Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,05 Mb.

səhifə47/208
tarix14.09.2018
ölçüsü4,05 Mb.
1   ...   43   44   45   46   47   48   49   50   ...   208

metal emalı kompaniyasından əməkhaqlarının artırılmasını tələb edirdilər;

həmin kompaniya isə Rokfellerin nəzarəti altında idi. Əmlak məhv edilirdi, ordu

hissələri çağırılmışdı, qan tökülürdü. Tətilçilərə atəş açırdılar, güllələrlə dəlmə-

deşik olmuş meyitlər küçələrdə qalırdı.

Və budur, nifrətin hətta havaya da hopduğu bir vəziyyətdə Rokfeller

tətilçiləri öz nöqteyi-nəzərinin düzgün olduğuna inandırmağı qərara alır. Və o,

buna nail oldu. Nə cür? Bu bax belə baş verdi.

Kontakt yaratmaq üçün lazım olan bir neçə həftədən sonra Rokfeller

tətilçilərin nümayəndələri qarşısında nitqlə çıxış elədi. Həmin nitq istisnasız

olaraq bütünlüklə şedevrdir. Bu nitq heyrətamiz nəticələrə gətirdi. Bu nitq

Rokfelleri udmaqla hədələyən nifrətin gur dalğalarını sakitləşdirdi. Həmin nitq

onun çoxsaylı pərəstişkarlarını meydana çıxartdı. Bu nitqdə faktlar o qədər

dostcasına təqdim olunmuşdu ki, tətilçilər uğrunda bu dərəcədə amansızcasına

mübarizə apardıqları əməkhaqqının artırılması barədə bir söz belə demədən işə

qayıtdılar. Həmin görkəmli nitqin əvvəli budur. Onun dostcanlıqla nə qədər gur

parladığına diqqət yetirin. Xatırlayaq ki, Rokfeller bundan bir neçə gün qabaq

onu qurumuş alma ağacından asmaq istəyən adamlara müraciət edirdi, buna

baxmayaraq, o hətta nitqi hakim-missionerlər qrupuna ünvanlanmış olsaydı

belə, bundan artıq gülərüz və dostcasına danışa bilməzdi. Onun nitqi, məsələn,

bu cür ifadələrlə zəngin idi: “Mən fəxr edirəm ki, sizin aranızdayam”, “sizin

evlərinizdə olduqdan, sizin həyat yoldaşlarınız və uşaqlarınızla görüşdükdən

sonra”, “biz burada yad kimi yox, dost kimi görüşürük”, “qarşılıqlı dostluq ruhu”,

“bizim ümumi maraqlarımız”, “mən yalnız sizin lütfkarlığınız sayəsində

buradayam” və s.

“Bu, mənim həyatımda əlamətdar gündür, – deyə Rokfeller nitqinə başladı. –

Bu nəhəng kompaniyanın fəhlələrinin nümayəndələrinin vəzifəli şəxslər və

rəislərlə birlikdə görüşündə iştirak etmək xoşbəxtliyi mənə ilk dəfədir nəsib olur.

Sizi əmin edə bilərəm ki, burada olduğuma görə qürur duyuram və bu toplantını

bütün ömrüm boyu yadda saxlayacağam. Əgər bu görüş iki həftə əvvəl baş

tutsaydı, mən burada sizin əksəriyyətiniz üçün yad adam kimi dayanardım və

sizlərdən yalnız bir neçə nəfərinizi üzdən tanıya bilərdim. Lakin keçən həftə daş

kömür hövzəsinin yaşayış qəsəbələrinin hamısını gəzmək, sizin evlərinizə baş

çəkib nümayəndələrin hamısı ilə, mənzilində olmayanlar istisna olmaqla, şəxsən

söhbət etmək imkanı əldə edərək, burada iştirak edənlərin əksəriyyəti ilə söhbət

edib, sizin həyat yoldaşlarınız və uşaqlarınızla söhbət etdikdən sonra mən sizinlə

burada yadlarla olduğu kimi yox, dostlarımla olduğu kimi görüşürəm. Şadam ki,

biz bu hadisədən öz ümumi maraqlarımızı məhz qarşılıqlı dostluq ruhunda

müzakirə etmək üçün istifadə edəcəyik. Bu toplantı fəhlələrin nümayəndələri və

vəzifəli şəxslərin iclası olduğu üçün mən yalnız sizin lütfkarlığınız sayəsində

buradayam, çünki nə bunlara, nə də o birilərə mənsub olmaq xoşbəxtliyi mənə

nəsib olub. Lakin hiss edirəm ki, sizinlə sıx bağlıyam, belə ki, məlum mənada həm

səhmdarları, həm də direktorları təmsil edirəm...”

Məgər bu, düşmənləri dosta çevirmək sənətinin görkəmli nümunəsi deyildir?

Tutaq ki, Rokfeller başqa kurs götürmüş olaydı. Tutaq ki, o, həmin

şaxtaçılarla mübahisə edəydi, sarsıdıcı faktları onların sifətinə çırpaydı. Tutaq ki,

o, öz tonu və eyhamları ilə onların haqlı olmadıqlarını göstərəydi, məntiqin

downloaded from KitabYurdu.org



bütün qaydalarına uyğun olaraq sübut edəydi ki, onlar haqlı deyillər. Nə baş

verərdi? Qəzəb bir az da çox olardı, nifrət çox olardı, hiddət daha çox olardı.

“Əgər insanın ürəyi sizinlə razı olmamaq və sizə münasibətdə bədxah

hisslərlə parçalanırsa, xaç suyuna salınmış dünyanın bütün məntiqi onu sizin

nöqteyi-nəzərinizə inandıra bilməyəcəkdir. Deyingən valideynlər, despotik

boslar və ərlər, giley-güzara meyilli olan həyat yoldaşları başa düşməlidirlər ki,

insanlar öz baxışlarını dəyişmək istəmirlər. Onları mənimlə və ya sizinlə

razılaşmağa vadar, yaxud məcbur etmək olmaz. Lakin onları buna inandırmaq

olar, bircə əgər biz çox yumşaq və dostcanlıyıqsa”.

Bunu Linkoln, demək olar, yüz il əvvəl deyib. Budur onun sözləri:

“Bu, qədim və mübahisəsiz həqiqətdir ki, bir damla balla bir qallon ödlə

olduğundan çox milçək tutarsan”.

İnsanlarla da eynilə belədir. Əgər siz kimisə öz tərəfinizə çəkmək istə-

yirsinizsə, əvvəl onu inandırın ki, səmimi-qəlbdən onun dostusunuz. Bu, onun

ürəyini cəlb edən həmin bir damla bal olacaqdır və bu – nə deyilməsə də, onun

dərrakəsinə doğru ən düzgün yoldur.

Sahibkarlar bilirlər ki, öz tərəflərindən tətilçilərə dostluq münasibəti

göstərilməsi özünü doğruldur. Belə ki, məsələn, “Uaytın Motor Kompaniyası”nın

müəssisəsinin 2500 fəhləsi əməkhaqqının artırılması və yalnız həmkarlar

ittifaqlarının üzvlərinin işə qəbul olunması tələbiylə tətil elan edəndə

kompaniyanın prezidenti Robert F.Blek fəhlələrin üstünə qəzəb və ittihamlarla

atılmadı, onları hədələmədi, həmkarlar ittifaqlarının tiraniyası barədə

danışmadı.

Əksinə, o, tətilçiləri təriflədi. O, yerli qəzetdə məqalə dərc etdirdi və mə-

qalədə işi dincliklə dayandırdıqlarına görə onları təriflədi.

Piketlərdə olan tətilçilərin vaxtlarını necə keçirməyi bilmədiklərini görərək

Blek onlara bir-iki düjün beysbol dəyənəyi və əlcəyi aldı və hələ tikilməmiş

sahələrdə beysbol oynamağı təklif elədi. Keqliyə üstünlük verənlər üçün o,

keqelbanları kirayə götürdü.

Prezident Blek tərəfindən göstərilən dostcanlılıq elə həmişə etdiyi şeyi elədi

– qarşılıqlı dostcanlılıq meydana çıxartdı. Tətilçilər süpürgə, bel, əl arabası

götürdülər və zavodun ərazisində kibrit dənələrini, qəzet, papiros qalıqlarını

yığmağa başladılar.

Bunu bir təsəvvür edin! Əməkhaqqının artırılması və həmkarlar ittifaq-

larının tanınması uğrunda mübarizə apardıqları vaxt zavodun ərazisini zir-

zibildən təmizləyən tətilçiləri bir təsəvvür edin. Amerikada əmək döyüşlərinin

uzun və gur tarixi ərzində belə bir hadisə eşidilməmişdi. Bir həftədən sonra tətil

kompromislə yekunlaşdı – öz arxasınca heç bir pis hiss, yaxud gizli düşmənçilik

qoymadan qurtardı.

Görkəmindən Mafusailə

24

oxşayan və Zevs İldırımçaxan kimi danışan Daniel



Vebster bu dünyada nə vaxtlarsa müdafiəçi qismində çıxış etmiş ən böyük

uğurlar qazanan vəkillərdən biri idi. O ən güclü dəlillərini həmişə dostyana,

məsələn, aşağıda göstərilənlər kimi məlumatlarla qatıb yumşaldırdı: “Jüri bunu

nəzərdən keçirməyə imkan tapsaydı”, “Bəlkə bu haqda fikirləşək, centlmenlər”,

“Ümid edirəm ki, gözdən qaçırmayacağınız faktlar budur” və ya “Siz özünüzə xas

olan insan təbiətinin bilicisi kimi bu faktların əhəmiyyətini asanca görəcəksiniz”.

downloaded from KitabYurdu.org





Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   208


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə