Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə188/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   184   185   186   187   188   189   190   191   ...   208

Liftdən çıxaraq öz otağıma getdim. Həyatsevər əlil haqda fikirlər məni heç

rahat buraxmırdı. Buna görə də onu axtarıb tapdım və öz həyatı haqqında

danışmağı xahiş elədim.

“Bu, 1929-cu ildə baş vermişdi, – deyə o, təbəssümlə hekayətini başladı. –

Fındıq ağacının budaqlarını kəsməyə getmişdim, onları öz bağımda əkdiyim

paxlalar üçün dirək kimi istifadə edəcəkdim. Kəsdiklərimi öz “forduma”

yüklədim və evə yollandım. Birdən budaqlardan biri sürüşdü və elə mən kəskin

döngəni burulan anda avtomobilin altına girdi və idarəetməni sıradan çıxartdı.

Avtomobil sürətlə çəpərdən keçdi, məni isə bayıra tulladı və zərblə ağaca çırpdı.

Mənim onurğam zədələndi. Ayaqlarım iflic oldu.

Bu, iyirmi dörd yaşım olanda baş vermişdi. O vaxtdan mən bir addım da

atmamışam”.

İyirmi dörd yaşında o, ömürlük əlil arabasına məhkum edilmiş oldu! Mən

ondan bunu belə mərdliklə necə yaşadığını soruşdum və o cavab verdi: “Əvvəl-

əvvəl bununla heç cür barışa bilmirdim”. O qəzəblənirdi və ümidsiz halda idi. O,

taleyini daima lənətləyirdi. Lakin illər ürəkçəkənlikə keçirdi və o əmin oldu ki,

qəzəbi ona əzazilləşməkdən başqa heç nə gətirmir. “Nəhayət, başqa adamların

mənə mərhəmətini və diqqətini qiymətləndirdim, – dedi o. – Və qərara gəldim ki,

əlimdən gəlib edə biləcəyim ən az olan – onlara münasibətdə mərhəmətli və

diqqətli olmaqdır”.

Üstündən bu qədər il keçəndən sonra həmin hadisənin ömrünün ən qorxunc

faciəsi hesab edib-etmədiyini ondan soruşdum və o, dərhal cavab verdi: “Xeyr”. O

dedi: “Mən indi bunun baş verdiyinə, demək olar, şadam”. O, mənə danışdı ki,

sarsıntını və qəzəbini adlayandan sonra başqa aləmdə yaşamağa başladı. O,

mütaliəyə aludə oldu və yaxşı ədəbiyyatı sevməyə başladı. On dörd il ərzində ən

azı min dörd yüz kitab oxudu və bu kitablar onun qarşısında yeni üfüqlər açdı və

onun həyatını özü nə vaxtsa mümkün hesab etdiyindən də artıq zənginləşdirdi.

O, yaxşı musiqini dinləməyə başladı və keçmişdə onu darıxdıran möhtəşəm

simfoniyalara indi heyran qalır. Lakin ən vacib dəyişiklik bu oldu ki, indi onun

düşünüb-daşınmaq üçün vaxtı var idi. “Həyatımda ilk dəfə idi ki, – dedi o, – mən

dünyaya qərəzsiz baxmaq və dəyərlərin əsl mənasını duymaq halında idim. Mən

anlamağa başladım ki, keçmişdə can atdıqlarım əsas etibarilə qara qəpiyə belə

dəyməzdi”.

Mütaliə sayəsində o, siyasətlə maraqlanmağa başladı, ictimai problemləri

öyrəndi və öz kreslosunda otura-otura iclaslarda çıxış edirdi. Tədricən çox sayda

adamlarla tanış oldu və adamlar da onu tanıdılar. Hazırda Ben Fortson – əvvəlki

tək öz kreslosunu tərk etməyən adam Corciya ştatının katibi vəzifəsindədir.

Mən son otuz beş il ərzində Nyu-Yorkda yaşlılar üçün kurslara rəhbərlik

edirəm. Bu dövrdə aşkar etdim ki, dinləyicilərimdən bir çoxu kollecdə təhsil

almadıqlarına görə dərin peşmançılıq hissi keçirir. Onlar ali təhsilin

olmamasının, çox güman, böyük maneə olduğunu hesab edirlər. Mən bilirəm ki,

bu heç də həmişə belə deyildir, çünki mən yalnız orta məktəbi bitirmiş və

bununla belə, həyatda çox uğur qazanmış minlərlə adam tanıyıram. Buna görə də

belə dinləyicilərimə həmişə tanıdığım bir nəfərin əhvalatını danışıram. O heç

başlanğıc məktəbi də bitirməmişdi. O, dəhşətli yoxsulluq içində böyümüşdü.

Atası vəfat edəndə onun dəfn olunduğu tabutu almaq üçün dostları pul yığmalı

downloaded from KitabYurdu.org



olmuşdular. Atasının ölümündən sonra oğlanın anası çətir buraxılan fabrikdə

işləyirdi. Qadın gündə on saat işləyir və üstəlik də evə saathesabı muzd müqabi-

lində iş götürürdü. Evdə o, axşam saat on birə qədər işləyirdi.

Belə bir şəraitdə tərbiyə almış oğlan kilsənin nəzdindəki klubda təşkil

olunmuş dram dərnəyində məşğələlərə aludə oldu. Səhnədə çıxış etmək onu elə

coşdururdu ki, o, natiqlik sənətini mənimsəməyi qərara aldı. Bu, onu siyasətə

gətirdi. Otuz yaşında o, Nyu-York ştatının legislaturasına seçildi. Lakin o,

təəssüflər olsun, bu cür məsuliyyətli işə hazırlıqlı deyildi. O hətta mənə açıq

etiraf da etdi ki, nəyin nə olduğu barədə heç bir anlayışı yox idi. O, səs verməli

olduğu uzun-uzadı mürəkkəb qanun layihələrini öyrənirdi – amma bu sənədlər

də onun üçün anlaşılmaz idi. Hələ ilk dəfə meşədə olmaq ona nəsib olanadək, onu

Meşə İşləri üzrə Komitənin üzvü edəndə bərk narahat olmuş və başını itirmişdi.

Özünün bank hesabı heç olmadığı bir halda onu ştatın Bank Komissiyasının üzvü

edəndə o, bərk narahat olmuş və başını itirmişdi. O, mənə etiraf etmişdi ki,

tutduğu vəzifədən imtina etməyə hazır idi. Amma bunu anasına deməyə utanırdı

və yalnız buna görə işləməkdə davam edirdi. Əlacsız qalaraq gündə on altı saat

məşğul olmağı və özünün cahillik limonunu bilik limonadına çevirməyi qərara

aldı. Nəticədə o, yerli siyasətçidən milli miqyaslı fiqura çevrildi və o qədər

məşhurlaşdı ki, “Nyu-York Tayms” qəzeti onu “Nyu-Yorkun ən sevimli sakini”

adlandırdı.

Mən sizə El Smit haqda danışıram.

El Smit siyasi cəhətdən özünütəhsillə bağlı proqramını yerinə yetirməyə

başlayandan on il sonra Nyu-York ştatının administrasiyasında ən görkəmli

şəxsiyyət oldu. O, dörd müddət Nyu-York ştatının qubernatoru postuna

seçilmişdi – belə bir rekord heç kimdə olmamışdı. 1928-ci ildə o, Demokratlar

Partiyasından prezidentliyə namizəd idi. Altı məşhur universitet, o cümlədən də

Kolumbiya Universiteti və Harvard Universiteti yalnız başlanğıc məktəbi bitirmiş

adama alimlik dərəcəsi vermişdi.

El Smit şəxsən özü mənə dedi ki, bütün bunlar onun inadkar əməyinin

nəticəsi olub. Əgər o, hər gün on altı saat işləməsəydi, öz mənfisini müsbətə

dəyişə bilməzdi.

Mən həyatda nailiyyət qazanmış insanların həyatını nə qədər çox

öyrənirəmsə, bir o qədər çox əmin oluram ki, onlardan heyrətamiz qədər çoxu öz

fəaliyyətinin başlanğıcındakı maneələrin sayəsində uğura nail olub. Məhz

maneələr onları çox böyük səy göstərməyə vadar edib və nəticədə çox böyük

mükafata gətirib çıxarıb. Uilyam Ceymsin dediyi kimi: “Bizim mənfi amillərimiz

qəfildən bizə kömək edir”.

Bəli, ola bilsin, Milton kor olduğu üçün gözəl şeirlər yazırdı və ola bilsin,

Bethoven kar olmasaydı, bu cür ecazkar musiqi yarada bilməzdi.

Elen Kellerin indiyədək əldə etdiyi nailiyyətləri onun kor və kar olması

səbəbindən mümkün olub.

“Əgər mən bu qədər ümidsiz əlil olmasaydım, – deyə Yerdə həyatla bağlı yeni

elmi konsepsiyanı işləmiş adam yazırdı, – mən öz üzərimə bu qədər böyük

əziyyəti götürməz və belə bir uğura çatmazdım”. Beləcə, Çarlz Darvin etiraf

edirdi ki, çatışmazlıqları ona kömək etdi.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə