Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə41/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   37   38   39   40   41   42   43   44   ...   208

Heç vaxt sözünüzü bu bəyanatla başlamayın: “İndi mən sənə bunu sübut

edəcəyəm”. Bu, başlanğıclardan ən pisidir, bununla elə bil deyirsiniz: “Mən

səndən ağıllıyam. İndi mən sənə hər şeyin necə olduğunu qandıraram və sənə də

o dəqiqə aydın olar ki, haqlı deyilsən”.

Bu, çağırışdır. Bu, dinləyicilərdə protest hissi – siz hələ ilk sözünüzü

deməzdən əvvəl sizinlə mübarizəyə girmək istəyini doğurur.

Adamları hətta ən əlverişli şərtlər daxilində də öz baxışlarını dəyişməyə sövq

etmək çətindir. Bəs onda bunu bir qədər də mürəkkəbləşdirmək nəyə lazımdır?

Özünüz üçün əlavə çətinliklər yaratmağınız nəyə gərəkdir?

Əgər siz kiməsə nəyisə sübut eləmək istəyirsinizsə, yol verməyin ki, o,

bundan duyuq düşmüş olsun. Bunu incəliklə və bəlağətli sözlərlə, məharətlə edin

ki, heç kim sizin sübuta yetirmək istədiyinizi hiss etməsin, həm də tonunuz və

jestləriniz bunu sözləriniz kimi aydın göstərməlidir. Lakin siz ona “mən sənə

sübut edəcəyəm” deyəndən sonra onun sizinlə razılaşacağına ümid edə

bilərsinizmi? Heç vaxt!

Çünki siz onun şəxsi ləyaqət hissinə, qüruruna və zəkasına zərbə en-

dirmisiniz. Bu, opponentinizdə yalnız cavab zərbəsini endirmək arzusunu

meydana çıxara bilər, lakin heç vaxt onu öz nöqteyi-nəzərini dəyişməyə sövq edə

bilməz. Siz onun üzərinə Platonun və İmmanuil Kantın məntiqinin bütün gücünü

axıda bilərsiniz, lakin siz onun rəyini dəyişməyəcəksiniz, çünki siz onun

hisslərini yaralamısınız.

“Adamları elə öyrətmək lazımdır ki, elə bil heç onları öyrətmirsiniz və

onların bilmədiklərini elə təqdim etmək lazımdır ki, elə bil onlar bunu

unudublar”.

Lord Çesterfild öz oğluna yazırdı: “Əgər bacarırsansa, başqalarından müdrik

ol, lakin onlara bunu demə”.

Hazırda mən iyirmi il qabaq inandığım heç nəyə, demək olar ki, inanmıram –

ola bilsin, vurma cədvəli istisna təşkil etməklə. Lakin Eynşteyni oxuyandan sonra

vurma cədvəli ilə bağlı da tərəddüdlər meydana çıxmağa başlayır. Daha iyirmi

ildən sonra, ola bilsin ki, indi haqqında bu kitabda danışdıqlarıma da

inanmayacağam. Ümumiyyətlə, heç nəyə əvvəllər olduğu kimi inamım yoxdur.

Sokrat Afinada öz davamçılarına dəfələrlə təkrar edirdi: “Mən bircə bunu bilirəm

ki, heç nə bilmirəm”.

Mən, əlbəttə, Sokratdan ağıllı ola biləcəyimə ümid edə bilmərəm və buna

görə də adamlara onların haqlı olmadıqlarını deməyə son qoydum. Və görürəm

ki, bu, mənim üçün qat-qat faydalıdır.

Əgər kimsə sizin səhv hesab etdiyiniz, bundan da çox, səhv olduğunu dəqiq

bildiyiniz müddəa ilə çıxış edirsə, bu sözlərlə başlamaqdan yaxşı heç nə yoxdur:

“Hətta belə! Mən isə tamamilə fərqli düşünürdüm. Lakin mən, əlbəttə, səhv edə

bilərəm. Belə iş mənim başıma dəfələrlə gəlib. Gəlin faktları yoxlayaq”.

Alimlər məhz bu cür hərəkət edirlər. Mən bir dəfə Stefensondan, on bir il

Arktikada, Qütb dairəsinin arxasında yaşamış, özü də bunun altı ilini yalnız ət və

su ilə dolanmış məşhur tədqiqatçı və alimdən müsahibə alırdım. O, mənə

keçirdiyi eksperimentlərdən bəziləri haqqında danışmışdı. Mən ondan bunların

köməyi ilə nəyi sübuta yetirmək istədiyini soruşdum. Onun cavabını heç vaxt

unutmayacağam:

downloaded from KitabYurdu.org



“Alim heç vaxt nəyisə sübuta yetirməyə can atmır. O yalnız faktları

aydınlaşdırmağa çalışır”.

Siz təfəkkürün elmi üslubuna yiyələnmək istəyərdiniz, elə deyilmi?

Əgər belədirsə, özünüzdən başqa heç kim buna mane olmur.

Öz tərəfinizdən səhvlərin mümkünlüyünü ehtimal etsəniz, heç vaxt çətin

vəziyyətə düşməzsiniz. Belə mövqe hər cür mübahisələrin yolunu kəsər və

həmsöhbəti sizin kimi düzlük, açıqlıq və geniş düşüncə nümayiş etdirməyə

ruhlandırar. Belə mövqe həmsöhbətinizdə öz növbəsində özünün də hərdən

haqlı olmadığını etiraf etmək istəyini oyada bilər.

Adamın səhv etdiyini dəqiq bildiyiniz halda bunu ona birbaşa desəniz nə baş

verəcək? İzin verin bunu sizə konkret hadisə ilə aydınlaşdırım.

Cənab S., cavan nyu-yorklu vəkil bu yaxınlarda çox mühüm iş üzrə Birləşmiş

Ştatların Ali Məhkəməsində çıxış etmişdi. İş özündə əhəmiyyətli məbləğdə pul və

vacib hüquqi məsələ ehtiva edirdi.

Cənab S. məsələnin məğzini və dəlilləri diqqətə çatdırdığı vaxt Ali Məh-

kəmənin üzvlərindən biri ondan soruşdu: “Axı “Dəniz hüququnda iddianın

müddəti haqqında” Qanunda son hədd kimi altı ildən söhbət gedir, elə deyilmi?”

Cənab S. çaşbaş qalaraq duruxur, bir neçə an heyrətlə hakimə baxır, sonra isə

kəskin şəkildə deyir: “Möhtərəm hakim, Dəniz hüququnda iddia müddətinin

uzunluğu haqqında qanun mövcud deyildir”.

“Məhkəməyə məzar sükutu çökdü, – deyə Cənab S. sonralar danışırdı, –

adama belə gəlirdi ki, zalda temperatur sıfır dərəcəyə düşüb. Mən haqlı idim.

Hakim səhv edirdi. Və mən bunu ona dedim. Lakin mən bununla onu özümə

yaxınlaşdırdımmı? Heç zərrə qədər də. Mən hələ inanırdım ki, qanun mənim

tərəfimdədir. Və mən hiss elədim ki, nə vaxtsa olduğundan daha yaxşı və

inandırıcı danışıram. Amma mən heç kimi inandıra bilmədim. Mən yüksək

savadlı və ehtiram edilən adama onun haqlı olmadığını deməklə çox böyük səhvə

yol vermişdim”.

Məntiqli olmaq – az adama bəxş olunan vergidir. Bizlərdən çoxumuz köhnə

fikir qəliblərinin və qərəzliliyin təsirinə məruz qalırıq. Bizlərdən bir çoxumuz

qərəzli rəy, qısqanclıq, qorxu, paxıllıq və qürur azarına yoluxmuşuq. Elə buna

görə də istər dini məsələ və ya saç düzümünün fasonu, istər sosial problem və ya

Klark Geyblın ifası – fərqi yoxdur, heç nə ilə bağlı öz baxışlarımızı dəyişmək

istəmirik.

Clark Gable (1901–1960)

Beləliklə, əgər adamlara onların səhv etdiklərini bildirməyə meyilli

olduğunuzu görürsünüzsə, onda professor Ceyms Harvey Robinsonun “Zəka

təsbit olunma prosesində” maarifləndirici kitabından götürülmüş bu paraqrafı

hər səhər güzgünün qabağında oxuyun:

“Bəzən biz özümüzü bunda tuturuq ki, öz rəyimizi heç bir müqavimətsiz və

heç bir üzüntü keçirmədən dəyişirik. Lakin bizə desələr ki, biz haqlı deyilik, onda

biz bu cür ittihamdan hiddətlənir və ittihamçıya münasibətdə əzazilləşirik. Biz öz

baxışlarımızın formalaşmasına ağlasığmaz dərəcədə saymazyana yanaşırıq, lakin

kim isə bizi onlardan məhrum etmək istəyəndə – bu hətta ən dostyana

duyğulardan irəli gəlmiş olsa da – öz baxışlarımıza açıq-aşkar ağrılı ehtiras hiss

etdiyimizi aşkar etmiş oluruq. Belə vəziyyətlərdə, görünür, ideyalarımızın özü

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə