Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə28/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   24   25   26   27   28   29   30   31   ...   208

adamlara hər gün bir neçə yüz məktub yazırdı. Sonra o, on iki gün ərzində

arabalarda, qatarlarda, avtomobillərdə və qayıqlarda səyahət etməklə 12 min mil

məsafə qət etmişdi, iyirmi ştatda olmuşdu. O, şəhərlərə və qəsəbələrə baş çəkir,

adamlarla səhər yeməyi və lenç arxasında, çay süfrələri, yaxud nahar arxasında

görüşür, onlarla ürək söhbətləri edirdi. O, bir dəqiqə də itirmədən səyahətinin

növbəti məntəqəsinə doğru şütüyürdü.

O, şərqə qayıdan kimi ziyarət etdiyi hər şəhərdə bir nəfərə məktub yazaraq

orada olan və söhbətdə iştirak edən adamların hamısının adlarının siyahısını

göndərməyi xahiş edirdi. Yekun siyahıda minlərlə ad var idi və hər bir adam Cim

Farlinin özündən şəxsi məktub aldı. Həmin məktublar dostcasına müraciətlə

başlayırdı: “Əziz Bill”, yaxud “Əziz Co” və həmişə də mütləq “Cim” imzası ilə

tamamlanırdı.

Cim Farli çox erkən yaşlarında başa düşdü ki, orta təbəqəli adam dünyadakı

adların hamısına birlikdə olduğundan çox, öz şəxsi adına bağlıdır. Bircə bu adı

yadda saxlayın və ona müraciət edərkən sərbəst tələffüz edin və bununla da siz

ona xoş və yaxşı təəssürat yaradan kompliment etmiş olursunuz.

Lakin onu yaddan çıxarın, yaxud tələffüz edəndə səhvə yol verin və siz yalnız

bununla özünüzü əlverişsiz vəziyyətə qoymuş olacaqsınız. Mən bir dəfə Parisdə

ictimaiyyət qarşısında çıxışlar kursunu təşkil edərkən şəhərdə yaşayan

amerikalıların hamısına tipoqrafiya üsulu ilə surəti çıxarılmış məktub

göndərdim. Fransız şrift yığıcısı adları yığarkən, təbii ki, onları təhrif etmişdi.

Məktub ünvanlananlardan biri, iri Amerika bankının Paris filialının işlər müdiri

cavab məktubunda məni öz adının yazılmasında yol verilmiş orfoqrafik səhvlərə

görə o ki var tənbeh etdi.

Endrü Karneginin uğurunun səbəbi nə idi?

Onu polad kralı adlandırırdılar, ancaq o özü polad işində az şeydən baş

çıxarırdı. Ona işləyən yüzlərlə adam polad haqqında ondan müqayisəolunmaz

qədər çox bilirdilər. Amma Karnegi onların onu necə varlı edə biləcəklərini

bilirdi. O, təşkilatçılıq hissini və anadangəlmə rəhbərlik vergisini çox erkən

yaşlarında büruzə verdi. O, insanların öz adlarının onların həyatında necə

istisnasız mühüm yer tutduğunu özü üçün hələ on yaşı olanda açmışdı. Və o, bu

kəşfini əməkdaşlar qazanmaq üçün istifadə etdi. Bu bax belə baş vermişdi.

Həmin vaxtlar hələ balaca olanda və Şotlandiyada yaşayanda o, haradansa

özünə bir ev dovşanı, daha dəqiq desək, dişi dovşan tapmışdı. Çox qısa

müddətdən sonra o, bütöv bir doğum dovşan balasının yiyəsi oldu; amma onları

yedizdirməyə heç nəyi yox idi. Əvəzində onun parlaq bir ideyası var idi. O, qonşu

uşaqlara söz verdi ki, onlar dovşanlar üçün yonca və zəncirotu yığsalar, uşaqların

şərəfinə dovşan balalarına onların adını qoyacaqdır.

Fikirləşdiyi elə bil sehr edilibmiş kimi alındı və Karnegi bunu həmişəlik

yadında saxladı. O, üstündən uzun illər keçəndən sonra insan psixologiyasının bu

xüsusiyyətini biznesdə istifadə edərək milyonlar qazandı. Məsələn, o,

Pensilvaniya dəmir yollarına polad relslər satmaq istəyirdi. Pensilvaniya

Reylroudun o vaxt prezidenti C.Edqar Tomson idi. Endrü Karnegi Pitsburqda

nəhəng polad-prokat zavodu tikdirdi və onu Edqar Tomson Stil Vorks adlandırdı.

İndi isə baxaq görək siz tapmacanın cavabını tapa biləcəksinizmi. Pen-

silvaniyanın dəmir yoluna relslər lazım olanda, necə fikirləşirsiniz, o, bunu

downloaded from KitabYurdu.org



kimdən alırdı? Smersdən? Ribekdən? Heç də yox. Siz cavabı tapmadınız. Bir dəfə

də cəhd edin.

Polad vaqonların istehsalında birincilik uğrunda Corc Pullmenlə öz

mübarizəsinin gedişində polad kralı öz dovşan dərsini yenə də xatırladı.

Karneginin nəzarəti altında olan Mərkəzi Nəqliyyat Kompaniyası Pullmenə

məxsus olan kompaniya ilə müharibə aparırdı. Hər ikisi Yunion Pasifik Reylroud

kompaniyasını polad vaqonlarla təchiz etmək kontraktını ələ keçirmək üçün

bütün səylərini ortaya qoymuşdu. Özü də bu vaxt qiymətləri aşağı salaraq və

bununla da qazanc götürməyə hər cür şansı məhv edərək bir-birini şallaqla

mükafatlandırırdılar. Rəqiblərin hər ikisi Yunion Pasifikin idarə heyəti ilə

görüşmək üçün Nyu-Yorka gəldi. Bir dəfə axşam Pullmenlə “Sent-Nikls”

hotelində rastlaşan Karnegi dedi: “Axşamınız xeyir, cənab Pullmen! Biz sizinlə

özümüzü axmaq yerinə hələ çox qoyacağıq?”

“Siz nəyi nəzərdə tutursunuz?” – soruşdu Pullmen.

Karnegi izah etdi ki, o, sahibkar kimi onların maraqlarının birləşdirilməsini

nəzərdə tutur. O, bunun hazırda öz aralarında apardıqları rəqabətin qarşısında

üstünlüyünü parıltılı ifadələrlə izah etdi. Pullmen çox diqqətlə qulaq asırdı, lakin

Karneginin gətirdiyi dəlillərin doğruluğuna yalnız bir qədər sonra, ondan bunu

soruşduqda tam əmin oldu: “Siz, Karnegi, həmin zavodun adını nə qoymaq

istəyərdiniz?” Karneginin cavabı qətiyyən ləngimədi: “Əlbəttə ki, “Lyuks”

səviyyəli yataq vaqonlarının istehsalı üzrə Pullmen Kompaniyası, bəs başqa necə

ola bilər?”

Pullmenin sifəti çiçək açdı. “Gedək mənim nömrəmə, – dedi o, – hər şeyi

ətraflı müzakirə edək”. Və həmin müzakirə Amerika sənayesinin tarixində yeni

səhifə açdı.

Məhz bu, öz dostlarının və kompanyonlarının adlarının yadda saxlanması və

onlara ehtiram edilməsi siyasəti idi Endrü Karneginin adamlara rəhbərlik

etməsinin sirlərindən biri. O, öz fəhlələrinə adları ilə müraciət edə bildiyi və işləri

şəxsən özünün idarə etdiyi zaman ərzində bir tətilin də onun poladəritmə

zavodlarında sobalarda alovu söndürmədiyi ilə fəxr edirdi.

Padorovski

18

isə əksinə, “Pullmen ad. Zavod”da hazırlanmış vaqonda işləyən



zənci aşpaza “cənab Koners” deyə müraciət etməklə onun əhəmiyyət kəsb

etdiyini aşpaza həmişə hiss etdirirdi. Padorovski özünün ağlasığmaz ifası ilə

Atlantik okeanından tutmuş Sakit okeana qədər bütün ərazidə musiqi

ictimaiyyətinin marağını və heyranlığını doğuraraq müxtəlif illərdə Amerikaya

on beş dəfə səfər etmişdi. O, hər dəfə ayrıca bir vaqon-lyuksda, həmişə də mütləq

eyni, onun konsertdən qayıdacağı vaxt üçün ən çox sevdiyi xörəyi hazırlayan

aşpazla səyahət edirdi. Padorovski bu illər ərzində bir dəfə də olsun onu

Amerikada qəbul edildiyi kimi, sadəcə olaraq, Corc çağırmamışdı. Padorovski

özünün köhnə dəbli nəzakətliliyi ilə onu həmişə “cənab Koners” deyə ucaldırdı.

Və bu, cənab Konersə xoş idi.

Adamlar öz adları ilə o qədər fəxr edirlər ki, onları istənilən qiymət bahasına

əbədiləşdirməyə can atırlar. Hətta qaraqışqırıqçı və tez özündən çıxan qoca

P.T.Barnum da onun adını davam etdirə biləcək oğlunun olmamasından çox

dərin kədərlənərək öz nəvəsi Silli K.Q.-yə, əgər o, Barnum familiyasını qəbul

etmiş olarsa, iyirmi beş min dollar təklif etmişdi.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə