Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə183/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   179   180   181   182   183   184   185   186   ...   208

bağlamaq məcburiyyətində qalacağımdan qorxurdum. Elə bərk narahat olurdum

ki, diribaş oğlandan deyingən qocaya çevrilmişdim. Hirsli və əsəbi olmuşdum.

Amma özüm bunu sezmirdim. Yalnız indi anlayıram ki, buna görə mən az qala öz

xoşbəxt ailə ocağımdan məhrum olacaqdım. Lakin müəssisəmdə işləyən cavan

müharibə əlili bir dəfə mənə dedi: “Conni, sən gərək xəcalət çəkəsən. Özünü elə

aparırsan ki, elə bil dünyada vəziyyəti ağır olan yeganə adam sənsən. Tutaq ki,

sən müəyyən vaxta müəssisəni bağladın, hə, nə olsun? Hər şey qaydasına

düşəndə onu yenidən aça bilərsən! Sən bir çox nemətə maliksən ki, bunlara görə

taleyinə minnətdar olmalısan. Amma həmişə deyinirsən. İlahi, mən necə də

istəyərdim ki, sənin yerində olam! Mənə bir bax. Mənim təkcə bir əlim var və

sifətimin yarısı güllə yarasından eybəcər hala düşüb. Amma, buna baxmayaraq,

mən şikayət eləmirəm. Əgər sən deyinməyinə və mısmırıq sallamağına son

qoymasan, onda təkcə müəssisəni yox, həm də sağlamlığını, ailəni və dostlarını

itirəcəksən!”

Onun dedikləri məni sarsıtdı. Bu sözlər məni malik olduqlarımı qiy-

mətləndirməyə məcbur etdi. Mən dərhal dəyişməyi və əvvəlki kimi olmağı qət

etdim. Mən belə də elədim”.

Tanışım xanım Lyusil Bleyk malik olduqlarına sevinməyi və onda

olmayanlara görə narahat olmamağı öyrənənə qədər mənəvi fəlakət astanasında

idi.


Mən Lyusillə çox illər əvvəl tanış olmuşdum. Biz birlikdə Kolumbiya

Universitetinin jurnalistika fakültəsində, qısa hekayələrin yazılması ustalığını

mənimsədiyimiz kurslarda birlikdə təhsil almışdıq. Doqquz il əvvəl o, həyatında

ən dərin sarsıntı yaşamışdı. Həmin vaxtlar o, Arizona ştatının Tusone şəhərində

yaşayırdı. Budur, onun özü haqda mənə danışdıqları:

“Mən hadisələrin və əyləncələrin burulğanında idim: Arizona ştatının

universitetində orqan çalmağı öyrənirdim, diksiyanın düzəldilməsi üzrə

məşğələlərə rəhbərlik edirdim, yaşadığım Dezert-Uillou-Rançda musiqinin

qavranması üzrə dərslər aparırdım. Təşkil olunan gecələrə, rəqs tədbirlərinə

gedir və hərdənbir at sürməklə məşğul olurdum. Bir gün səhər yatağımdan qalxa

bilmədim. Ürəyim! “Siz yataqda bir il uzanmalısınız. Sizə tam sakitlik vacibdir”, –

dedi həkim. O, əmin idi ki, mən nə vaxtsa yenə də sağlam olacağam.

Bütün ili çarpayıya pərçim olmaq! Əlil olmaq – bəlkə də ölmək! Dəhşətdən

başımı itirmişdim. Bu, niyə məhz mənim başıma gəldi? Günahım nədədir?

Ümidsizlikdən ağlayır və zarıyırdım. Mən kinli və hiddətli olmuşdum. Bununla

belə, həkimin məsləhətinə baxdım və yataqda qaldım. Qonşum, rəssam cənab

Rudolf mənə dedi: “Siz indi fikirləşirsiniz ki, bütöv bir ili yataqda qalmaq – bu,

faciədir. Amma bu, elə deyil. Fikirləşməyə və özünüzü tanımağa vaxtınız olacaq.

Həmin bir neçə ay ərzində siz ruhən bütün öz keçmiş ömrünüz ərzində

olduğundan çox böyüyəcəksiniz”. Mən sakitləşdim və dəyərləri yenidən

qiymətləndirməyə çalışdım. Elə kitablar oxuyurdum ki, onlar məni ruhlandırırdı.

Bir dəfə radioda bu sözləri eşitdim: “Siz yalnız şüurunuzda özünə yer tapanı ifadə

edə bilərsiniz”. Keçmişdə mən belə sözləri çox eşitmişdim, amma indi onlar

qəlbimə daha çox yatırdı. Mən yalnız mənə yaşamağa kömək edən şeylər

haqqında fikirləşməyi qərara aldım: sevinc, xoşbəxtlik və sağlamlıq haqda. Hər

gün səhər oyananda özümü, taleyimə nəyə görə minnətdar olmalıyamsa, hər şeyi

downloaded from KitabYurdu.org



xatırlamağa məcbur edirdim. Bu haqda fikirləşirdim ki, hazırda heç yerim

ağrımır, məftunedici qızım, yaxşı görmə qabiliyyətim, musiqi duyumum var.

Radio ilə ecazkar mahnı verilir. Mütaliə etmək üçün vaxtım var. Mənim yaxşı

dostlarım var idi. Bütün bunlardan mən o qədər şənləndim və yanıma o qədər

qonaq gəlirdi ki, həkim palatamın qapısına, yanıma yalnız bir nəfərin – o da

yalnız müəyyən olunmuş vaxtda – gəlişinə icazə verildiyi yazılmış lövhəcik asdı.

O vaxtdan artıq doqquz il ötüb və indi mən tamhəcmli fəal həyat sürürəm.

Yataqda keçirdiyim bu bir il üçün mən taleyimə dərindən minnətdaram. Bu,

mənim Arizonada həyatımın ən məhsuldar və xoşbəxt ili idi. Məhz həmin vaxt

mən özümdə taleyin mənə bəxş etdiyi bütün nemətləri hər gün səhər yada

salmaq vərdişini formalaşdırdım. Bu vərdiş məndə bütün ömürlük qaldı. O,

mənim həyatda mənimsədiyim ən qiymətli sərvətlərdən biridir. Bunu

xatırlayanda utanıram ki, yaşamağı yalnız ölməkdən qorxduğum vaxt öyrənə

bildim”.


Əzizim Lyusil Bleyk, siz doktor Semyuel Consonun iki yüz il əvvəl

mənimsədiyi həmin dərsdən ibrət götürdüyünüzü, ola bilsin, bilmirsiniz. “Hər bir

hadisənin müsbət cəhətini görə bilmək qabiliyyəti... Bu çox dəyərlidi”, – demişdi

doktor Conson.

Diqqət yetirin ki, bu sözlər peşəkar nikbin adam tərəfindən deyilməyib.

Bunları, iyirmi il ərzində ruhi əzablar, dilənçilik və aclıq içində yaşayan və əvvəl-

axır öz nəslinin ən görkəmli yazıçılarından biri və bütün dövrlərin ən parlaq

həmsöhbəti olmuş adam ifadə etmişdir.

Loqan Pirsall Smit aşağıdakını deməklə bir neçə sözdə çox dərin müdriklik

ifadə etmişdi: “Həyatda öz qarşında iki məqsəd qoymaq lazımdır. Birinci məqsəd

– can atdığınızın həyata keçirilməsi. İkinci məqsəd – nail olduğuna sevinə bilmək

bacarığı. İkinci məqsədə yalnız bəşəriyyətin ən müdrik nümayəndələri çatmağa

qabildirlər”.

Yəqin, inanmayacaqsınız ki, hətta mətbəxdə qab-qacaq yuyulması da ekstaz

halını doğura bilər. Əgər sizə bu barədə bilmək maraqlıdırsa, xanım Borhild

Dalın üstələnməyən mərdliyi haqqında bəhs edən ruhlandırıcı kitabı oxuyun.

Kitab “Mən görmək istəyirdim” adlanır.

Bu kitab əlli il ərzində faktiki olaraq kor olan bir qadın tərəfindən yazılıb.

“Mənim yalnız bir gözüm var idi, – deyə o yazır, – və o da sıx çapıqlarla büsbütün

örtülmüşdü. Nəyisə yalnız gözümün sol tərəfində zərrə boyda deşikdən görə

bilirdim. Kitabı yalnız onu sifətimə çox yaxın tutanda və var gücümlə çəpəki sol

tərəfə baxanda görə bilirdim”.

Lakin xanım Borhild Dal yazıqlığı inkar etdi və heç kimə də özünə yazığı

gəlməyə və özünü “”natamam” hesab eləməyə izin vermirdi. Uşaqlıqda o, başqa

uşaqlarla “klas-klas” oynamaq istəyirdi, amma xətləri və rəqəmləri görə bilmirdi.

Buna görə də başqa uşaqlar evə gedəndən sonra o, gözləri xətlərin yerini tuta

bilməsi üçün üzünü yerə yapışdıraraq sürünürdü. O, uşaqların oynadıqları yerdə

hər bir santimetri yadında saxladı və tezliklə hətta əla qaçmağı da öyrənə bildi.

Evdə o, iri şriftli hərfləri olan kitabı gözünə o qədər yaxın tuturdu ki, kirpikləri

səhifələrə toxunurdu. O, iki alimlik dərəcəsinə layiq görülüb: Minnesota Univer-

sitetinin incəsənət bakalavrı və Kolumbiya Universitetinin incəsənət magistri.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə