Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə32/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   28   29   30   31   32   33   34   35   ...   208

Onun əvvəllər Çikaqoya gəldiyi vaxtlarda biz, adətən, birlikdə səhər yeməyi

yeyirdik, buna görə mən bu dəfə də onu özümlə lençə dəvət elədim. O, dəvəti bir

qədər sıxıntılı halda qəbul etdi, lakin biz kontora qayıdanda o, bizə indiyə qədər

etdiklərindən də çox sifariş verdi. O, evinə yüngülləşmiş ürəklə və bizimlə

münasibətlərdə eyni cür düzgün olmaq istəyi ilə qayıdaraq öz hesablarını

yenidən gözdən keçirdi, it-bat olmuş 15 dollarlıq qəbzi tapıb, bizə həmin

məbləğdə çeklə birlikdə öz üzrxahlıqlarını da göndərdi.

Sonralar, həyat yoldaşı ona oğul bəxş edəndə o, oğlunun ikinci adını Detmer

qoydu və iyirmi iki il sonra öldüyü günə qədər bizim şirkətin dostu və müştərisi

olaraq qaldı”.

Çox illər bundan əvvəl alman emiqrantlarının bir yoxsul ailəsində

məktəbdən sonra həftədə on beş sent müqabilində çörəkçinin dükanında

pəncərələri yumalı olan oğlan yaşayırdı.

Bu adamlar o qədər yoxsul idilər ki, oğlan axşamlar zənbillə yanacaq

anbarlarına aparan yola getmək, kömür daşıyan vaqonlardan tökülən kömür

qırıntılarını yığmaq məcburiyyətində qalırdı. Edvard Bok adlı bu oğlanın

məktəbdə altı sinifdən çox oxumaq imkanı olmadı. Lakin o, öz səyləri nəticəsində

Amerika jurnalistikası tarixində ən uğurlu naşirlərdən birinə çevrildi. O, buna

necə nail oldu? Bu, uzun əhvalatdır, lakin onun nədən başladığını qısaca nəql

etmək olar. O, müdafiəsinə kitabda təsvir olunan prinsiplərin istifadə

edilməsindən başladı.

O, on üç yaşında məktəbi bitirdi və Vestern-Yunion kontorunda altı dollar

beş sent maaşla sifarişləri paylayan işlədi. Lakin o, təhsil haqqında fikirlərini bir

an belə kənara qoymurdu. Əksinə, o, qəti şəkildə özünütəhsildən yapışdı. Gediş

haqqı və yeməkdə qənaət edərək Amerika bioqrafik ensiklopediyasını almaq

üçün pul yığa bildi. Kitabı aldıqdan sonra indiyə qədər eşidilməyən iş gördü. O,

Amerikada ən məşhur adamların həyatını oxuyaraq, həmin adamlara öz uşaqlıq

həyatı haqqında əlavə məlumat vermək xahişiylə məktub yazmağa özündə

cəsarət tapdı. O, “yaxşı dinləyici” idi. O, öz sualları ilə çox məşhur olan adamları

özləri haqqında danışmağa sövq edə bildi. O, həmin vaxt prezidentliyə namizəd

olan general Ceyms A.Qarfildə məktub yazdı və doğrudanmı, onun bir vaxtlar

kanalda barjaları dartdığını soruşdu, Qarfild ona cavab verdi. O, bir döyüşün

tarixçəsi ilə bağlı suallarla general Qranta yazdı və Qrant döyüşün xəritəsini öz

əliylə çəkib ona göndərdi və on dörd yaşlı oğlanı özü ilə nahara dəvət etdi,

onunla bütün axşamı söhbət elədi.

O, Emersona yazdı və onda uşağa özü haqqında danışmaq istəyini oyatdı.

Beləliklə, Vestern-Yuniondan sifariş paylayan oğlan tezliklə millətin ən şöhrətli

adamlarının çoxu ilə dostlaşdı. Emerson, Filipp Bruks, Oliver Uendel Holms,

Lonqfello və başqaları onun korrespondetləri oldu.

O, bu məşhur insanlarla yalnız məktublaşmadı, həm də məzuniyyətə çıxdığı

vaxtda onların çoxunun yanına getdi və onların evində səmimi qonaqpərvərliklə

qarşılandı.

Bu iş onda öz qüvvəsinə inam hissini artırdı və bu, öz-özlüyündə öl-

çüyəgəlməz nailiyyət idi. Həmin insanlarla tanışlıq isə onda bütün həyatını qəti

şəkildə dəyişən cizgilər və şöhrətpərəst niyyətlər meydana çıxartdı. Və bütün

downloaded from KitabYurdu.org




bunlar, izin verin bunu bir daha təkrar edim, bizim bu səhifələrdə müzakirə

etdiyimiz prinsiplərin tətbiq olunması sayəsində mümkün oldu.

Məşhurlardan alınan müsahibələrin sayına görə, çox güman, dünya çem-

pionu olan Ayzek F.Markosson bir dəfə demişdi ki, bir çox adamlar özləri

haqqında yalnız buna görə əlverişli təəssürat yarada bilmirlər ki, diqqətlə qulaq

asmağı bacarmırlar. “Onların başı özlərinin nə deyəcəklərinə hazırlaşmağa o

qədər qarışır ki, kar olurlar... Görkəmli adamlar mənə deyirdilər ki, yaxşı

dinləyiciyə yaxşı danışandan çox üstünlük verirlər. Ancaq dinləmək qabiliyyəti,

görünür, insan təbiətinin başqa dəyərli keyfiyyəti ilə müqayisədə daha nadir rast

gəlinəndir”.

Yaxşı dinləyici yalnız görkəmli adamlara yox, adilərə də lazımdır. “Rider

Daycest”də bir dəfə deyildiyi kimi: “Həkimi bir çox adamlar çağırır, halbuki

onlara lazım olan bir şey varsa, o da diqqətdir”.

Vətəndaş müharibəsinin ən qorxulu günlərində Linkoln Sprinqfilddə

(İllinoys ştatı) yaşayan bir köhnə dostuna məktub yazaraq ondan Vaşinqtona,

onun yanına gəlməsini xahiş etmişdi. Linkoln yazırdı ki, onunla bəzi problemləri

müzakirə etmək istəyir. Köhnə dost Ağ Evə gəldi və Linkoln quldarlığın ləğv

edilməsi haqqında dekretin verilməsinin məqsədəmüvafiqliyi ilə bağlı onun

qarşısında bir neçə saat mülahizə yürütdü. O, belə bir addımın lehinə və əleyhinə

olan arqumentləri götür-qoy edirdi, sonra dostuna məktubları və qəzet

məqalələrini oxudu – bunların bir qismində onu qulları azad etmədiyi üçün,

digərlərində isə – onları azad etməyə hazırlaşdığına görə mühakimə edirdilər. Bu

ruhda bir neçə saat mülahizə yürüdərək, Linkoln köhnə dostunun əlini ürəkdən

sıxdı, ona xoş arzular dilədi və heç bu barədə nə fikirləşdiyini belə soruşmadan

onu geri, İllinoysa yola saldı. “Belə görünürdü ki, söhbətini qurtarandan sonra o,

nə isə bir yüngüllük hiss elədi”, – deyə onun dostu xatırlayır. Linkoln heç kimin

məsləhətinə möhtac deyildi. Ona, sadəcə olaraq, onun vəziyyətini başa düşə bilə-

cək, dostcasına köklənmiş dinləyici lazım idi ki, onun qarşısında biz çətin

vəziyyətə düşəndə möhtac olduğumuz kimi ürəyini boşalda bilsin. Hara baxırsan

bax, başını hara çevirirsən çevir, hər yerdə – əsəbiləşmiş alıcıya, narazı işçiyə və

ya incimiş dosta lazım olan budur.

Əgər adamların sizinlə ünsiyyətdən qaçmasına, sizin arxanızda gülüşmək-

lərinə və hətta sizə nifrət etmələrinə necə nail olmağı bilmək istəyirsinizsə,

budur sizin üçün əla resept: heç vaxt heç kəsi çox dinləməyin. Həmişə yalnız

özünüz haqqında danışın. Başqa adamın danışdığı vaxt sizin başınıza hansısa bir

fikir gəldisə, onun sözünü tamamlamasını gözləməyin. Axı o, kara gələ biləcək nə

deyə bilər? Onun boş-boş çərənlədiklərini dinləmək sizin nəyinizə gərəkdir axı?!

Onu yerinə oturdun – sözünü yarımçıq kəsin.

Bu növ adamlar sizə tanışdırmı? Mənə, əfsus ki, hə. Ən qəribəsi isə budur ki,

onlardan bəzilərini adı Sosial Registrdə

19

çəkilir.


Onların hamısı istisnasız olaraq fövqəladə dərəcədə bezikdirici adamlardır.

Onların özlərindən başı açılmayan sərxoşluğu, özlərinin istisnasız əhəmiyyət

kəsb etmələri fikri dəhşətli dərəcədə təngə gətirir.

Yalnız özü haqqında danışan adam yalnız özü haqqında da düşünür. “Özü

haqqında danışan adam isə, – deyə Kolumbiya Universitetinin professoru Nikolas

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə