Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə185/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   181   182   183   184   185   186   187   188   ...   208

Vud, – ən məqsədəmüvafiq olanı – özü olmayanı təsvir edən adamlardan

bacardıqca tez yaxa qurtarmaqdır”.

Bu yaxınlarda mən “Sokoni-Vakuum-Oyl” iri neft kompaniyasının kadrlar

şöbəsinin rəhbəri Pol Bayntondan işlə bağı ona müraciət edən adamların ən

böyük səhvinin nədən ibarət olduğunu soruşdum. Pol Baynton bunu bilməlidir:

o, iş axtaran altmış mindən çox adamla söhbət edib, bundan başqa isə “İşə qəbul

olmağın 6 üsulu” adlı kitabı yazıb. O cavab verdi: “İş axtaran adamların ən böyük

səhvi bundan ibarətdir ki, onlar olduqları kimi yox, başqa təsir bağışlamağa

çalışırlar. Özlərini sərbəst tutmaq və tamamilə açıq danışmaq əvəzinə, onlar çox

vaxt sizin, öz rəylərinə görə, eşitmək istədiyiniz cavabı verməyə çalışırlar. Amma

bu, işə keçmir, çünki yalançılar heç kimə lazım deyil. Elə saxta pullar kimi”.

Budur, bunda öz acı təcrübəsi əsasında əmin olan bir qadının əhvalatı. O,

tramvay konduktorunun qızı idi. Bu qız müğənni olmağa can atırdı. Amma onun

sifəti ona bir çox xoşagəlməzliklər yaşadırdı. Onun ağzı böyük idi və dişləri

qabağa çıxırdı. O, birinci dəfə publika qarşısında Nyu-Cersidəki gecə klubunda

çıxış edəndə dişlərini gizlətmək üçün üst dodağını aşağı çəkməyə çalışırdı. O

özünü “məftunedici” göstərmək istəyirdi, amma bundan nə alındı? O, gülünc

görünürdü. Onun karyerası iflasla başa çata bilərdi.

Lakin, bəxtəvərlikdən, gecə klubuna gələnlərin arasında onun səsini

eşidərkən qızda talant olduğunu fikirləşən bir nəfər var idi. “Qulaq as, – deyə o,

açıq surətdə qıza bildirdi, – mən sənin çıxışını izləyirdim və sənin nəyi

gizlətməyə çalışdığını bilirəm. Sən öz dişlərindən utanırsan”. Qız pərt oldu, amma

kişi danışmaqda davam edirdi: “Hə, indi nə olsun ki? Məgər bu – gözəl dişlərin

olmaması cinayətdir? Onları gizlətməyə çalışma! Ağzını aç və publika görəndə ki,

sən dişlərindən utanmırsan, səni sevəcək. Bundan başqa, – deyə o,

uzaqgörənliklə bildirdi, – indi gizlətməyə çalışdığın həmin bu dişlər, ola bilsin,

sənə uğur və var-dövlət gətirəcəkdir!”

Kess Deyli onun məsləhətinə əməl elədi və öz dişləri haqda unutdu. Həmin

vaxtdan etibarən o yalnız onu dinləyən publika haqqında fikirləşirdi. O, ağzını

geniş açır və elə hissiyyat və temperamentlə oxuyurdu ki, kino və radioda ən

parlaq ulduzlardan biri oldu. Başqa komediya artistləri indi onu yamsılamağa

cəhd edirlər.

Məşhur Uilyam Ceyms “orta təfəkkürlü adam özündə olan intellektual

qabiliyyətlərin yalnız on faizini inkişaf etdirir” deyəndə məhz özünü tapa

bilməyən adamları nəzərdə tuturdu. “Bizim necə olmalı olduğumuzla

müqayisədə, – yazırdı o, – biz yalnız yarımçıq oyağıq. Biz öz fiziki və əqli

resurslarımızın yalnız kiçik hissəsini istifadə edirik. Ümumiyyətlə deyilərsə,

insan bu minvalla öz imkanlarını heç uzaqdan-uzağa da istifadə eləmir. İnsan

müxtəlif təmayüllü qüvvələrə malikdir ki, bunlar, adətən, hədər yerə it-bat olur”.

Siz və mən bu cür qabiliyyətlərə malikik, buna görə də başqa adamlara

oxşamadığımızla bağlı narahatlıqlara gəlin bir saniyə də vaxt itirməyək. Bu

dünyada siz özünüzlə nə isə təzə bir şey təcəssüm etdirirsiniz. Dünyanın əzəli

qoyulandan bu yana dəqiqliklə sizin kimi olan başqa bir adam olmayıb; və

gələcək bütün zamanlar ərzində sizin tam təkrarınız yenə də heç vaxt olmayacaq.

Genetikanın məlumatlarına uyğun olaraq, biz əsas etibarilə 24 ata və 24 ana

xromosomunun qarşılıqlı fəaliyyəti nəticəsində məhz olduğumuz kimi təşəkkül

downloaded from KitabYurdu.org



tapırıq. Bizə irsən miras çatan nə varsa, həmin 48 xromosomda qoyulub. “Hər bir

xromosomda olan genlərin sayı, – deyə Amran Şeynfeld yazır, – iyirmidən

yüzlərə qədərdir, – özü də bəzi hallarda tək bircə gen insanın bütün həyatını

dəyişməyə qabildir”. Həqiqətən də, biz “qorxunc və möcüzəvi şəkildə”

yaradılmışıq.

Hətta sizin atanız və ananız görüşəndən və nikaha girəndən sonra da məhz

sizin kimi bir insanın doğulması şansı üç yüz milyarddan tək biri ola bilər. Başqa

sözlə, əgər sizin üç yüz milyard qardaş və bacınız olsaydı, onların heç biri sizə

oxşamaya bilərdi. Siz düşünürsünüz ki, bunların hamısı ehtimallardır? Heç də

yox. Bu, elmi faktdır. Əgər siz bu məsələ ilə bağlı əlavə məlumat almaq

istəyirsinizsə, öz ictimai kitabxananıza gedin və “Siz və irsi miras” adlı kitabı alın.

Müəllifi Amran Şeynfelddir.

Mənim “özünü tapmaq” zərurəti haqda danışmağıma əsasım var, çünki bu,

mənə çox dərin toxunan məsələdir. Mən nə haqda danışdığımı bilirəm. Kədərli

təcrübəm mənə həddən artıq baha başa gəldi. Gəlin aydınlaşdıraq: mən

Missurinin qarğıdalı sahələrindən ilk dəfə Nyu-Yorka gələndə Amerika Dramatik

İncəsənət Akademiyasına daxil oldum. Mən aktyor olmağa can atırdım. Ağlıma,

özümün hesab etdiyim kimi, parlaq ideya gəlmişdi – o qədər sadə, o qədər

məğlubiyyətsiz ideya idi ki, minlərlə şöhrətpərəst adamın bu fikrə nə üçün

gəlmədiyini başa düşə bilmirdim. İdeya bundan ibarət idi: mən o dövrün məşhur

– Con Drü, Uolter Hempden və Otis Skinner kimi aktyorlarının uğura necə nail

olduqlarını öyrənəcəyəm. Bunun ardınca onlardan hər birinin ən yaxşı

məziyyətlərini əxz etməyə və bunları özümdə birləşdirməyə hazırlaşırdım.

Fikirləşirdim ki, bu, mənə ən parlaq və heç vaxt heç kimin üstün ola bilməyəcəyi

aktyor olmaqda kömək edəcək. Necə bir axmaqlıq! Necə bir sarsaqlıq! Başqa

adamları təqlid edə-edə mən ömrümdən illəri itirməli oldum; o vaxta qədər ki,

özüm olmalı olduğum və heç, ola da bilsin ki, başqa kim isə ola bilməyəcəyim

fikri mənim missuriyalı kütbeyin başıma çatdı.

Bu kədərli təcrübə mənə uzun illər üçün dərs olmalı idi. Amma bu baş

vermədi. Bəs necə, mən həddən artıq kütbeyin idim. Mən bütün bunlardan bir

daha keçməli oldum. Üstündən bir neçə il keçəndən sonra kitab yazmağa

girişdim ki, bu, çox ümid etdiyim kimi, natiqlik sənəti üzrə vəsait qismində

işgüzar adamlar üçün nə vaxtsa yazılmış ən yaxşı kitab olmalı idi. Amma kitab

üzərində işləyərkən mən aktyor olmağa hazırlaşarkən tətbiq etdiyim elə həmin

axmaq ideyanı rəhbər tuturdum. Mən başqa bir çox yazıçının fikirlərini əxz

etmək və onları bir kitabda – özündə hər şeyi ehtiva edən kitabda cəmləməyə

hazırlaşırdım. Beləliklə, natiqlik sənəti üzrə onlarla kitab əldə elədim və

onlardakı fikirləri öz əlyazmama daxil etmək üçün bütöv bir il işlədim. Lakin

əvvəl-axır mənə vəhy gəldi ki, yenə də özümü sarsaqcasına aparıram. Mənim

yazdığım bu, başqa adamların fikirlərindən ibarət olan həftəbecər elə bir

dərəcədə kompilyativ

79

, o qədər darıxdırıcı idi ki, bir nəfər də olsun işgüzar



adam onun üzərində əlləşməzdi. Onda mən birillik əməyimin bu barını zibil

qutusuna tulladım və hər şeyi təzədən başladım. Bu dəfə özümə dedim: “Sən

gərək Deyl Karnegi qalasan, onun bütün çatışmazlıqları və zəiflikləri ilə bahəm.

Sən, çox güman, başqa heç kim ola bilməzsən”. Mən başqa adamların

məziyyətlərini özümdə birləşdirmək ideyasından əl çəkdim, qollarımı çırmadım

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə