Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə40/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   36   37   38   39   40   41   42   43   ...   208

olsam da, həmişə ona udmaq imkanı verirdim və bu, ona fövqəladə məmnunluq

gətirirdi”.

Gəlin Konstantdan bu unudulmaz dərsi götürək.

Gəlin öz müştərilərimizə, öz sevgililərimizə, öz həyat yoldaşlarımıza və öz

ərlərimizə bəzən meydana çıxan xırda diskussiyalarda bizə qalib gəlməyə imkan

verək.


Budda deyib:

“Nifrətin kökü heç vaxt nifrətlə kəsilməyəcək, yalnız sevgi ilə kəsiləcək”.

Anlaşılmazlıq mübahisənin köməyi ilə heç vaxt məhv olmayacaq, yalnız

ədəb-ərkanın, diplomatiyanın, barışığın və başqasının nöqteyi-nəzərini başa

düşməyə can atmağın köməyi ilə məhv olacaqdır.

Linkoln bir dəfə cavan zabitə onun öz həmkarları ilə həddən artıq alovlu

mübahisə etdiyinə görə töhmət vermişdi.

“Öz imkanlarını ən yaxşı surətdə istifadə etməyi qərara alan adam,

– demişdi Linkoln, – vaxtı şəxsi mübahisələrə israf etmək halında olmamalıdır.

Xarakterlərin pisləşməsinin və özünənəzarətin itirilməsinin də daxil olduğu

fəsadlara yol vermək halından çəkinməlidir. Öz şanslarınızın bərabər olduğunu

gördüyünüz məsələlərdə daha çox və əksinə, öz üstünlüyünüzü aydın dərk

etdiyiniz məsələlərdə daha az keçin. Yolu birinci keçmək hüququ uğrunda it ilə

mübahisəyə girib dişlənməkdənsə, küçədə itə yol vermək daha yaxşıdır. Hətta

onu öldürməklə belə siz aldığınız yaranı sağalda bilməyəcəksiniz”.

“Hissələr və deyimlər” məqaləsində söhbət (“Economic Press”) fikir ay-

rılıqlarının böyüyüb mübahisəyə çevrilməsinin qarşısını necə almaqdan gedir:

Fikir ayrılıqlarından qorxmayın. Bu kəlamı yadda saxlayın: “İki tərəf-müqabil

həmişə bir-biri ilə razılaşırsa, onda onlardan biri artıqdır”. Əgər siz problemin

hansısa bir aspektini gözdən qaçırmısınızsa, sizin diqqətinizi buna cəlb edən

adama minnətdar olun. Bu fikir ayrılığının meydana çıxması sizə öz səhvinizi, ola

bilsin ki, onu real olaraq edənə qədər düzəltmək şansı vermiş olsun.

Özünüzün birinci intuitiv təəssüratınıza tənqidi yanaşın. Fikir ayrılığına

bizim birinci təbii reaksiyamız – bu, müdafiədir. Ehtiyatlı olun. Təmkininizi

saxlayın və birinci reaksiyanın təhrikinə uymayın. O, sizə pis xidmət göstərə

bilər.


Əhvali-ruhiyyənizi nəzarət altında saxlayın. Yadda saxlayın ki, şəxsiyyətin

miqyası haqqında onu özündən nə qədər tez çıxarmaq mümkün olduğu ilə

mühakimə yürüdürlər.

Əvvəl dinləyin. Öz opponentinizə imkan verin ki, o demək istədiklərinin

hamısını danışsın. Onun sözünü kəsməyin. Müqavimət göstərməyin, müdafiə

olunmayın, diskussiyaya girişməyin. Bütün bunlar yalnız maneələr yaradır.

Qarşılıqlı anlaşma üçün yolları tutmağa çalışın. Bir-birinizin mövqelərinin tam

başa düşülməməsi ilə problemi daha da qəlizləşdirməyin.

Maraqlarınızın kəsişdiyi nöqtələri axtarın. Öz opponentinizi dinlədikdən

sonra qarşılıqlı maraqlar dairəsini, barəsində bir-birinizlə razılaşdığınız

məsələləri tapın.

Təmizürəkli olun. Öz səhvlərinizi etiraf edə biləcəyiniz sahələri tapın və

bunun haqda təmiz ürəklə danışın. Öz səhvlərinizə görə üzr istəyin. Bu,

downloaded from KitabYurdu.org




opponentinizi tərk-silah etməyə və onun müdafiə səviyyəsini aşağı salmağa

kömək edəcəkdir.

Opponentinizin ideyaları üzərində düşünəcəyinizə və onları öyrənəcəyinizə

söz verin. Və verdiyiniz sözə əməl edin. Opponentləriniz haqlı ola bilərlər. Bu

mərhələdə onların dəlilləri üzərində düşünəcəyinizə söz vermək mübahisəni

davam etdirərək belə vəziyyətə düşməkdən asandır ki, opponentləriniz deyə

bilsinlər: “Biz bunu sizə deməyə cəhd edirdik, amma siz qulaq asmırdınız”.

Məsələnin müzakirə olunmasına maraq göstərdiyinə görə opponentinizə

səmimi olaraq təşəkkür edin. Sizinlə razı olmadığını bildirmək üçün vaxtını sərf

etməyə razılıq verən istənilən adam haqqında söhbət gedən problemin həllində

sizdən az maraqlı deyildir.

Hərəkət etməzdən əvvəl tərəflərə problem üzərində düşünüb-daşınmağa

vaxt verin. Görüşü elə həmin gün bir qədər sonraya keçirməyi və ya növbəti günə

təxirə salmağı təklif edin ki, faktların hamısını əhatə etmək mümkün olsun.

Görüşə hazırlaşarkən öz qarşınızda bir neçə şərti sual qoyun:

Opponentinizin haqlı ola biləcəyi mümkündürmü? Qismən haqlı? Onun

mövqeyində və ya arqumentlərində ağlabatan nəsə varmı, onlar özlərində

hansısa müsbət məqamlar ehtiva edirlərmi? Mənim reaksiyam problemin

kəskinliyini azalda bilərmi? Mənim narazı olmağım problemin kəskinliyini aşağı

salırmı? Mənim reaksiyam opponenti yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?

Reaksiyam ətrafdakıların gözündə mənim barəmdə rəyi yüksəldəcəkmi? Mən

qələbə çalacağam, yoxsa məğlub olacağam? Qələbəmin bahasında mənə nə

qiymət ödəmək lazım gələcəkdir? Mənim hərəkətsizliyim halında bu ziddiyyət öz

həllini tapacaqmı? Bu çətin vəziyyət mənə şans verirmi?

Opera tenoru öz həyat yoldaşı ilə nikahda, demək olar, əlli il yaşamış Yen

Pirs bir dəfə demişdi: “Çox illər bundan əvvəl biz razılıq əldə etmişdik ki, bir-

birimizə hirslənməyimizin, qəzəblənməyimizin dərəcəsindən asılı olmayaraq,

bunlara riayət etməliyik: biri qışqıranda o biri susmalıdır, çünki əgər iki nəfər

qışqırırsa, nəticədə biz ünsiyyət yox, səs-küy və ziyanlı vibrasiyalar əldə edirik”.

Necə ki, 1-ci qaydada deyilir:

Mübahisədə qalib gəlməyin yalnız bir üsulu mövcuddur – bu, mübahisədən

yayınmaqdır.

İkinci fəsil

Düşmən qazanmağın sınanmış üsulu

və bundan necə qaçmalı

Teodor Ruzvelt Ağ Evdə olanda bir dəfə bildirmişdi ki, əgər yüz mübahisəli

vəziyyətdən 75-də birinci olmağı bacarsaydı, ümid edilə biləcək ən böyük

nailiyyət hesab olunardı.

Əgər bu, XX əsrin ən görkəmli adamlarından birinin fikirləri həddi idisə,

onda biz sizinlə nəyə ümid edə bilərik?

Yüz haldan heç olmasa 55-də düz ola biləcəyinizə əmin olan vaxt siz

cəsarətlə Uoll-Stritə yollana bilərsiniz – hər gün bir milyon dollar “götürmək”,

yaxta almaq və balerina ilə evlənmək üçün. Əgər siz yüz haldan 55-də düz

olacağınıza əmin deyilsinizsə, kim sizə hüquq verib ki, başqalarının haqlı

olmadığını deyəsiniz?

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə