Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə23/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   19   20   21   22   23   24   25   26   ...   208

qoyduğu kitab yazmışdı. Bu kitabda Amos aşağıda göstərdiyim əlamətdar hadisə

barədə danışır:

“Bir dəfə necə olmuşdusa, mənim həyat yoldaşım prezidentdən kəkliyin necə

bir quş olduğunu soruşmuşdu. O, kəklik heç vaxt görməmişdi və prezident quşu

ona ətraflı təsvir etdi. Üstündən müəyyən vaxt keçəndən sonra bizim kottecdə

(Amos həyat yoldaşı ilə Ruzveltin malikanəsində, Oyster Beyin sahilində kiçik

kottecdə yaşayırdı) telefon zəng çaldı. Dəstəyi həyat yoldaşım qaldırdı. Zəng

edən cənab Ruzveltin özü idi. O, həyat yoldaşıma zəng eləmişdi ki, ona kəkliyin

bizim pəncərəmizin altında gəzişdiyini və əgər pəncərədən boylanarsa, onu görə

biləcəyini desin. Buna bənzər xırda məsələlər onun üçün çox xarakterik idi. Onlar

hər dəfə bizim kottecin yaxınlığından keçəndə, hətta prezident bizi görməsə belə,

biz, adətən, onun səsini eşidirdik: “Oo-oo-oo, Ceyms” və ya “Oo-oo-oo, Emmi!” Bu,

onun bizim kottecin yaxınlığından keçəndə dostyana salamlaşması idi”.

Xidmətçilər bu cür adamı axı necə sevməyə bilərdilər?

Franklin Delano Roosevelt

(1882.01.30 – 1945.04.12)

Axı onu necə sevməyə bilərdilər?

Bir dəfə Ruzvelt Ağ Evə prezident Taft və onun xanımı orada olmayanda

gəlmişdi. Onun sadə insanlara nə cür səmimi münasibət bəsləməsi özünü bunda

göstərirdi ki, o, köhnə, hələ onun vaxtında Ağ Evdə xidmət edən nökərlərin

hamısını, hətta əgər bu, qabyuyan qız olsa belə, adlarını çəkməklə salamlayırdı.

“O, mətbəxdə işləyən Alisanı görəndə, – yazır Arçi Bett, – onun hələ də

qarğıdalı çörəyi bişirib-bişirmədiyini soruşdu. Alisa ona cavab verdi ki, çox vaxt

onu nökərlər üçün bişirir, yuxarıda onu yeyən yoxdur. “Onların, sadəcə olaraq,

zövqləri yoxdur, – deyə Ruzvelt guruldadı, – mən prezidenti görəndə bunu ona

deyəcəyəm”. Alisa nimçədə onun üçün qarğıdalı çörəyindən bir parça gətirdi və

o, çörəyi çeynəyə-çeynəyə, yolüstü bağbanlar və digər fəhlələrlə görüşə-görüşə

prezidentin dəftərxanasına yollandı...”

O, hamı ilə keçmişdə necə münasibətdə idisə, eynilə o cür də qalırdı. Onlar

isə bir-biriylə bununla bağlı pıçıldaşırdılar və Ayk Quver gözü yaşla dolu

demişdi: “Bu, son iki ildə bizim üçün ən bəxtəvər günlərdən biri idi və bizlərdən

heç birimiz bu günü yüz dollara da dəyişməzdik”.

Başqa adamların problemlərinə göstərdiyi eynilə bu cür canlı maraq doktor

Çarlz V.Eliotu nə vaxtsa universitetlərə rəhbərlik edən ən uğurlu rektorlardan

biri etmişdi; sizə isə bunu nəzərə almaq lazımdır ki, o, Harvarda Vətəndaş

müharibəsindən dörd il sonra başlayan və Dünya müharibəsi başlamazdan beş il

əvvəl qurtaran mərhələdə

16

rəhbərlik etmişdi.



Bir dəfə Krendon adlı birinci kurs tələbəsi tələbə ssuda kassasından beş

dollar götürmək üçün rektorun dəftərxanasına gəlmişdi. Ssuda almağa ona icazə

verilmişdi. “Hissiyyata qapılıb, təşəkkür edərək mən getməyə hazırlaşanda –

burada mən Krendonun özündən sitat gətirirəm – rektor Eliot dedi: “Əyləşin,

sizdən rica edirəm”. Və mənim heyrətimə rəğmən, o davam etdi: “Mən sizə

özünüzün yemək hazırlamağınızı və öz otağınızda yeməyinizi məsləhət görürəm.

Əgər siz vaxtlı-vaxtında və kifayət qədər yeyərsinizsə, onda sağlamlığınızı

qoruyub saxlaya bilərsiniz. Siz suda bişirilmiş soyuq mal ətini nə vaxtsa

dadmısınızmı? Bircə kifayət qədər yağlı tikə alsanız və onu suda yaxşıca

downloaded from KitabYurdu.org




bişirsəniz, bu, özünüz üçün hazırlaya biləcəyiniz ən yaxşı yeməklərdən biridir.

Çünki burada xüsusi əziyyət çəkmək tələb olunmur. Bu üsuldan mən daim isti-

fadə edirdim”. Sonra o, mənə dana ətini necə seçmək, onu tələsmədən – su düz o

qədər buxarlanmalıdır ki, şorba sonradan jeleyə çevrilsin – suda necə bişirmək

lazım olduğunu, sonra özümə soyuq dana əti ilə sendviç hazırlamaq üçün onu

yaxşı-yaxşı doğramaq lazım olduğunu danışdı”.

Öz şəxsi təcrübəmdən əmin olmuşam ki, hətta Amerikanın ən populyar

adamlarını da əməkdaşlığa cəlb etmək, onların diqqətini və vaxtını qazanmaq

mümkündür – bircə əgər onlarda qondarma olmayan maraq büruzə verilərsə.

Mənə izin verin bunu izah edim.

Bir neçə il əvvəl mən Bruklin İncəsənət və Elm Universitetində ədəbi

məharət kursunu keçirdim. Biz istəyirdik ki, Ketlin Noris, Fenni Horst, İda

Terbeli, Albert Peyson Terhem və başqaları kimi tanınmış yazıçılar universitetə

gəlsinlər və öz təcrübələrini bölüşdürsünlər. Biz onlara yazdıq ki, onların

yaradıcılıqlarından qürur duyuruq və onlardan məsləhət almaqdan və onların

uğurlarının sirrini bilməkdən fövqəladə dərəcədə şad olardıq. Bu məktublardan

hər birinin altında təqribən yüz əlli tələbənin imzası dururdu. Biz yazdıq ki,

onların çox məşğul olduqlarını və bizim üçün xüsusi mühazirə hazırlamağa

vaxtlarının olmadığını başa düşürük və buna görə də məktuba özləri və iş

metodları barədə cavablarını eşitmək bizim üçün arzuedilən olan sualların

siyahısını əlavə edirik. Bu ideya onların xoşlarına gəldi. Bir də, bu, kimin xoşuna

gəlməyə bilərdi ki?

Beləliklə, onlar öz işlərini bir kənara qoydular və bizə yardım əllərini

uzatmaq üçün Bruklinə yollandılar.

Eyni üsulla mən T.Ruzveltin kabinetinin maliyyə naziri, eləcə də Taftın

kabinetində ədliyyə naziri olmuş Lesli M.Şounu, Brayanı, Franklin D.Ruzvelti və

bir çox başqa görkəmli insanları bizə təşrif buyurmağa və tələbələrə natiqlik

sənəti barədə danışmağa razı sala bilmişdim.

Bizim hamımızın: qəssabın, çörəkçinin və ya taxt-taclı kralın o adamlar

xoşuna gəlir ki, onlar bizə heyrandırlar. Məsələn, götürək alman kayzerini.

Birinci Dünya müharibəsinin başa çatdığı vaxtda o, bu dünyada, çox güman, ən

qatı və ümumun nifrətini doğuran adam idi. O canını qurtararaq Hollandiyaya

qaçanda hətta öz milləti də ondan üz döndərmişdi. Ona qarşı nifrət o qədər güclü

idi ki, milyonlarla adam onu parça-parça etməyə, yaxud sağ ikən tonqalda

yandırmağa hazır idi. Və budur, bu nifrət alovunun ən qızğın çağında balaca bir

oğlan uşağı kayzerə sadə və səmimi, sevgi və heyranlıqla nəfəs alan məktub

yazır. Həmin balaca oğlan yazır ki, başqalarının nə fikirləşdiyinin ona dəxli

yoxdur, o, kayzer Vilhelmi öz imperatoru kimi həmişə sevəcək. Kayzer bu

məktubdan çox kövrəlmişdi və oğlanı onunla görüşmək üçün dəvət etdi. Oğlan

gəldi, onunla birlikdə anası da təşrif buyurdu və kayzer sonralar bu qadınla

evləndi. Bu oğlanın dostları necə qazanmaq haqqında kitabları oxumağa ehtiyacı

yox idi. O, bunu necə etmək lazım olduğunu intuitiv olaraq bilirdi.

Əgər biz dostlarımızın olmasını istəyiriksə, gəlin bütün vaxt və enerjimizi,

təmənnasız hisslərimizi başqalarına münasibətdə daha diqqətli olmağa səfərbər

edək. Hersoq Vindzorski hələ Uels şahzadəsi olanda Cənubi Amerikaya səfər

eləməyi planlaşdırmışdı. Bu səyahətə yollanmazdan əvvəl o, ispan dilini

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə