Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə195/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   191   192   193   194   195   196   197   198   ...   208

təhqir olunacaq, ləyaqətlərindən məhrum ediləcək, Tanrının və insanın rüsvay

edilməsinin qurbanına çevriləcəkdir”.

Demək olar ki, bu, Hitlerin ifşa olunması kimi səslənir, elə deyilmi? Lakin bu,

tamamilə başqa bir adam haqqında deyilib. Bu, Tomas Ceffersonun ifşa olunması

idi. Hansı Tomas Ceffersonun? Yəni, doğrudanmı, “Müstəqillik Deklarasiyası”nın

müəllifi, demokratiyanın müqəddəs hamisi ölməz Tomas Ceffersonun? Bəli,

təsəvvür edin ki, məhz o idi bu cür hücumlara məruz qalan adam.

Necə fikirləşirsiniz, bu amerikalı kim idi ki, onu “riyakar”, “fırıldaqçı”, “qatil”

adlandırırdılar? Bir qəzetdə onun gilyotində şəkli təsvir olunmuş karikaturasını

vermişdilər, böyük bıçaq artıq onun başının üstünü almışdı. Kütlə ona gülürdü, o,

küçələrdə atın belində gəzəndə adamlar arxasınca onu fitə basırdılar. Kim idi bu?

Corc Vaşinqton.

Axı bütün bunlar çox illər bundan əvvəl olub. İnsan təbiəti o vaxtdan heç

olmasa cüzi də olsa kamilləşməyib? Gəlin qarşımızdakı admiral Pirinin 1909-cu il

aprelin 6-da Şimal qütbündə apardığı tədqiqatı nümunə göstərək. O, bu səyahəti

itlərin qoşulduğu kirşədə həyata keçirmişdi. Bu qəhrəmanlıq haqda xəbəri bütün

dünya heyranlıqla qarşıladı. Bu möhtəşəm məqsədə çatmaq üçün əsrlər ərzində

bir çox cəsur insan əzab-əziyyətə qatlaşır və həlak olurdu. Piri özü az qala

soyuqdan və aclıqdan öləcəkdi. Onun ayaqlarında səkkiz barmağını don elə

vurmuşdu ki, onları amputasiya etmək lazım gəldi. Onun üzərinə o qədər dərd-

bəla töküldü ki, admiral Piri dəli olacağından qorxurdu. Lakin yüksək vəzifəli

dəniz məmurları paxıllıqdan od tutub yanırdılar, çünki Piri bütün dünya

tərəfindən tanınmış və yüksək qiymət almışdı. Onlar Pirini bunda ittiham etdilər

ki, o, elmi ekspedisiyaların keçirilməsi üçün pul toplamışdı, özü isə “Arktikada

kef çəkir və əylənirdi”. Onlar, çox güman, elə bu cür fikirləşirdilər, axı istəsən,

özünü istənilən hər şeyə inandıra bilərsən. Onların Pirini alçaltmaq və onun

fəaliyyətinə mane olmaq istəyi o qədər güclü idi ki, yalnız prezident Mak-Kinlinin

birbaşa əmri ona Arktikada öz fəaliyyətini davam etdirməyə imkan verdi.

Əgər Piri Vaşinqtonda Hərbi Dəniz Qüvvələri Nazirliyinin hansısa bir

idarəsində hansısa bir kargüzarlıq işi ilə məşğul olsaydı, o, təhqirlərə məruz

qalardımı? Xeyr. Onun fəaliyyəti o qədər vacib olmazdı ki, paxıllıq doğursun.

General Qrantla admiral Piridən də qəddarcasına rəftar etmişdilər. 1862-ci

ildə o, Şimala birinci dəfə üstün gələndə ilk böyük qəti qələbə çalmışdı. Bu, bir

günün ərzində qazanılan, Qrantı dərhal milli qəhrəman edən qələbə hətta uzaq

Avropada da çox böyük rezonans yaratdı və Mendən Missisipi sahillərinə qədər

hər yerdə onun şərəfinə kilsə zəngləri çalındı, nəhəng tonqallar yandırıldı.

Bununla belə, bu görkəmli qələbənin üstündən heç altı həftə də keçmədi ki, Qrant

– Şimalın qəhrəmanı – həbs olundu və öz ordusuna komandanlıqdan kə-

narlaşdırıldı. O, alçaldıldığından və əlacsızlıqdan ağlayırdı.

General U.S.Qrant öz şöhrətinin zenitində nə üçün həbs olunmuşdu? Birinci

növbədə ona görə ki o, öz təkəbbürlü rəislərində şübhə və paxıllıq doğurmuşdu.

Əgər siz ədalətsiz tənqidə görə narahat olmağa meyillisinizsə, birinci

qaydanı yerinə yetirin:

Yadda saxlayın ki, ədalətsiz tənqid çox vaxt üstüörtülü komplimentdir.

Unutmayın ki, heç kim heç vaxt ölmüş iti vurmur.

İyirminci fəsil

downloaded from KitabYurdu.org



Bu cür hərəkət etsəniz,

tənqid sizi dilxor etməyəcək

Bir dəfə mən ləqəbi “Qoca Hərşeyigörən Göz” olan general-mayor Smedli

Batlerlə söhbət edirdim. Onu həm də “cəhənnəm iblisi Batler” adlandırırdılar. Siz

onu xatırlayırsınızmı? O, Birləşmiş Ştatların dəniz piyadalarına nə vaxtsa

komandanlıq etmiş ən dözümlü və arsız general olub.

O, mənə danışmışdı ki, cavanlığında populyar olmağı coşqunluqla arzulayıb.

O, hamıda özü haqqında xoş təəssürat yaramaq istəyirdi. Həmin günlərdə hətta

ən adi tənqid də onu dərindən əzab-iztirab çəkməyə məcbur edirdi. Lakin o etiraf

etdi ki, dəniz piyadaları qoşunlarında otuzillik xidmət onu daha “gönüqalın”

elədi. “Məni istədikləri kimi təhqir və tənqid edirdilər, – Batler xatırlayırdı. –

Məni quyruqbulayan, ilan və zibil adlandırırdılar. Məni təhqir edənlər öz işini

bilən mütəxəssislər idi. Məni ingilis dilində mövcud olan, çap edilməsi məsləhət

olmayan söyüşlərin ağlabatan hər cür birləşmələri ilə adlandırırdılar. Elə

bilirsiniz ki, buna diqqət verirdim? Heç də yox! Kiminsə məni söydüyünü

eşidəndə bunu kimin dediyini görmək üçün heç başımı da qaldırmırdım”.

Batler – “Qoca Hərşeyigörən Göz” tənqidə münasibətdə bəlkə də həddən

artıq biganə olmuşdu, lakin bir şey aydındır: bizim əksəriyyətimiz əhəmiyyətsiz

inciklikləri və təhqirləri ürəyimizə çox salırıq. Nyu-Yorkun “San” qəzetinin

müxbirinin çox illər bundan əvvəl mənim yaşlılar üçün açıq kurslarıma gəldiyini

xatırlayıram. O, mənim barəmdə və mənim işim haqqında həcv yazdı. Hiddətdən

özümdən çıxmadımmı? Bunu şəxsi təhqir kimi qəbul etdim. “San” qəzetinin icraçı

komitəsinin sədri Cil Hocesə zəng elədim və faktiki olaraq tələb etdim ki, o,

sarsaq həcv əvəzinə fəaliyyətimlə bağlı əsl faktların əks olunduğu məqalə dərc

etdirsin. Mən tam qətiyyətli idim ki, cəza cinayətə müvafiq olsun.

Özümü bu cür apardığıma görə indi xəcalət çəkirəm. İndi başa düşürəm ki,

həmin qəzeti alan adamların yarısı məqaləni oxumaq üçün heç özlərinə əziyyət

də verməyib. Oxuyanlardan yarısı isə ona dişsiz zarafat kimi gülüb. Bu məqalə ilə

bağlı bədxahlıqla sevinənlərin yarısı da bir neçə həftədən sonra onu tamamilə

unudub.


İndi başa düşürəm ki, adamlar nə sizin, nə də mənim haqqımda fikirləşmirlər

və bizimlə sizin haqda kimin nə dediyi onları maraqlandırmır. Onlar yalnız özləri

ilə məşğuldurlar, onlar səhər yeməyindən əvvəl, səhər yeməyindən sonra və

gecəyarıdan on dəqiqə keçmişə qədər bütün vaxt ərzində yalnız özləri haqda

fikirləşirlər. Özlərinin azacıq baş ağrısı onları sizin və ya mənim ölümüm barədə

xəbərdən min dəfələrlə çox narahat edir.

Hətta bəlli olsa ki, ən yaxın altı dostunuzdan biri sizə böhtan atıb, məsxərəyə

qoyub, kürəyinizə xəncər sancıb – yenə də özünüzə yazığınız gəlməsin. İsa

Məsihin başına məhz elə bunun gəldiyini xatırlamağınız daha yaxşı olardı. Onun

ən yaxın on iki dostundan biri Məsihi indiki hesabla on iki dollara bərabər olan

rüşvətin müqabilində satmışdı. Ən yaxın on iki dostundan bir başqası Məsihdən

bəlaya düşən məqamda üz döndərmiş və üç dəfə bəyan etmişdi ki, onunla tanış

olmayıb. On iki dostdan ikisi – altıda biri! Məsihin başına bax belə bir iş gəlmişdi.

Bəs siz və mən bundan yaxşı nəticə niyə gözləməliyik?

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə