Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə5/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   2   3   4   5   6   7   8   9   ...   208

ABŞ-a immiqrasiyasının qadağan edilməsinin zəruriliyi ilə bağlı qəzəbli, böyük

qızğınlıq və jestikulyasiyaların müşayiəti ilə deyilən nitqlə ürkmüş göyərçinlərin

üstünə düşürdü. Lakin hazırlaşmağının bütün ciddiliyinə baxmayaraq, o,

məğlubiyyət dalınca məğlubiyyətə düçar olurdu. O vaxt onun on səkkiz yaşı var

idi və o, qürurlu və hissiyyatlı idi. O, öz uğursuzluqlarından başını elə itirmişdi,

elə dilxor idi ki, ağlına hətta intihar etməklə bağlı fikir də gəlmişdi. Və qəfildən,

hətta özü üçün də tamamilə gözlənilmədən o qalib gəlməyə, kollecdə keçirilən

diskussiyaların, hərfi mənada, hamısında birinci olmağa başladı.

Digər tələbələr onu dilə tutmağa başladılar ki, bunu onlara da öyrətsin. O,

həmin tələbələrlə məşğul olmağa başlayandan sonra onlar da qələbə qazanmağa

müvəffəq olurdular.

Kollecdə təhsilini başa vurandan sonra o, Qərbi Nebraska və Şərqi

Vayominqin qum təpələri arasında səpələnmiş ranço mülkiyyətçiləri üçün qiyabi

hazırlıq kursları təşkil eləməyə cəhd etdi. Amma bütün cəhdlərə, həddi-hüdudu

olmayan enerji sərf etməsinə baxmayaraq, bu işdə o uğur qazana bilmədi. Buna

əmin olduqda o, günlərin birində mehmanxanadakı öz nömrəsinə gəldi

(Nebraska ştatının Alyans şəhərində), çarpayıya yıxılıb hönkür-hönkür ağladı.

İstəyirdi ki, geri, kollecə qayıtsın. O, həyat uğrunda sərt mübarizədən qaçmaq

istəyirdi, lakin bu, mümkün deyildi. Beləliklə, o, Omahaya yollanmağı və nə isə

başqa bir işlə məşğul olmağı qərara aldı. O, dəmir yoluna bilet almağa pulu

olmadığından yük qatarında gedişinin haqqı kimi iki vaqon vəhşi atı yolboyu

sulamağı boynuna götürdü. Omahada ev kirayələyərək, “Armer ənd kompani”

firmasında bekon, sabun və sala satışı üzrə agent qismində işə düzəldi. Onun

satış əməliyyatlarının əsas rayonu Cənubi Dakotanın qərbindəki qeyri-

məhsuldar çöllüklərində, eləcə də ştatın şimalındakı, hindu-tayonlar qəbiləsinin

məskəni də daxil olmaqla, ərazidə bərqərar olmuşdu. O, öz rayonunda yük

qatarlarında, poçt dilicanlarında və atla səyahət edir, nömrələri bir-birindən

yalnız muslindən

3

hazırlanmış arakəsmə ilə ayrılan mehmanxanalarda yatırdı. O,



ticarət üzrə kitabları oxuyur, yarıvəhşi atları minib çapır, hindu qadınlarla ailə

həyatı qurmuş yerli sakinlərlə poker oynayır və pul yığmağı öyrənirdi. Hansısa

bir yerli tacirin sifariş etdiyi bekon və vetçinaya görə haqqı ödəmək iqtidarında

olmayanda Karnegi onun mağazasındakı rəflərdən bir düjün ayaqqabını götürür,

onları dəmir yolu işçilərinə satır və əldə etdiyi pulu Armer ənd Kompaniyə

göndərirdi.

Bəzən o, gün ərzində yük qatarında yüzlərlə mil məsafə qət etməli olurdu.

Qatar yüklərin boşaldılması üçün dayananda o, adətən, şəhərə qaçır, üç-dörd

tacirlə görüşür, onlardan sifariş alır və parovozun fiti səslənəndə başılovlu

stansiyaya tərəf götürülür, qatara gedə-gedə tullanıb minirdi.

Satışa görə ən pis, 25-ci yerdə duran rayonlardan birini götürərək o, iki il

ərzində həmin rayonu Cənubi Dakotada birinci yerə gətirdi. Armer ənd kompani

firması xidmətdə yüksəliş təklif edərək onu çox lütfkarcasına qiymətləndirdi: “Siz

qeyri-mümkün kimi görünənə nail oldunuz”. Lakin Karnegi Armer ənd kompani

firmasında karyeradan imtina etdi. O, özünə çatacaq borcu aldı və Nyu-Yorka

gələrək burada Dramatik İncəsənət Amerika Akademiyasına qəbul olundu. O,

“Sirkdən olan Poli” pyesindəki doktor Hartni rolunu oynaya-oynaya bütün ölkəni

gəzdi.


downloaded from KitabYurdu.org


O, kifayət edəcək qədər sağlam düşüncənin yiyəsi olaraq başa düşdü ki,

ondan heç vaxt nə But, nə də Berrimor çıxmayacaq və geriyə, “Pakkard motorkar

kompani” firmasına yük maşınlarının satışı ilə məşğul olmaq üçün ticarətə

qayıtdı. Onun maşınlardan qətiyyən başı çıxmırdı və baş çıxarmağa heç

çalışmırdı da.

Hər gün özünü bu işlə məşğul olmağa məcbur edirdi. O təhsil almaq üçün

asudə vaxtının olmasına çalışırdı, kitab yazmaq barədə düşünürdü. Bunu hələ

kollecdə təhsil aldığı vaxtlardan ürəyində tutmuşdu. Lakin o, yenə də səhv etdi. O

yaşamaq üçün vəsaiti axşam məktəbində dərs deməklə qazanaraq, vaxtını heka-

yə və roman yazmağa həsr etmək niyyətinə düşdü.

Nəyi tədris edirdi? Geriyə boylanıb və onun kollecdə etdiyi işi qiymət-

ləndirərək mən bu qənaətə gəldim ki, kollecdəki bütün müəllimlik fəaliyyətindən

çox, ictimaiyyət qarşısında çıxış etmək məşqləri onda özünə inam yaratdı,

mətinliyini artırdı və ona işgüzar dünyada insanlarla daha yaxşı münasibət

qurmaq bacarığı verdi. Və bu da onun Nyu-Yorkda Xristian Gənclərinin

Məktəbləri Assosiasiyasında biznesmenlər üçün natiqlik kurslarını aparmaq

ideyasının gerçəkləşəcəyi inamını artırdı.

Nə? Biznesmenləri natiq eləmək? Absurddur. Onlar belə bir kursları artıq

dəfələrlə təşkil etmək istəyiblər və hər dəfə də uğursuzluğa düçar olublar.

Dinləyicilər hər axşam üçün ona iki dollar hesabı ilə məvacib verməkdən im-

tina edəndə o, əməkhaqqı qismində təmiz qazancın – əgər bu qazanc olacaqdısa –

müəyyən faizini almaqla komisyon şərtlərlə tədris etməyə razılaşdı. Və bu

razılığa uyğun olaraq, onlar üç il ərzində ona hər axşam üçün iki dollar əvəzinə

otuz beş dollar ödəyirdilər.

Kurslar böyüyürdü. Onun barəsində söz-söhbətlər tezliklə digər gənclər

təşkilatlarına, daha sonra isə başqa şəhərlərə də gedib çatdı. Deyl Karnegi

tezliklə məşhur adam oldu, onun pedaqoji fəaliyyət dairəsi Nyu-Yorku, Filadelfi-

yanı və Baltimoru, bir müddət sonra isə Paris və Londonu əhatə etdi. Mövcud

olan tədris kitablarının hamısı həddən artıq akademik idi, kurslara axışan biznes

adamları üçün həddən artıq qeyri-praktik idi. O, vəzifənin çətinliyindən azacıq da

olsa çəkinməyərək oturur və “Natiqlik sənəti və onun biznesdə insanlara təsiri”

adlı kitab yazır. İndi bu kitab Amerika Xristian Assosiasiyasının bütün şöbələri,

eləcə də Amerika Bankirlər Assosiasiyası və Milli Kredit Cəmiyyəti üçün rəsmi

qəbul olunmuş tədris vəsaitidir.

Bu gün üçün Deyl Karnegiyə əvvəlki 22 il ərzində kollecdə və Nyu-York

Universitetində olduğu vaxtdan xeyli çox yaşlı tələbəyə natiqlik sənətini

öyrətmək lazım gəlir.

Deyl Karnegi əmindir ki, əgər adamı əməlli-başlı hirsləndirsən, istənilən kəs

ifadəli danışmaq qabiliyyətinə malikdir. O bildirir ki, əgər siz şəhərinizin ən cahil

adamının çənəsinə zərbə ilə vurub yerə sərsəniz, o ayağa qalxacaq və o qədər

qızğınlıqla, o qədər ibarəli danışacaq ki, Uilyam Cenninqs Brayanın özü

şöhrətinin zenitində ona həsəd aparacaqdır. O, əmindir ki, hər kəs (əgər o,

özünəinam hissinə və onu alovlandıracaq ideyaya malikdirsə) elə danışa bilər ki,

istənilən cəmiyyətdə arzulanan və xoşagələn adam olar.

Deylə görə, özünə inamı inkişaf etdirmək üçün məhz eləməyə qorxduğunuz

şeyi etmək və öz təcrübənizdəki ən uğurlu hadisələri diqqətlə araşdırmağınız

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə