Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə20/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   16   17   18   19   20   21   22   23   ...   208

məndən nə qədər ala biləcəyi idi. Nəticədə o, heç nə almadı. Mən klinikadan ona

qarşı nifrət hissiylə çıxdım.

Dünyada nə qədər tamahkar və təmənnalı insan var! Və başqalarına faydalı

olmağa can atan nadir adam çox böyük üstünlüyə malikdir. Onun konkurenti

azdır.

Ouen D.Yanq deyib: “Özünü başqasının yerinə qoymağı bacaran, onun



düşüncə tərzini başa düşmək qabiliyyəti olan adam özünü gözləyən gələcək

barədə narahat olmaya bilər”.

Əgər bu kitabı oxuyandan sonra siz ən çox lazım olanı – həmişə başqasının

baxış nöqtəsində dayanmaq, şeylərə onun baxış bucağı altında baxmaq meylini

əldə edərsinizsə, bu, sizin karyeranızda mühüm mərhələ ola bilər.

Bir çoxları kollecləri bitirir, Vergilini oxumaq bacarığına və saymağın

sirlərinə yiyələnirlər, lakin özlərinin nə cür düşündükləri barədə azacıq da olsa

təsəvvürləri olmur. Məsələn, bir dəfə mən Nyu-Cersi ştatının Nyu-Ark şəhərinin

Nəqliyyat korporasiyasında işə götürülən kollec məzunları üçün natiqlik sənəti

kurslarını aparırdım. Onlardan biri başqalarını basketbol oynamağa inandırmaq

istəyirdi. O vaxt onun dedikləri bunlar idi: “Sizi əsl adam eləmək və basketbol

oynamağı öyrətmək istəyirəm, ancaq axır vaxtlar idman zalında adam çatışmır ki,

biz oynaya bilək. Bu günlərdə bizdən ikisi-üçü top uğrunda mübarizədə toqquşdu

və gözlərinin altında əməlli-başlı qançır qazandılar. Çox istəyərdim ki, siz,

uşaqlar sabah axşam gələsiniz”.

O, sizin istəkləriniz barədə nə isə dedimi? Siz heç kimin getmədiyi idman

zalına getmək istəyirsinizmi? Onun istəkləri sizi çox bərk narahat edirmi? Bəlkə

gözünüzün altında qançır qazanmaq istəyirsiniz?

Bəs o, idman zalına getməyin cəlbedici tərəflərini sizə göstərə bilərdimi?

Şübhəsiz. Enerjiniz artır. İştahanız yaxşılaşır. Fikir daha aydınlaşır. Şən əhvali-

ruhiyyə. Oyunlar və sair və ilaxir.

Professor Overstritin müdrik məsləhətini təkrar edək: “Hər şeydən əvvəl,

həmin kəsdə (başqa adamda) hansı isə bir güclü arzu oyadın. Kimin bunu etməyə

qabiliyyəti varsa, o kəslə – bütün dünya birlikdədir. Kimin qabiliyyəti yoxdursa,

o, təklikdə gedir”.

Tələbələrdən biri mənimsədiyi bilikləri məişət həyatında autotreninq

qaydasında tətbiq eləməyi qərara almışdı. Öz balaca oğlunun tərbiyəsi ilə bağlı

bəzi problemlər ona rahatlıq vermirdi. Oğlan arıq-cılız uşaq idi və özü yeməkdən

imtina edirdi. Valideynləri belə hallarda adi olan metodlara əl atırdılar. Onlar

uşağı “təngə gətirir” və “beynini xarab edirdilər”. “Anan istəyir ki, sən bax bunu

və bir də bunu yeyəsən”. “Atan istəyir ki, sən böyüyəsən və böyük kişi olasan”.

Uşaq bu istəklərə heç azacıq da olsa diqqət yetirirdimi? Siz qumlu çimərlikdə

gəzəndə qum dənəsinə nə qədər diqqət yetirirsinizsə, uşaq da düz o qədər diqqət

yetirirdi.

Zərrəcə də olsa sağlam təfəkkürlü adam ümidlərini buna bağlamaz ki, üçyaşlı

uşaq otuzyaşlı atasının nöqteyi-nəzərini diqqətə almış olsun. Bununla belə, bu

məhz həmin hal idi ki, ata ümid eləməkdə davam edirdi. Bu, absurd idi. O, əvvəl-

axır bunu gördü. Və onda o, özünə dedi: “Uşaqda yemək istəyinin əmələ gəlməsi

üçün axı mən nə edim? Mən özümün istədiyimi onun istədiyi ilə axı necə

bağlayım?”

downloaded from KitabYurdu.org



O, azacıq düşünəndə bunun elə də müşkül iş olmadığı bəlli oldu. Onun

oğlunun üçtəkərli velosipedi var idi və uşaq Bruklindəki evlərinin qabağında onu

sürməyi xoşlayırdı. Həmin küçədən bir neçə ev aralıda, Hollivudda deyildiyi kimi,

“təhlükə” yaşayırdı – həmin uşaqdan bir az böyük oğlan velosipedi ondan güclə

alır və özü sürüdü.

Təbii ki, uşaq ağlaya-ağlaya anasının yanına qaçırdı; anası küçəyə çıxmalı,

“təhlükəni” velosipeddən düşürməli və oğlunu yenidən velosipedə oturtmalı

olurdu. Bu, demək olar, hər gün baş verirdi.

Balaca oğlan uşağı axı nə istəyirdi? Cavabı tapmaq üçün Şerlok Holms olmaq

lazım deyil. Onun qüruru, onun kini, onun özünün əhəmiyyət kəsb etməsi hissi –

bir sözlə, ən güclü emosiyalarının hamısı onu qisasa, “təhlükənin” burnunu

sındırmağa can atmağa sövq edirdi. Atası ona dedi ki, o yalnız anası ona verdiyi

hər şeyi yesə, həmin yekə “sırtığa” elə ilişdirə bilər ki, gözləri qaralar. Atası onu

buna ümidləndirəndə dietik problemlər tezliklə yox oldu.

Bu uşaq ispanaq, turş kələm, duzlu balıq – bir sözlə, onu belə tez-tez alçaldan

həyasızı çırpmaq üçün kifayət qədər böyük olmaq məqsədilə hər şey yeməyə

başladı.

Bu problem həll olunandan sonra atası başqasından yapışdı – uşağın yuxuda

yatağını islatmaq kimi axmaq bir vərdişi vardı. Uşaq öz nənəsi ilə yatırdı. Səhər

yuxudan oyananda nənəsi, adətən, mələfəni yoxlayır və deyirdi: “Bir bax, Conni,

gecə yenə nə eləmisən?” Uşaq isə, adətən, cavab verirdi: “Yox, bunu mən

eləməmişəm. Bunu sən eləmisən”.

Onu danlayır, şapalaqlayır, utandırır və hər dəfə yenə və yenə təkrar

edirdilər ki, anan istəmir ki, sən bunu eləyəsən – ancaq bu tədbirlərin heç biri

yatağın quru qalmasını təmin edə bilmirdi. Nəhayət, onun valideynləri özlərinə

sual verdilər: “Biz necə edək ki, o, yatağı islatmaq istəməsin? O, ümumiyyətlə, nə

istəyir?”

Birincisi, o yatanda əyninə nənəsi kimi gecə köynəyi yox, atası kimi pijama

geyinmək istəyir. Nənəsi gecə vurnuxmalarından boğaza yığılmışdı. Razılaşdı ki,

bəlkə pijama cütlüyü alınandan sonra uşağın düzəlmək niyyəti ola.

İkincisi, o, özünün şəxsi yatağının olmasını istəyirdi. Nənə etiraz eləmirdi.

Anası uşağı universal mağazaya apardı, satıcı qıza göz vurdu və dedi: “Bax bu

balaca centlmen bir-iki şey almaq istəyir”.

Satıcı qız uşağa özünün əhəmiyyət kəsb etdiyini hiss eləməyə imkan verərək

soruşdu: “Sizə nə göstərməyi əmr edərsiniz, cavan oğlan?”

Bu sözlərdən uşağın boyu iki düym uzandı və cavab verdi: “Mən özümə çarpayı

almaq istəyirəm”.

Satıcı qız ona anasının xoşuna gələn uşaq çarpayısını göstərəndə uşağı məhz

bunu almaq lazım olduğuna inandırdılar.

Növbəti gün çarpayı evə çatdırıldı. Atası axşam evə qayıdanda uşaq onun

qabağına qışqırıqla qaçdı: “Ata! Ata! Bura, yuxarıya gəl, gəl bir MƏNİM çarpayıma

bax! ÖZÜM almışam!” Atası çarpayıya baxdı və Çarlz Şvabın tövsiyəsinə riayət

edərək, “razı qaldığını ürəkdən bildirərək tərifdə səxavətli oldu”. “Bu çarpayını

sən daha islatmayacaqsan? Elə deyil?” – o soruşdu. “Ah, yox! Yox! Mən bu

çarpayını islatmayacağam!” Uşaq öz vədinə əməl etdi. Burada onun qüruru

ortaya qoyulmuşdu. Bu, onun çarpayısı idi. O və yalnız o özü onu alıb. Və indi o

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə