Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə29/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   25   26   27   28   29   30   31   32   ...   208

İki yüz il əvvəl insanlar yazıçıların öz kitablarını onlara həsr etdiklərinə görə

haqq ödəyirdi.

Kitabxanalar və muzeylər öz zəngin kolleksiyalarına görə adlarının gələcək

nəsillərin yaddaşından silinə biləcəyi fikrini heç ağıllarına belə gətirməyən

adamlara minnətdardır. Nyu-Yorkun ictimai kitabxanasında Astor və Leynoksun

topladığı kitablar saxlanılır. Metropoliten Muzey Bencamin Altmanın və

C.P.Morqanın adlarını əbədiləşdirir. Və demək olar, hər bir kilsə bu məbədin

tikintisinə ianə verənlərin adları yerləşdirilmiş pəncərə vitrajları ilə

bəzədilmişdir.

Adamların əksəriyyəti adları bu sadə səbəbə görə yadda saxlamır ki, onlar

diqqətlərini cəmləmək, təkrar etmək və həmin adları yaddaşlarında silinməz

şəkildə həkk etmək üçün kifayət edə biləcək zəruri vaxt və enerji ayırmırlar.

Onlar özləri üçün üzrxahlıq tapırlar ki, həddən artıq məşğuldurlar. Lakin onlar,

çox güman ki, Franklin D.Ruzveltdən çox məşğul deyillər. O isə adları yadında

saxlamaq və kontakta girməli olduğu ustalara hətta adları ilə müraciət etməyə

vaxt tapır.

Misal üçün, “Kraysler” firması Ruzvelt üçün xüsusi avtomobil hazırlamışdı.

V.B.Çemberlen mexaniklərdən biri ilə həmin maşında Ağ Evə gəlmişdi. Cənab

Çemberlenin bu ziyarətiylə bağlı yazdığı məktub mənim qarşımdadır. “Mən

prezident Ruzveltə bir çox qeyri-adi avadanlığı olan avtomobillə davranmağı

öyrətdim, o isə mənə insanlarla davranmağın incə sənətini öyrətdi.

Mən Ağ Evə gəlib çıxanda prezident bizi çox mehribanlıqla qarşıladı və əla

əhvali-ruhiyyədə idi. O elə ilk baxışdan mənə adımla müraciət edərək, özümü

azad, sərbəst hiss etməyimə imkan verdi və ona göstərməli, yaxud izah etməli

olacağım hər şeyə çox canlı maraq göstərməsi məndə xüsusilə güclü təəssürat

yaratdı. Avtomobil elə konstruksiyalaşdırılmışdı ki, onu istisnasız olaraq yalnız

əllərlə idarə etmək mümkün idi. Yığışan çoxsaylı adam qeyri-adi maşını gözdən

keçirirdi. Prezident dedi: “Görürəm ki, bu, sadəcə olaraq, möhtəşəmdir. Sizə

ancaq düyməni basmaq qalır və siz artıq onu sürürsünüz. Siz maşını xüsusi güc

vermədən sürə bilərsiniz. Bu, əzəmətlidir! Buna bənzər heç nə görməmişdim!

İşdə özünü necə göstərdiyinə baxmaq üçün ondan tez baş açmaq istəyərdim”.

Maşına heyran qalan Ruzvelt əməkdaşlarının və dostlarının yanında mənə

dedi: “Cənab Çemberlen, bu avtomobilin işlənib hazırlanmasına sərf etdiyiniz

vaxta və səylərə görə sizə fövqəladə dərəcədə minnətdaram. Bu, böyük və çox

gözəl yerinə yetirilmiş işdir”. O, radiatora, arxa görüntü üçün xüsusi güzgülərə,

saata, projektora və salonun daxili tərtibatına, sürücünün oturacağının

rahatlığına və baqaj yerində hər birində onun monoqramı olan xüsusi

çamadanlara heyran qalmışdı. O, mənim xüsusi olaraq onun üçün konstruksiyaya

daxil etdiyim hər bir xırdalığa diqqət yetirdi. O, bunlara xanım Ruzveltin, xanım

Perkinsin, əmək nazirinin, öz katibinin diqqətini cəlb etdi və hətta qoca

yükdaşıyan zəncini də unutmayaraq ona dedi: “Corc, ələlxüsus da bu

çamadanlara, lütfən, xüsusi qayğı göstərin”.

Sürücülük dərsi başa çatanda prezident mənə bu sözlərlə müraciət etdi: “Hə,

cənab Çemberlen, Federal Ehtiyat Sistemi artıq otuz dəqiqədir məni gözləyir.

Zənn edirəm ki, mənə işə qayıtmaq lazımdır”.

downloaded from KitabYurdu.org




Özümlə ora apardığım mexaniki Ruzveltə biz ora gəlib çatanda təqdim

etmişdilər. O, söhbətdə bir dəfə də olsun iştirak etməmişdi və prezident onun

adını yalnız bir dəfə eşitmişdi. Bu, utancaq, həmişə arxada dayanan bir cavan

oğlan idi. Amma prezident bizi buraxmazdan əvvəl adı ilə çağıraraq ona müraciət

elədi, əlini sıxdı və Vaşinqtona gəldiyinə görə təşəkkür etdi. Bu təşəkkürdə

formal heç nə yox idi. O, həqiqətən də, nəyi hiss edirdisə, onu da deyirdi. Və mən

bunu duydum. Nyu-Yorka qayıdandan bir neçə gün sonra mən prezident

Ruzveltdən öz avtoqrafı ilə onun fotoşəklini və kiçik minnətdarlıq məktubunu

aldım ki, burada o, əməkdaşlığa görə mənə bir daha öz minnətdarlığını bildirirdi.

Onun bütün bunlara necə vaxt tapdığı mənim üçün sirr qalır”.

Franklin D.Ruzvelt bilirdi ki, insanları öz tərəfinə çəkməyin ən adi, eyni

zamanda da ən vacib yolu adların yadda saxlanması və adama özünün əhəmiyyət

kəsb etdiyini hiss etdirməkdir. Bəs biz hamımız bu yoldan istifadə edirikmi?

Hətta bir-birimizə yalnız qarşılıqlı surətdə təqdim olunduğumuz və bir neçə

dəqiqə çəkən laqqırtıdan ibarət olan qısa görüşlərdən sonra vidalaşanda da siz

yeni tanışın adını yadınıza salmaq iqtidarında olmursunuz.

Siyasi savadın ilk dərslərindən biri budur: “Seçicinin adını yadınızda saxlayın

– bu, dövləti idarə etmək məharətidir. Unutmaq – bu, yaddan çıxarılmaq

deməkdir”.

İşgüzar həyatda və xüsusi kontaktlarda lazım olan adı yada salmaq bacarığı,

demək olar, siyasətdə olduğu qədər vacibdir.

Fransanın imperatoru və qüdrətli Napoleonun qardaşı oğlu III Napoleon

bununla fəxr edirdi ki, monarx kimi onu əhatə edən qayğılara baxmayaraq, hətta

bir dəfə də rastlaşdığı istənilən adamın adını yadına salmağa qabildir. O, buna

necə müvəffəq olurdu? Çox sadə. Əgər o, kifayət edəcək qədər aydın tələffüz

olunmayan ad eşidirdisə, onda deyirdi: “Üzr istəyirəm, mən sizin adınızı yaxşı

eşitmədim”. Adın qeyri-adi olduğu hallarda o soruşurdu: “Adınız necə yazılır?”

Söhbət əsnasında o, indicə eşitdiyi adı bir neçə dəfə təkrar etməyə, beynində isə

onu yeni tanışın hansısa səciyyəvi xüsusiyyəti, sifətinin ifadəsi və ya adamın

ümumi görkəmiylə əlaqələndirməyə çalışırdı. Əgər yeni adam əhəmiyyətli şəxs

olardısa, Napoleon onun adını yadda saxlamaq üçün əlavə səylər göstərirdi.

İmperator əlahəzrətləri tək qalan kimi bu adı kağız vərəqinə yazır, sonra

diqqətini cəmləşdirərək onun cizgilərinə zillənir, onu öz yaddaşına həkk edir və

kağızı cırıb atırdı. Bu üsulla o, buna nail olurdu ki, görmə və eşitmə duyğuları

lazım olan adı yaxşı qoruyub saxlayırdı.

“Bütün bunlar çox vaxt aparır, lakin “yaxşı maneraladır”, – demişdi Emerson,

– xırda qurbanlar tələb edir”.

Beləliklə, əgər siz adamları özünüzə yaxınlaşdırmaq istəyirsinizsə, 3-cü

qaydaya əməl edin:

Yadda saxlayın ki, adam üçün öz adının səsi insan nitqində ən şirin və ən

vacib səsdir.

Dördüncü fəsil

Yaxşı həmsöhbət olmağın

ən asan üsulu

Bu yaxınlarda məni bric oyununa dəvət etmişdilər. Mən bric oynamıram. Və

dəvət olunanlar arasında bir sarışın xanım var idi ki, o da mənim kimi bric

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə