Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə202/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   198   199   200   201   202   203   204   205   ...   208

kəskin surətdə azalar. Və sanatoriyalarımız və havalanmışlar üçün evlərimiz

yorğunluğun və narahatlığın sındırdığı adamlarla bu qədər dolu olmaz.

İyirmi dördüncü fəsil

Evdar qadın yorğunluqdan

canını necə qurtara və

cavan görkəmini saxlaya bilər

Əməkdaşım olan xanım keçən payız bir dəfə Bostona, dünyada ən qeyri-adi

tibb kurslarına yollanırdı. Tibb kursları? Müəyyən mənada, bəli. Kurslarda

məşğələlər həftədə bir dəfə Boston poliklinika xəstəxanasında keçirilir. Bura

təşrif buyuran pasientlər məşğələlərə buraxılmazdan əvvəl mütəmadi olaraq çox

ciddi müayinədən keçirilirlər. Lakin bu kurslar özü ilə faktiki olaraq psixoloji

klinika təcəssüm etdirir, halbuki rəsmi olaraq tətbiqi psixologiya kursları

adlandırılır (keçmişdə bu kursları fikirlər üzərində nəzarət üzrə kurslar

adlandırırdılar – bu adı kursların ilk iştirakçısı təklif etmişdi) və onların əsl

məqsədi – narahatlıqdan xəstələnmiş insanlara kömək etməkdir. Və belə

pasientlərin arasında əhəmiyyətli qədərini emosional pozuntuları olan evdar

qadınlar təşkil edir.

Narahatlığın didib-dağıtdığı insanlar üçün bu kurslar necə təşkil olunmuşdu?

Doktor Cozef H.Prett (yeri gəlmişkən, Uilyam Oslerin şagirdi) 1930-cu ildə diqqət

yetirmişdi ki, Boston xəstəxanasının ambulator xəstələrinin bir çoxu fiziki

cəhətdən xəstə deyil. Amma onların hamısında faktiki olaraq bu və ya digər

xəstəliyin bütün simptomları var idi. Bir qadının əlləri “artritdən” elə bir

dərəcədə burulmuşdu ki, o, əllərindən qətiyyən istifadə edə bilmirdi. Başqa bir

pasient xanım “mədə xərçəngi” simptomlarından tam naümid hala düşmüşdü.

Digər pasient qadınlar kürəklərində ağrıdan, başağrılarından, xroniki

yorğunluqdan və qeyri-aydın ağrı hisslərindən əziyyət çəkirdilər. Onlar,

həqiqətən də, ağrı hiss edirdilər. Lakin ən səhih tibbi müayinələr göstərirdi ki,

pasient xanımların hamısı sağlamdır. Köhnə məktəbin bir çox həkimi deyərdi ki,

bu, sadəcə olaraq, təxəyyüldür – “hər şey ürəkdədir”.

Lakin doktor Prett anlayırdı ki, onlara bunu demək faydasızdır: “Gedin

evinizə və bunu yaddan çıxarın”. O bilirdi ki, bu qadınların əksəriyyəti xəstəlik

həsrətində deyildir; əgər öz azarlarını asanlıqla yaddan çıxara bilsəydilər, onlar

bunu edərdilər. Bəs belə olan halda nə etmək mümkün idi?

Doktor Prett skeptikcəsinə köklənmiş bir çox səhiyyə xadimlərinin

etirazlarına baxmayaraq, öz kurslarını təşkil etdi. Və ona möcüzə törətmək

müyəssər oldu! Açıldığı gündən keçən on səkkiz il ərzində bu kurslara gələn

minlərlə adamın “dərdinə əlac” gətirdi. Onlardan bəziləri məşğələlərə illərdir,

dindar insanların kilsəyə getdikləri mütəmadi dəqiqliklə gəlirdi. Doqquz ildən də

çox müddət ərzində bir məşğələni belə buraxmayan qadınla mənim assistentim

söhbət etmişdi. Qadın demişdi ki, klinikaya birinci dəfə yollananda möhkəm

əmin idi ki, onda səyriyən böyrək və ürəyinin hansısa bir xəstəliyi var. O, elə bir

dərəcədə həyəcanlanmış və gərginləşmişdi ki, bəzən hətta görmə qabiliyyətini

itirir və onda korluq pristupları baş verirdi. Lakin hazırda o, şəndir, özünə

əmindir və özünü əla hiss edir. Görkəmindən ona qırx yaş vermək olar, halbuki

biz onunla görüşəndə dizləri üstündə nəvəsini oturtmuşdu. “Mən öz ailəmizdəki

xoşagəlməz hallara görə o qədər çox narahat olurdum ki, – danışırdı o, –

downloaded from KitabYurdu.org



ölməyimi istəyirdim. Amma bu klinikada mən narahat olmağın mənasızlığını

anladım. Mən onu dayandırmağı öyrəndim. Və indi təmiz ürəklə deyə bilərəm ki,

hazırda həyatım təlatümsüzdür”.

Kursların tibb üzrə konsultantı doktor Roza Hilferdinq demişdir ki,

narahatlığın yüngülləşdirilməsinin, onun rəyinə görə, ən yaxşı vasitələrindən biri

– “problemləriniz haqda etibar etdiyiniz adama danışmaqdır”. “Biz bunu katarsis

adlandırırıq, – demişdi o. – Pasientlər məşğələlərə gələndə özlərini

həyəcanlandıran hər şeyi ətraflı danışa bilərlər – ürəkləri boşalana qədər.

Təklikdə keçirilən həyəcanlar öz problemlərini başqalarından gizlətmək istəyi

çox böyük əsəb gərginliyinə gətirir. Biz hamımız öz həyəcanlarımızı kiminləsə

bölüşmək tələbatını duyuruq. Öz narahatlığını bölüşmək. Biz hiss etməliyik ki,

dünyada bizi dinləməyə hazır olan və bizi başa düşməyi bacaran kimsə var”.

Assistentim bir pasient xanımın öz problemlərini danışandan sonra nə qədər

böyük yüngüllük tapdığının şahidi olmuşdu. Onun evində problem var idi və

hekayətini danışmağa başlayanda o, yay kimi gərilmişdi. Sonra isə o, tədricən,

danışmağını davam etdirdikcə sakitləşməyə başladı. Söhbətinin axırında o hətta

gülümsəyirdi də. Onu narahat edən problem həll olundumu? Xeyr, bu, o qədər də

asan deyildi. Dəyişikliyi kiminləsə danışmaq imkanı hansısa bir məsləhət almaq

və bir qədər insani dərdəşəriklik münasibəti doğurmuşdu. Dəyişikliyin əsl səbəbi

sözlərdə ehtiva olunan, onların sehrli məlhəmedici qüvvəsi idi.

Psixoanalizin əsasında duran da məhz elə sözlərin bu məlhəmedici qüv-

vəsidir. Psixoanaliz üzrə mütəxəssislər hələ Freydin dövründən bilirlər ki,

pasientlər daxili həyəcandan yüngüllük tapa bilərlər, əgər onlara ürəyindəkiləri

deyib boşaltmaq, onlara vur-tut özlərini söndürmək imkanı verilirsə. Niyə belə

baş verir? Ola bilsin ki, hekayət etmək prosesində bizi həyəcanlandıran problemi

daha dərindən dərk edir və onu düzgün işıq altında görürük. Cavabı heç kim tam

dolğunluğu ilə bilmir. Amma biz hamımız bilirik ki, əgər düşündüklərimizi

deyiriksə, ürəyimizi boşaldırıqsa, onda dərhal yüngülləşirik.

Beləliklə, sizdə emosional problem meydana çıxan kimi niyə də kimisə,

bölüşə biləcəyiniz kimisə axtarmayasınız? Mən, sözsüz ki, ətrafdakı hamını öz

gileylərimiz və deyinmələrimizlə bezdirmək haqda danışmıram. Etibar etdiyiniz

bir adamı seçin və ondan sizinlə görüşməyi xahiş edin. Həmin adam qohumunuz,

həkiminiz, hüquqşünas və ya keşiş ola bilər. Ona bu cür müraciət edin: “Mənim

sizin məsləhətinizə ehtiyacım var. Qarşımda problem meydana çıxıb və

istəyərdim ki, siz məni dinləyəsiniz. Ola bilsin ki, siz mənə məsləhət verə

biləcəksiniz. Siz elə aspektləri görə bilərsiniz ki, bunları özüm görə bilmirəm.

Lakin siz problemimi həll edə bilməsəniz də, məni, sadəcə olaraq, dinləməklə çox

böyük kömək etmiş olarsınız”.

Lakin siz, həqiqətən də, hiss edirsinizsə ki, müraciət edə biləcəyiniz heç kim

yoxdur, yenə də ümidsizliyə qapılmayın. Xüsusi olaraq yaradılmış “Həyatın xilas

edilməsi Liqası”, mövcuddur ki, o, sizi bəlada qoymaz. Onun Boston

xəstəxanasına heç bir aidiyyəti yoxdur. “Həyatın xilas edilməsi Liqası” – bu,

dünyada ən qeyri-adi liqalardan biridir. Başlanğıcda o, intiharların qarşısının

alınması məqsədilə yaradılmışdı. Lakin illər keçir və onun fəaliyyət sferası

tədricən genişlənirdi. Liqa bədbəxtliyə düçar olmuş və emosional dəstəyə

möhtac olanlara mənəvi dəstək göstərməyə başladı.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə