Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə21/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   17   18   19   20   21   22   23   24   ...   208

artıq pijamada yatırdı. O özünü kişi kimi aparmaq istəyirdi. Və o özünü belə də

aparırdı.

Elə həmin kursun tələbəsi, rabitə üzrə mühəndis olan başqa bir ata öz

üçyaşlı qızını səhər yeməyi yeməyə məcbur edə bilmirdi. Adi tənbehetmə, xahiş-

minnət və yalvarış metodları eyni cür müvəffəqiyyətsizliyə düçar olurdu. Onda

onun valideynləri özlərindən soruşdular: “Onu necə məcbur eləmək olar ki, o,

səhərlər yemək istəsin?”

Balaca qızcığaz hər şeyi anası kimi etməyi sevirdi, özünü böyüklər kimi

aparmağı xoşlayırdı. Beləliklə, bir gün səhər valideynləri qızcığazı stulun üstünə

oturtdular və səhər yeməyini özünün hazırlamasına izin verdilər. Psixoloji

cəhətdən ən əlverişli məqamda – qızcığaz öz biş-düşünü qarışdıranda atası asta-

asta mətbəxə girdi. Onu görcək qızcığaz dedi: “Ah, atacan, bir bax, mən səhər

yeməyinə yarma sıyığı hazırlamışam!”

Beləcə, səhər yeməyində qız heç bir söz-söhbətsiz iki nimçə sıyıq yedi, çünki

bunda onun marağı var idi. O, özünün əhəmiyyət kəsb etdiyi hissinə yiyələnmişdi

– səhər yeməyinin hazırlanmasında qızcığaz özünüifadə üsulu tapmışdı.

Uilyam Vinter bir dəfə qeyd etmişdi ki, “özünüifadə – bu, insan təbiətinin ən

təkidli tələbatıdır”.

Psixologiya qanunları ilə bağlı biliklərimizi işgüzar həyatda biz niyə də

istifadə etməyək. Başqasının bizim ideyamızı həftəbecər hesab etməyə məcbur

eləmək əvəzinə, ona həmin ideyanı özünün eləməsinə imkan niyə də verməyək.

Onda o, bu ideyaya öz şəxsi ideyası kimi baxacaq və ola bilsin ki, ona daim əməl

edəcəkdir.

Yadda saxlayaq:

“Hər şeydən əvvəl, başqasında istək oyadın. Kimin bunu etməyə qabiliyyəti

varsa – bütün dünya onunla birlikdədir. Kimin buna qabiliyyəti yoxdursa,

təklikdə gedir”.

14

5 1933-cü ildə qanqster C.Dillinger rəsmi olaraq prezident Ruzvelt



tərəfindən Amerika cəmiyyətinin bir nömrəli düşməni elan edilmişdi.

6 Buğalar və Sığınlar – 1912-ci ildə T.Ruzveltin başçılığı altında

Respublikaçılar Partiyasından ayrılan Milli Proqressiv Partiyasının ləqəbi

7 Tipot Doum və Elk-Hill – Kaliforniya və Vayominq ştatlarında yüksəklik.

1921-ci ildə Follun rüşvət müqabilində neft sənayeçiləri Dogen və Sinklerə

icarəyə verdiyi neft rayonları bu yüksəkliklərin adı ilə adlandırılıb.

8 Söz oyunu: “Tipot Doum” – qarınlı çaynik

9 Gəlir evi – mənzilləri kirayə verilmək məqsədilə tikilən bina

10 Potomak – Vaşinqton şəhərinin üzərində yerləşdiyi çay. Potomak ordusu

– şimallıların ordusu. Li Robert Eduard (1807– 1870) – cənub ştatları

konfederasiyasının ordusunun baş komandanı

11 Ağa Xan – İsmaillilər sektası başçısının çox məhdud dairəyə məlum olan

adı

12 Vilson Vudro – ABŞ-ın prezidenti (1913–1921); Klemanso Jorj –



Fransanın Baş naziri (1906–1909); Orlando Vittorio – İtaliyanın baş naziri

(1917–1919)

13 Lloyd Corc Devid – Böyük Britaniyanın Baş naziri (1916–1922)

14 Matfeydən Yevangeliya, f. 25, səh. 40

downloaded from KitabYurdu.org



II Hissə

ADAMLARI ÖZÜNÜZƏ YAXINLAŞDIRMAĞIN ALTI ÜSULU

Birinci fəsil

Belə hərəkət edin və siz hər yerdə

qonaqpərvərliklə qarşılanacaqsınız

Dostları necə qazanmaq lazım olduğunu bilmək üçün niyə bu kitab oxun-

malıdır? Dünyanın nə vaxtsa gördüyü ən çox dost qazananın texnikasını niyə də

öyrənməyəsən? Kimdir o? Siz onunla sabah küçəyə çıxarkən rastlaşa bilərsiniz.

Siz ondan on fut məsafədə olanda o, quyruğunu yellətməyə başlayacaq. Əgər siz

dayanarsınızsa və onu sığallayarsınızsa, onda o, sizi necə sevdiyini sizə

göstərmək üçün atılıb dərisindən çıxmağa hazır olacaq. Və siz bilirsiniz ki, onun

tərəfindən bu hisslərin büruzə verilməsində heç bir gizli motiv yoxdur: onun sizə

daşınmaz əmlak satmaq niyyəti yoxdur, yaxud sizinlə evlənməyə hazırlaşmır.

Siz nə vaxtsa bu fikrin üzərində düşünmüsünüzmü ki, it öz mövcudiyyəti

üçün işləməyə məcbur olmayan yeganə heyvandır? Toyuq yumurtlamalıdır, inək

– süd verməlidir, bülbül – cəh-cəh vurmalıdır. Bircə itdir ki, sevgisindən başqa

heç nə verməyərək yaşayır.

Mənim beş yaşım olanda atam mənə sarıdərili bir it balası aldı. O, mənim

uşaqlığımın nuru və sevinci idi. Hər axşam o, təqribən beşin yarısında bizim

evimizin qabağında oturar, öz qırmızı gözlərini cığıra zilləyərdi. Və mənim səsimi

eşitcək, əlimdə yemək qabını yellədiyimi kolların arasından görcək yerindən

güllə kimi qopar, təngnəfəs halda təpənin üstünə qalxar, sevincdən hoppana-

hoppana, bəxtəvərcəsinə hürə-hürə məni salamlayardı. Tippi beş il ərzində

mənim daimi kompanyonum idi. Sonra isə dəhşətli gecələrin birində – mən

həmin gecəni heç vaxt yaddan çıxarmayacağam – onu ildırım vurub öldürdü.

Tippinin ölümü mənim yeniyetməlik dünyamın faciəsi idi.

Sən heç vaxt psixologiya üzrə kitablar oxumamışdın, Tippi. Sənin buna

ehtiyacın yox idi, çünki sən hansısa ilahi hisslə bilirdin ki, insanlara qarşı

qondarma olmayan maraq büruzə verməklə təkcə sən iki ay ərzində o qədər dost

qazana bilərdin ki, ətrafındakı insanlarla maraqlanmasına var gücü ilə çalışan

başqasına bunun üçün iki il vaxt lazım olardı. Bunu təkrar etmək istəyi gəlir.

İnsanlara münasibətdə səmimi maraq göstərməklə siz iki ay ərzində başqa

adamlarda özünüzə qarşı maraq oyada, iki il təkidli cəhdlərdən sonra isə qazana

biləcəyinizdən çox dost qazana bilərsiniz.

Lakin həm mən, həm də siz elə adamları tanıyırıq ki, həmin adamlar

başqalarına him-cimlə onunla maraqlanmalı olduqlarını başa salmaqla bütün

həyatları boyu kobud səhv edirlər.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə