Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə48/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   44   45   46   47   48   49   50   51   ...   208

Fikir verirsinizsə, heç bir sıxma-boğmaya əl atılmır. Heç bir təzyiq metodu

yoxdur. Öz rəyini başqalarına sırımağa heç bir cəhd edilmir. Vebster yumşaq,

dostcasına yanaşma tətbiq edirdi və bu, ona məşhur olmağa kömək etdi.

Ola bilsin ki, sizə heç vaxt tətili yoluna qoymaq, yaxud məhkəmə qarşısında

çıxış etmək lazım gəlmədi. Lakin siz mənzil haqqının aşağı salınmasını istəyə

bilərsiniz. Bu halda dostyana yanaşma kömək edərmi? Baxaq.

Mühəndis O.L.Ştaub kirayəçisi olduğu mənzilin haqqının azaldılmasını

istəyirdi. O bilirdi ki, evin yiyəsi daşqəlbli və dilə tutulması qeyri-mümkün olan

adamdır. “Mən ona yazdım və bildirdim ki, – deyə cənab Ştaub bizim siniflərin

birində danışırdı, – kirayə müddəti qurtaran kimi mənzili boşaldıram”. Əslində

isə köçmək heç ürəyimcə deyildi. Əgər kirayə haqqının aşağı salınmasına nail ola

bilsəydim, qalmaq istəyirdim. Lakin mənə belə gəlirdi ki, vəziyyət ümidsizdir.

Başqa kirayəçilər buna cəhd etmişdilər və uğursuzluğa düçar olmuşdular. Hamı

mənə deyirdi ki, ev sahibi ilə iş görmək fövqəladə dərəcədə çətindir. Lakin mən

özümə dedim: “Mən kurslarda özünü adamlarla necə aparmaq lazım olduğunu

öyrənirəm. Aldığım bilikləri onun üzərində sınayım və bunun nəyə gətirəcəyinə

baxaq”. Evin sahibi məktubu alan kimi öz katibi ilə birlikdə mənim yanıma gəldi.

Mən onu kandarda nəzakətli salamla qarşıladım, mən, sadəcə olaraq,

xoşniyyətlilik şüalandırırdım. Və mənzil haqqının baha olduğundan ümumiyyətlə

danışmadım. Əvəzində mənzilin mənim necə xoşuma gəldiyindən danışmağa

başladım. İnanın ki, mən səmimiliyə və tərifə səxavətli idim. Mən evə necə

baxdığı ilə bağlı onu təbrik etdim və dedim ki, burada məmnuniyyətlə bir il də

yaşayardım, lakin bunu özümə qıya bilmərəm.

Aşkar görünürdü ki, o, indiyə qədər heç vaxt öz kirayəçiləri tərəfindən bu cür

qarşılanmamışdı və özünü itirmişdi.

Onda o, mənə öz qayğıları barədə danışmağa başladı. Kirayəçilərdən şikayət

etdi.

Onlardan biri ona on dörd məktub yazmışdı, bəziləri birbaşa təhqiramizdir.



Bir başqasında, evin sahibi əgər onun üst mərtəbəsində yaşayan sakini gecələr

xoruldamamağa məcbur etməsə, müqaviləni pozacağı ilə hədələyirdi. “Sizin kimi

sakini olmaq necə də böyük yüngüllükdür”. Ardınca tərəfimdən hətta heç bir

xahiş olmadan mənim üçün mənzil haqqını bir qədər azaltmağı təklif elədi. Bu,

mənim üçün az idi, buna görə də mənzil haqqı üçün ödəyə biləcəyim məbləği ona

bildirdim. O, bir kəlmə belə demədən razılaşdı. Gedəndə isə mənə tərəf çevrildi

və soruşdu: “Mənzildə nəyisə yenidən qurmaq istəmirsinizmi?”

Əgər mən mənzil haqqının aşağı salınmasına başqa kirayəçilərin me-

todlarından istifadə etməklə nail olmağa cəhd etsəydim, əminəm ki, onda mən də

eyni aqibətə düçar olacaqdım.

Dostyana və yumşaq, yaxşını qiymətləndirmək yanaşması qalib gəldi”.

Daha bir nümunə göstərək. Bu dəfə adı Sosial Registrdə olan

– Lonq-Aylendin qumsal sahillərindəki Qarden-skver-sitidə yaşayan xanım

Doroti Deyi götürək.

“Bu yaxınlarda mən bir qrup dostuma nahar ziyafəti verirdim, – deyə xanım

Dey danışırdı. – Bu, mənim üçün çox vacib idi. Mən, təbii ki, naharın lazımi

səviyyədə olmasını istəyirdim. Bu cür işlərdə mənim ən yaxşı köməkçim

metrdotel Emildir. Lakin haqqında danışdığım halda o, məni pis vəziyyətdə

downloaded from KitabYurdu.org



qoydu. Nahar uğursuz alındı. Emil gözə görünmürdü. O qulluq etmək üçün yalnız

bir nəfər ofisiant göndərmişdi ki, o da yaxşı qulluğun nə demək olduğu barədə

heç bir təsəvvürə malik deyildi. Mənim fəxri qonaq xanımıma o, daim axırıncı

növbədə qulluq edirdi. Bir dəfə o çox balaca kərəviz tikəsini çox böyük nimçədə

verdi. Ət bərk idi, kartof həddən çox yağlı. Bu, dəhşətli idi. Məni hiddət boğurdu.

Bu sınaqdan çıxmaq üçün özümə çox böyük səy göstərməli oldum, amma özlü-

yümdə deyirdim: “Bircə Emillə görüşənə qədər gözləyim və onun barəsində nə

fikirləşirəmsə, hər şeyi üzünə deyəcəyəm”. Bu, çərşənbə günü baş vermişdi.

Növbəti günün axşamı mən insanlar arasında qarşılıqlı münasibətlərlə bağlı

mühazirəni dinlədim. Mühazirəni dinlədikcə mən Emili danlamağın nə qədər

faydasız olduğunu başa düşdüm. O, bundan daha çox qaşqabaq tökəcək və daha

bərk inciyəcəkdir. Danlaq onun gələcəkdə mənə kömək etmək istəyini tamamilə

öldürəcəkdir. Mən hər şeyə Emilin nöqteyi-nəzərindən baxmağa çalışırdım.

Ərzağı alan o deyildi və yeməyi də o hazırlamamışdı. O, günahkar deyil ki, bəzi

ofisiantlar kütbeyindirlər. Bəlkə mən öz qəzəbimdə həddən artıq sərt, həddən

artıq tələskən olmuşam. Buna görə də qərara aldım ki, onu tənqid etmək əvəzinə,

söhbətə dostyanalıqla başlayım. Əvvəlcə onu nə qədər çox qiymətləndirdiyimi

göstərməyi qət etdim.

Bu cür yanaşma çox gözəl imiş. Növbəti gün Emillə rastlaşanda mən ona

dostcasına gülümsündüm. O, qaşqabaqla müdafiə mövqeyini tutmuşdu və döyüşə

can atırdı. Mən dedim: “Qulaq asın, Emil, istəyirəm biləsiniz ki, mən qəbullar

təşkil edəndə sizin köməyiniz mənə çox lazımdır. Siz Nyu-Yorkda ən yaxşı

metrdotelsiniz. Əlbəttə, mən gözəl başa düşürəm ki, ərzağı siz almırsınız və

yeməyi də siz bişirmirsiniz. Və çərşənbə günü baş verən sizin günahınız deyildir”.

Buludlar dağıldı. Emil gülümsündi və dedi: “Əlbəttə, madam. Hər şey

mətbəxdən asılıdır. Mən günahkar deyildim”.

Mən davam edirdim: “İndi mən bir-iki məclis təşkil etmək istəyirəm və mənə

sizin məsləhətiniz lazımdır. Necə fikirləşirsiniz, sizin mətbəxinizə özünü

doğrultmağa imkan verməyinə dəyərmi?”

“O-o, əlbəttə, madam, əlbəttə. Ümid edirəm ki, bu daha heç vaxt təkrar

olmayacaqdır”.

Gələn həftə mən yenə də nahar ziyafəti verirdim. Emil və mən menyunu

hazırladıq. Mən onun haqqını iki dəfə azaltdım, ancaq əvvəlki səhvləri barədə

eyham etmədim.

Biz gələndə stol iki düjün çox gözəl Amerika qızılgülləriylə bəzədilmişdi.

Emil qulluq göstərilməsində bütün məclis ərzində iştirak edirdi. O hətta kraliça

Merini qarşılamış olsaydı belə, çətin ki, bundan artıq diqqət göstərə biləydi.

Yemək çox gözəl və isti idi. Qulluğa söz ola bilməzdi. Yeməkləri birinin yerinə

dörd ofisiant verirdi. Axırda deserti Emil özü stola qoydu.

Nahar başa çatanda mənim fəxri qonağım olan xanım soruşdu: “Siz

metrdoteli ovsunlamısınız? Mən bu cür qulluğu, belə bir diqqəti heç vaxt

görməmişəm”.

Və o, haqlı idi. Mən onu dostyana yanaşmam, onu yüksək qiymətlən-

dirməyimlə ovsunlamışdım.

Çox-çox illər bundan əvvəl, mən hələ balaca olanda, Missuri ştatının şimal-

qərbindəki kənd məktəbinə meşənin içi ilə ayaqyalın gedən vaxtlarda günəş və

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə