Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə44/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   40   41   42   43   44   45   46   47   ...   208

davam etdirilməsini birbaşa xahiş etdim ki, bunun necə həyata keçirildiyinə baxa

bilim.


Bir müddət nəzarətçinin işini müşahidə edərək başa düşdüm ki, o, çe-

şidləməni həddən artıq ciddi aparır, özü də bu vaxt qaydaları düzgün tətbiq

etmir. Bu taxta partiyası ağ şamdan ibarət idi, müfəttiş isə, mənə məlum olduğu

kimi, ağır meşə ağaclarının çeşidlənməsi qaydalarını təfərrüatı ilə öyrənmiş olsa

da, ağ şamın çeşidlənməsində təcrübəyə qətiyyən malik deyildi. Mən isə, əksinə,

ağ şamın, necə deyərlər, dabbağda gönünə bələd idim. Bununla belə, onun

çeşidləmə metoduna qarşı bir söz də demədim. Müşahidə aparmaqda davam

edərək, müfəttişin çeşidləməni düzgün aparmadığını ona heç nə ilə hiss

etdirmədən bu və ya digər taxtanı nəyə görə zay çıxardığını soruşurdum.

Əksinə, mənim bütün cəhdlərim, suallarımın yeganə məqsədi onun firmasına

məhz nəyin lazım olduğunu özüm üçün aydınlaşdırmaq və bunu gələcəkdə

nəzərə almaq idi.

Bu sualları çox dostyana tonla verərək, əməkdaşlıq mühiti yaratmağa

çalışaraq, taxtanın zay edildiyi, yəni ünvanlandığı firmanın işinə yaramayan

materialdan onların imtina etmək hüququ ilə hər bir halda razılaşaraq mən

yavaş-yavaş buna nail oldum ki, o, bir qədər mülayimləşdi və bizim aramızdakı

soyuq münasibət əriməyə, yumşalmağa başladı. Tərəfimdən edilən çox ehtiyatlı

narazılıqla bağlı onda belə bir fikir yarandı ki, brak edilmiş taxtalardan bəziləri

məhz elə onların aldıqları növə aiddir, onun irəli sürdüyü tələblər isə daha bahalı

ağac növlərinə şamil olunur. Mən bu halın onun qənaətlərini bütövlükdə şübhə

altına almaq üçün istifadə etmək niyyətində olduğumu güman etməyə ona heç nə

ilə büruzə verməyərək özümü son dərəcə nəzakətli aparırdım.

Tədricən o, öz mövqeyini dəyişdi və əvvəl-axır mənə etiraf etdi ki, onun ağ

şam ağacını çeşidləmək təcrübəsi qətiyyən yoxdur. O, vaqondan düşürdülən hər

bir taxta ilə bağlı mənim fikrimi soruşmağa başladı. Mən ona bu və ya digər

nümunəni nəyə görə məhz bu növə aid etmək lazım olduğunu izah etdim. Həm

də təkid etməkdə davam edirdim ki, onların istehsalına yaramadığını hesab

etdikləri materialı onlara sırımağın qətiyyətlə əleyhinəyik. O, nəhayət, başa

düşdü ki, onun zay çıxartdığı taxtaların bütün qalağı əbəs yerə brak edilib və

onların səhvi bundan ibarətdir ki, özlərinə məhz hansı növ ağacın tələb

olunduğunu kifayət qədər dəqiq müəyyən etməyiblər.

Son nəticə bu oldu ki, o, mən gedəndən sonra boşaldılan taxtanın hamısını

yenidən saf-çürük elədi və partiyanın hamısını qəbul etdi. Beləliklə də,

göndərdiyimiz meşə materiallarının hesabı tam şəkildə ödənildi.

Səhv etmiş adamla söhbətdə bir damcı nəzakət və təmkin tək bircə bu

hadisədə mənim kompaniyam üçün min beş yüz dolları xilas etdi”.

Öz aramızdır, mən bu fəsildə təzə heç nədən bəhs etməmişəm.

On doqquz əsr əvvəl İsa Məsih deyib: “Rəqibinlə bacardıqca tez barış”.

22

Başqa sözlə, öz müştərilərinizlə və rəisinizlə, və ya konkurentlərinizlə



mübahisə etməyin. Onların haqlı olmadıqlarını onlara deməyin, məsələni

incikliyə çatdırmayın, bir qədər diplomatik olsanız, daha yaxşıdır.

İsa Məsihin doğumundan hələ 2200 il əvvəl qədim Misir fironu Axtoy

23

öz



oğluna həyat müdrikliyi ilə dolu olan məsləhət vermişdi ki, həmin sözlər bu gün

də öz dəyərini saxlamaqdadır. Dörd min il bundan əvvəl qoca şah günün

downloaded from KitabYurdu.org



axırlarında əla şərabdan aldığı iki qurtum arasında kəlam demişdir: “Diplomatik

ol, oğul. Bu, istədiyinə nail olmaqda sənə kömək edər”.

Beləliklə, əgər siz adamları öz nöqteyi-nəzərinizə meyilləndirmək istə-

yirsinizsə, 2-ci qaydaya əməl edin:

Başqalarının rəyinə hörmət göstərin. Səhv etdiyini kiməsə heç vaxt deməyin.

Üçüncü fəsil

Əgər siz səhv etmisinizsə,

bunu etiraf edin

Mən böyük Nyu-Yorkun coğrafi mərkəzində yaşayıram və bununla belə,

evimdən iki dəqiqəlik yolda vəhşi bakirə meşə var ki, burada yazda meşə

gilasının qar kimi ağ çiçəklənməsi adamı valeh edir. Burada ağacların koğuşunda

dələlər balalarını bəsləyir, vəhşi otun boyu atın başına çatır. Bu, insan əli

dəyməyən meşə dünyası, meşə parkı adlandırılır və bu, həqiqətən də, meşədir;

bəlkə də hətta Kolumbun Amerikanı kəşf etdiyi vaxta qədər olduğu kimi də qalıb.

Mən tez-tez bu parkda Rekslə, mənim balaca Boston buldoqumla gəzişirəm.

Bu, dostcanlı, tamamilə sakit balaca itdir və biz parkda kiminləsə nadir

hallarda rastlaşdığımızdan Reksə nə buruntaq taxıram, nə də xalta.

Günlərin birində biz parkda bir süvari, öz hakimiyyətini göstərə biləcəyi

adamla rastlaşacağını səbirsizliklə gözləyən polislə rastlaşdıq.

“Buruntaqsız və xaltasız iti parkda ora-bura qaçmağa buraxmağa sizə kim

icazə verib? – deyə o, amiranə formada soruşdu. – Yoxsa sizə bunun qanun

pozuntusu olduğu bəlli deyildir?”

“Ah, əlbəttə, mən bilirəm ki, bu, qadağandır, – deyə mən itaətkarcasına cavab

verdim, – lakin fikirləşmirdim ki, mənim bu balaca itim burada nəyisə xarab edə

bilər”.

“Buna baxın da, o fikirləşmirdi! Sizin nə fikirləşdiyinizə qanun tüpürmək belə



istəmir. Sizin itiniz dələni parçalaya və ya uşağı dişləyə bilər. Birinci dəfə üçün

bunu sizə keçirəm, lakin əgər sizin itinizi parkda buruntaqsız və xaltasız görsəm,

siz bununla bağlı məhkəmədə izahat verəcəksiniz”.

Mən gileylənmədən tabe olacağıma söz verdim.

Və müəyyən müddət ərzində tabeçiliyə əməl edirdim. Lakin buruntaq nə

mənim, nə də Reksin xoşuna gəlirdi və biz onunla bəxtimizi sınamağı qərara

aldıq. Vaxt-vədə gələnə qədər hər şey əla gedirdi, lakin əvvəl-axır biz ilişdik. Bir

dəfə günorta Rekslə təpənin yamacı ilə aşağı düşəndə qəfildən, öz dəhşətimə

rəğmən köhlən atın belində Əlahəzrət Qanunu düz qabağımızda peyda oldu. Reks

məndən qabaqda yüyürürdü və düz polismenə tərəf yönəldi. Mən cinayət

yerində tutulmuşdum. Bunu başa düşərək polismenə ağzını açmağa imkan

vermədim. Mən onu qabaqladım və dedim: “Ser, siz məni cinayətin üstündə

tutdunuz. Mən günahkaram. Mənim nə alibim, nə də yüngülləşdirici hallarım var.

Siz keçən həftə mənə xəbərdarlıq etmişdiniz ki, əgər iti parka bir dəfə də

buruntaqsız və xaltasız gətirsəm, məni cərimə edəcəksiniz”.

“Əşi, day indi nə edəsən, – deyə polismen kifayət qədər yumşaqlıqla cavab

verdi. – Başa düşürəm ki, belə balaca iti azad qaçmağa buraxmaq çox

cəlbedicidir, ələlxüsus da ətrafda bir kimsə olmayanda”.

“Əlbəttə, bu çox cəlbedicidir, – deyə mən təsdiq etdim, – ancaq axı bu, qanun

pozuntusudur”.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə