Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə38/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   34   35   36   37   38   39   40   41   ...   208

hazırlanmayıb və həyat yoldaşınız qat-qat yaxşı biş-düş edəcək və təki sizin onun

haqqında ideal təsəvvürlərinizə uyğun olsun deyə mətbəx plitəsində özü özünü

qızartmağa hazır olacaqdır.

Öz ailə həyatınıza bu dəyişiklikləri qəfildən daxil etməyin – bu, onda şübhə

oyada bilər. Lakin bu gün, ya da sabah evə qayıdanda gül və yaxud bir qutu

şirniyyat alın. Ancaq məbada özünüzə deyəsiniz: “Hə, hə, bunu eləmək lazım

gələcək”. Bunu edin. Və ona güllərlə birlikdə öz mehriban təbəssümünüzü və bir

neçə isti sözünüzü gətirin.

Əgər daha çox ər və həyat yoldaşı bu cür davranmış olsaydı, onda mən

əminəm ki, indi olduğu kimi hər altıncı ailə ittifaqının Reno qayalarına çırpılıb

dağıldığı vəziyyət olmazdı.

Qadını sizə vurulmağa necə məcbur etməyi bilmək istəyərdinizmi? Əla,

budur, sirr ovucun içində olduğu kimidir: özünüzü mərifətli aparmağa çalışın.

Bu, mənim ideyam deyil. Mən onu Doroti Diksdən əlborcu götürmüşəm. Bir

dəfə o bir məşhur, iyirmi üç qadının ürəyini və bank hesabını fəth etmiş

çoxarvadlıdan müsahibə alırdı (demək lazımdır ki, o, müsahibəni, öz aramızdır,

artıq həbsxanada olanda verirdi). Dorotinin onun qadınları özünə vurulmağa

necə məcbur etdiyi ilə bağlı sualına çoxarvadlı cavab vermişdi ki, bunun üçün heç

bir xüsusi fənd tələb olunmur: sizin etdiyiniz nə varsa – bu, qadınla söhbət

edərkən onun haqqında danışmaqdır.

Bu fənd kişilərə də əla təsir göstərir. “Adama onun özü haqqında deyin, –

demişdi Britaniya imperiyasının ən prinsipial nümayəndəsi Dizraeli, – və onlar

sizi saatlarla dinləyəcəklər”.

Beləliklə, əgər siz adamları özünüzə yaxınlaşdırmaq istəyirsinizsə, qayda 6-

da deyildiyi kimi:

Belə edin ki, adamlar özlərinin əhəmiyyət kəsb etdiklərini hiss eləsinlər və

bunu səmimi-qəlbdən edin.

Siz bu kitabı artıq kifayət qədər oxumusunuz. Onu indi örtün, qəlyanınızdan

tütünün külünü çırpıb boşaldın və etiraf etmək fəlsəfəsini dərhal öz yaxın

adamınızın üzərində tətbiq etməyə başlayın.

Ardınca isə sizi magik səhnələr gözləyir.

Xülasə


Adamları özünə yaxınlaşdırmağın altı üsulu:

Qayda 1: Başqa adamlara münasibətdə səmimi maraq büruzə verin.

Qayda 2: Gülümsəyin!

Qayda 3: Yadda saxlayın ki, adama öz adının səsi insan nitqində ən şirin və

ən vacib səsdir.

Qayda 4: Yaxşı dinləyici olun. Başqalarını özləri haqqında danışmağa

şirnikləndirin.

Qayda 5: Həmsöhbətinizin maraq dairəsinə daxil olan mövzular ətrafında

söhbət aparın.

Qayda 6: Adamların özlərinin əhəmiyyət kəsb etdiklərini hiss etməsinə

çalışın – və bunu səmimiyyətlə edin.

15 “Kolyers” – ABŞ-da ən populyar illüstrasiyalı jurnal

16 ABŞ-da Vətəndaş müharibəsi (1861–1865). Birinci Dünya müharibəsi

(1914–1918)

downloaded from KitabYurdu.org



17 Polip – bağırsağı-boşluqlular sinfinə aid olan dəniz heyvanı

18 Padorovski İqnatsi (1860–1941) – polşalı pianoçu, bəstəkar və burjua

Polşasının görkəmli siyasi xadimi

19 Sosial Registr: isteblişmentə – Amerika cəmiyyətinin ən çox nüfuzu və

təsir dairəsi olan hissəsinə aid adamların siyahısı

III Hissə

ADAMLARI ÖZ NÖQTEYİ-NƏZƏRİNİZƏ ÇƏKMƏYİN İYİRMİ ÜSULU

Birinci fəsil

Mübahisə etməklə siz qalib ola bilməzsiniz

Müharibə qurtarandan (Birinci Dünya müharibəsi nəzərdə tutulur) dərhal

sonra mən günlərin birində Londonda elə bir dərs aldım ki, onun qiyməti belə

yoxdur.

Bir jurnalist kimi mənim diqqətimi o vaxtlar cənab Ross Smitin şəxsiyyəti



məşğul edirdi. Avstraliyalı ass-təyyarəçi cənab Ross müharibə dövründə

Fələstində döyüşürdü, sülh bağlanandan sonra isə o, bütün dünyanı heyran

edərək, otuz gün ərzində Yer kürəsinin düz yarısını təyyarə ilə dövr elədi. Belə

bir qəhrəmanlığa o vaxt heç kim cəhd edə bilmirdi. Həmin uçuş o vaxt çox böyük

sensasiya doğurmuşdu.

Avstraliyanın hökuməti onu əlli min dollarla mükafatlandırdı, İngiltərənin

kralı ona cəngavər adı verdi. Bir müddət Yunion Cekin

20

altında yaşayan bu şəxs



haqqında o vaxt çox danışılırdı.

O, Britaniya imperiyası üçün Lindberq oldu.

Həmin axşamı mən ser Rossun şərəfinə verilən banketə dəvət olunmuşdum.

Nahar vaxtı mənim böyrümdə əyləşmiş cənab bir məzəli əhvalat danışdı ki,

onun məğzi bu sitata əsaslanırdı: “Bizim niyyətlərimizə forma verən, onları bizim

arzularımıza müvafiq olaraq yonub düzəldən bir Tanrı mövcuddur”. Danışan

xatırlatdı ki, sitat İncildən götürülmüşdür. O səhv edirdi. Mən bunu tamamilə

dəqiq bilirdim. Bunda heç bir şübhə ola bilməzdi. Və budur, özümün əhəmiyyət

kəsb etdiyimi hiss və öz üstünlüyümü nümayiş etdirmək üçün mən üzərimə

çağırılmayan arzuolunmaz senzor rolunu götürdüm və ona düzəliş etdim. O,

inadkarlıq göstərməyə başladı. Nə? Şekspir?

Bu ola bilməz! Absurddur! Bu, İncildən sitatdır. Və o, bunu bilir.

Əhvalatı danışan məndən sağda, sol tərəfimdə isə köhnə dostum əyləşmişdi.

Vaxtilə o, Şekspiri öyrənməyə bir neçə il sərf eləmişdi. Biz ona mübahisəmizə

aydınlıq gətirməyi təklif etdik. Cənab Gemond bizi dinlədi, ardınca stolun altında

mənim ayağımı tapdaladı və dedi: “Deyl, sən səhv edirsən. Centlmen tamamilə

doğru buyurur. Bu, İncildəndir”.

downloaded from KitabYurdu.org




Həmin axşam onunla evə qayıdanda mən dedim: “Frenk, sən axı bilirsən ki,

bu sitat Şekspirdəndir”. “Aydın məsələdir ki, bilirəm, – deyə o cavab verdi. –

“Hamlet”, 5-ci akt, 2-ci səhnə. Lakin biz səninlə təmtəraqlı səbəbə görə keçirilən

banketdə qonaq idik, mənim əzizim Deyl. Adama nəyə görə sübut etməlisən ki, o,

haqlı deyil. Bu minvalla sən onu özünə yaxınlaşdıra bilərsənmi? Ona öz simasını

xilas etməyə niyə də imkan verməyəsən? Axı o, sənin fikrini soruşmamışdı. O,

sənin fikrini bilmək də istəmirdi. Nəyə görə onunla mübahisə edəsən? Mənim

məsləhətimə qulaq as – iti künclərdən həmişə qaç”.

Bu sözləri deyən adam indi artıq sağ deyil, lakin onun mənə verdiyi dərs öz

bəhrəsini gətirməkdə davam edir.

Bu dərs mənə son dərəcə zəruri idi, çünki mən qatı mübahisəçi idim.

Cavanlığımda qardaşımla Kəhkəşanın altında mövcud olan, hərfi mənada, hər

şeylə bağlı mübahisə edirdim. Mən kollecə daxil olanda məntiqi və

arqumentləşdirmənin üsullarını öyrənməyə və mübahisədə kim kimə qalib gələr

yarışlarında iştirak etməyə başladım. Deyirlər ki, Missuridə doğulan sözlərə

inanmır. Belə ki, mən orada doğulmuşam və nəyisə yoxlamaq üçün mənə aşkar

sübutlar tələb olunurdu. Sonralar mən Nyu-Yorkda polemika nəzəriyyəsini

öyrənmişdim və özümə utanc gətirsəm də, etiraf etməliyəm ki, bu məsələ ilə

bağlı hətta kitab yazmaq niyyətində idim.

O vaxtdan etibarən dinləyici oldum, o vaxta qədər isə minlərlə mübahisədə

iştirak etmişdim və onların nəticələrini qiymətləndirmək imkanım var idi. Bu

əsasda qənaətə gəldim ki, dünyada mübahisədə ən yaxşı nəticə əldə etməyin

yalnız bircə üsulu vardır – bu, mübahisədən qaçmaqdır.

Zəhərli ilanlardan və zəlzələlərdən necə qaçırsınızsa, mübahisələrdən də o

cür qaçın. Mübahisə qurtarandan sonra onun iştirakçılarının hər biri on haldan

doqquzunda əvvəllər olduğu kimi özünün haqlı olduğuna daha möhkəm inanmış

olur.

Siz mübahisəni uda bilməzsiniz. Bilməlisiniz ki, qalib gələndə də udu-



zursunuz. Nəyə görə? Ehtimal edək ki, siz öz opponentiniz üzərində zəfər

çaldınız və onun bu məsələdə heç bir qiymət kəsb etmədiyini sübuta yetirərək öz

arqumentlərinizlə onu yıxıb sürüdünüz. Bəs o? Siz onu özünün alçaldıldığını hiss

eləməyə məcbur etdiniz. Siz onun qürurunu yaraladınız. Və sizin triumfunuz

onda yalnız qisas yanğısını doğuracaq. Bax belə: “Öz iradəsi əleyhinə inandırılan

kəs öz fikrində qalmış olur”.

Sığorta şirkəti öz agentləri üçün mütləq qayda müəyyən etmişdir: “Mübahisə

etməyin!”

Əsl tacirlik, satmaq bacarığı – bu heç də mübahisədə udmaq bacarığı

deyildir. Bu işin mübahisə ilə heç uzaqdan-uzağa da ümumi heç nəyi yoxdur. Bu

üsulla insanın baxışlarını dəyişə bilməzsən.

Budur, sizin üçün parlaq bir nümunə. Bir neçə il əvvəl mənim kurslarıma çox

döyüşkən xarakteri olan Patrik C.O.Heyr adlı bir irland gəldi. Onun təhsili o qədər

də çox deyildi, lakin mübahisə etməyi çox sevirdi. Əvvəllər o, sürücü olmuşdu,

mənim yanıma isə ona görə gəlmişdi ki, yük avtomobillərinin satışı ilə – yeri

gəlmişkən, heç bir uğur qazanmadan – məşğul olmağa başlamışdı. Mürəkkəb

olmayan sorğu-sual yolu ilə aydınlaşdı ki, o, daim mübahisə edir və öz yük maşın-

larını sırımaq istədiyi adamları özünə qarşı kökləyir.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə