Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə37/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   33   34   35   36   37   38   39   40   ...   208

üzərində bükülmüş vəziyyətdə görür. Bir neçə dəqiqə keçəndən sonra İstmen

başını qaldırıb, eynəyini çıxarır və stolun arxasından qalxaraq onları salamlayır:

“Sabahınız xeyir, centlmenlər! Nə ilə qulluq edə bilərəm?”

Memar cənab Adamsonu təqdim edərək, onun gəlişinin məqsədini iki kəlmə

ilə ifadə edir. Bu vaxt cənab Adamson deyir: “Siz kağızlarla məşğul olduğunuz

vaxt, cənab İstmen, mən kabinetinizi gözdən keçirdim. Bilirsinizmi, mənim

ixtisasım – binanın daxildən ağac üzlüklərlə üzlənməsidir. Həyatım ərzində

gördüyüm interyer az olmayıb, lakin belə gözəl kabinet mən heç vaxt

görməmişəm”.

“Siz mənim yadıma, demək olar, artıq unutduğum şeyi saldınız, – deyə cənab

İstmen cavab verdi. – Siz hesab edirsiniz ki, bu, gözəldir? Bu kabinet ilk vaxtlar

mənim də çox xoşuma gəlirdi, amma indi beynimi dolduran uçurum qədər işlərin

arxasından mən bu gözəlliyi görməməyə başlamışam. Bəzən onu, ümumiyyətlə,

bütöv həftələr ərzində görmürəm”.

Adamson divara yaxınlaşır və əlini panelin üstündə gəzdirir: “Bu, ingilis

palıdıdır, elə deyilmi? O, teksturasına görə italyan palıdından bir az fərqlənir”.

“Bəli, – deyə İstmen cavab verdi, – bu, ixrac olunmuş ingilis palıdıdır. Onu

mənə dostum, qiymətli ağac növləri üzrə böyük mütəxəssis seçib”. Sonra İstmen

proporsiyalara, rənglərin çalarlarına, taxta üzərində əl işlərinə və onun

göstərişiylə yerinə yetirilən digər effektli detallara diqqəti cəlb edə-edə kabineti

ona göstərməyə başlayır.

Kabinetə Adamsonu tamamilə valeh edən baxış qurtarandan sonra onlar

pəncərənin qabağında dayandılar və İstmen özünə xas olan təvazökar və yumşaq

tərzdə nitqlə ona uzaqda görünən, onun tərəfindən inşa edilmiş və şəhərə yeganə

məqsədlə – əziyyət çəkən adamlara kömək etmək üçün bəxş edilmiş binalar

haqqında danışmağa başladı. Bunlar Roçester Universitetinin, Ümumşəhər

xəstəxanasının, Homeopatik xəstəxananın, Uşaq xəstəxanasının və Dostlar

Cəmiyyəti Evinin binaları idi. Cənab Adamson onu, insan əzablarını

yüngülləşdirmək naminə özünün nəhəng varidatını istifadə etmək ideyasını

rəhbər tutan cənab İstmeni xeyirxah idealizmi ilə bağlı ürəkdən təbrik etdi.

Sonra Corc İstmen şüşə vitrini açdı və oradan öz birinci övladını – bir ingilisin

ixtira etdiyi və İstmenin ondan aldığı fotokameranı götürdü.

Adamson ondan öz işini başlamaq üçün adlamalı olduğu ilk çətinliklər

barədə ətraflı danışmağı xahiş etdi. Və cənab İstmen hissə bərk qapılaraq uşaqlıq

dövrünün keçdiyi yoxsulluq haqqında, onun çox tez dul qalmış anasının pansion

saxlamaq məcburiyyətində qalması, özünün isə həmin vaxt günü əlli sentə

sığorta kontorunda klerk işlədiyi haqqında danışdı. Yoxsulluq dəhşəti onu gecə

və gündüz təqib edirdi və o qəti olaraq qərara almışdı ki, anasının ölən gününə

qədər öz sakinlərinə qulluq etmək məcburiyyətində qalmaması üçün kifayət

qədər pul qazanacaq. Cənab Adamson yeni suallarla onu söhbətini davam

etdirməyə şirnikləndirirdi və cənab İstmen quru fotoplastinlərlə bağlı

eksperimentləri barədə əhvalatı danışdığı vaxt çox diqqətlə qulaq asırdı. O, bütün

günü kontorda çalışır, sonra isə evdə bəzən bütün gecəni eksperimentlərin üzə-

rində işləyir və yalnız onun kimyəvi qarışıqlarının işlədiyi vaxt ərzində yatırdı.

Belə də olurdu ki, o, üç gün dalbadal işləyir və paltarını soyunmadan yatırdı.

downloaded from KitabYurdu.org




Ceyms Adamsonu İstmenin kabinetinə saat on birə on beş dəqiqə işləmiş

salmışdılar və xəbərdar etmişdilər ki, orada beş dəqiqədən çox ləngiməsin. Lakin

bir saat keçdi, iki saat keçdi, onlar isə söhbət etməkdə hələ də davam edirdilər.

Nəhayət, İstmen Adamsona müraciət edərək dedi: “Bu yaxınlarda mən

Yaponiyada olmuşdum, oradan bir neçə stul almışdım və onları evdə günəş

düşən verandada qoymuşdum. Lakin vaxt keçdikcə günəşin şüalarının təsirindən

stulların boyası tökülməyə başladı. Bunu görəndə növbəti gün şəhərə yollandım,

boya aldım və özüm onları rənglədim. İşin öhdəsindən necə gəldiyimə baxmaq

istəyirsinizmi? Gedək mənim evimə lençə və mən sizə onları göstərim”. Lençdən

sonra cənab İstmen Yaponiyadan aldığı stulları ona göstərdi. Onların ən

vurhavur qiyməti biri üçün bir dollar yarım olardı, lakin yüz milyon dollar

həcmində varidat toplamış Corc İstmen onlarla fəxr edirdi, çünki onları özü

rəngləmişdi.

Stullara sifarişin qiyməti 90 000 dollar idi. Siz necə zənn edirsiniz, sifarişi

kim aldı: cənab Adamson, yoxsa onun sənədləri?

O vaxtdan cənab İstmenin öldüyü günə qədər onları böyük dostluq telləri

bağlayırdı.

Etiraf olunmanın sehrli daşının qüvvəsini biz sizinlə harada sınaqdan

keçirməliyik? Niyə də düz elə öz evimizdən başlamayaq? Başqa elə bir yer

tanımıram ki, buna oradan çox ehtiyac olsun və orada buna hər yerdən çox

saymazyana yanaşılmasın. Sizin həyat yoldaşınız əvvəl-axır nə isə bir cəlbedici

keyfiyyətə malik olmalıdır axı. Hər halda, bir vaxtlar siz onda bu cəhətləri

görürdünüz, əks-təqdirdə, onunla ailə həyatı qurmazdınız.

Bəs deməzdinizmi ki, ona heyran olduğunuzu sonuncu dəfə həyat yoldaşınıza nə

vaxt bildirmisiniz. Necə, çoxdan? Deməli, çoxdan!

Bir neçə il əvvəl mən Nyu-Brensvikdə Mirimaçi qəbiləsinin mənzil-

qərargahında balıq tuturdum. Mən Kanada meşələrinin dərinliklərində tam

tənhalıqda idim. Oxumaq üçün məndə olan yeganə nə vardısa – bu, yerli qəzetin

bir nüsxəsi idi. Mən qəzetdə olan hər şeyi oxudum, o cümlədən də reklamları,

elanları və Doroti Diksin məqaləsini. O yazırdı ki, gəlinlər üçün sonsuz

mühazirələr oxumaqdan təngə gəlib. O bildirirdi ki, adaxlılara da öz tərəflərindən

bəzi şeyləri eşitmək və mənimsəmək mane olmazdı. Və Doroti onlara kiçik, lakin

müdrik məsləhət verir.

Heç vaxt Sığal Daşını öpməzdən qabaq evlənməyin. Evlənənə qədər qadını

tərifləmək və ya tərifləməmək – bu, sizin fərdi arzunuzun işidir. Lakin onu

evlənəndən sonra tərifləmək – bu artıq zərurətdir və hətta istəyirsinizsə, şəxsi

firavanlıq məsələsidir. Ailə həyatı birmənalılığın yeri deyil. Bu, diplomatiya

meydanıdır.

Əgər hər gün dəbdəbəli stolun arxasında əyləşmək istəyirsinizsə, ev

təssərrüfatının aparılması işində nöqsanlarına görə xanımınızı danlamayın və öz

ananızla onun arasında qəlbini qıran müqayisələr aparmayın. Əksinə, onun

zövqünü və ev rahatlığı yaratmaq bacarığını həmişə tərifləyin, açıq-açığına

özünüzü təbrik edin ki, Veneranın, Minervanın və Meri Eynin məziyyətlərini

özündə birləşdirmiş yeganə qadınla evlənmisiniz. Hətta çörək bir balaca yanmış

olanda, bifşteks isə gönü xatırladanda belə öz narazılığınızı üzə vurmayın. Sadəcə

olaraq, nəzərə çarpdırın ki, yemək bu gün həmişə olduğu kimi nəfis

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə