Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə22/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   18   19   20   21   22   23   24   25   ...   208

Bu, əlbəttə, boş işdir. Adamlar nə mənimlə, nə də sizinlə maraqlanmırlar.

Səhər, günorta və nahardan sonra onlar yalnız özləriylə məşğuldurlar.

Telefon kompaniyası ən çox istifadə olunan sözü müəyyən etmək üçün

telefon danışıqlarını diqqətlə öyrənməyə girişdi.

Siz düzgün tapdınız: bu, “MƏN” şəxs əvəzliyidir. Bu söz 500 telefon

danışığında 3990 dəfə istifadə olunmuşdu – “MƏN, “MƏN, “MƏN”...

Siz özünüzün də şəkliniz olan qrupun fotoşəklini görəndə hamıdan əvvəl

kimin şəklinə baxırsınız?

Əgər siz adamların sizinlə çox maraqlandığını zənn edirsinizsə, onda, lütfən,

bu suala cavab verin: “Əgər siz sabah ölərsinizsə, dəfninizə neçə adam gələcək?”

Bir də, siz özünüz adamlara qarşı maraq göstərməzdən əvvəl adamlar sizə

niyə maraq göstərməlidirlər axı? Karandaş götürün və cavabı elə buradaca yazın.

Əgər siz adamlarda özünüz haqda təsəvvür yaratmağa və onları özünüzlə

maraqlanmağa məcbur etməyə açıq-aşkar can atırsınızsa, siz heç vaxt sadiq,

səmimi dostlara malik olmayacaqsınız. Dostlar, əsl dostlar bu yolla qazanılmırlar.

Napoleon bunu öz üzərində sınamışdı və Jozefina ilə axırıncı görüşündə

demişdi: “Jozefina, tale məni indiyə qədər yer üzərində yaşamış heç bir insanı

olmayan kimi cəzalandırıb. Bununla belə, bu saatda siz – mənim dünyada bel

bağlaya biləcəyim yeganə adamsınız”. Lakin Napoleonun ona bel bağlaya

biləcəyinə tarixçilər şübhə edirdilər.

Məşhur vyanalı psixoloq, mərhum Alfred Adler “Həyat sizin üçün nə demək

olmalıdır” adlı kitabında yazmışdır: “Məhz öz həmqardaşlarına – insanlara maraq

büruzə verməyən individuum həyatda ən böyük çətinliklərə düçar olur və

başqalarını ən böyük ədalətsizliklərə məruz qoyur. Bu cür şəxsiyyətlərin

arasından uğursuzlar və müflislər doğulur”.

Siz psixologiya üzrə alimlərin bir çox işlərini oxuya bilərsiniz, lakin bizimlə

sizin üçün bundan vacib olan müddəaya heç yerdə rast gəlməyəcəksiniz. Mən

təkrarı sevmirəm, ancaq Alfred Adlerin irəli sürdüyü müddəa öz əhəmiyyətinə

görə o qədər möhtəşəmdir ki, onu təkrar etmək istəyirəm.

“Məhz öz həmqardaşlarına – insanlara maraq büruzə verməyən individuum

həyatda ən böyük çətinliklərə düçar olur və başqalarını böyük ədalətsizliklərə

məruz qoyur. Bu cür şəxsiyyətlərin arasından uğursuzlar və müflislər doğulur”.

Bir dəfə mən Nyu-York Universitetində qısa hekayələri necə yazmaq

haqqında mühazirələr kursunu dinləyirdim. Bütün kurs ərzində bizim

qrupumuzla məşğələləri “Kolyers”in redaktoru aparırdı.

15

O, bizə deyirdi ki, hər



gün onun stolunun üstünə gələn bütöv hekayələri çapa qəbul eləmək olardı, lakin

bir neçə abzası oxuyandan sonra müəllifin adamları sevib-sevmədiyini özüm

üçün aydınlaşdırırdım. “Müəllif adamları sevmirsə, – demişdi o, – onun

hekayələri adamların xoşuna gəlməyəcəkdir”.

Bu sarsılmaz, üzü üzlər görmüş olan redaktor ədəbi məharət haqqında öz

mühazirəsinin gedişində iki dəfə dayanır və söhbətinin öyüd-nəsihət səciyyəli

olduğuna görə üzrxahlıq edirdi. “Mən sizə, – deyirdi o, – elə sizin moizəçinizin

dediyi eyni şeyi deyirəm. Lakin yadda saxlayın, əgər siz hekayə janrında uğur

qazanmaq istəyirsinizsə, insanlara münasibətdə canlı maraq büruzə

verməlisiniz”.

downloaded from KitabYurdu.org



Əgər bu, ədəbi əsərin yaradılmasına münasibətdə ədalətlidirsə, onda bu,

bilavasitə canlı insanlara münasibətdə tətbiq edilərsə, üçqat ədalətlidir.

Mən bir axşamı Qovard Terstonun – sehrbazların tanınmış başçısı və

fokusçuların kralının Brodveydə sonuncu çıxışları zamanı onun qrim otağında

keçirmişəm. O, illüziyalar yaradaraq, mistifikasiya edərək, minlərlə insanı

ağızlarını heyrətdən açmağa məcbur edə-edə, 40 il ərzində bütün dünyanın

qarşısında çıxış edirdi. Onun tamaşalarında altmış milyondan çox adam olmuşdu

və o, demək olar, iki milyon dollar gəlir əldə etmişdi.

Necə oldusa, bir dəfə mən cənab Terstondan öz sirləri haqqında mənə

danışmağı xahiş etdim. Heç bir şübhə olmamalıdır ki, məktəbin bu işə dəxli yox

idi. Çünki o, evdən hələ uşaq ikən qaçmışdı, sərgərdan həyat sürürdü, yük

qatarlarında səyahət edir, saman tayasının üstündə yatır, həyət-həyət gəzib

sədəqə diləyir və yük qatarlarında gedərkən dəmir yolu boyunca uzanan elanlara

baxa-baxa oxumağı öyrənmişdi.

O, magiya sahəsində istisnasız biliklərə malik idimi? Xeyr, o, mənə dedi ki,

fokusçu və illüzianist sənəti haqqında bir çox kitab mövcuddur və bu sahədə

onun biliyi heç də çoxlarından az deyil. Lakin o, başqalarında olmayan iki

xüsusiyyətin yiyəsi idi. Birincisi, o, görkəmini dəyişmək və başaldatmaya sövq

eləmək qabiliyyətinə malik idi. O, insan təbiətini bilirdi. Onun səhnədəki hər bir

hərəkəti, hər bir jesti, səsinin intonasiyası, qaşlarının hərəkəti öncədən məşq

edilmiş və hər şey saniyəbəsaniyə hesablanmışdı. Lakin buna əlavə olaraq,

Terston insanlara qarşı həyati marağa malik idi. O, mənə danışırdı ki,

fokusçuların bir çoxu tamaşaçılara baxaraq, adətən, özlərinə deyirlər: “Çox gözəl!

Bu, sadəlövhlərin və kənd uzunqulaqlarının yığnağıdır, indi mən onları bütün

qaydalara uyğun dolayacağam”.

Terstonun yanaşması tamamilə fərqli idi. O, hər dəfə səhnəyə çıxanda özünə

deyirdi: “Mən bu adamlara minnətdaram ki, mənim sənətimə baxmağa gəliblər.

Bunu mənim üçün əlçatan edən onlardır və mənim qabiliyyətlərimə bu qədər

müvafiq olan yola məni onlar gətiriblər. İndi mən onlara bacardığım ən yaxşı

tamaşaları göstərəcəyəm”.

O etiraf edirdi ki, özünə bu sözləri yenidən və yenidən demədən heç vaxt

səhnəyə çıxmayıb: “Mən öz tamaşaçılarımı sevirəm”. Gülüncdür? Axmaqlıqdır?

Sizin bu cür fikirləşməyə, xətriniz istəyən kimi ad qoymağa haqqınız var. Mən

bizim zəmanəmizin ən məşhur illüzionistinin istifadə elədiyi vasitə qismində

bunu heç bir şərhsiz, sadəcə olaraq, sizin diqqətinizə çatdırıram.

Xanım Şuman-Heynk mənə buna oxşar bir əhvalat danışmışdı. Onun düçar

olduğu bütün məhrumiyyətlərə və onun yaşadığı ürək dramına baxmayaraq,

onun həyatının hətta bir dəfə özünün və övladının həyatına qəsd etmək

dərəcəsinə qədər faciəvi olduğuna baxmayaraq, zirvəyə doğru yoluna şükür edir

– bu yola çatmaqla o, Vaqnerin əsərlərini ifa edərək dinləyiciləri riqqətə gətirən

müğənnilərdən, ola da bilsin ki, ən görkəmlisi olmuşdu. O da mənə etiraf edirdi

ki, onun uğurunun sirlərindən biri insanlara münasibətdə olan zəifləməyən

marağıdır.

Bu, Teodor Ruzveltin də heyrətamiz populyarlıq qazanmasının sirlərindən

biri idi. Hətta nökərləri də onu sevirdilər. Onun rənglilərdən olan kamerdineri

Cey İ.Amos onun haqqında adını “Teodor Ruzvelt – öz nökərinin qəhrəmanı”

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə