Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə204/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   200   201   202   203   204   205   206   207   208

Yorğunluğu və narahatlığı

qabaqlamaqda sizə kömək edəcək

dörd yaxşı əmək vərdişi

Yaxşı əmək vərdişi – № 1: Yazı stolunuzun üstünü hazırda həll olunan

problemlə bağlı olanlardan başqa bütün kağızlardan azad edin.

Çikaqo və Şimal-Qərb dəmiryol kompaniyasının prezidenti Roland L.Uilyame

deyir: “Müxtəlif suallar üzrə sənədlərin iş stolunda qalaqlandığı adam yalnız

indicə həllini gözləyən problemlə bağlı kağızları saxlayıb, stolu boşaldarsa, işinin

qat-qat asanlaşdığını və məhsuldar olduğunu hiss edər. Mən bunu yaxşı ev

təsərrüfatçılığı adlandırıram və bu – effektivliyə doğru birinci addımdır”. Əgər siz

Vaşinqtonda Konqresin kitabxanasını ziyarət etmisinizsə, orada tavanda yazılmış

sözlər diqqətinizi cəlb etməlidir. Həmin sözləri şair Pop deyib: “Nizam – göylərin

birinci qanunudur”. Nizam işgüzar fəaliyyətdə də birinci qanun olmalıdır. Amma

bu, belədirmi? Xeyr, orta biznesmenin yazı stolu onun bir həftə ərzində gözdən

keçirməyə eləcə də vaxt ayırmadığı kağızlarla qalaqlanıb. Həqiqətən də, Yeni

Orlean ştatında bir qəzet naşiri, necə oldusa, mənə danışmışdı ki, katibəsi onun

stollarından birinin üstünü qaydaya salırdı və iki il əvvəl itirilmiş çap makinasını

tapdı.


Cavabsız qoyulan məktublarla, məruzələr və yaddaş qeydləriylə qalaqlanan

stolun yalnız təkcə görkəmi başı itirməyə, gərginliyə və narahatlığa səbəb olur.

Amma ən qorxulu olan heç bu da deyildir. Bu, “milyonlarla yerinə yetirilməyən iş

və onları yerinə yetirmək üçün vaxtın yoxluğu” ilə bağlı daimi xarakterli

xatırlatma sizdə təkcə gərginlik və yorğunluq deyil, həm də qan təzyiqinin

yüksəlməsini, ürəyin fəaliyyətinin pozulmasını və mədə xorasını doğura bilər.

Pensilvaniya Universitetinin tibb fakültəsinin professoru, doktor Con

H.Stouks Amerika Səhiyyə Assosiasiyasınin Milli Qurultayında məruzə ilə çıxış

etmişdi. Məruzənin adı belə idi: “Funksional nevrozlar üzvi xəstəliklərin fəsadları

kimi”.


Doktor Stouks həmin məruzədə “Pasientin psixiki vəziyyəti necə ola bilər”

başlığı altında on bir hal sadalamışdı. Həmin siyahının birinci bəndi bu idi:

“İnsanın nəyisə etməli olduğu və ya nəyisə etməyə borclu olduğu ilə bağlı daimi

hiss; etmək zəruri olan işlərin sonsuz silsiləsi”.

Yazı stolunun qaydaya salınması və qərar qəbul edilməsi kimi elementar

prosedura yüksək qan təzyiqindən, insanın nə isə etməyə borclu olduğu ilə bağlı

daimi hissdən, qarşıda duran və etmək, sadəcə olaraq, zəruri olan işlər

silsiləsindən qaçmaqda sizə nə cür kömək edə bilər? Məşhur psixiatr doktor

Uilyam L.Sedler bu adi vəsaiti istifadə etməklə əsəb pozuntusunun qarşısını

almağa müvəffəq olan pasient haqqında danışır. Söhbət Çikaqonun bir iri

firmasının inzibatçısı haqqında gedir. O, doktor Sedlerin kabinetinə daxil olanda

gərginlik içində, əsəbi və narahat halda idi. O bilirdi ki, indicə “üzüaşağı

burulğana düşəcək”, lakin onun öz işini qoyub getmək imkanı yox idi. O, köməyə

möhtac idi.

“Bu adam mənə öz həyatından danışanda, – deyir doktor Sedler, – otağımda

gözlənilmədən telefon zəng çaldı. Xəstəxanadan zəng edirdilər. Məsələni təxirə

salmaq əvəzinə, mən məhz həmin məqamda qərar qəbul etdim. Mən imkan

daxilində məsələləri dərhal həll edirəm. Heç dəstəyi yerinə asmağa macal

downloaded from KitabYurdu.org



tapmamış yenidən zəng gəldi. Bir təcili işi müzakirə etməli idim və buna vaxt

tələb olunurdu. Bizim söhbətimizi üçüncü dəfə, ağır xəstə ilə bağlı məsləhətimə

ehtiyacı olan həmkarım otağıma daxil olanda kəsdilər. Onunla söhbəti

bitirdikdən sonra yanıma gələnə müraciət etdim və onu gözləməyə məcbur

elədiyim üçün üzr istəməyə başladım. Lakin o, qəfildən şənləndi. Onun sifəti

tamamilə dəyişdi”.

“Üzr istəməyin, həkim, – dedi o, Sedlerə. – Son on dəqiqə ərzində məndə

nəyin düzgün olmadığını başa düşdüm.

Mən öz kontoruma qayıdacağam və işimin prinsiplərinə yenidən

baxacağam... Lakin getməzdən əvvəl izin verin yazı stolunuzu gözdən keçirim”.

Doktor Sedler stolun siyirmələrinin hamısını çəkib çıxartdı. Hamısı boşdur –

indicə gələn poçtdan başqa heç nə. “Mənə bircə bunu deyin ki,

– pasient soruşdu, – bəs tamamlanmamış işləri harada saxlayırsınız?”

“Tamamlanmamış iş yoxdur!” – Sedler cavab verdi.

“Bəs cavab verməyə macal tapmadığınız məktubları harada saxlayırsınız?”

“Məktubların hamısına cavab verilib! – dedi ona Sedler. – Mənim qaydam var

– məktublara dərhal cavab verilməlidir. Cavabı dərhal katibimə diktə edirəm”.

Altı həftədən sonra elə həmin inzibatçı doktor Sedleri öz kontoruna dəvət

etdi. O dəyişmişdi. Onun yazı stolunun görkəmi də dəyişmişdi. O, siyirmələri

çəkib çıxartdı və onlarda tamamlanmayan heç bir iş yox idi. “Altı həftə qabaq, –

dedi o, – iki kontorumda üç yazı stolum var idi və onlar topa-topa sənədlərlə

qalaqlanmışdı. Mən işləri heç cür başa çatdıra bilmirdim. Sizinlə söhbət edəndən

sonra bura qayıtdım və bütöv bir vaqon məruzə və köhnə hesabat tulladım. İndi

bir stolun arxasında işləyirəm, məsələləri onların daxil olma ardıcıllığı ilə həll

edirəm və üstümə tökülmüş və məndə əsəbilik və narahatlıq doğuran dağ boyda

tamamlanmamış işdən canımı qurtarmışam. Lakin ən heyrətamiz olanı tamamilə

sağalmağımdır. İndi sağlamlığım tam qaydasındadır”.

Birləşmiş Ştatların keçmiş baş hakimi Çarlz Evans Hyuz demişdi: “İnsanlar

işin çoxluğundan ölmürlər. İnsanlar qüvvələrinin mənasız itirilməsindən və

narahatlıqdan ölürlər”. Bəli, enerjinin mənasız itirilməsindən və öz işlərini heç

vaxt yerinə yetirə bilməyəcəklərini güman etdiklərinə görə.

Yaxşı əmək vərdişi – № 2: İşləri onların vaciblik ardıcıllığı ilə həll edin.

Şəhərlərə xidmət göstərilməsi üzrə ümummilli kompaniyanın əsasını qoyan

Henri L.Dohert demişdi ki, işçiyə hansı məbləğdə məvacib ödəməsindən asılı

olmayaraq, iki qabiliyyəti aşkar etmək onun üçün, demək olar, qeyri-mümkün

olub.


Söhbət iki qiymətsiz qabiliyyətdən gedir: birincisi – fikirləşmək qabiliyyəti.

İkincisi, işləri onların vacibliyi ardıcıllığı ilə həll etmək qabiliyyəti.

Qara günü üçün bir senti də olmadan cavan oğlan, Çarlz Lakman on iki il

ərzində “Pepsodent” kompaniyasının prezidenti vəzifəsinədək yüksəldi, ildə yüz

min dollar almağa başladı və bununla yanaşı, üstəlik də bir milyon dollar qazandı

– deməli, belə, həmin bu cavan oğlan bildirir ki, öz uğurları üçün daha çox

özünün iki – Henri L.Dohertinin sözlərinə görə, demək olar, heç vaxt tapa

bilmədiyi – qabiliyyətinə minnətdardır. Çarlz Lakman deyib: “Səhər saat beşdə

durmaq adətini özümdə artıq çoxdan vərdişə çevirmişəm, çünki bu vaxt günün

istənilən başqa hissəsindən daha yaxşı fikirləşirəm – həmin vaxt daha yaxşı

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə