Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə2/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   2   3   4   5   6   7   8   9   ...   208

Tədqiqatı keçirən komissiya yaşlılar üçün bu profilli savad kurslarının təşkil

olunmasının zəruriliyi qənaətinə gəlir. Lakin bu cür kurslar üçün tədris vəsaiti

qismində məsləhət görülə biləcək kitabın olmaması həmin işi yarımçıq qoyur.

Nəhayət, belə bir kitab işıq üzü gördü və o, kifayət qədər ixtisaslı bir adam

tərəfindən yazıldı. Bu, işgüzar həyatda olduğu kimi, ictimai fəaliyyətdə, eləcə də

gündəlik məişətdə dərhal rəhbər tutulmaq üçün yararlı olan özünəməxsus

yeganə işçi məlumat kitabı idi.

“Dostları qazanmaq və insanlara təsir göstərmək necə olar” kitabı insanlarla

qarşılıqlı münasibətlərdə heyrətamiz dərəcədə müvəffəqiyyətli olan üsuldan

bəhs edir; o üsullar ki, biznesmenlərin və mütəxəssislərin hazırlanmasında

iyirmi illik staj və təcrübə ilə sınaqdan çıxarılmışdır. Müəllifin uzun illər öz insan

münasibətləri laboratoriyasında – dünyada ilk və yeganə özünəməxsus

laboratoriyada qazandığı təcrübələrin bəhrəsi idi bu kitab.

Tanınmış professor, məşhur psixoloq və yazıçı Henri Ceymsin qardaşı

Uilyam Ceyms

1

deyirdi: “Necə olmalı olduğumuzla müqayisədə vur-tut



yarıyadək oyanmışıq. Biz öz fiziki və əqli resurslarımızın yalnız cüzi hissəsini

istifadə edirik. Başqa sözlə, insan individuumu indiyə qədər də öz minimal

imkanları hüdudundan çıxmadan yaşayır. O, çoxlu, adətən, necə istifadə

edəcəyini bilmədiyi qabiliyyətlərə malikdir”.

Bu kitab sizdə olan və tətbiq edə bilmədiyiniz qabiliyyətləri açmaqda və

inkişaf etdirməkdə kömək edəcək. O, həmin mürgüləyən və fayda gətirməyən

aktivlərinizdən xeyir götürməyin necə mümkün olduğunu da sizə öyrədəcək.

Bu kitab satış üçün yazılmamışdı, ancaq maraqlıdır ki, bu gün o, dünyada ən

çox oxunan və sürətlə satılan kitabdır. Deyl Karnegi bu kitabı Deyl Karnegi adına

Natiqlik Sənəti və İnsan Münasibətləri İnstitutuna qəbul olunmuş yaşlı insanlar

üçün yazmışdı. Nəşr olunduğu yalnız ilk səkkiz ayda kitabın yarım milyondan çox

nüsxəsi satılmışdı. Oxuculardan müəllifə təxminən aşağıdakı məzmunda

məlumatlar olan minlərlə məktub gəlmişdi: “Mən iki nüsxə də oğlanlarım üçün

aldım” və ya “Mənə kitabınızın bir düjün nüsxəsini göndərin ki, “məcburi

assortiment” adı ilə ona hansısa tələbat olmayan malları calayıb sata bilim”.

Belə bir kitabı yalnız Deyl Karnegi yaza bilərdi

Deyl Karnegi o kəs idi ki, böyük biznes adamları onun yanına özünənəzarət

sənətini və cəmiyyətdə uğur qazanmağın sirlərini öyrənmək üçün gəlirdilər.

Müəllimlik fəaliyyətinin uzun illəri ərzində o, 15 000 nəfərdən çox mütəxəssis və

biznesmen hazırlayıbdır. Bu 15 000 nəfərin arasında hal-hazırda bir sıra çox

məşhur adamlar da olub. Deyl Karneginin mühazirələrinin işgüzar

münasibətlərdə dəyərli olduğu o qədər aşkar olub ki, hətta mühafizəkarların iri

korporasiyaları da öz kontorlarında hazırlıq kursları tətbiq edib.

“Dostları qazanmaq və insanlara təsir göstərmək necə olar” – bu, Deyl Karne-

ginin unikal təcrübəsinin bilavasitə nəticəsi, insanlara başqa adamlarla qarşılıqlı

münasibətlərdə öz gündəlik problemlərinin həllinə kömək etmək üçün yazılmış

yeganə kitabdır.

Məşhurluğa doğru ən qısa yol

Keçən yanvar ayının şaxtalı qış axşamında hər iki cinsdən olan iki mindən

çox adam Nyu-Yorkdakı “Pensilvaniya” hotelinin böyük bal zalına toplaşmışdı.

Əyləşmək üçün yararlı hər bir oturacaq yeri saat 7.30-dan tutulmuşdu. Axşam

downloaded from KitabYurdu.org




saat 8.00 olmasına baxmayaraq, əhali axını hələ də səngimirdi. Geniş eyvan bəs

deyəcək qədər dolmuşdu; budur, artıq ayaq üstə durmalı yerlər də qapılmağa

başladı və iş günündən sonra yüzlərlə yorğun adam saat yarım ayaq üstə durmalı

olacaqdı ki, hadisənin şahidi olsun...

Möcüzəli tamaşanınmı? Altıgünlük velosiped yarışlarının finalının, yaxud

Qeyblin şəxsən peyda olmasının?..

Xeyr. Bu adamları bura qəzetdə dərc olunan bir elan cəlb etmişdi. İki gün idi

ki, onlar satıcıların əlindən “Nyu-York San” qəzetinin nüsxələrini qapışdırırdılar

ki, bütöv bir səhifəni tutan tək bircə elanı oxusunlar: “Gəlirlərinizi artırın.

Natiqlik sənətini öyrənin. Rəhbər olmağa hazırlaşın”.

Köhnə əmtəədir? Bəli, əlbəttə. Amma istəyirsiniz inanın, istəyirsiniz yox, ən

çox bərkdən-boşdan çıxmış şəhərdə, böyük depressiyanın ən qızğın çağında,

əhalinin 20%-i işsizlik üzrə müavinətlərlə yaşadığı bir vaxtda iki min beş yüz

adam o axşam öz evini tərk edərək “Pensilvaniya” hotelinə tələsirdi.

Elana diqqət yetirin – o, hansısa bir bulvar vərəqəsində yox, şəhərin ən

mühafizəkar axşam qəzeti “Nyu-York San”da peyda olmuşdu. Bu da

diqqətəlayiqdir ki, elana hay verən adamlar cəmiyyətin ali iqtisadi təbəqəsinə

mənsub idilər. Bunlar inzibati işçilər, illik gəlirləri iyirmi min dollardan əlli min

dollar arasında dəyişən yüksək vəzifəli qulluqçu və mütəxəssislərdi.

Bu adamlar gəlmişdilər ki, Deyl Karnegi adına Natiqlik Sənəti və İnsan

Münasibətləri İnstitutunun təşkil etdiyi fövqəlmüasir, fövqəlnəticəli natiqlik

sənəti və biznesdə insanlara təsir göstərmək bacarığı kurslarının məzunlarının

nümayişində iştirak etsinlər.

Həmin tədbirdə iştirak etmək bu iki min yarım kişi və qadının nəyinə gərək

idi? Ona görə deyildimi ki, depressiya ilə əlaqədar onlar gözlənilmədən

savadlarını artırmaq yanğısı hiss etmişdilər? Çox güman ki, xeyr, bu cür çıxışlar

Nyu-Yorkun zallarında artıq iyirmi dörd ildir keçirilir. Bu müddət ərzində cənab

Deyl Karnegi tərəfindən 15 000 nəfərdən çox işgüzar adam və mütəxəssis ha-

zırlanmışdı. Hətta sensasion yenilikçiliyə skeptikcəsinə yanaşan iri, “Vestinhauz

Elektrik və Manifekçerinq”, “Mak-Qrou-Hill Pablişinq Kompani”, “Bruklin

Çaynber off Kommers”, “Ameriken İnstityut off Elektriken Enciners”, “Bruklin

Yunion Qas Kompani” və “Nyu-York Telefon Kompani” kimi mühafizəkar

təşkilatlar da öz idarə heyətlərinin üzvləri və inzibati işçilər üçün bu cür hazırlığı

öz kontorlarında tətbiq etməyin zəruri olduğunu hesab etmişdi.

On və yaxud iyirmi il əvvəl məktəb, institut və ya kolleci bitirən adamların

özlərində çatışmayan bilikləri almaq üçün bu kurslara gəlmələri faktı təhsil

sistemimizin rüsvayçı çatışmazlıqlarının çox aydın və birmənalı şərhidir.

Bu yaşlı adamlarda axı hansı biliklər çatışmır? Bu, fövqəladə dərəcədə

əhəmiyyət kəsb edən sualdır və ona cavab vermək üçün Çikaqo Universiteti,

Amerika Təhsil Assosiasiyası və Xristian Gəncləri Assosiasiyası tərəfindən

birlikdə, iki il vaxt aparan və 25000 dollara başa gələn xüsusi tədqiqat da

keçirilmişdir.

Tədqiqatın nəticəsində müəyyən olunmuşdur ki, yaşlı adamların maraqları

sırasında birinci yerdə sağlamlığın mühafizəsi, ikinci yerdə isə insan müna-

sibətləri məharəti dayanır: onlar ictimai həyatda uğur qazanmağın və insanlara

təsir etməyin “texnikasını” öyrənmək istəyirlər. Onlar heç də peşəkar natiq

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə