Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə45/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   41   42   43   44   45   46   47   48   ...   208

“Heç nə olmaz, belə balaca it heç kimə ziyan vurmaz”, – deyə polismen etiraz

elədi.


“Bəs birdən o, dələni parçalasa”, – mən ondan əl çəkmirdim.

“Yaxşı, yaxşı. Mən belə baxıram ki, siz buna həddən artıq ciddi yanaşmısınız.

– O yekun vurdu. – Bax sizə nə deyəcəyəm. İtlə təpənin o biri tərəfində, mən sizi

görməyəcəyim yerdə gəzin və bunu unudaq”.

Polismen elə bütün adamlar kimi özünün əhəmiyyət kəsb etdiyini hiss

eləmək istəyirdi və mən özümü günahkarcasına tənbeh edəndə onun bu hissə

qida vermək üçün yeganə üsulu qalmışdı – bu, lütfkarlıq göstərmək idi.

Ancaq təsəvvür edin ki, mən özümə haqq qazandırmağa çalışaydım. Əgər

sizə nə vaxtsa polismenlə mübahisə etmək xoşbəxtliyi nəsib olubsa, onda

nəticəni təsəvvür eləməkdə, zənn edirəm ki, çətinlik çəkməyəcəksiniz.

Əlbəyaxaya girişmək əvəzinə, mən onun tamamilə haqlı olduğunu, özümün

isə haqsız olduğumu boynuma aldım. Bunu o dəqiqə, açıq-açığına və səmimi

surətdə etiraf etdim. Və məsələ ən centlmensayaq həll olundu: o, mənim tərəfimi

tutdu, mən də onun tərəfini.

Cəmi bircə həftə əvvəl məni ədalət məhkəməsinin əlinə verəcəyi ilə

hədələyən süvari polismenin mənə münasibətdə göstərdiyindən böyük

lütfkarlığı lord Çesterfildin özü, çətin ki, göstərə bilərdi.

Bizi yaxşıca tənbeh etməyə hazırlaşdıqlarını hiss edəndə ittihamçını

qabaqlamaq və bunu öz əlimizlə etmək daha yaxşı olmazdımı? Başqasının

dilindən tənbeh dinləməkdənsə, özünütənqidə dözmək daha asan olmazmı?

İttihamçının sizin haqqınızda, fikrinizə görə, irəli sürmək niyyətində

olduqlarını özünüz öz haqqınızda deyin, bunu ondan qabaq edin və onda siz

onun yelkənini küləkdən məhrum etmiş olarsınız. Birin qarşılığında yüz

qoyuram ki, o, öz mövqeyini dəyişərək daha lütfkar olacaq və sizin günahınızı

yüngülləşdirməyə, hətta həmin süvari polismenin bizi Rekslə bağışladığı kimi,

tamamilə bağışlamağa hazırlıq nümayiş etdirəcəkdir.

Reklam sahəsinə girişən rəssam Ferdinand İ.Uorren bu metodu şıltaq və

dəymədüşər sifarişçisini öz hiddətini lütfkarlığa dəyişmək üçün istifadə etmişdi.

“İşin reklam və ya plakatla bağlı olanda detalların təsvir edilməsində olmazın

qədər dəqiq olmaq çox vacibdir”, – deyə bu əhvalatı danışan cənab Uorren

bildirmişdi.

“Sifarişçilərin bəzisi öz tapşırıqlarının ən qısa zamanda yerinə yetirilməsini

tələb edir. Belə hallarda isə xırda, əhəmiyyətsiz olsa da, hər halda, səhv olan

qeyri-dəqiqliklərdən qaçmaq çətin olur. Mən özüm konkret olaraq bədii reklam

atelyesinin bir direktorunu tanıyırdım ki, o ən xırda detalların da təsvirində

hansısa səhvləri axtarmaqdan ləzzət alırdı. Çox vaxt elə olurdu ki, mən onun

kabinetini qəlbimin dərinliklərinə qədər hiddətlənmiş halda tərk edirdim və bu,

səhvlərimin tənqid olunması faktından çox, bunun hansı formada edildiyi ilə

bağlı olurdu. Bu yaxınlarda mən ona onun sifarişiylə edilmiş təcili işlərdən birini

göndərdim. Tezliklə o, mənə telefonla zəng vurdu və dərhal yanına getməyimi

xahiş elədi. Özü də bu vaxt dedi ki, mən nəyisə düzgün etməmişəm. Mən onun

yanına gələndə öncədən gördüyüm və ehtiyat etdiyim baş verdi.

O, açıq-açığına düşməncəsinə köklənmişdi və məni yuyub-sərəcəyini iştaha

ilə gözləyərək kinli sevincdən aşıb-daşırdı. O, əsəbiliklə tələb etdi ki, mən bax

downloaded from KitabYurdu.org



bunu belə təsvir etməyin haradan ağlıma gəldiyini ona izah edim. Məndə

kurslarda lap bu yaxınlarda üzərində işlədiyimiz, özünütənqid metodunu tətbiq

etmək kimi gözəl bir fikir meydana çıxdı. Və mən dedim: “Cənab, indi ki iş bu

cürdür, mənə heç nə haqq qazandıra bilməz. Mən hərtərəfli günahkaram. Sizin

sifarişlərinizi mən görün nə qədər vaxtdır yerinə yetirirəm və sizin iş üçün irəli

sürdüyünüz tələbləri mən gərək daha yaxşı edəydim. Mən özümə görə xəcalət

çəkirəm”.

Və bu vaxt o, məni müdafiə etməyə başladı. “Bütün bunlar doğrudur, lakin

qeyd etməliyəm ki, səhv o qədər də ciddi deyil. Bu yalnız...”

Mən onun sözünü kəsdim: “İstənilən səhv əhəmiyyətli ola bilər, onların

hamısı: əhəmiyyətlisi və ya əhəmiyyətsizi adamı əsəbiləşdirir”. O etiraz etmək

istəyirdi, lakin mən ona heç ağzını da açmağa imkan vermədim. Mən cuşa

gəlmişdim. Ömrümdə ilk dəfə öz-özümü tənqid edirdim və bu məşğuliyyət

mənim xoşuma gəlmişdi.

“Mən daha diqqətli olmağa borclu idim, – deyə mən davam edirdim, – siz

mənə bu qədər faydalı sifarişlər verirsiniz və daha yaxşı münasibətə layiqsiniz.

Mən xarab etdiyim bütün bu işi dərhal təzədən işləməyə başlayıram”.

“Yox! Yox! – deyə o etiraz etdi. – Belə bir yükü sizin üzərinizə qoymağı mən

cürət edib heç ağlıma da gətirmirəm”. O, mənim işimi tərifləməyə və məni

inandırmağa başladı ki, yalnız xırda dəyişikliklər etməyə hazırlaşırdı və mənim

yol verdiyim səhvlər o qədər əhəmiyyətsizdir ki, onun firmasına azacıq da olsa

ziyan vurmayacaq və bu, ümumiyyətlə, o qədər xırda detaldır ki, onun haqqında

heç danışmağına da dəyməz.

“Mənim qızğın özünütənqidim onu tərk-silah etdi. Bununla qurtardı ki, o,

məni lençə dəvət etdi və biz ayrılmazdan əvvəl yerinə yetirilmiş işə görə mənə

çek yazdı və yeni sifariş etdi”.

Öz səhvlərinə haqq qazandırmaq bacarığı – bu, istənilən axmaqda var, lakin

öz səhvini könüllü surətdə etiraf etmək üçün məlum nəciblik və əksəriyyətin

səviyyəsi üzərində yüksəlmək bacarığı tələb olunur.

Məsələn, Robert İ.Linin həyatının qələmə alındığı kitabın ən gözəl

səhifələrindən biri Pikketin Gettensberq yaxınlığında hücumunun süquta

uğramasına görə günahı tam şəkildə öz üzərinə – və yalnız öz üzərinə

– götürməsiylə bağlı əhvalatdır.

Bu, Yeni Dünyanın müharibələrində nə vaxtsa həyata keçirilən hücumların

hamısından, heç bir şübhə yoxdur ki, ən effektlisi və gözəli idi.

Pikket özü də çox gözəgəlimli və romantik şəxsiyyət idi. Dəbdəbəli,

çiyinlərinə qədər uzanan saç saxlayırdı. O, Napoleon bunu İtaliyaya yürüşündə

etdiyi kimi, az qala hər gün düz elə döyüş meydanından alovlu sevgi məktubları

yazırdı. O, kepkasını sağ qulağı üstünə qoyub, əli belində öz qoşunu qarşısında at

üstündə gedəndə, qoşunu həmin faciəli iyun günortası şimallıların səngəri

üzərinə yeridəndə əsgərləri onu gur səslə salamlayırdılar. Qoşunları onu

salamlayır və küləyin dalğalandırdığı bayraqla, günəşin şüaları altında bərq

vuran süngülərlə çiyin-çiyinə, cərgə ilə onun arxasınca gedirdilər. Bu çox gözəl

mənzərə idi. Onların təhlükəyə nifrətləri o qədər hədsiz idi ki, şimallılar onları

görəndə heyranlıqla pıçıldaşırdılar.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə