Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə3/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   2   3   4   5   6   7   8   9   ...   208

olmaq istəmirlər və psixologiya ilə bağlı uzun-uzadı bəlağətli mülahizələri

dinləməyə də meyilli deyillər. Onlar elə məsləhətlər istəyirlər ki, bunları

biznesdə, ictimai münasibətlərdə və öz ailələrində tətbiq edə bilsinlər.

“Çox gözəl, – dedilər həmin tədqiqatı keçirən adamlar, – əgər onların is-

tədikləri budursa, biz onlara onu verərik”.

Dərs vəsaitlərinin axtarışında ətrafa boylandıqda onlar heyrətlə aşkar etdilər

ki, insanlara öz ətrafındakı adamlarla qarşılıqlı münasibətlərdə meydana çıxan

gündəlik problemlərin həllində kömək etmək məqsədilə nə vaxtsa yazılmış,

praktiki vəsait qismində rəhbər tutula biləcək kitab, ümumiyyətlə, mövcud deyil.

Əcəb işdir! Yüz illər ərzində qədim yunan, latındilli ali riyaziyyat və s.

elmlərə həsr olunmuş – normal adamın qara qəpik belə verməyəcəyi – çoxlu

kitab yazılır. Onun, həqiqətən də, hərisliklə öyrənmək istədiyi, işlərində rəhbər

tuta biləcəyi və ona kömək edə biləcək yeganə predmet haqqında isə bircə sətir

belə yoxdur!

“Pensilvaniya” hotelinin böyük bal zalını dolduran, “Nyu-York San”

qəzetindəki elana hay verən həris və yanğılı iki min beş yüz nəfər yaşlı adamın

iştirakı da məhz elə bununla izah olunur. Onlar uzun müddət axtardıqlarını, çox

güman, bu zalın qübbəsi altında tapacaqlarını zənn edirdilər.

Keçmişdə onlar institutlarda və kolleclərdə kitabların üzərində tər tökür,

maliyyə və peşəkar uğur yolunda qarşılarındakı qapını açacaq “Sim-sim, açıl!”

sehrli vasitənin yalnız bilik olduğuna səmimi-qəlbdən inanırdılar.

Lakin işgüzar və peşəkar həyatın təlatümündə, basabasında bu bir neçə il

onlara acı məyusluq gətirdi. Onlar gördülər ki, işlərində ən əhəmiyyətli uğura

nail olan adamlar həmin biliklərlə yanaşı, danışmaq, insanları öz nöqteyi-

nəzərinə çəkmək bacarığına, özlərini və öz ideyalarını “üzə çıxarmaq”

qabiliyyətinə malik olan kəslərdir. Onlar çox tezliklə əmin oldular ki, əgər hər

hansı bir kəs kapitan kepkasını taxmaq və biznes gəmisinin sükanı arxasına

keçmək istəyirsə, onun üçün daha böyük əhəmiyyət kəsb edən felləri bilmək,

yaxud Harvard Universitetinin diplomu yox, öz xarakteri və söhbət aparmaq

bacarığıdır.

“Nyu-York San” qəzetində verilən elan “Pensilvaniya” hotelində keçirilən

toplantının maraqlı və əlamətdar olacağını vəd edirdi. Elə bu cür də oldu.

Mikrofona on səkkiz nəfər dəvət olundu və onlardan on beşi özü haqqında

danışmaq üçün hərəsi 75 saniyə vaxt aldı. Vur-tut 75 saniyə, sonra isə sədr çəkici

taqqıldadıb deyirdi: “Vaxtınız qurtardı! Növbəti natiq!” Tamaşaçılar baş verənləri

izləyərək, saat yarım ərzində qımıldanmadan dayanmışdılar.

Natiqlərin tərkibi, elə bil ki, Amerika biznes aləminin eninə kəsimini

təcəssüm etdirirdi; eyni tipli mağazaların birliyi: inzibatçı, çörək bişirən, ticarət

assosiasiyasının prezidenti, yük maşınlarının satışı üzrə agent, kimyəvi maddələr

üzrə satış agenti, sığorta agenti, kərpic zavodlarının birliyinin katibi,

mühasibatçı, diş həkimi, memar, viski taciri, Xristian Elmi Cəmiyyətinin

funksioneri, bu hazırlıq kursunu keçmək üçün Nyu-Yorka İndianapolisdən gəlmiş

aptekçi, elə həmin məqsədlə Havanadan gəlmiş, üç dəqiqəlik, amma fövqəladə

dərəcədə vacib nitqə ən yaxşı şəkildə hazırlaşmaq istəyən vəkil.

Birinci natiq – Patrik O’Heyr adlı kelt əsilli bir nəfər. O, İrlandiyada

doğulmuşdu, məktəbə cəmi dörd il getmişdi, sonra Amerikaya köçərək əvvəl

downloaded from KitabYurdu.org



mexanik, sonra isə sürücü işləmişdi. Qırx yaşı olanda ailəsinin sayı artmış və o

daha böyük qazanc barədə fikirləşmək məcburiyyətində qalmışdı. Sonra

qüvvəsini yük avtomobillərinin satışında sınamağı qərara alır. Bu adam

natamamlıq hissindən əzab çəkdiyindən ehtimal olunan alıcının kabinetinin

qapısını açmaq üçün kifayət edəcək cəsarət yığana qədər onun kontorunun

qabağında beş-altı dəfə dala-qabağa getməyə məcbur olurdu. O,

kommivoyajer

2

sahəsində öz ilk addımlarını atarkən, başını itirdiyi və avtomobil



mağazasında çilingər işinə artıq qayıtmaq barədə fikirləşməyə başladığı vaxt

Deyl Karneginin natiqlik sənəti kurslarının təşkilati toplantısına dəvət edildiyi

haqda məktub alır. Lakin o, kursa getmək istəmir, qorxurdu ki, çoxsaylı savadlı

adamların arasında öz yerində olmasın.

O’Heyrin xoş gələcəyə olan ümidləri artıq itirdi. Həyat yoldaşı ərinin kursa

getməsini təkid edir: “Bəlkə bu sənə fayda gətirdi, Pet. Tanrı bilir, sən nəyə

möhtacsan”. O, toplantıya gedir, lakin həmin yerə gəldikdə beş-altı dəqiqə

qapının qabağında dayanaraq içəri keçməyə cürət etmir. İlk vaxtlarda

dinləyicilər qarşısında danışmalı olanda onun hətta qorxudan gözləri də

qaralırdı. Lakin auditoriya qarşısında qorxu yavaş-yavaş itməyə başladı və o

gördü ki, cəmiyyət arasında danışmaq onun xoşuna gəlir, auditoriya nə qədər

çoxsaylıdırsa, bir o qədər yaxşıdır. Eləcə də ayrı-ayrı şəxslərin qabağında

utancaqlığı yox oldu, sifarişçilərindən artıq qorxmurdu. Qazancı əhəmiyyətli

surətdə artmağa başladı və Patrik O’Neyr bu gün üçün Nyu-Yorkun

kommivoyajerləri arasında ən böyük ulduzlardan biridir. Və həmin axşam

“Pensilvaniya” hotelində o, iki min beş yüz nəfərlik kütlənin qarşısında dayanır,

şən və sərbəst surətdə öz nailiyyətlərinin tarixçəsini danışır, hekayətini za-

rafatlarla bəzəyir və dinləyiciləri tez-tez gülməkdən uğunmağa məcbur edirdi.

Çox az peşəkar natiq tapıla bilər ki, onun çıxışı ilə rəqabət apara bilsin.

Növbəti natiq – saçlarına dən düşmüş bankir Qodfri Mayer on bir uşağın

atası idi. Sinifdə nə isə deməli olduğu ilk günlərdə onun, hərfi mənada, dili

tutulurdu. Beyni işləməkdən imtina edirdi. Onun əhvalatı – nitq mədəniyyətini

yaxşı mənimsəmiş adamın cəmiyyətdə rəhbər mövqeyə öz-özünə gəldiyinin canlı

illüstrasiyasıdır.

O, iyirmi beş il Nyu-Cersi ştatının Klefton şəhərciyində yaşayıb, Uoll-Stritdə

isə işləyib. Bütün bu vaxt ərzində ictimai işlərdə heç cür iştirak etməyib və uzağı

onu beş yüz adam tanıyırdı.

O, Karneginin kurslarına qəbul ediləndən bir qədər sonra vergi inspek-

torundan aldığı hesabı bağlamalı idi və həddən çox ödəməli olacağına görə cin

atına minmişdi. Belə vəziyyətdə o, adətən, evdə oturar və qaşqabaqlı halda

qəlyanını tüstülədər, yaxud da gəzintiyə çıxaraq qonşularla söhbətdə ürəyini

boşaldardı. Lakin həmin axşam o, bunun əvəzinə şlyapasını başına taxdı və şəhər

toplantısına yollanaraq ürəyində qubar bağlayan məsələlərin hamısını geniş

publikanın qarşısında ortaya qoydu.

Bu hiddətli nitqin nəticəsi o oldu ki, Kliftonun sakinləri onu bələdiyyədə çıxış

etməyə sövq etdilər, onun namizədliyini bələdiyyə şurasına çıxardılar. Bu

minvalla o, bir neçə həftə ərzində bir iclasdan başqasına gedir, köhnə tərkibdə

bələdiyyə şurasının fəaliyyətindəki bədxərcliyi və fərsizliyi mühakimə edirdi.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə