Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə42/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   38   39   40   41   42   43   44   45   ...   208

bizim üçün təhlükə altına düşən heysiyyətimiz, özünəvurğunluq və özünəhörmət

hissimiz qədər böyük dəyər kəsb etmir... Azhərfli “mənim” sözü insan münasibət-

lərində başqa sözlərdən daha vacibdir və bununla lazımi surətdə hesablaşmaq

məişət müdrikliyinin əlifbasını mənimsəmək deməkdir. Bu istər “mənim”

naharım, “mənim” itim, “mənim” evim və ya “mənim” ölkəm olsun – o, bərabər

qüvvəyə malikdir. Bizi yalnız üzümüzə saatımızın düz işləmədiyinin və ya bizim

avtomobilimizin nasaz olduğunun deyilməsi yox, həm də bizim Marsdakı

kanallarla bağlı biliklərimizin və ya salisil turşusunun terapevtik effekti ilə bağlı

baxışlarımızın düzgün olmadığı və yaxud da “ekşktet” sözünü düzgün necə

tələffüz etmək lazım olduğu ilə bağlı ehtimallar da hiddətləndirir... Biz həqiqət

kimi qəbul etməyə vərdiş etdiklərimizə sadiq olmağı sevirik və bizim

mənimsədiklərimiz şübhə altına alınanda hiddətlənirik və ondan yapışaraq, onun

müdafiəsi üçün hər cür dəlillər axtara-axtara inadla müqavimət göstəririk.

Nəticədə bizim, necə deyərlər, mülahizələrimizin əksəriyyəti məhz

inandıqlarımıza inanmağa aparan arqumentlərin axtarışlarından ibarət olur”.

Bir dəfə mən öz evimdə otaqların bəzilərində drapirovka etdirmək üçün

dekoratorla, interyer üzrə mütəxəssislə danışdım. Mən görülmüş işin hesabını

alanda nəfəsim kəsildi.

Üstündən bir neçə gün keçəndən sonra bir tanış xanım evimə qonaq gəldi və

mənim təzə pərdələrimi gördü. Bunların qiymətini deyəndə o sanki zəfər notları

ilə heyrətləndi: “Nə! Bu, dəhşətlidir! Qorxuram ki, o, sizin hesabınıza əməlli-başlı

varlanıb”.

Bu məhz elə belə də idi. Bu xanım həqiqət olanı demişdi, ancaq insanların

çoxu özlərinin ağılla hərəkət etdiklərinə kölgə salan həqiqəti eşitməyi sevmir.

Mən bir insan kimi özümü müdafiə etməyə çalışdım. Mən buna işarə etdim ki, ən

yaxşı olan çox nadir hallarda ucuz olur; dedim ki, ucuz haqq müqabilində yüksək

keyfiyyətli və artistik ifa gözləmək əbəsdir və s. və i.a.

Növbəti gün başqa bir tanış xanım evimə baş çəkdi və mənim pərdələrim

onu valeh etdi. O, öz evini bu cür incə zövqlü drapirovka ilə bəzəmək niyyətini

böyük ehtirasla bildirdi. Bu dəfə isə mənim reaksiyam tamamilə başqa idi.

“Düzünü desəm, – deyə mən bildirdim, – mən belə bir həzzi özümə qıya

bilmərəm. Bunlar mənə həddən artıq baha başa gəldi. Bu drapriləri sifariş

etdiyimə indi peşman olmuşam”.

Biz səhv edəndə özümüzü asanlıqla bağışlayırıq. Amma əgər biz

hərəkətlərimizdə nəzakət və nəcibliyi rəhbər tuturuqsa, onda başqalarının da

səhv etmək hüququnu tanıyır, özü də bu vaxt böyük ürək sahibi və geniş

baxışlara malik olduğumuza görə müəyyən qürur da duyuruq. Kimsə boğazımıza

tamamilə yeyilməz cəfəngiyatı tıxamaq istədiyi hallar, əlbəttə, istisna olmaqla.

Amerikada çox tanınmış naşir olan Qorasiy Qrili Vətəndaş müharibəsi

dövründə Linkolnun siyasətinin qatı əleyhdarı idi. O, əmin idi ki, Linkolna qarşı

kəskin tənqid və təhqir, Linkolnu məsxərəyə qoymaq kampaniyasını başlamaqla

onu özü ilə razılaşmağa məcbur edə bilər. O, bu qəzet müharibəsini günbəgün,

ilbəil aparırdı. Şəxsən prezident Linkolna tuşlanmış kobud, kinayəli həmlələr

olan məqalə onun qələmi altından Butun atəşinin nöqtə qoyduğu gün çıxdı.

Bütün bu həmlələr Linkolnu Qrili ilə razılaşmağa məcbur etdimi? Heç bir

halda. Məsxərə və təhqirlər razılaşmanın yol yoldaşları deyildir.

downloaded from KitabYurdu.org



Əgər bununla əlaqədar və özünü insanlarla ünsiyyətdə necə aparmaq, özünü

necə idarə etmək və şəxsiyyətini necə kamilləşdirməklə bağlı bir neçə çox gözəl

məsləhət almaq istəyirsinizsə, “Bencamin Franklinin avtobioqrafiyası”nı –

Amerikanın mədəni mirasının ən klassik əsərlərindən biri və insan həyatının nə

vaxtsa qələmə alınmış ən valehedici tarixçələrindən olan kitabı oxuyun.

Franklin bu tərcümeyi-halda özündə dərin kök salmış mübahisə etmək

vərdişinə necə qalib gəldiyi və Amerika tarixində ən istedadlı, nəzakətli və

diplomatik adamlardan birinə necə çevrildiyini nəql edir.

Bir dəfə, Ben Franklin hələ gənc olanda icmadan olan bir sinli kvaker onu

kənara çəkir və onun heysiyyəti üçün çox acı olan, aşağıda göstərilənlər kimi

həqiqətlərlə yaxşıca kötəkləyir:

“Benya, sən tab gətiriləsi adam deyilsən. Sənin dediyin fikirlər səninlə razı

olmayan adamlar üçün təhqiredici səslənir. Sən öz fikirlərini büruzə verməkdə o

qədər dözümsüz olmusan ki, onları heç kim artıq eşitmək istəmir. Hətta sənin

dostların da başa düşürlər ki, sən onların arasında olmayanda onlar vaxtlarını

daha yaxşı keçirirlər. Sən o qədər çox bilirsən ki, səninlə mübahisə etməyə can

atan adam artıq tapılmaz, çünki bu, pis vəziyyətə gətirir və xoşagəlməz hallar

yaşadır. Sən bu minvalla öz tanışlarının dairəsinin nə vaxtsa genişlənəcəyinə

ümid vermirsən, dairən isə indinin özündə də çox kiçikdir”.

Onun bu söhbətə reaksiyası Bencamin Franklinin həyatından mənə məlum

olan ən gözəl faktların sırasına daxildir. O, kifayət qədər böyük və kifayət qədər

müdrik idi ki, bunu düzgün qəbul etmiş olmasın. O başa düşdü ki, üstündə

danlandığı çatışmazlıqlar onu ictimai həyatda səhvlərə və konfliktlərə məhkum

edir. Onda o, hərbiçi kimi “sağa, geriyə dön” əmrini həyata keçirtdi və adamlarla

təhqiredici – dözülməz münasibətini dərhal dəyişməyə başladı.

“Kiminsə bildirdiyi fikrə münasibətdə birbaşa inkardan və öz tərəfimdən nə

isə əlavə etməkdən, – deyirdi Franklin, – ümumiyyətlə, özümü saxlamağı bir

qayda elədim. “Əlbəttə”, şübhəsiz” və s. bu kimi özündə kateqorik notlar ehtiva

edən sözlərin istifadəsini özümə qadağan etdim və öz leksikonumda onları bu

ifadələrlə əvəz etdim: “təsəvvür edirəm ki...”, “ehtimal edirəm ki...”, “zənn edirəm

ki, bu, belə və ya elə olmalıdır” və yaxud “hazırda mən bunu bu şəkildə təsəvvür

edirəm”. Bir kimsə, mənim nöqteyi-nəzərimcə, sözsüz səhv olan nəyisə

bildirəndə ona qəti şəkildə etiraz etmək, onun ehtimallarının absurd tərəfini

dərhal çılpaqlığı ilə göstərmək ləzzətini özümə rəva görmürdüm və bu haqda

danışmağa başlayırdım ki, bəzi hallarda və ya müəyyən şərtlər daxilində onun

fikrinin düzgün olduğu meydana çıxa bilərdi; lakin konkret olaraq bu halda mən

təsəvvür edirəm və ya mənə belə gəlir ki, bu fikir bir qədər uyğun deyil və s.

Tezliklə mən maneralarımdakı bu çevrilmənin faydasına əmin oldum, iştirak

etdiyim söhbətlər əhəmiyyətli qədər sakit keçməyə başladı. Öz rəyimi təklif

etməyə başladığım təvazökar manera buna kömək etdi ki, onları etirazsız qəbul

etməyə başladılar. Səhv edərdimsə, öz səhvlərimi düzəltməkdən indi imtina

etmirdim və əvvəllər olduğu kimi xoşagəlməz vəziyyətlərə düşmürdüm və birinci

olduğumdan başqalarının yanlış fikirlərini ona görə daha asan üstələyirdim ki,

onların səhvlərini öz ayağıma yazırdım.

Öz təbii meylim üzərində başlanğıcda müəyyən zorakılıqla mənimsəyə

bildiyim belə bir manera vaxt keçdikcə mənim üçün o qədər əziyyətsiz oldu və o

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə