Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə25/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   21   22   23   24   25   26   27   28   ...   208

məsələlərdə gözümü açdı. O, bu məsələlərlə bağlı mənim nöqteyi-nəzərimi

tamamilə dəyişdi.

Mən gedəndə o, məni qapıya qədər yola saldı, əlini çiynimə qoydu və

qarşıdakı debatlarda mənə uğur dilədi. O, məndən ona baş çəkməyi və

görüşməyi, eləcə də öz qarşıma qoyduğum vəzifənin öhdəsindən necə gəldiyimi

ona danışmağı xahiş elədi. Onun dediyi axırıncı sözlər bunlar idi: “Hər şey bir

kənara, lütfən, yazda mənə baş çəkin. Mən istəyərdim ki, kömür gətirilməsi ilə

bağlı sifarişi sizə edim”.

Bu, mənə az qala möcüzə kimi göründü. O, mənim bu haqda xahişim belə

olmadan kömür almaq istədiyini bildirdi. Ona və onun problemlərinə

münasibətdə qondarma olmayan maraq büruzə verməklə iki saat ərzində mən

onu öz kömürümlə maraqlandırmağa səy göstərdiyim on il ərzində olduğundan

çox şeyə nail oldum”.

Sizin kəşf etdiyiniz həqiqət, cənab Neyfl, təzə deyildir. Lap çoxdan, hələ İsa

Məsih doğulandan yüz il əvvəl məşhur Roma şairi Publiy Sirus demişdi ki, “biz

başqaları ilə o vaxt maraqlanırıq ki, onlar bizimlə maraqlanmış olsunlar”.

Beləliklə, əgər siz adamları özünüzə yaxınlaşdırmaq istəyirsinizsə, qayda 1-

də deyildiyi kimi edin:

İnsanlara münasibətdə səmimi maraq büruzə verin!

Əgər siz insanlarla münasibətdə daha xoş və məharətli adam olmaq üçün öz

xarakterinizi kamilləşdirmək istəyirsinizsə, onda izin verin mən sizə doktor

Henri Linkin “Dinə qayıdış”ını oxumağı məsləhət görüm. Ad qoy sizi

qorxutmasın. Bu heç də şirin, riyakar kitabcığaz deyildir. Bu kitab psixologiyanı

çox gözəl bilən və öz şəxsi xahişləri ilə bağlı ona müraciət edən üç min nəfərdən

çox adamı şəxsən qəbul etmiş adam tərəfindən yazılmışdır. Doktor Link mənə

deyirdi ki, o, öz kitabının adını asanlıqla “Öz şəxsiyyətinizi necə kamilləşdirməli”

qoya bilərdi. Kitab məhz bu mövzuya həsr olunub. Mən əminəm ki, siz onun

maraqlı və ibrətamiz olduğunu aşkar edəcəksiniz. Onu oxuyarsınızsa və onun

məsləhətlərini həyata keçirərsinizsə, siz özünüzün insanlarla münasibət

məharətinizi birmənalı olaraq kamilləşdirmiş olacaqsınız.

İkinci fəsil

Xoş təəssürat bağışlamağın

sadə üsulu

Bu yaxınlarda mən Nyu-Yorkda bir dəvətli məclisdə iştirak edirdim.

Qonaqlardan biri, miras almış hansısa bir xanım var-gücü ilə hamıda özü haqda

təəssürat yaratmağa çalışırdı.

Ona çatan çox da böyük olmayan mirası o, xəzlərə, brilyant və mirvariyə

xərcləmişdi. Ancaq öz sifətinin ifadəsinə heç nə etməmişdi. Xanım turşməzə və

özünəvurğun idi. O, hər bir kişiyə məlum olanı başa düşmürdü. Bu da o idi ki,

qadının sifətinə “taxdığı” ifadə onun öz bədəninə geydiyi pal-paltardan daha çox

təəssürat yaradırdı.

Çarlz Şvab mənə deyirdi ki, onun təbəssümü bir milyon dollara qiy-

mətləndirilmişdir. Və bu, çox güman, gerçəkliyə uyğun idi. Belə ki, Şvabın

şəxsiyyəti, məlahəti, insanları özünə yaxınlaşdırmaq qabiliyyəti onun istisnasız

uğuruna müvafiq idi. Onun şəxsiyyətinin ən nəzərəçarpan xüsusiyyətlərindən

biri isə məftunedici təbəssümü idi.

downloaded from KitabYurdu.org



Bir dəfə mən Moris Şevalye ilə birgə axşam keçirirdim və düzünü desəm,

məyus oldum. Qaşqabaqlı, susqun... görəcəyimi gözlədiyim Moris Şevalye. Amma

bu, o gülümsəyənə qədər belə oldu. Belə təsir bağışladı ki, elə bil günəş bulud

qatını dağıtdı. Onun təbəssümü olmasaydı, Moris Şevalye, çox güman, atasının və

qardaşlarının peşələrinin ardınca gedərək Parisdə qırmızı ağac dülgəri olardı.

Əməllər sözlərdən çox “deyir”. Təbəssümsə “deyir”: “Siz mənim xoşuma

gəlirsiniz. Siz məni bəxtəvər edirsiniz. Mən sizi görməyimə şadam”.

Bax buna görə itlər bu qədər uğura malikdir. Onlar sizi görməyə o qədər

şaddır ki, öz dərilərindən tullanıb çıxmağa belə hazırdır. Və təbii ki, biz də onları

görməyə şadıq.

Qeyri-səmimi təbəssüm? Yox, o, heç vaxt aldada bilməz. Riyakarlığın

mexanikası bizə bəllidir və o, bizi hiddətləndirir. Mən doğruçu təbəssümdən,

insan hissləri birjasında yüksək qiymətləndirilən günəş mərhəmətli, qəlbin

dərinliklərindən gələn təbəssümdən danışıram.

Nyu-Yorkun iri univermağının müdiri mənə deyirdi ki, duzsuz fizionomiyalı

fəlsəfə doktorundansa, məktəbi qurtara bilməyən, lakin valehedici təbəssümü

olan qızı işə daha həvəslə götürür.

Kauçuk istehsalı üzrə ABŞ-ın ən iri kompaniyalarından birinin direktorlar

şurasının sədri danışmışdı ki, onun müşahidələrinə görə əgər adam iş yerində

şən deyilsə, o, nadir hallarda uğur qazanır. Həmin sənayeçi rəhbər sizin bütün

arzularınıza aparan qapını açan sehrli açarın yalnız ağır əmək olduğu ilə bağlı

köhnə kəlamı yüksək qiymətləndirmirdi. “Mən elə adamlar tanıyıram ki, –

deyirdi o, – onlar işləri ilə məşğul olur və yaxşı zarafata ürəkdən gülmək üçün

vaxt tapdıqlarına görə uğur qazanırdılar. Mən belələrini də görmüşdüm ki, işə

ağır əziyyət kimi başlayırdılar. Onlar darıxdırıcı, qaşqabaqlı olur, işdən hər cür

məmnunluqlarını itirir və yekunda – işlərində uğursuzluğa düçar olurdular”.

Əgər adamların sizinlə görüşəndə sevinmələrini istəyirsinizsə, onda özünüz

onları sevinclə qarşılamalısınız.

Mən biznesmenlərin bir çoxuna (mənim kurslarımın dinləyiciləri sırasından)

həftə ərzində hər saatda kiməsə gülümsəməyi sınaqdan çıxarmağı, sonra isə

eksperimentinin nəticələri haqqında danışmağı məsləhət görürdüm. Bu, necə

təsir edirdi? Gəlin baxaq.

Budur, Nyu-York fond birjasının üzvü Uilyam Steynqardın məktubu. Onun

əhvalatı – bu, yeganə deyil. Bu, yüzlərlə başqa hal üçün tipikdir.

“Mən artıq 18 ildən çoxdur ki, evliyəm, – deyə cənab Steynqard yazır, – və bu

müddət ərzində arvadımın üzünə nadir hallarda gülümsəmişəm. Yuxudan ayılan

vaxtdan işə çıxıb gedən məqama qədər mən heç iki düjün də söz demirdim.

Brodveydə nə vaxtsa gəzişən ən ikrahdoğurucu mısmırıqçı idim.

Siz məndən təbəssümlə bağlı eksperimentim haqqında məlumatla çıxış

etməyi xahiş edəndə fikirləşdim ki, bir həftə ərzində çalışmaq lazımdır. Beləliklə,

növbəti səhər saçımı darayanda mən güzgüdə qaşqabaqlı sir-sifətimə baxıb

özümə dedim: “Bill, bu, sənə indicə kötəklənmiş pişiyin görkəmini verən

qaşqabaqlı simanı dərhal siləcəksən və gülümsəməyə başlayacaqsan. Lap elə

indicə başlayacaqsan, elə bu dəqiqə”. Səhər yeməyinə oturaraq mən həyat

yoldaşımı bu sözlərlə salamladım: “Sabahın xeyir, mənim əzizim!” və ona

gülümsədim.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə