Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə49/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   45   46   47   48   49   50   51   52   ...   208

külək haqqında bir təmsil oxumuşdum. Onlar kimin güclü olduğu ilə bağlı mərc

gəlirlər. Külək deyir: “Mən sübut edəcəyəm ki, səndən güclüyəm. Orada əynində

yapıncı olan qocanı görürsən. Nədən istəyirsən mərc gəlirəm ki, mən onu

əynindəki yapıncını çıxarmağa səndən tez məcbur edəcəyəm”.

Günəş buludların arxasında gizlənir, külək isə qasırğaya çevrilənə qədər

daha da möhkəm əsməyə başlayır. Külək nə qədər möhkəm əsirdisə, qoca öz

yapıncısına bir o qədər bərk bürünürdü. Nəhayət, külək sakitləşdi və onda günəş

buludların arxasından boylandı və yolçuya məlahətlə gülümsündü. Yolçu

şənləndi və öz yapıncısını çıxartdı. Günəş küləyə dedi ki, mehribanlıq və

dostcanlılıq həmişə hiddətdən və gücdən qüvvətlidir.

Mənim hələ bu təmsili oxuduğum uşaqlıq vaxtlarında onun ədalətli olduğu

uzaq şəhərdə, təhsilin və mədəniyyətin tarixi mərkəzi, nə vaxtsa görəcəyimi heç

arzulamadığım Bostonda sübuta yetirilmişdi. Bu məsələ Bostonda on üç ildən

sonra mənim tələbəm olmuş doktor E.X.B. tərəfindən sübuta yetirilmişdi. Bizim

siniflərimizin birində çıxış edən doktor B. bunları danışmışdı:

“O vaxtlar Boston qəzetləri xəstəlikləri müalicə etdiklərini car çəkən yalançı-

təbiblərin reklamları, qeyri-leqal işləyən akuşerlərin və həkim-şarlatanların

elanları ilə dolu idi. Əslində isə onlar kişiliyin itirilməsi və digər dəhşətli bəlalarla

qorxudaraq günahsız qurbanları ovlayırdılar. Belələrinin müalicəsi öz

qurbanlarını qorxu vəziyyətində saxlamaqdan ibarət idi, lakin onun üçün xeyirli

heç nə etmirdilər. Altdan-altdan işləyən akuşerlər bir sıra ölümlərin baiskarı

idilər, ancaq onlardan mühakimə olunanı çox az idi. Əksəriyyəti elə də böyük

olmayan cərimələr, ya da siyasi dairələrdə əlaqələrini istifadə etməklə canını

qurtara bilmişdi.

Belə vəziyyət yarandı ki, müqəddəs etirazla çulğalanan mərhəmətli Boston

vətəndaşları ayağa qalxdılar. Moizəçilər öz kafedralarından çağırışlar edir,

qəzetləri lənətləyir və hər şeyə qadir Tanrıya yalvarıb, satqın, pulun müqabilində

şarlatanları reklam edən mətbuata qarşı çıxırdılar. Vətəndaş təşkilatları, işgüzar

adamlar, qadın klubları, kilsələr, gənclər cəmiyyətləri mətbuatı lənətləyir və ifşa

edirdilər. Lakin hər şey əbəs idi. Biabırçı reklamın qadağan edilməsi uğrunda

ştatın qanunverici orqanlarında amansız döyüşlər baş qaldırırdı.

Rüşvət və siyasi fırıldaqlar sayəsində döyüş uduzuldu”.

Doktor B. o vaxt Mərhəmətli Xristianlar İttifaqına daxil olan Mərhəmətli

Vətəndaşlar Komitəsinin sədri idi. Onun komitəsi hər şeyi sınaqdan çıxarmışdı,

amma qazanılmamışdı. Belə təəssürat yaranırdı ki, bu tibb cinayətkarlarına qarşı

mübarizə ümidsizdir.

Bir dəfə gecə, artıq gecəyarısı doktor B. indiyədək heç kimin ağlına gəlməyən

bir işi görməyə cəhd etdi. O, xoşniyyətlilik, simpatiya, yüksək qiymətləndirməni

tətbiq etməyə çalışdı. Və bunu elə etdi ki, yalançı-təbiblərin reklam edilməsini

naşirlər özləri dayandırdılar. O, “Boston Gerald” qəzetinin redaktoruna məktub

yazdı. Öz məktubunda doktor bu qəzetə heyran olduğunu, onu həmişə

oxuduğunu, xəbərlərin burada aydın və təfərrüatlı, yalançı sensasiyalarsız

verildiyini qeyd etdi, redaksiya məqalələrinin çox gözəl olduğunu bildirdi.

Bu, ailə ocağı üçün çox gözəl bir qəzetdir. Doktor B. bildirdi ki, bu, onun

fikrincə, Amerikada, həm də Yeni İngiltərədə ən yaxşı qəzetdir. “Lakin, – deyə

doktor davam edirdi, – mənim dostumun gənc qızı var. Dostum mənə danışdı ki,

downloaded from KitabYurdu.org



dünən axşam qızı ona sizin elanlarınızdan birini, abortların peşəkar “ustasının”

elanını hündürdən oxudu və bu elandakı bəzi ifadələrin nə demək olduğunu

atasından soruşdu. Açığını desəm, o pərt olmuşdu və nə cavab verəcəyini

bilmirdi. Sizin qəzetinizi Bostonun ən yaxşı evlərində alırlar. Əgər bu, mənim

dostumun evində baş veribsə, ola bilsin ki, bir çox başqa evlərdə də baş verir.

Əgər sizin gənc qızınız olsaydı, məgər siz onun bu cür elanlar oxumasına qarşı

olmazdınız? Və bu cür suallara siz nə cavab verərdiniz?

Mən təəssüflənirəm ki, çox gözəl, qalan hər şeydə, demək olar, nöqsansız

olan qəzet haqqında belə rəy formalaşmaqdadır. Bəzi atalar bu cür qəzetin

onların qızlarının əlinə düşməsindən qorxurlar. Və bu, güman edilən deyilmi ki,

sizin minlərlə abunəçiniz bunun haqqında elə mənim kimi düşünür?”

Üstündən iki gün keçəndən sonra “Boston Gerald” qəzetinin naşirləri doktor

B.-yə cavab yazdılar. Doktor həmin məktubu öz arxivində bir qərinədən çox idi

saxlayırdı və mənim kurslarımın dinləyicisi olanda onu mənə verdi. Məktub,

üzərində 1904-cü il oktyabrın 13-ü tarixi olan cavab indi mənim qarşımdadır:

“Tibb doktoru E.X.B.

Boston, Massaçusets.

Əziz ser!

Qəzetin redaktoruna ünvanladığınız, bu ayın 11-i tarixli məktubunuza görə

sizə çox minnətdaram. Məktub məni burada işləməyə başladığım vaxtdan daim

haqqında düşündüyüm fəaliyyətə qəti surətdə meyil etməyə sövq elədi.

Etiraz doğuran elanların “Boston Gerald”da dərc etdirilməsi bazar ertə-

sindən etibarən tamamilə dayandırılacaqdır. Burulğansayaq şpris-çiləyicilər və

istənilən bu cür reklam tamamilə ləğv ediləcək, qalan bütün səhiyyə elanları isə –

hansılardan ki, hazırda imtina etmək qeyri-mümkündür – onlar redaktəyə cəlb

ediləcək və bu da ziyansız olacaqdır.

Sizə mənə qərara gəlməkdə kömək etmiş lütfkar məktubunuza görə bir daha

öz təşəkkürümü bildirirəm.

Səmimi-qəlbdən sizin

U.Y.Hoskoli, naşir”.

Ezop Krezin saray əyanları arasında yaşayan yunanlı qul idi. O, ölməz

təmsillərini İsa Məsihin doğumundan 600 il əvvəl yazırdı. Lakin onun insan

təbiəti ilə bağlı öyrətdiyi həqiqətlər 25 yüzillik əvvəl Afinada nə qədər ədalətli

idisə, indi Bostonda və Birmingemdə də o qədər ədalətlidir. Günəş sizi paltonuzu

çıxarmağa küləkdən tez məcbur edə bilər, mərhəmətlilik, dostcanlı münasibət,

yüksək qiymət vermək bu dünyada fırtınaların və qasırğaların hamısından tez

inandıra bilər.

Linkolnun nə dediyini yadda saxlayın: “Bir damla bal ilə siz bir qallon ödlə

olduğundan çox milçək tutarsınız”.

Əgər siz adamları öz nöqteyi-nəzərinizə çəkmək istəyirsinizsə, 4-cü qaydanı

tətbiq etməyi unutmayın:

Əvvəl özünüzün dostcanlı münasibətinizi göstərin.

Beşinci fəsil

Sokratın sirri

Söhbətə başlayarkən həmsöhbətinizlə rəylərinizin haçalandığı məsələlər

üzrə suallardan başlamayın. Əksinə, söhbətin lap başlanğıcından vurğunu

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə