Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə197/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   193   194   195   196   197   198   199   200   ...   208

Mən bu, üstündə “EAH” yazısı olan qovluqları çıxaranda və özüm haqqımda

yazdığım tənqidi qeydləri oxuyanda onlar mənə qarşımda duran ən mürəkkəb

problemi – Deyl Karnegini idarə etmək problemini həll etməyə kömək edir.

Mən öz çətinliklərimdə və alınmayan işlərimdə başqalarını ittiham eləməyə

adət etmişdim; lakin yaşa dolandan – ümid edirəm ki, ağıllanandan – sonra başa

düşdüm ki, bədbəxtliklərimin, demək olar, hamısı son nəticədə öz günahım

üzündən baş verib. Yaşlanandan sonra çoxları bu qənaətə gəlir. “Özümdən başqa

heç kim, – demişdi Napoleon Müqəddəs Yelena adasında, – mənim süqutumda

günahkar deyildir. Mənim ən qəddar düşmənim – özüməm, özüməm – faciəvi

taleyimin səbəbi”.

İzin verin sizə tanıdığım bir nəfər, özünəqiymət və özünüidarə tələb

olunanda hələ üstələnməyən bir məşhur usta haqqında danışım. Onun adı

H.P.Hauell idi. Onun Nyu-Yorkda “Ambassador” hotelinin aptekində qəfil ölümü

haqqında xəbər 1944-cü il iyulun 31-də ölkəyə ildırım sürəti ilə yayılanda Uoll-

Strit lərzəyə gəlmişdi. Axı o, Amerikanın maliyyə dünyasının aparıcı

xadimlərindən biri, Milli Kommersiya Bankının İdarə Heyətinin və vəkalət olun-

muş funksiyalar yerinə yetirən kompaniyanın sədri, həmçinin də bir sıra iri

kompaniyanın direktoru idi. Cavanlığında o elə də yüksək təhsil almamışdı.

Hauell öz fəaliyyətini kənd dükanında satıcı qismində başlamış, sonralar isə

“Y.S.Stil” iri poladtökmə kompaniyasının kreditlərinin sərəncamçısı olmuş və

yuxarı – yüksək vəzifələrə və qüdrətə doğru yolunu davam etdirmişdi.

“Artıq uzun illərdir mən gün ərzində baş tutan bütün görüşlərimin qeydlər

kitabını aparıram, – deyə cənab Hauell onun uğurunun səbəbinin nədə olduğunu

ondan soruşanda mənə danışdı. – Ailəm heç vaxt şənbə gününün axşamı

mənimlə bağlı bir plan qurmur, bilir ki, bu vaxtın bir hissəsini həmişə özümü

yoxlamağa, öz hərəkətlərimə yenidən baxmaq və yenidən qiymətləndirməyə

həsr edirəm. Nahardan sonra öz otağıma çəkilirəm, görüşlər kitabını açıram və

həftə ərzində baş tutmuş söhbətlərin, iclasların və toplantıların hamısını götür-

qoy edirəm. Özümdən soruşuram: bu dəfə mən hansı səhvlərə yol vermişəm?

Nəyi düzgün etmişəm və nəyə münasibətdə daha yaxşı hərəkət edə bilərdim? Bu

təcrübədən nə kimi dərs ala bilərəm? Hərdən elə olur ki, öz hərəkətlərimin bu,

həftəlik icmalı məni çox bədbəxt hala gətirir. Nadir hal deyil ki, yol verdiyim ko-

bud səhvlərə özüm heyrətlənirəm. İllər ötdükcə bu səhvlər, əlbəttə, daha az-az

təkrar olunur. Bu, ilbəil əməl etdiyim özünütəhlil sistemi mənə həyata keçirdiyim

istənilən hər şeydə çox kömək etdi”.

Ola bilsin ki, H.P.Hauell özünütəhlil haqqında ideyanı Ben Franklindən əxz

edib. Bircə Franklin şənbə gününün axşamına qədər gözləmirdi. O, öz üzərində

hər axşam intensiv surətdə işləyirdi. O, özündə on üç ciddi çatışmazlıq aşkar

etmişdi. Onlardan üçü bunlardır: boş yerə vaxt itirməyə meyil, boş şeylərə görə

hiddətlənmək, mübahisə etmək və söz güləşdirmək. Qoca müdrik Ben Franklin

başa düşdü ki, əgər o, bu çatışmazlıqları aradan qaldırmasa, onda həyatda uğur

qazana bilməyəcək. Buna görə də o, həftənin günlərindən hər birini öz

çatışmazlıqlarından biri ilə mübarizəyə həsr edir və həmin gün kimin kimə üstün

gəldiyini qeyd elədiyi gündəlik aparırdı. Növbəti gün o, çatışmazlıqlarından

başqa birini seçir, əlcəklərini taxır və qonq səsi gələndə boksçu kimi rinqə çıxırdı.

downloaded from KitabYurdu.org




Franklin öz çatışmazlıqları ilə həftənin hər günü iki il ərzində şiddətli mübarizə

aparmışdı.

Təəccüblü deyildir ki, o, Amerikanın nə vaxtsa ərsəyə gətirdiyi ən hörmətli

və nüfuzlu adamlardan biri oldu.

Elbert Habbard deyib: “Hər bir adam gün ərzində heç olmasa beş dəqiqə

ərzində başdan-ayağa axmaq olur. Müdriklik bundan ibarətdir ki, bu həddi

aşmayasan”.

İnsanı ən əhəmiyyətsiz tənqid də hiddət dalğasına qərq edir. Lakin müdrik

onu mühakimə edən və ona irad tutan, eləcə də ona “yol verməyən” adamlardan

nəyisə öyrənməyə can atır. Uolt Uitmen bu fikri aşağıdakı kimi ifadə edib: “Siz

yalnız özünüzə heyran qalanların, sizə simpatiyası olanların və sizə yol

verənlərin dərsini mənimsəyirsiniz? Bəs sizi inkar və nifrət edən və ya sizə yol

verməyənlərin möhtəşəm dərslərini mənimsəməyə cəhd etməmisiniz?”

Əleyhdarlarımızın bizi və ya bizim fəaliyyətimizi tənqid etmələrini gözləmək

nəyə lazımdır? Onları niyə də qabaqlamayaq. Gəlin özümüzün ən sərt tənqidçisi

özümüz olaq. Gəlin leyhdarlarımız bunu etməyə macal tapmazdan əvvəl öz

zəifliklərimizi özümüz müəyyən etməyə və onları düzəltməyə başlayaq. Çarlz

Darvin məhz bu cür hərəkət edirdi. Həqiqətən də, o, on beş il özünütənqidlə

məşğul olub – görün bu necə baş verib. Darvin özünün ölməz “Növlərin meydana

çıxması” kitabının əlyazmasını sona çatdıranda başa düşdü ki, həyatın meydana

çıxması ilə bağlı onun inqilabi konsepsiyasının dərc olunması intellektual və dini

dünyanı lərzəyə gətirəcək. Onda o, özünün tənqidçisi oldu və öz mülahizələrinin

gedişini şübhə altına ala-ala, öz əqli qənaətlərini tənqid edə-edə öz məlumat-

larını bundan on beş il sonra da çox ciddi yoxladı.

Tutaq ki, kimsə sizi “lənətə gəlmiş axmaq” deyə söyüb. Onda siz nə

edərdiniz? Hirslənərdiniz? Hiddətlənərdiniz? Baxın Linkoln necə hərəkət

etmişdi. Linkolnun hərbi naziri Edvard M.Stenton bir dəfə onu “lənətə gəlmiş

axmaq” adlandırmışdı. Stentonu hiddətləndirən Linkolnun onun işlərinə

qarışması olmuşdu. Linkoln bir eqoistik siyasətbazı razı salmaq üçün bir neçə

alayın yerinin dəyişdirilməsi haqda əmr imzalamışdı. Stenton təkcə onun əmrini

yerinə yetirməkdən imtina etmədi, həm də and içdi ki, Linkoln “lənətə gəlmiş

axmaqdır ki, bu cür əmrləri imzalayır”. Bəs nə baş verdi? Linkolna Stentonun nə

dediyi çatdırılanda o, sakitcə cavab verdi: “Əgər Stenton deyibsə ki, mən lənətə

gəlmiş axmağam, deməli, bu elə belədir də, axı o, demək olar, həmişə haqlıdır.

Mən bu məsələni özüm araşdırmalı olacağam”.

Linkoln Stentonun yanına yollandı. Stenton onu inandırmağa müvəffəq oldu

ki, əmr səhv idi və Linkoln onu ləğv etdi. Linkoln öz hərəkətlərinin tənqid

olunmasına, əgər onun səmimi, əsaslandırılmış və xeyirxah ruhda söyləndiyini

bilərdisə, təqdiredici münasibət göstərirdi.

Həm siz, həm də mən bu cür tənqidi alqışlamalıyıq, çünki dörd dəfədən

üçündə çox haqlı olduğumuza biz də ümid edə bilmərik. Hər halda, Teodor

Ruzvelt Ağ Evdə olanda o, belə hesab edirdi. Bizim dövrümüzün ən dərin dühası

olan Eynşteyn etiraf edirdi ki, onun qənaətləri doxsan doqquz faiz yanlışdır.

“Düşmənlərimizin rəyi həqiqətə, – demişdi Laroşfuko, – özümüzün şəxsi

qənaətimizdən qat-qat yaxındır”.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə