərə bir bax.

Bunları o özü toxuyub. Bunlar ona heç bir sentə də başa gəlməyib!” Belə bir giley

bizə tamamilə təbii görünə bilər, amma uşaqlar bizə qulaq asırlar. Kuzina Syunu

ürəkdən tərifləmək daha yaxşı olmazdımı: “Bir baxın, kuzina Syu bizim Yeni ili-

mizi təbrik etmək üçün neçə saat vaxtını sərf edib. O necə də gözəl insandır!

Gəlin elə həmin dəqiqə ona açıqca yazaq və təşəkkür edək”. Və bu minvalla

uşaqlarımız xeyirxahlığı qiymətləndirmək və xeyirxahlıq edənə öz

minnətdarlığını bildirmək vərdişini qeyri-şüuri surətdə mənimsəyəcəklər.

Qədirbilməzliklə bağlı kədərlənməkdən və narahat olmaqdan yaxa

qurtarmaq üçün üçüncü qaydanı yerinə yetirin:

A. Qədirbilməzliyə görə həyəcanlanmağın yerinə minnətdarlıq gözləməyin.

Unutmayın ki, İsa Məsih bir gün ərzində on cüzamlı xəstəni sağaltmışdı və

onlardan yalnız biri ona təşəkkür etdi. Biz İsa Məsihə ediləndən çox minnətdarlıq

niyə gözləməliyik?

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə