Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə198/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   194   195   196   197   198   199   200   201   ...   208

Mən bilirəm ki, bu fikir çox vaxt düzgün çıxır. Lakin kimsə məni tənqid

etməyə başlayırsa, onda əgər özümə nəzarət etmirəmsə, dərhal avtomatik

surətdə – hətta tənqidçiyə nə demək niyyətimdə olduğum barədə azacıq da olsa

anlayışım olmadan müdafiə olunmağa başlayıram. Özümü bu şəkildə aparanda

hər dəfə özümə qarşı narazılıq hissi keçirirəm. Bizim hamımız – fərqi yoxdur ki,

tənbeh və ya tərifə layiqik – tənqiddən hiddətlənməyə və bizə tərif söyləyəndə

sevinməyə meyilliyik. Məntiq bizə xas deyil. Emosiyalar bizi ağuşuna alır. Dərin,

tutqun, təlatümlü emosiyalar dənizinin o yana və bu yana tulladığı qayığı xatır-

ladır bizim məntiqimiz. Bizim əksəriyyətimizdə öz şəxsiyyətimiz barədə – onun

hazırda olduğu kimi – rəyimiz kifayət qədər yüksəkdir. Amma qırx ildən sonra

hazırda olduğumuz üzərində, ola bilsin, özümüz də güləcəyik.

Uilyam Allen Uayt – “Amerikanın elə də böyük olmayan şəhərində tarixdə ən

məşhur qəzet naşiri” – özünün əlli il əvvəl olduğu cavan vaxtını xatırlayır və onu

təsvir edirdi: “...təmtəraqlı... dediyindən dönməyən axmaq... təkəbbürlü cavan

farisey... özündənrazı reaksioner...” İyirmi ildən sonra siz və mən indiki zamanda

olduğumuz özümüzü xarakterizə etmək üçün, ola bilsin, elə bu cür epitetlərdən

istifadə edəcəyik. Ola bilsin... Kim bilir?

Əgər sizi ədalətsiz tənqid edirlərsə, nə etmək lazım olduğu haqda mən

əvvəlki fəsillərdə danışmışdım. Bunu əlavə etmək istəyirəm: ədalətsiz tənqid

edildiyinizi hiss elədiyiniz üçün hirslənməyə başlayanda niyə də pauza etməyə

və özünüzə deməyəsiniz: “Bir dəqiqə dayan... Mən kamillikdən uzağam. Əgər

Eynşteyn doxsan doqquz faiz səhv etdiyini etiraf edirsə, bəlkə mən ən azı səksən

faiz səhv edirəm. Bəlkə mən bu tənqidə layiqəm. Belə olan halda tənqidə görə

minnətdar olmaq və bundan özüm üçün fayda götürməyə çalışmaq lazımdır”.

“Pepsodent” kompaniyasının prezidenti Çarlz Lakman hər il Bob Houpun

radio ilə çıxışlarının maliyyələşdirilməsinə bir milyon dollar xərcləyir. Ona bu

proqramla bağlı rəylər ifadə olunmuş çox sayda məktub gəlir. O, tərif qələmə

alınmış məktubları nəzərdən keçirmir, lakin təkid edir ki, tənqidi məktublar

haqda ona mütləq məruzə edilsin. O bilir ki, onlarda faydalı məsləhətlər tapmaq

olar.


Ford kompaniyasının rəhbərləri öz fəaliyyətlərində çatışmazlıqları üzə

çıxarmağa can atırdılar. Bu məqsədlə kompaniyanın əməkdaşları arasında bu

yaxınlarda sorğu keçirilmişdi: onlara kompaniyanın fəaliyyətində istehsal və

inzibati aspektlərin təşkili işini tənqid etmək təklif olunmuşdu.

Mən sabun satan bir agentlə tanışam ki, o, bir qayda olaraq, özünün tənqid

olunmasında təkid edirdi. O, “Kolqeyt” firması üçün sabun satmağa başlayanda

sifarişlər az idi. İşi itirməkdən qorxurdu. O, malın keyfiyyətinin əla və qiymətinin

məqbul olduğunu bilirdi, buna görə də bu qənaətə gəldi ki, səbəb onun

özündədir. O, satış müqaviləsi bağlamağa müvəffəq olmayanda, səhvin nədən

ibarət olduğunu başa düşməyə çalışaraq çox vaxt kvartalın ətrafında hərlənirdi.

Bəlkə o, həddən artıq dumanlı danışırdı? Və ya onda fəhm çatışmırdı? Hərdən elə

olurdu ki, ehtimal olunan alıcının yanına qayıdır və ona deyirdi: “Yenidən sizə sa-

bun təklif etmək üçün yanınıza qayıtmamışam. Qayıtmışam ki, məsləhətiniz və

tənqidinizə möhtacam. Əgər siz mənə bir neçə dəqiqə əvvəl sizə sabun satmağa

çalışanda nəyi düzgün etmədiyimi açıq desəniz, sizə çox minnətdar olardım. Sizin

təcrübəniz məndən qat-qat çoxdur və siz daha böyük uğur qazanmısınız. Lütfən,

downloaded from KitabYurdu.org



öz tənqidi fikirlərinizi deyin. Səmimi olun. İfadələrinizdə heç bir sıxıntı

keçirməyin”.

Bu cür davranış sayəsində o, çoxlu dost və qiymətsiz məsləhətlər

qazanmışdı.

Bu adamın sonrakı taleyi bəs necə oldu? Hazırda o, Kolqeyt-Palmoliv-Pit

Soup kompaniyasının prezidentidir. Bu kompaniya dünyada ən iri sabun

istehsalçısıdır. Onun adı E.H.Littldir. Keçən il ABŞ-da ondan çox gəlir gətirən

yalnız on dörd nəfər olub: 240 141 dollar. H.P.Hauell, Ben Franklin və E.H.Littl

kimi hərəkət etmək üçün gərək, həqiqətən, böyük insan olasan. İndi isə, nə qədər

ki heç kim görmür, siz niyə də güzgüyə baxmaya və bu şəxslərin kompaniyasına

yararlı olub-olmadığınızı özünüzdən soruşmayasınız?!

Tənqidə görə özünüzü narahatlıqdan qorumaq üçün üçüncü qaydaya riayət

edin:

Yol verdiyiniz axmaq hərəkətlərin siyahısını aparın və özünüzü tənqid edin.



Biz kamillikdən çox uzaq olduğumuzdan gəlin E.H.Littl kimi hərəkət edək:

başqalarından bizi qərəzsiz, faydalı, konstruktiv tənqid etməyi xahiş edək.

Xülasə

Qayda 1: Ədalətsiz tənqid çox vaxt üstüörtülü komplimentdir. Bu o deməkdir



ki, siz paxıllıq və qısqanclıq meydana çıxarırsınız. Yadda saxlayın ki, heç kim heç

vaxt ölmüş iti vurmur.

Qayda 2: Gücünüz çatan hər şeyi edin, sonra isə öz köhnə çətirinizi açın və

qoy yağış tənqidi yaxalığınızın arxasına düşmədən onun üstü ilə süzülüb getsin.

Qayda 3: Yol verdiyiniz axmaq hərəkətlərin siyahısını aparın və özünüzü

tənqid edin. Biz kamillikdən çox uzaq olduğumuzdan gəlin E.H.Littl kimi hərəkət

edək: başqalarından bizi qərəzsiz, faydalı, konstruktiv tənqid etməyi xahiş edək.

83 Qardemarin – hərbi dəniz məktəblərində yuxarı sinif şagirdi



VI Hissə

BU ALTI QAYDAYA RİAYƏT ETMƏKLƏ SİZ YORĞUNLUQ VƏ NARAHATLIĞINIZI

ARADAN QALDIRACAQ, YAXŞI ƏHVALİ-RUHİYYƏDƏ OLACAQSINIZ

İyirmi ikinci fəsil

Aktiv həyatınızın hər gününə bir saat necə əlavə etməli

Narahatlığın qarşısının alınmasına həsr olunan kitabda yorğunluğun

qarşısının alınması barədə niyə yazıram? Cavab sadədir: ona görə ki yorğunluq

çox vaxt narahatlığın səbəbindən baş verir və ya heç olmasa narahatlığa meyilli

olmağımıza şərait yaradır. İstənilən tələbə-həkim sizə deyər ki, yorğunluq

orqanizmin soyuqdəyməyə – yüzlərlə başqa xəstəlik haqqında hələ heç

danışmırıq – qarşı fiziki müqavimət qüvvəsini azaldır və istənilən psixiatr sizə

bildirər ki, yorğunluq həm də qorxu və narahatlıq emosiyalarına müqavimət

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə