Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə36/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   32   33   34   35   36   37   38   39   ...   208

“Bu ev təqribən 1890-cı illərdə tikilib, elə deyilmi?” – deyə o soruşur. “Hə, –

qadın cavab verir, – tamamilə doğrudur. Bu ev məhz həmin il tikilib”. “O, mənə

doğulduğum evi xatırladır, – dedi cənab R. – Ev çox gözəl tikilib. Bu qədər geniş,

işıqlı. İndi bilirsinizmi, belə evlər tikmirlər. Müasir adamlara lazım olan nə varsa

– bu, balaca mənzil və soyuducudur ki, yatmaq və yemək olsun, vaxtlarını isə

evdən kənarda, öz avtomobillərində veyllənməklə keçirirlər”. “Bu ev – arzuların

evidir,

– dedi evin sahibəsi, onu bürüyən zərif xatirələrdən titrəyən səslə. – Onu sevgi



tikmişdir. Bunu tikmək imkanı əldə edənə qədər biz ərimlə onu uzun illər arzu-

lamışıq. Bizim memarımız olmayıb. Hər şeyi biz özümüz layihələşdirmişdik”.

Sonra qadın qonağı evə baxmağa aparır və qonaq xarici səyahətlər zamanı

alınmış, məhəbbətlə qorunub saxlanmış gözəl əşyalara səmimi olaraq heyran

qalır. Burada Hindistan şalları və qədim ingilis çay qarnituru, Vedkvud farforu və

Fransadan gətirilmiş yataq qarnituru, italiyalı rəssamların fırçasına məxsus olan

rəsmlər və bir vaxtlar fransız qəsrində asılan ipək draprilər var idi.

“Bütün evi mənə göstərdikdən sonra, – deyə m-r R. davam edirdi,

– qadın məni qaraja apardı. Orada, kötüklərin üstünə qaldırılmış, demək olar,

təzə “Pakkard” dayanmışdı”. “Bunu ərim məndən həmişəlik uzaqlaşmazdan bir

qədər əvvəl almışdı. O vaxtdan mən onu bir dəfə də olsun sürməmişəm. Siz əsl

şeyləri qiymətləndirə bilirsiniz və mən bu avtomobili sizə bağışlamağı qərara

almışam”.

“Siz nə danışırsınız, xalacan, – dedim mən, – siz öz səxavətinizlə məni

tamamilə sarsıdırsınız. Mən, aydın məsələdir ki, sizə artıq dərəcədə minnət-

daram, lakin bu hədiyyəni qəbul edə bilmərəm. Axı ciddi deyilərsə, mən heç sizə

qohum da deyiləm. Bundan başqa, mənim təptəzə avtomobilim var, sizin isə,

yəqin ki, bu “Pakkard”ı almaqdan xoşbəxt olacaq qat-qat yaxın qohumlarınız

çoxdur”.

“Qohumlar! – deyə o səsləndi. – Bu avtomobili ələ keçirmək üçün bircə

mənim ölməyimi gözləyən qohumlar. Ancaq onlar bunu görməyəcəklər”.

“Əgər siz onu onlara vermək istəmirsinizsə, bu maşını işlənmiş şeylər

tacirinə asanlıqla sata bilərsiniz”.

“Satmaq! – dedi o. – Siz düşünürsünüz ki, mən ərimin məni gəzdirmək üçün

aldığı avtomobili yadların sürməsinə imkan verə bilərəm? Satmaq barədə heç

fikirləşmərəm də. Mən onu sizə bağışlayıram. Siz gözəl şeyləri dəyərləndirməyi

bacarırsız!”

O, hədiyyədən səmimi-qəlbdən imtina etməyə çalışırdı, lakin qadının

hisslərini təhqir etməmək üçün bunu edə bilməzdi.

Böyük evdə öz şlyapaları, qədim qarniturlar və öz xatirələri ilə yanaşı

tamamilə tənha qalan həmin qoca xanım heç olmasa azacıq diqqətə möhtac idi. O,

bir vaxtlar cavan və gözəl idi, hər yerdə istənilən idi, bu rahatlıq gətirən evi sevə-

sevə tikmişdi, onu bəzəmək üçün bütün Avropadan xoşuna gələn nə varsa

gətirmişdi. İndi, özünün qoca tənhalığında ürəkdən gələn heç olmasa bir damcı

etirafı ehtirasla arzulayırdı, lakin bunu ona heç kəs vermirdi.

O gözlənilmədən, səhrada qəfildən oazis tapıldığı kimi bunu tapanda isə

onun minnətdarlığı o qədər böyük oldu ki, o, bunu hədiyyə etdiyi avtomobildən

kiçik heç nəylə ifadə edə bilmədi.

downloaded from KitabYurdu.org



Gəlin başqa bir nümunəni götürək. Onu mənə doktor Donald M.Mak-Maqon,

Nyu-Yorkda parkların və bağçaların layihələşdirilməsi ilə məşğul olan Leva ənd

Valonten firmasının müdiri danışmışdı:

“Mən “Dostları qazanmaq və insanlara təsir göstərmək necə olar?” mühazirə-

sini dinləyəndən az müddət sonra bir məşhur vəkilin mülkündə bağçanın

salınmasını layihələşdirirdim. Mülkün sahibi rododendron və azaliya kollarının

harada əkilməsinin istəyiylə bağlı mənə bir neçə göstəriş vermək üçün yanıma

həyətə çıxdı.

Mən dedim: “Ser, sizin çox gözəl hobbiniz var. Mən sizin əla itlərinizə heyran

qalmışam. Əminəm ki, Medison Skver Qardendə keçirilən böyük it sərgilərində

siz hər il mavi lentlər udacaqsınız”.

Bu kiçicik qeydin effekti tamamilə sarsıdıcı oldu. “Siz haqlısınız,

– deyə o bildirdi, – itlərim mənə çox sevinc verir. Mənim itxanama baxmaq

istəməzdinizmi?”

O, demək olar, bir saat mənə öz itlərini və onların aldıqları mükafatları

göstərdi. O hətta mənə onların şəcərəsini də gətirdi, onların öz ağılları və

gözəllikləri ilə hansı geneoloji zəncirlərə minnətdar olduqlarını izah elədi.

Nəhayət, mənə tərəf dönərək soruşdu: “Sizin balaca oğlunuz varmı?” “Bəli”, –

deyə mən cavab verdim. “Siz necə fikirləşirsiniz, itin balasını almaq ona xoş

gələrdimi?” “Ah, bəli, sevincdən onun ağlı başından çıxardı”. “Əla, mən sizə birini

bağışlayacağam”.

O, mənə küçüyü necə yemləmək lazım olduğunu izah eləməyə başladı və

qəfildən izahı yarımçıq kəsdi: “Yox, bu cür siz hər şeyi yaddan çıxaracaqsınız.

Yaxşı olar ki, mən sizin üçün yazım”. O, evə getdi və mənim üçün küçüyün

şəcərəsini və onu yemləmək üzrə təlimatı yazdı.

Beləliklə, o, mənə qiyməti yüzlərlə dollar olan küçük bağışladı; mənimlə

söhbətə bir saat vaxt sərf etdi, ona görə ki mən onun hobbisi və bunda əldə etdiyi

nailiyyətlərlə bağlı səmimi heyranlığımı bildirdim.

“Kodak” firmasını məşhur etmiş Corc İstmen kadrların hərəkətini mümkün

edən şəffaf plyonka ixtira etmişdi və buna görə Yer kürəsində ən məşhur

sənayeçilərdən birinə çevrilərək yüz milyon dollarlıq varidat toplamışdı. Ancaq

bu böyük uğurlara baxmayaraq, o da bizim sizinlə olduğumuz kimi etiraf

olunmasını və qiymətləndirilməsini arzulayırdı.

Məsələn, bir neçə il əvvəl İstmen Roçesterdə anasının xatirəsinə inşa

etdirdiyi musiqi məktəbinin tikintisinə girişmişdi. Nyu-Yorkun Syuperner Sitinq

Kompani firmasının prezidenti Ceyms Adamson İstmenin inşa etdirdiyi binaların

mebel tərtibatı üçün stul və kresloların təchizatı sifarişini almaq istəyirdi. Cənab

Adamson tikintini aparan memara zəng edərək, ondan cənab İstmenlə

Roçesterdə görüş təşkil etməsini xahiş elədi.

Adamson Roçesterə gələndə memar ona dedi: “Mən bilirəm ki, siz bu sifarişi

almaq istəyirsiniz, lakin sizə tamamilə dəqiq deyə bilərəm ki, cənab İstmenin beş

dəqiqədən çox vaxtını alsanız, sizin uğura azacıq da olsa şansınız olmayacaqdır. O

çox məşğul adamdır və son dərəcə pedantikdir. Odur ki, öz təklifinizi tezcə

bildirin və bacardıqca tez çıxıb gedin”.

Adamson bu göstərişə uyğun hərəkət etməyə hazırlaşırdı. Onu kabinetə

salanda Adamson cənab İstmeni stolun arxasında oturub bir qalaq kağız

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə