Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə43/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   39   40   41   42   43   44   45   46   ...   208

qədər vərdişə çevrildi ki, bəlkə də sonrakı bütün əlli ildə heç kim mənim

dilimdən inkaredilməz amiranə formada çıxan hansısa bir bəyanat eşitməyib.

Və köhnə ictimai münasibətlərin dəyişdirilməsi, yaxud yenilərinin müzakirə

olunması gedişində rəyimin dost-həmvətənlərim arasında belə erkən yaşımda

çəkiyə malik olması və ictimai şuranın üzvü olanda nüfuzumun belə əhəmiyyət

kəsb etməsi üçün əsas etibarilə məhz bu vərdişə (o, mənim xarakterimin

ayrılmaz hissəsi olandan sonra) minnətdaram. Mən belə zənn edirəm, çünki çox

pis, gözəl nitqdən tərtəmiz məhrum olan, söz seçərkən tez-tez tərəddüd edən,

düzgün dildə çətinliklə danışan natiq idim və bununla belə, əksər hallarda mən

öz mövqelərimi qoruyub saxlamağa müvəffəq olurdum”.

Franklinin metodu biznes aləmində necə təsir göstərir? Gəlin illüstrasiya

qismində iki hadisəni götürək.

Nyu-Yorkda Liberti-strit 114-də yaşayan F.D.Mahoni bitki yağı ticarəti üçün

xüsusi avadanlığın satışı ilə məşğul olurdu. Bir dəfə o çox sanballı bir müştəridən

sifariş almışdı. Sifarişçi çertyojlara artıq baxmışdı və sifarişi təsdiq etmişdi. Lakin

bu vaxt çox böyük xoşagəlməz hal baş verdi. Sifarişçi almağa hazırlaşdığı təzə

avadanlığı öz dostlarının dairəsində müzakirə edirdi və dostları onu xəbərdar

etdilər ki, o çox böyük səhv edir. Sən demə, ona tamamilə yararsız şey itələyiblər.

Avadanlıq çox iridir, məqsədə çox yararsızdır, çox filan... çox fəsman... Bu cür

söhbətlər onun qəlbini təlatümə gətirdi, onda əsəbilik və hiddət meydana

çıxartdı. Belə bir vəziyyətdə o, cənab Mahoniyə zəng etdi və ən bərk ifadələrlə

özünə söyüş qoydu ki, sifariş olunmuş, artıq hazır olan avadanlığı qəbul

etməyəcəkdir.

“Mən avadanlığı ən diqqətli şəkildə yoxladım və onun tamamilə saz

vəziyyətdə olduğuna əmin oldum, – deyə həmin əhvalatı təsvir edən cənab

Mahoni danışırdı. – Və mən bunu da başa düşürdüm ki, sifarişçi və onun dostları

bu cür məhvedici tənqidə məruz qoyduqları şey barədə çox zəif təsəvvürlərə

malikdirlər. Eyni vaxtda da dərk edirdim ki, bunu onlara birbaşa demək son

dərəcə ağılsız hərəkət olardı. Mən Lonq-Aylendə yollandım ki, bu məsələni

onunla şəxsən müzakirə edim. Mən onun kabinetinin astanasını heç keçməyə

macal tapmamışdım ki, o, məni tənbeh edə-edə, söyüşlər yağdıra-yağdıra,

yumruqlarını əsəbi halda yellədə-yellədə mənim qabağıma atıldı. O, mənim və

mənim texnikamın üzərinə bildiyi lənətlərin hamısını tökdü və fikrini bu sözlərlə

tamamladı: “İndi siz bu zibillərlə nə eləmək niyyətindəsiniz?”

Nümayişkaranə surətdə təmkinlə mən ona dedim ki, yalnız onun deyəcəyini

eləmək niyyətindəyəm. “Siz – haqqını ödəyən adamsınız və təbii ki, siz

istədiyinizi almalısınız. Lakin kim isə öz üzərinə məsuliyyət götürməlidir. Əgər

siz öz tənqidinizin ədalətli olduğuna əminsinizsə, öz düzəlişləriniz olan çertyoju

mənə verin və biz bu işə 2000 dollar xərclədiyimizə baxmayaraq, sizə

hörmətimizin ifadəsi olaraq pul itkisi ilə barışmağa və demək olar, hazır

vəziyyətdə olan avadanlığı metalxanaya atmağa hazırıq. Lakin sizi xəbərdar

etməliyəm ki, əgər biz avadanlığı sizin çertyojlarınıza əsasən hazırlasaq, onda siz

hazırladığımız avadanlığa görə məsuliyyəti öz üzərinizə götürməli olacaqsınız.

Əgər siz bizə işi, özümüzün planlaşdırdığımız və düzgün olduğuna tamamilə

əmin olduğumuz işi tamamlamağa izin verərsinizsə, onda biz onun nəticələrinə

görə tam məsuliyyət daşımağa hazırıq.

downloaded from KitabYurdu.org



Mən danışdığım bu müddət ərzində o sakitləşdi və məni dinlədikdən sonra

dedi: “Əla, öz bildiyiniz kimi edin, ancaq orada nə isə alınmasa, onda bütün

müqəddəslərə dua edin”.

Hər şey “alındı” və o çox məmnun halda vəd etdi ki, bu mövsümdə analoji iki

iş üçün daha bir sifariş də edəcək.

Bu adam məni təhqir edəndə, yumruqlarını sifətimin qabağında yellədəndə,

mənə məşğul olduğum işdən başımın çıxmadığını deyəndə onunla mübahisəyə

girməmək və özümə haqq qazandırmağa çalışmamaq üçün bütün təmkinim tələb

olundu. Belə hallarda həmişə gərək çox böyük səbir və çox ciddi özünənəzarət

hissinin yiyəsi olasan, lakin bu, özünü doğruldur (pul ifadəsində). Əgər mən ona

desəydim ki, o, haqlı deyil və onunla mübahisəyə girişsəydim, bunun ardınca, çox

güman, məhkəmə dartışması, böyük ziyanla bağlı acı reallıq və qiymətli

sifarişçinin itirilməsi gələcəkdi.

Bəli, mən əminəm ki, haqlı olmadığını adama gərək heç vaxt deməyəsən”.

Başqa nümunəni götürək və yadda saxlayaq ki, burada göstərilən hadisələr

minlərlə adamın təcrübəsindən tipik hal kimi seçilib.

R.V.Krouli – Nyu-Yorkda Qardnerin meşə-sənaye firmasının kommivoyajeri

meşə materiallarının keyfiyyətinin nəzarətçiləriylə uzun illər ərzində

qəddarcasına mübahisə etdiyini inkar eləmirdi. O, mübahisələrdə parlaq

qələbələr əldə edirdi, lakin bu, yaxşı heç nəyə gətirmirdi. “Bu nəzarətçilər, –

deyirdi Krouli, – beysbol hakimləri kimidirlər. Bir dəfə qərar qəbul edərlərsə,

onu heç vaxt dəyişməzlər”.

Cənab Krouli gördü ki, firma onun mübahisələrdə qələbələri sayəsində

minlərlə dollar itirir. Mənim kurslarımın dinləyicisi olandan sonra o, taktikasını

dəyişməyi qərara aldı və mübahisələrə həmişəlik son qoydu. Bu qərarın

nəticələri necə idi? Həmin təcrübənin tarixçəsi, cənab Kroulinin öz kurs

yoldaşlarına danışdığı kimi, sizin qarşınızdadır.

“Bir dəfə səhər mənim kabinetimdə telefon zəng çaldı. Xəttin o biri başında

fövqəladə dərəcədə həyəcanlı səs mənə məlumat verdi ki, onların anbarına

gətirilmiş taxtanın keyfiyyəti tamamilə qeyri-qənaətbəxşdir. Onların firması

boşaltma işlərini dayandırıb və tələb edir ki, biz artıq boşaldılmış taxtaları

onların ərazisindən təcili surətdə daşıyıb aparaq. Vaqondakı taxtanın dörddəbiri

boşaldılandan sonra onların nəzarətçisi bildirmişdi ki, çatdırılan məhsulun 55%-

nin keyfiyyəti kondisiyadan aşağıdır. Bununla əlaqədar olaraq, onlar məhsulu

qəbul eləməkdən imtina edirlər. Mən yolboyu situasiyanı ən yaxşı şəkildə necə

yoluna qoymaq barədə fikirləşə-fikirləşə, vaxt itirmədən onların yük həyətinə

yollandım. Adətən, belə vəziyyətlərdə mən meşə materiallarının keyfiyyəti üzrə

müfəttiş kimi biliklərimə və təcrübəmə əsaslanaraq onların keyfiyyət üzrə

müfəttişlərini inandırmağa çalışmalı idim ki, onlar meşə materiallarının çeşidlən-

məsi qaydalarını yanlış interpretasiya edirlər və göndərdiyimiz material təyin

olunmuş kondisiyaya tamamilə uyğun gəlir”.

Lakin cənab Krouli buna kifayət qədər əmin deyildi. Ona görə də kurslarda

mənimsədiyi qaydaları tətbiq etməyi qərara aldı.

“Mən gəlib ora çatanda təchizat üzrə agent və keyfiyyət üzrə müfəttiş – hər

ikisi döyüşkən ruhda idi. Havadan barıt qoxusu gəlirdi. Biz boşaldılmalı olan

vaqonun yanına getdik və mən taxtaların boşaldılması və zayların seçilməsinin

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə