Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə186/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   182   183   184   185   186   187   188   189   ...   208

və lap əvvəldən etməli olduğum işə girişdim: şəxsi təcrübəmin, natiq və natiqlik

məharəti müəllimi olaraq məndə toplanmış müşahidə və fikirlərin əks olunduğu

natiqlik sənəti üzrə dərs vəsaiti yazdım. Mən Uolter Releyin mənimsədiyi dərsi

mənimsədim. Mən kraliçanın qədəm basması üçün öz plaşını palçıqlı yola sərən

ser Uolter haqda danışmıram. Söhbət 1904-cü ildə Oksfordda ingilis ədəbiyyatı

professoru ser Reledən gedir. “Mən Şekspirin səviyyəsində kitab yaza bilmərəm,

– demişdi o, – lakin mən şəxsən öz kitabımı yaza bilərəm”.

Özünüz olun. İrvinq Berlinin mərhum Corc Qerşvinə verdiyi müdrik

məsləhətə əməl edin. Berlin və Qerşvin ilk dəfə görüşəndə Berlin məşhur,

Qerşvin isə özünə həyatda yol açan cavan bəstəkar idi. O, yüngül musiqi

bəstələməklə həftədə vur-tut otuz beş dollar qazanırdı. Qerşvinin qabiliyyətləri

Berlində dərin təəssürat yaratdı və o, cavan oğlana öz musiqi katibi qismində iş

təklif elədi, özü də onun əməkhaqqısı üçqat artmalı idi. “Amma bu işə razılıq

verməyin, – deyə Berlin məsləhət elədi. – Əgər siz bu işlə məşğul olarsınızsa,

onda siz, ola bilsin, ikinci növ Berlin olarsınız. Amma əgər siz inadkarcasına

özünüz qalsanız, onda sizin birinci dərəcəli Qerşvin olacağınız gün gəlib

çatacaqdır”.

Qerşvin bu xəbərdarlığı eşitdi və tədricən öz nəslinin ən məşhur amerikalı

bəstəkarlarından birinə çevrildi.

Çarli Çaplin, Uill Rocers, Meri Marqaret Makbrayd, Cin Otri və milyonlarla

başqaları bu, mənim bu fəsildə sizin dərrakənizə çatdırmağa çalışdığım dərsi

mənimsəmək məcburiyyətində qalıb. Bu, onlara baha başa gəlib – elə mənim

özümə olduğu kimi.

Çarli Çaplin kinoda çəkilməyə başlayanda filmlərin rejissoru təkid edirdi ki,

o, həmin dövrün populyar alman komikini təqlid eləsin. Çarli Çaplin öz

individuallığını göstərə bilməyənə qədər heç bir nailiyyət əldə edə bilmirdi. Bob

Houp eyni şeyi yaşamışdı: o, uzun illər ərzində mahnı oxuya-oxuya rəqs ifaçısı

olmuşdu və uğur qazanmaq ona eləcə də nəsib olmamışdı. O, öz fərdi janrını –

yumoristik hekayə sənətini seçəndən sonra şöhrət qazandı. Rocers uzun illər

ərzində vodevillərdə statist qismində, bir kəlmə belə demədən çıxış edirdi. O,

eləcə heç bir uğur qazanmazdı, əgər özündə yumoristik əhvalatları danışmaq

vergisini aşkar etməsəydi.

Meri Marqaret Makbrayd ilk dəfə radioda çıxış eləməyə başlayanda özü üçün

komik irlandiyalı aktrisa ampluasını seçmişdi və uğursuzluğa düçar olmuşdu. O,

özünü – Missuridən olan sadə kənd qızını – oynamağa başlayanda isə Nyu-York

radiosunun ən populyar ulduzlarından biri oldu.

Cin Otri özünün Texas ləhcəsindən yaxa qurtarmağa çalışanda və Nyu-

Yorkdan olduğunu bildirəndə adamlar yalnız onun arxasınca gülüşürdülər.

Amma o, bancosunda çalmağa və kovboy balladaları ifa etməyə başlayanda isə

karyerasının başlanğıcını qoydu. Otri həm kinoda, həm də radioda dünyanın ən

populyar kovboyu oldu.

Siz bu dünyada tamamilə yeni bir varlıqsınız. Buna sevinin. Təbiətin sizə

verdiyini ən yaxşı surətdə istifadə edin. Hər bir sənət son nəticədə

avtobioqrafikdir. Siz yalnız öz səsinizlə oxuya bilərsiniz. Siz yalnız öz əlinizlə

rəsm çəkə bilərsiniz. Siz gərək öz təcrübənizin, öz mühitinizin və irsən keçən

mirasın sizi etdiyi kimi olasınız. Nə baş verirsə versin, siz öz kiçik bağçanızı

downloaded from KitabYurdu.org



becərməlisiniz. Nə baş verirsə versin, siz bu həyat orkestrində öz balaca

alətinizdə ifa etməlisiniz.

Emerson müəllifi olduğu “Özünə qarşı etibar” essesində yazırdı:

“Hər bir insanın mənəvi həyatında belə bir məqam yetişir və o, bu əqidəyə

çatır ki, paxıllıq cahillikdən doğur; təqlidetmə – intihardır; insan bunu istəsə və

ya istəməsə də, onun üçün təyin olunmuş qismətlə barışmalıdır; kainatın onu

hansı nemətlərlə ərköyünləşdirdiyinə baxmayaraq, o, özü üçün ayrılmış torpaq

parçasını əkib-becərməsə, bir tikə çörəyini tapa bilməyəcək. Ona verilmiş qüv-

vələrin təbiətdə bənzəri yoxdur və özünün nəyə qadir olduğunu bilmək yalnız

onun özünə verilib, bu isə o özünü sınamayana qədər bəlli olmayacaqdır”

80

.

Emerson belə deyib. Duqlas Mellok isə bunu bax bu cür ifadə edib:



Təpənin başında şam ola bilmirsənsə əgər,

Dərədə xırda ağac ol, amma

Bulağın başında ən yaxşı xırda ağac ol;

Kol ol, ağac ola bilmirsənsə əgər.

Kol ola bilmirsənsə əgər, ot ol,

Və yolu elə daha da gözəlləşdir,

Durnabalığı ola bilmirsənsə, ol xanıbalığı –

Amma göldə ən gözəl xanıbalığı ol!

Kapitan ola bilmərik hamımız,

Kimsə matros da olsun gərək;

Hamımıza iş burda tapılar.

İş ola bilər böyük və kiçik.

Nə vacibdirsə, biz onu edək gərək.

Yol ola bilmirsənsə, cığır ol,

Günəş ola bilmirsənsə, ulduz ol;

Qalib və ya məğlub oluruq – bu deyil vacib,

Özümüzdə olan ən yaxşını göstərək gərək.

Özünüzdə həyata münasibətdə sizə rahatlıq gətirəcək və sizi narahat

olmaqdan azad edəcək nöqteyi-nəzər formalaşdırmaq üçün beşinci qaydanı

yerinə yetirin:

Başqalarını təqlid etməyin. Özünüzü tapın və özünüz olun.

On yeddinci fəsil

Əgər sizə limon qismət olubsa,

ondan limonad düzəldin

Bu kitabın üzərində işlədiyim mərhələdə mən bir dəfə Çikaqo Uni-

versitetində oldum və onun rektoru Robert Meynard Hatçinsonla söhbət etdim.

Mən ondan narahatlığı necə adladığını soruşdum. O cavab verdi: “Mən həmişə

“Sdirs, Roubik ənd Kompani” firmasının keçmiş prezidenti, mərhum Culius

Rozenvaldın mənə verdiyi məsləhətə əməl etməyə çalışmışam: “Sənə çatan limon

olubsa, ondan limonad düzəlt”.

Məşhur pedaqoq məhz elə bu cür də hərəkət edir. Amma axmaq əksinə

hərəkət edir. Əgər axmaq görürsə ki, tale ona limon təqdim edib, o təslim olur və

deyir: “Mən fiaskoya uğradım. Bu, taledir. Mənim heç bir şansım yoxdur”. Ardınca

o, həyatdan gileylənməyə başlayır və özünə yazığı gəlməkdən ləzzət almaqda

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə