Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə203/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   200   201   202   203   204   205   206   207   208

Pasientlərin öz həyəcanları barədə hekayətləri – Boston xəstəxanası

nəzdindəki kurslarda tətbiq edilən əsas terapevtik metodlardan biridir. Lakin

bəzi ideyalar da var ki, biz onları bu kurslardan əxz etmişik və əgər siz evdar

qadınsınızsa, bunları öz evinizdə tətbiq edə bilərsiniz.

1. “Ruhlandırıcı” mütaliə üçün dəftər və ya qeyd kitabı aparın. Bura

zövqünüzü oxşayan və əhvali-ruhiyyənizi yaxşılaşdıran şeirlərin və sitatların

hamısını yapışdıra bilərsiniz. Əgər bir yağışlı gündə sizi qəm-qüssə bürüyərsə

siz, ola bilsin, bu dəftərdə tutqun fikirləri dağıtmaq üçün resept tapa biləcəksiniz.

Boston xəstəxanasının pasient xanımlarının bir çoxu bu cür dəftərləri illərlə

aparır. Onlar deyirlər ki, bu, onların psixi halına “tonuslaşdırıcı iynə” kimi təsir

göstərir.

2. Başqalarının çatışmazlıqları barədə çox fikirləşməyin! Ərinizin

çatışmazlıqları, sözsüz ki, vardır. Əgər o, müqəddəs olsaydı, onda heç vaxt sizinlə

evlənməzdi. Belədir? Tədricən qəzəbli deyingənə çevrilmiş, sifətində əldən

düşdüyü ifadə olunmuş bir xanım dinləyicinin kurslarda sözünü bir dəfə qəfildən

bu sualla kəsirlər: “Əriniz ölsəydi, nə edərdiniz?” Bu fikir onu elə sarsıtdı ki,

yerinə oturdu və dərhal ərinin üstün cəhətlərindən ibarət siyahı tutdu. Bəlli oldu

ki, bunlar heç də az deyilmiş. Əgər birdən ağlınıza gələrsə ki, simic tirana ərə

getmisiniz, niyə də bu qadının nümunəsini təkrar etməyəsiniz? Ərinizin üstün

cəhətlərinin siyahısını oxuyarkən, ola bilsin, aşkar edəcəksiniz ki, o elə sizin

görüşmək istədiyiniz adamdır!

3. Öz qonşularınıza maraq göstərin! Sizinlə eyni bir küçədə yaşayan

adamlara münasibətdə özünüzdə dostcanlı, sağlam maraq formalaşdırın.

Kurslarda özünü elə bir dərəcədə “istisnasız” hesab edən xanım pasient var idi ki,

onun dostları yox idi. Məşğələlərdə ona rastlaşdığı birinci adam barədə hekayə

yazmaq təklif olundu. Tramvayda getdiyi zaman o, gördüyü adamların

tərcümeyi-hallarını və həyat şəraitləriylə əlaqədar hekayələr fikirləşməyə

başladı. O, onların həyatının necə cərəyan etdiyini təsəvvür eləməyə çalışırdı.

İndi həmin qadın harada olsa belə, insanlarla söhbətə başlayır və artıq xoşbəxt,

ünsiyyətcil və mehriban, öz “əzablarından” canını qurtarmış adam olub.

4. Yatmağa getməzdən əvvəl növbəti gün üçün plan tərtib edin. Kurslarda

keçirilən məşğələlərdə aşkar olundu ki, həyat yoldaşlarının bir çoxu – özlərini ev

işlərinin və boynuna düşən vəzifələrin sonu olmayan dairəsində duyduqlarına

görə – özlərini küncə qısnanmış və əsəbləri pozulmuş kimi hiss edirlər. Onlar

evin işlərini heç vaxt görüb qurtara bilmirlər. Onların vaxtı həmişə çatışmır.

Daim tələsmək və narahat olmaqdan yaxa qurtarmaq üçün onlara hər axşam

növbəti gün üçün plan tərtib etmək məsləhət görülürdü.

Və nə baş verdi? Onlar daha çox iş görə bilir, daha az yorulurdular. Onlar öz

əməklərinə görə qürur və məmnunluq hissi qazandılar. Onların dincəlmək və

özlərinə qulluq etmək üçün vaxtları peyda oldu.

(Hər bir qadın öz görkəmiylə məşğul olmaq üçün gün ərzində vaxt tap-

malıdır. Şəxsən mənə belə gəlir ki, qadın gözəl göründüyünü biləndə o

əsəbiləşməyə də son qoyur).

5. Və nəhayət, gərginlikdən və yorğunluqdan qaçın. Özünüzü süstləşdirin!

Özünüzü süstləşdirin! Gərginlik və yorğunluq qədər başqa heç nə insanı

vaxtından əvvəl qocaltmır. Cavanlığınızı və gözəlliyinizi yorğunluq qədər başqa

downloaded from KitabYurdu.org



heç nə dağıtmır! Boston xəstəxanasında fikirlər üzərində nəzarət üzrə kursların

məşğələlərində kursların rəhbəri professor Pol E.Conson bir çox prinsiplər, bizim

əvvəlki fəsildə haqqında artıq danışdığımız – özünü süstləşdirmək qaydaları

haqda danışanda assistentim bütöv bir saat sinifdə oturmuşdu. Assistentim

həmin süstləşdirici məşqləri başqaları ilə birlikdə on dəqiqə yerinə yetirəndən

sonra öz stulunda dik oturduğu vəziyyətdə, demək olar, yuxuya getmişdi. Fiziki

süstləşməyə niyə belə böyük diqqət ayrılır? Ona görə ki Boston xəstəxanasının

həkimləri – elə başqa həkimlər kimi – bilirlər ki, pasientləri narahatlıq pris-

tupundan müalicə etmək üçün onlara özlərini süstləşdirməyi öyrətmək lazımdır.

Gerçəklikdə də, əgər siz evdar qadınsınızsa, süstləşməlisiniz. Sizin bir böyük

üstünlüyünüz var: siz istənilən məqamda uzana bilərsiniz. Siz hətta döşəmənin

üstündə də uzana bilərsiniz! Nə qədər qəribə olsa da, yaxşı möhkəm döşəmə

süstləşdirici məşqlər üçün yaylı döşəkli çarpayıdan qat-qat çox yarayır. Döşəmə

daha çox müqavimət göstərir. Bu, fəqərə sütunu üçün faydalıdır. İndi isə, budur,

sizin evdə yerinə yetirə biləcəyiniz bir neçə məşq. Onları heç olmasa bir həftə

yerinə yetirməyə cəhd edin və əhvali-ruhiyyənizin və xarici görüşünüzün necə

yaxşılaşacağını görəcəksiniz.

a. Yorğunluq hiss edən kimi üzü üstə döşəməyə uzanın. Bütün gücünüzlə

dartının, əgər istəyirsinizsə, bir böyrünüzdən o birinə yumalanın. Bunu gündə iki

dəfə edin.

b. Gözlərinizi yumun. Siz professor Consonun məsləhət elədiyi kimi, nə isə

buna oxşar sözlər deyə bilərsiniz: “Göydə günəş gur işıq saçır. Mənim üzərimdə

parıltılı mavi göydür. Təbiət sakitdir və o, dünyanı idarə edir. Mən isə təbiətin

övladı olaraq kainatla harmoniya halındayam”.

c. Bəlkə sobada ət qızartdığınıza görə uzanmaq imkanınız yoxdur? Nə etmək,

stula əyləşsəniz də, demək olar, eyni effekt əldə oluna bilər. Düz söykənəcəyi

olan bərk stul süstləşmək üçün hər şeydən yaxşı yarayır. Oturan halda yonulmuş

qədim Misir heykəli kimi dik oturun, əllərinizi isə ovucları aşağı vəziyyətdə

ombanızın üst hissəsinə söykəyin.

d. İndi ayaq barmaqlarınızı yavaş-yavaş gərin – sonra onları boşaldın.

Ayaqların əzələlərini gərin – sonra onları boşaldın. Bunu yavaş-yavaş yuxarı

qalxaraq, boynunuza çatana qədər bədəninizin bütün əzələləri ilə edin. Ardınca

yavaş-yavaş başınızla fırlanma hərəkətini edin, sanki o, futbol topudur. Öz

əzələlərinizə təkrar-təkrar deyin (əvvəlki fəsildə olduğu kimi) “Sakitcə dincəlin...

Sakitcə dincəlin...”

e. Öz əsəblərinizi aramlı rəvan nəfəs almaqla sakitləşdirin. Dərindən nəfəs

alın. Hindistan yoqaları haqlı idilər: ritmik tənəffüs – əsəbləri sakitləşdirmək

üçün nə vaxtsa kəşf olunmuş ən yaxşı metodlardan biridir.

f. Sifətinizdəki qırışlar və büküklər haqda fikirləşin və onların hamısını

hamarlayın. Qaşqabaq tökəndə qaşlarınızın arasında yaranan bükükləri,

həmçinin də ağzınızın künclərindəki bükükləri hamarlayın. Bunu gündə iki dəfə

etsəniz, masaj almaq üçün gözəllik salonuna getməyinizə ehtiyac olmayacaq.

Ruhi vəziyyətinizin yaxşılaşması, ola bilsin, görkəminizi də yaxşılaşdıracaqdır.

İyirmi beşinci fəsil

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə