Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə200/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   196   197   198   199   200   201   202   203   ...   208

etdiyi kimi, mürgüləməyə, aydın məsələdir, imkan verə bilməzsiniz. Və ya əgər

siz mühasib işləyirsinizsə, kim sizə icazə verər ki, öz rəisinizlə maliyyə hesabatını

müzakirə edərkən taxtın üstündə uzanasınız? Amma siz kiçik şəhərcikdə

yaşayırsınızsa və lençə evə gəlirsinizsə, lençdən sonra on dəqiqə yatmaq, ola

bilsin, sizə müyəssər oldu. General Corc S.Marşall məhz belə edirdi. O, müharibə

dövründə Birləşmiş Ştatlar ordusunun baş qərargah rəisi olarkən elə bir

dərəcədə məşğul adam idi ki, günorta dincəlməyin zəruri olduğunu hesab edirdi.

Əgər yaşınız əllini ötübsə və siz daima tələsirsinizsə və dincəlmək üçün heç bir

dəqiqə də vaxt tapmırsınızsa, onda öz həyatınızı mümkün qədər hər vasitə ilə

sığorta edin. Dəfn mərasimləri baha başa gəlir – və qəfil baş verir – bizim

günlərimizdə; can-ciyər həyat yoldaşınızın isə könlünə, ola bilsin, sığortanız üzrə

pul almaq və daha cavan adama ərə getmək düşmüş olsun.

Əgər günorta mürgüləmək imkanınız yoxdursa, onda heç olmasa şam

yeməyindən qabaq bir saat uzanmağa cəhd edin. Axı bu, su ilə qatılmış viskidən

ucuz başa gələcək sizə və uzunmüddətli hesabda 5476 dəfə daha effektiv olduğu

aydın olacaqdır. Əgər axşam saat beşdən altıya və ya altıdan yeddiyə qədər yata

bilsəniz, onda bu minvalla siz öz aktiv həyatınıza bir saat əlavə edə bilərsiniz.

Niyə? Nə cür? Ona görə ki şam yeməyindən əvvəl bir saat ərzində yuxu və üstəgəl

də altı saatlıq gecə yuxusu – cəm halında yeddi saat – səkkiz saatlıq fasiləsiz

yuxudan faydalıdır.

Fiziki əməklə məşğul olan işçi dincəlməyə daha çox vaxt sərf edərsə, daha

böyük həcmdə işi yerinə yetirə bilər. Frederik Teylor bunu, “Betlehem Stil”

poladtökmə kompaniyasının elmi idarəetmə üzrə mühəndisi vəzifəsində işlədiyi

vaxt nümayiş etdirmişdi. O fikir vermişdi ki, hər bir fəhlə iş günü ərzində yük

maşınına təqribən 12,5 ton çuqun yükləyir və günorta fəhlələrin hamısı

yorğunluqdan artıq ayaq üstə dura bilmir. O, fəhlələrin yorulmasını doğuran

amillərin hamısının elmi təhlilini apardı və bildirdi ki, fəhlələr iş günü ərzində

12,5 ton yox, 47 ton çuqun yükləyə bilər! O, hesablamaları nəticəsində bu

qənaətə gəldi ki, onlar indiki ilə müqayisədə dörd dəfə çox yükləməli və özü də

yorulmamalıdırlar. Deyəcəksiniz: bəs axı sübutlar hanı?

Teylor eksperiment üçün Şmidt adında bir fəhləni seçir və ona saniyəölçən

üzrə işləmək təklif olunur. Şmidt işləyəndə onun yanında əlində saniyəölçən olan

xronometrçi dayanır və komandalar verirdi: “İndi külçəni qaldırın və gedin... İndi

isə oturun və dincəlin... İndi gedin... İndi dincəlin”.

Axı nə baş verirdi? Şmidt hər gün 47 ton çuqun yüklədiyi halda, başqa

fəhlələrə cəmi 12,5 ton yükün öhdəsindən gəlmək müyəssər olurdu. Şmidt bu

ritmdə faktiki olaraq üç il, Frederik Teylor həmin kompaniyada xidmət etdiyi

vaxt ərzində işlədi. Şmidt bu nəticəyə ona görə müvəffəq olurdu ki, o,

yorulduğunu hiss etməzdən əvvəl dincəlirdi. O, bir saat ərzində təqribən 26

dəqiqə işləyir, 34 dəqiqə isə dincəlirdi. O, işlədiyindən çox dincəlirdi – amma

onun işinin məhsuldarlığı başqa fəhlələrlə müqayisədə dörd dəfə yüksək idi. Bu,

vur-tut söz-söhbətlərdir? Xeyr, siz Frederik Uinslou Teylorun “Elmi idarəetmənin

prinsipləri” kitabında göstərilən məlumatlarla özünüz də tanış ola bilərsiniz.

İzin verin təkrar edim: Amerika ordusunun əsgərindən nümunə götürün, tez-

tez dincəlin. Siz də ürəyiniz edən kimi davranın – yorulduğunuzu hiss etməzdən

əvvəl dincəlin və onda hər gün öz aktiv həyatınıza bir saat əlavə etmiş olarsınız.

downloaded from KitabYurdu.org



İyirmi üçüncü fəsil

Siz niyə yorulursunuz və yorğunluğu necə aradan qaldırmaq olar

Budur, heyrətamiz və çox mühüm fakt: əqli fəaliyyət öz-özlüyündə sizi yora

bilməz. Absurd kimi səslənir. Lakin bir neçə il əvvəl alimlər insan beyninin “aşağı

iş qabiliyyəti” (bu, beyin yorğunluğunun elmi adıdır) səviyyəsinə düşməyənədək

nə qədər uzun müddət fəaliyyət göstərə bildiyini aydınlaşdırmağa cəhd etdilər.

Həmin alimlərin heyrətinə rəğmən, demə, beyin aktiv halda olarkən ondan keçən

qan beynin yorulduğunu qətiyyən əks etdirmir. Əgər siz iş vaxtı günəmuzd

fəhlənin venasından qan götürərsinizsə, onda qanda böyük miqdarda yorğunluq

toksinləri və yorğunluğun digər məhsullarının olduğunu aşkar edəcəksiniz. Am-

ma siz, deyək ki, Albert Eynşteynin beynindən bir damla qan alsaydınız, günün

axırında onda heç bir yorğunluq toksinin olmadığı aşkar olardı.

Beləliklə, bizim beynimiz “səkkiz saatlıq və ya hətta on iki saatlıq iş gününün

axırında iş gününün əvvəlində olduğu qədər yaxşı” işləyə bilər. Beyin qətiyyən

yorulmur... Bəs onda siz niyə yorulursunuz?

Psixiatrlar bildirirlər ki, yorğunluq əksər hallarda psixiki və emosional

əhvalın nəticəsi kimi meydana çıxır. İngiltərənin ən görkəmli psixiatrlarından

biri olan C.E.Hedfild “Qüvvənin psixologiyası” kitabında yazır: “Biz, bir qayda

olaraq, psixiki mənşəli olan yorğunluqdan əziyyət çəkirik; sırf fiziki xarakterli

taqətdən düşmə nadir hallarda rast gəlinir”.

Amerikanın ən görkəmli psixiatrlarından biri, doktor A.A.Brill bir qədər də

uzağa gedir. O bildirir: “Əqli əməklə məşğul olan sağlam işçinin yorğunluğunun

yüz faizi psixoloji faktorlardan və ya başqa sözlə, emosional faktorlardan irəli

gəlir”.


Stolun arxasında əyləşən işçinin yorulmasını hansı emosional faktorlar

şərtləndirir? Sevinc? Məmnunluq? Xeyr! Heç vaxt! Darıxma, inciklik, öz əməyinin

qiymətləndirilməməsi hissi, tələskənlik, həyəcan, narahatlıq – kabinet işçisinin

qüvvəsini eşib heçə endirən, onun soyuqdəyməyə meyilli olmasına şərait

yaradan, onun iş qabiliyyətini aşağı salan və onun evə başağrısı ilə getməsini

şərtləndirən məhz bu emosional faktorlardır. Həqiqətən də, mənfi

emosiyalarımız orqanizmimizin əsəbi gərginliyini doğurduğuna görə biz

yoruluruq.

“Metropoliten Layf” sığorta kompaniyası yorğunluq haqda broşüra buraxıb.

“Ağır iş öz-özlüyündə, – deyilir həmin broşürada, – yaxşı yuxu və dincəlməklə

aradan qaldırıla bilməyən yorğunluğu nadir hallarda doğurur... Narahatlıq,

gərginlik və emosional sarsıntılar – yorğunluğun üç əsas səbəbi bunlardır.

Səbəbin fiziki və ya əqli iş olduğu təsəvvür olunanda günahkar çox vaxt məhz

bunlar olur. Yadda saxlayın ki, gərgin vəziyyətdə olan əzələ heç vaxt dincəlmir.

Dincəlin! Öz enerjinizi mühüm işlər üçün qoruyub saxlayın”.

İndi isə nə etsəniz də, dayanın və öz halınızın yoxlanışını həyata keçirin. Siz

bu sətirləri oxuyarkən qaşqabaqlısınızmı? Gözlərinizin arasında gərginlik hiss

edirsinizmi? Kreslonuzda oturaraq dincəlirsinizmi? Yoxsa belinizi bükmüsünüz?

Sifətinizin əzələləri gərilmişdirmi? Əgər bədəniniz sözə baxmırsa və köhnə əsgi

oyuncaq kimisinizsə, onda siz həmin bu məqamda özünüzdə əsəbi və əzələ

gərginliyi yaradırsınız. Özünüzdə əsəb gərginliyini və əsəb yorğunluğunu özünüz

meydana çıxarırsınız.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə