Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə191/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   187   188   189   190   191   192   193   194   ...   208

dominantlıq etmək imkanı olmur. Bu qayda böyük yardımçıdır və mənim

pasientlərim arasında bir dəfə də olsun intihar hadisəsi baş verməyib.

Adətən, pasient cavab verir: “Axı mən heç nə eləmək istəmirəm”. Mən artıq

bu cavaba hazırlaşmışam, çünki onu dəfələrlə eşitmişəm. “Onda sizin xoşunuza

gəlməyən heç nə etməyin”, – deyirəm mən. Hərdən görürsən pasient belə cavab

verir: “Mən bütün günü yataqda uzanmaq istəyərdim”. Mən bilirəm ki, əgər mən

icazə versəm, onda o, bunu artıq istəməyəcək. Bilirəm ki, əgər buna mane olsam,

onda o, qalmaqal qaldıracaqdır. Həmişə razılaşıram.

Bu bir qaydadır. O biri qayda onların həyat stilinə daha çox təsir göstərir.

Onlara deyirəm: “Siz əgər bu reseptə riayət etmiş olarsınızsa, on dörd günə

müalicə oluna bilərsiniz. Hər gün kiminsə xoşuna gələcək bir işi necə edə

biləcəyinizi fikirləşməyə çalışın”.

Bu, onlar üçün görün nə deməkdir. Onları məşğul edən bu fikirdir: “Necə

edim ki, kiminsə qanını qaraldım”. Cavablar çox maraqlıdır. Bəziləri (kiminsə

xoşuna gələcək bir işi necə edə biləcəkləriylə bağlı təklifə cavab olaraq) deyir:

“Bu, mənim üçün çox asan olacaq. Mən bunu bütün ömrüm boyu edirəm”. Onlar

bunu heç vaxt etməyiblər. Mən onlardan xahiş edirəm ki, bu haqda bir də

fikirləşsinlər. Amma onlar bu haqda bir dəfə də fikirləşmirlər. Onda mən onlara

deyirəm: “Siz yuxuya getmək halında olmayanda bu vaxtın hamısını kiminsə

xoşuna gələcək nə isə bir işi necə etmək haqda fikirlərə sərf edin və bu, sizin

sağlamlığınızın yaxşılaşmasına doğru böyük addım olacaq”. Növbəti gün mən

onlarla qarşılaşanda soruşuram: “Sizə məsləhət gördüyüm haqda

fikirləşmisinizmi?” Onlar cavab verirlər: “Dünən axşam mən yatağa uzanan kimi

dərhal yuxuya getdim”. Bütün bunlar, aydın məsələdir ki, sırımaq kimi yox, dost-

casına, öz üstünlüyünə cüzi də olsun eyham etmədən baş verməlidir.

Başqaları belə cavab verəcək: “Mən bunu heç vaxt edə bilməyəcəyəm. Mən o

qədər narahatam ki”. Mən onlara deyirəm: “Narahat olmağa ara verməyin; amma

eyni zamanda da siz hərdən başqaları haqda da fikirləşə bilərsiniz”. Mən həmişə

onlarda öz yaxınlarına münasibətdə maraq oyatmaq istəyirəm. Bir çoxu deyir:

“Mən başqalarına xoş olanı axı nə üçün etməliyəm? Başqaları mənə xoş olanı

eləməyə cəhd etmir axı”. “Siz öz sağlamlığınız barədə fikirləşməlisiniz, – mən

cavab verirəm. – Başqaları sonralar əzab çəkəcəklər”. Fövqəladə dərəcədə nadir

hallarda belə pasientlə rastlaşmışam ki, o, belə demiş olsun: “Sizin məsləhət

etdiyiniz haqda mən fikirləşdim”. Mənim səylərimin hamısı buna yönəlmişdir ki,

pasientin sosial maraqları genişlənsin. Mən bilirəm ki, onun xəstəliyinin əsl

səbəbi – onun tərəfindən əməkdaşlığın yoxluğudur və mən istəyirəm ki, bunu o

özü də görsün. O yaxınları ilə bərabərlik əsasında ünsiyyətdə olmaq və

əməkdaşlıq etmək halında olan kimi o sağalıb... Dinin buyurduğu ən vacib tələb

həmişə bu olub: “Öz yaxınını sev...” Məhz öz yaxınına maraq göstərməyən adam

həyatda çox böyük çətinliklərlə üzləşir və başqalarına çox böyük ziyan vurur.

Uğursuz insanların hamısı məhz belə şəxsiyyətlərin arasından gəlir... İnsana olan

tələblərimizin hamısı və bizim ona edə biləcəyimiz ən böyük tərif aşağıdakından

ibarətdir: o, başqaları ilə birlikdə işləməyi bacarmalı, bütün insanlara dostcasına

münasibətdə olmalı və sevgi və nikahda etibarlı yol yoldaşı olmalıdır”.

downloaded from KitabYurdu.org



Doktor Adler həm də təkid edir ki, biz hər gün xeyirxah iş görməliyik. Bəs

xeyirxah iş nədir? Məhəmməd Peyğəmbər deyib: “Xeyirxah iş – başqa adamın

çöhrəsində sevinc təbəssümü doğuran əməldir”.

Hər gün əgər xeyirxah iş görülərsə, bu, onu edən adama nə üçün bu qədər

heyrətamiz təsir göstərir? Ona görə ki başqalarına zövq vermək istəyi bizə

özümüz haqda fikirləşməyə imkan vermir, narahatlığın, qorxunun və

melanxoliyanın isə əsas səbəbi məhz elə budur.

Bu minvalla özlərini unudaraq sağlamlıq və xoşbəxtlik əldə etmiş insanların

hekayətlərindən mən bütöv bir kitab tərtib edə bilərdim. Məsələn, gəlin

Marqaret Teylor Yeytsin – Amerika Hərbi Dəniz Donanmasında ən populyar

qadınlardan birinin həyatı haqqında əhvalatla tanış olaq.

Mister Yeyts romanlar yazır, amma onun detektivlərindən heç biri özündə

yaponların Perl-Harborda Amerika gəmilərinə zərbə endirdikləri faciəvi gün

onun başına gələnlərin əsl tarixçəsinin doğurduğu marağın heç yarısını da ehtiva

etmir. Missis Yeyts bir ildən çox müddət ərzində əlil idi: onun ürəyi xəstə idi. Hər

iyirmi dörd saatın iyirmi ikisini o, yataqda keçirirdi. Onun ən uzun səyahəti

günəş vannaları qəbul etmək üçün bağçada etdiyi gəzintilər idi. Hətta bağçaya

çıxanda da o, qulluqçunun əlinə söykənməli olurdu. Onun mənə danışdığı kimi,

həmin günlər ona belə gəlirdi ki, ömürlük şikəst qalacaq. “Mən heç vaxt

sağalmazdım, – dedi o mənə, – əgər yaponlar Perl-Harbora hücum etməsəydilər.

Onlar gözlənilmədən məni dinclik halından çıxartdılar”.

“Bu baş verəndə, – missis Yeyts davam edirdi, – ətrafda hər yerdə xaos və

çaşqınlıq hökm sürürdü. Mərmilərdən biri lap evimin yanında partladı və ev

bundan elə lərzəyə gəldi ki, məni çarpayımdan tulladı. Hərbi yük maşınları

tələsik Hikem-Fild aerodromuna, Skoufilddəki kazarmalara və Keniohe-Beydəki

aviabazaya tərəf yollandı ki, quru və dəniz qoşunları əsgərlərinin həyat

yoldaşlarını və uşaqlarını oradan çıxarsınlar və məktəbin binasında

yerləşdirsinlər. Qırmızı Xaçın işçiləri boş otağı olanlardan telefonla xahiş elədilər

ki, onlar evakuasiya edilənləri qəbul etsinlər. Onlar mənim çarpayımın yanında

telefon olduğunu bilirdilər; buna görə də məndən hərbi qulluqçuların ailələrinin

evakuasiya olunması haqda informasiyanı ötürməyi xahiş etdilər. Mən,

piyadaların və dənizçilərin həyat yoldaşlarının və uşaqlarının harada

yerləşdirildiyi haqda bütün informasiyanı toplayırdım. Hərbi qulluqçuların

hamısına təlimat verilmişdi ki, ailələrinin harada yerləşdirildiyi ilə bağlı

informasiya almaq üçün mənə müraciət etsinlər.

Tezliklə xəbər tutdum ki, ərim, ikinci dərəcəli kapitan Robert Reley Yeytsə

heç nə olmayıb. Mən ərlərinin başına nə gəldiyini, onların sağ və ya həlak

olduqlarını bilməyən həyat yoldaşlarını sakitləşdirməyə çalışırdım. Ərləri həlak

olan dul qadınlara təsəlli verməyə cəhd edirdim. Belələri isə az deyildi.

Donanmada və dəniz piyadaları arasında 2117 zabit və sıravi öldürülmüş, 960

nəfər isə itkin düşmüşdü.

Telefon zənglərinə əvvəl yataqda uzanmış vəziyyətdə cavab verirdim. Sonra

isə zənglərə oturaraq cavab verməyə başladım. Nəhayət, iş başımı o qədər qatdı

və o qədər əl-ayağa düşdüm ki, zəifliyim yadımdan çıxdı, yataqdan qalxdım və

stolun arxasında oturdum. Özümdən çox əzab çəkənlərlə bağlı göstərdiyim qayğı

sayəsində xəstəliyimi unuda bildim. O vaxtdan etibarən yataqda yalnız yuxu üçün

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə