Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə199/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   195   196   197   198   199   200   201   202   ...   208

gücünüzü zəiflədir. Buna görə də yorğunluğun qarşısının alınması narahatlığın

qarşısının alınmasına şərait yaradır.

Mən dedim: “Narahatlığın qarşısının alınmasına şərait yaradır?” Bu, həddən

artıq yumşaq deyilib. Doktor Edmund Cekobson xeyli uzağa gedir. Doktor

Cekobson süstləşməklə bağlı iki kitab yazıb. Çikaqo Universitetinin kliniki

fiziologiya laboratoriyasının direktoru qismində isə o, süstləşmənin müalicəsi

üzrə uzun illər tədqiqat keçirib. O bildirir ki, istənilən əsəbi və ya emosional

gərginlik “tam dincəlməklə aradan qaldırılır”.

Beləliklə, yorğunluğu və narahatlığı qabaqlamaq üçün birinci qaydada

deyilir: daha tez-tez dincəlin. Yorğunluq hiss etməmişdən əvvəl dincəlin.

Bu, nə üçün belə vacibdir? Ona görə ki yorğunluq heyrətamiz sürətlə yığılır.

Birləşmiş Ştatların quru qoşunları tərəfindən dəfələrlə keçirilmiş

eksperimentlərin nəticəsində aşkar olundu ki, uzun illər ərzində xidmətlərinin

gedişində bərkimiş cavan adamlar da, əgər onlar öz yüklərini çiyinlərindən atıb

və hər bir saatın on dəqiqəsini dincələrlərsə, yürüşləri daha yaxşı həyata keçirə

bilər və yüksək dözüm göstərərlər. Orduda onları bunu etməyə məcbur edirlər.

Sizin ürəyiniz Amerika ordusu qədər ağıllıdır. O, hər gün bütün orqanizmdə elə

həcmdə qan dövrəsi yaradır ki, həmin qanla dəmiryol çənini doldurmaq olardı.

Hər iyirmi dörd saatda o elə miqdarda enerji sərf edir ki, bu enerji iyirmi ton

kömürü bel ilə üç fut hündürlükdə platformaya yükləməyə kifayət edərdi. Bu,

ağlasığmaz həcmdə işi o, əlli, yetmiş və ya ola da bilsin, doxsan il ərzində hər gün

yerinə yetirir. Belə bir işin ağırlığına o, necə tab gətirir? Harvard Universitetinin

tibb fakültəsinin professoru, doktor Uolter B.Kennon bunu izah edir. O deyir:

“İnsanların əksəriyyəti hesab edir ki, ürək fasiləsiz işləyir. Gerçəklikdə isə hər

döyüntüdən sonra dincəlmək üçün müəyyən vaxt mövcuddur. Dəqiqədə yetmiş

döyüntü tezliyi ilə vuran ürək iyirmi dörd saatın faktiki olaraq cəmi doqquzunu

işləyir. Onun sutka ərzində dincəldiyi vaxt cəm halında on beş saat təşkil edir”.

İkinci Dünya müharibəsi dövründə Uinston Çörçilin yetmişə yaxın yaşı var

idi. Amma o, Britaniya imperiyasının hərbi səylərinə rəhbərlik edərək, ilbəil

gündə on səkkiz saat işləyə bilirdi. Bu, fenomenal hal təsiri bağışlayır. Bəs bunun

sirri nədədir? Hər gün səhər o, saat on birə qədər yataqda işləyirdi. Bu vaxt o,

qəzetləri oxuyur, əmrləri diktə edir, telefonla zəng vurur və mühüm iclaslar

keçirirdi. Lençdən sonra o, yenidən uzanır və nahardan qabaq bir saat yatırdı.

Axşam o, yenə də uzanır və saat səkkizdə şam yeməyindən qabaq iki saat yatırdı.

O, yorğunluqdan müalicə olunmurdu. Ona müalicə almaq lazım deyildi. O,

yorğunluğun qarşısını almağa müvəffəq olurdu. Tez-tez dincəlməyin sayəsində o,

qıvraq və şux qalır və gecəyarıdan çox sonraya qədər işləyə bilirdi.

Məşhur Con D.Rokfeller özünün iki möhtəşəm nailiyyəti sayəsində

şöhrətlənmişdi. O, dünyada ən iri varidat topladı və doxsan səkkiz yaşına qədər

yaşadı. O, buna necə müvəffəq oldu? Əsas səbəb bundadır ki, uzunömürlülük

onlarda nəsillikcədir. Digər səbəb isə onun hər gün öz kabinetində günün

ortasında yarım saat yatmaq vərdişi idi. O, kabinetdə qoyulmuş taxtın üstünə

uzanırdı və dincəlmək vaxtında heç kim, hətta Birləşmiş Ştatların prezidenti də

Con D.Rokfelleri telefona çağırtdıra bilmirdi.

Daniel U.Cossel yazdığı gözəl “Nəyə görə yorulmaq?” kitabında qeyd edir:

“Dincəlmək əsla heç nə eləməmək demək deyil. Dincəlmək – təmirdir”.

downloaded from KitabYurdu.org



Qısamüddətli dincəlməyin elə böyük bərpa qabiliyyəti var ki, hətta beş dəqiqəlik

yuxu da yorğunluğun qarşısını ala bilər. Beysbolun şöhrətli kralı Konni Makk

mənə demişdi ki, əgər o, oyundan qabaq günorta yatmasaydı, onda topu beşinci

dəfə ötürəndən sonra artıq əldən düşürdü. Amma o heç olmasa beş dəqiqə

yatmağa vaxt tapa bilirdisə, bir gündə oynanılan iki matça tab gətirə bilər,

yorulduğunu hiss etməzdi.

Ağ Evdə olduğu on iki il ərzində belə taqətdən salan fəaliyyətə necə tab

gətirdiyini Eleonora Ruzveltdən soruşanda o, mənə cavab verdi ki, hər görüşdən

və ya çıxışdan əvvəl o, çox vaxt kresloda əyləşir və ya taxtın üstündə uzanır,

iyirmi dəqiqəlik yatıb dincəlirdi.

Bu yaxınlarda mən Cin Otri ilə söhbət etmişdim. Biz onun Medison Skver

Qardendəki otağında idik ki, burada o, rodeo üzrə dünya çempionatı yarışında

publikanın ovladığı əsas şikar idi. Onun səhnə otağında gözümə çarpayı dəydi.

“Mən bunun üstündə hər gün düncəlirəm, – dedi Cin Otri, – və tamaşalar arasında

fasilədə bir saat yatıram. Mən Hollivudda kinoya çəkiləndə, – deyə o davam

edirdi, – çox vaxt iri yumşaq kresloda yerimi rahatlayır və tam dincəlirdim.

Ardınca mən gün ərzində iki- üç dəfə on dəqiqə mürgüləyirəm. Bu, mənim həyat

tonusumu fövqəladə dərəcədə yüksəldir”.

Edison hesab edirdi ki, öz tükənməz enerjisi və dözümlülüyü onun nə vaxt

istəsə, o vaxt yuxuya gedə bilməsinin nəticəsi idi.

Mən Henri Fordla onun səksən yaşı tamam olmazdan bir müddət əvvəl

söhbət etmişəm. Onun çiçəklənən və qıvraq görkəmi məni heyran etdi. Ondan

bunun sirrini soruşdum. O cavab verdi: “Əgər oturmaq imkanım varsa, mən heç

vaxt ayaq üstə dayanmıram və əgər uzana bilirəmsə, heç vaxt oturmuram”.

Horas Menn, “müasir pedaqogikanın atası” ixtiyar yaşına çatanda özünü

məhz bu cür aparırdı. Antioh Kollecinin rəhbəri olandan sonra o, tələbələrlə,

adətən, taxtın üstündə uzanaraq söhbət edirdi.

Mən Hollivudda bir kinorejissoru dilə tutdum ki, o, analoji metodu sınaqdan

çıxarsın. O etiraf etdi ki, nəticələri möcüzə həddinə çatır. Mən Cek Çertok

haqqında danışıram ki, o, hazırda “Metro-Qoldvin-Mayer” kinokompaniyasının

aparıcı rejissorlarından biridir. Cek Çertok bir neçə il əvvəl yanıma gələndə

MQM-də qısametrajlı filmlər şöbəsinin müdiri idi. O, yorğunluqdan tamamilə

taqətdən düşmüşdü, onun qüvvəsi tükənmək üzrə idi. O, hər şeyi sınaqdan

çıxarmışdı: tonuslaşdırıcı vasitələr, vitaminlər, dərman preparatları. Amma heç

nə ona kömək etmirdi. Mən ona hər gün dincəlməyi məsləhət gördüm. Nə cür?

Kabinetdə taxt qoysun və öz ssenaristləriylə keçirdiyi iclasların gedişində

uzanaraq dincəlsin.

Mən onu bir ildən sonra yenə də görəndə o dedi: “Möcüzə baş verdi. Mənim

şəxsi həkimlərim belə hesab edirlər. Əvvəllər bizim tematik qısametrajlı

filmlərimizin müzakirəsi zamanı özümü dik tutaraq, son həddə qədər gərilərək

stulda otururdum. İndi iclasları öz kabinetimdə, taxtın üstündə sərbəst surətdə

süstləşərək keçirirəm. Son iyirmi ildə birinci dəfədir özümü insan kimi hiss

edirəm. İndi mən əvvəlki vaxtla müqayisədə iki saat çox işləyirəm və çox nadir

hallarda yoruluram”.

Bütün bunları şəxsən siz nə dərəcədə tətbiq edə bilərsiniz? Əgər siz ste-

noqrafçısınızsa, özünüzə iş yerində, Edisonun etdiyi və ya Sem Qoldvinin indi

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə