Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə59/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   55   56   57   58   59   60   61   62   ...   208

səhv etmişəm. Lakin nə olursa olsun, mən inanıram ki, siz öz sözünüzün üstündə

duracaqsınız və müqavilənin müddəti bitənə qədər burada yaşayacaqsınız.

Əvvəl-axır, biz – insanıq, yoxsa meymunuq – seçim özümüzdən asılıdır”.

Hə, deməli, təzə təqvim ayı başlayanda həmin centlmen gəldi və özü şəxsən

mənzil haqqını ödədi. O dedi ki, onlar həyat yoldaşı ilə bu məsələni müzakirə

ediblər və qalmağı qərara alıblar. Onlar bu qənaətə gəliblər ki, edə biləcəkləri

yeganə ləyaqətli hərəkət – bu, müqavilə müddəti bitənə qədər buradan

köçməməkdir”.

Mərhum lord Nordkliff qəzetdə özünün mətbuat səhifələrində görmək

istəmədiyi portretini görəndə redaktora məktub yazmışdı. Məktubda o, əlbəttə,

yazmamışdı ki, “bu portreti dərc etdirməyin, lütfən, o, mənim xoşuma gəlmir”.

Xeyr. O daha nəcib hisslərə toxunmuşdu. O, bizim hamımızın anaya olan hörmət

və sevgi hissinə apelyasiya etmişdi. Buna görə də yazmışdı: “Xahiş edirəm, bu

portreti bir daha dərc etdirməyin, bu, mənim anam üçün xoş olmayacaqdır”.

Con D.Rokfeller-oğul da qəzet fotoqrafları onun uşaqlarının şəkillərini

çəkmək istəyəndə nəcib hisslərə toxunmuşdu. O deməmişdi ki, onların

fotoşəkillərinin dərc etdirilməsini istəmirəm. Xeyr. O, hər bir adamda dərin kök

salan uşaqlara ziyan vurmamaq hissini motivasiya etmişdi. O demişdi: “Uşaqlar,

məsələ bilirsinizmi nə yerdədir? Sizin bəzilərinizin övladları var. Və həddən artıq

böyük səs-küyə məruz qalmağın körpələr üçün nə qədər ziyanlı olduğunu

bilirsiniz”.

Sayrus U.K.Kurtis, Meyndən olan yoxsul oğlan uşağı “Seterdey İvninq Post”

qəzeti və “Qadınlar üçün jurnal”ın mülkiyyətçisi kimi ona milyonlar gətirəcək

gözqamaşdırıcı karyerasını başlayanda onun başqa naşirlərin ödədikləri qədər

zəhmət haqqı verməyi özünə qıymaq imkanı yox idi. O, birinci dərəcəli

müəllifləri yalnız pul sayəsində özünə cəlb edə bilmirdi. Buna görə də o, onların

nəcib duyğularına apellyasiya edirdi. Beləcə o, “Kiçik qadınlar” kitabının müəllifi

o vaxt yaradıcılığının çiçəklənən çağında olan Luiza Mey Olketti özü üçün

yazmağa inandıra bildi. Və o, buna yüz dollarlıq çeki xanım Olkettin özünə yox,

onun rəğbətlə yanaşdığı xeyriyyəçilik cəmiyyətinə göndərməyi təklif etməklə

nail oldu.

Burada kimsə deyə bilər: “Bütün bunlar Nordkliff, Rokfeller və ya hətta

sentimental yazıçı xanım üçün yaxşıdır. Lakin mən baxmaq istəyərdim ki, cavan

oğlan, bu, mən öz tərs müştərilərimdən hesablar üzrə almalı olanda necə özünü

göstərəcək?”

Siz, ola bilsin ki, haqlısınız. Bütün hallarda məqbul olan üsul yoxdur və heç

nə adamların hamısına eyni cür təsir göstərmir. Əgər siz nail olduğunuz

nəticələrlə qane olursunuzsa – nəyisə dəyişmək nəyə lazım? Lakin razı

deyilsinizsə, niyə də eksperiment etməyəsiniz?

Hər halda, düşünürəm ki, mənim keçmiş tələbəm Ceyms L.Tomasın danışdığı

aşağıdakı gerçək əhvalatı oxumaq sizin üçün maraqlı olardı.

Bir avtomobil kompaniyasının altı müştərisi onlara göstərilən xidmətə görə

hesabları ödəməkdən imtina edirdi. Müştərilərdən heç biri öz hesabını

bütövlükdə şübhə altına qoymurdu, lakin onlardan hər biri xərclərin bu və ya

digər bəndinin düzgün olmadığını hesab edirdi. Haqqında söhbət gedən hər bir

downloaded from KitabYurdu.org




halda müştərilərin imzaladıqları qəbzlər var idi ki, işlər yerinə yetirilib. Və

kompaniya bunu müştərilərə bildirdi.

Bu, birinci səhv idi.

Maliyyə şöbəsinin işçilərinin həmin hesabların ödənməsinə nail olmaq üçün

həyata keçirdikləri addımlar bunlardır:

1. Onlar müştərilərdən hər biri ilə görüşüb və kəskin şəkildə bildiriblər ki,

vaxtı çoxdan ötmüş hesab üzrə ödənişi almağa gəliblər.

2. Onlar aydın surətdə başa salıblar ki, kompaniya mütləq qaydada və söz-

söhbətsiz haqlıdır. Müştəri isə mütləq qaydada və söz-söhbətsiz haqlı deyildir.

3. İşçilər eyham ediblər ki, avtomobillərlə bağlı kompaniya müştərinin nə

vaxtsa öyrənə biləcəyinə ümid etdiyindən qat-qat çox bilir. Belə olan təqdirdə,

ümumiyyətlə, nə söhbət ola bilər.

Nəticə: mübahisə başlayırdı. Bu cür arqumentlər müştərini inandıra və

hesabın ödənilməsinə gətirə bilərdimi? Bu suala siz özünüz cavab verə bilərsiniz.

Münaqişənin bu mərhələsində maliyyə şöbəsinin müdiri hüquq sahəsinin

talantlarından ibarət batareyanın yaylım atəşini açmağa hazır idi. Lakin,

xoşbəxtlikdən, məsələ kompaniyanın işlər müdirinin diqqətini cəlb etdi. İşlər

müdiri ödənişdən imtina edən həmin müştərilər haqqında məlumat topladı və

gördü ki, onların hamısı yaxşı reputasiyaya malikdir və hesabları həmişə

vaxtında ödəyib. Burada nə isə düzgün deyildi, onlara yanaşmada nə isə səhvə

yol verilmişdir. İşlər müdiri Ceyms L.Toması yanına çağırtdırdı və ondan bu

“ödənilməyən hesablarla” məşğul olmağı xahiş etdi.

Budur, cənab Tomasın atdığı addımlar:

1. “Müştərilərdən hər biri ilə görüşümün məqsədi, – deyə cənab Tomas

danışırdı, – vaxtı çoxdan keçirilmiş, bizim bildiyimiz kimi, tamamilə dəqiq olan

hesablar üzrə pulları almaq idi. Lakin mən bu barədə bir söz belə demədim.

Əvəzində isə dedim ki, bizim kompaniyamızın hansı işləri etdiyini, hansı işlərisə

yerinə yetirmədiyini aydınlaşdırmaq üçün gəlmişəm.

2. Müştərilərə aydın anlatdım ki, onları şəxsən özüm dinləmədən nə isə

etmək iqtidarında deyiləm; dedim ki, kompaniya özünün səhvsiz olduğuna

iddialı deyildir.

3. Müştərilərdən hər birinə deyirdim ki, məni yalnız onun maşını maraq-

landırır; deyirdim ki, o, öz maşını haqqında başqa istənilən adamdan çox bilir və

bu mənada yeganə sözükeçən adamdır.

4. Onlardan hər birinə danışmaq imkanı verərək, söhbətlərini onların

həsrətlə gözlədikləri diqqət və onların halına şərik olmaq hissi, eləcə də onların

lap başlanğıcdan ümid etdikləri maraqla dinlədim.

5. Müştəri, nəhayət, ona dözmək mümkün olan hala çatanda onun təmiz

oyun aparmaq meylinə apellyasiya etdim. Nəcib hisslərə toxunurdum və “Hər

şeydən əvvəl, – deyirdim mən, – istəyirəm biləsiniz ki, sizin hisslərinizi başa

düşürəm və sizinlə pis rəftar edildiyini anlayıram. Sizə xoşagəlməz hallar

yaşadıblar və sizi işçilərimizdən biri hövsələdən çıxarıb. Bu heç bir halda baş

verməməli idi. Mən çox təəssüflənirəm və kompaniyanın təmsilçisi qismində

üzrxahlıq edirəm. Mən sizin danışdıqlarınızı dinləyəndə sizin nə qədər ədalətli və

nə qədər səbirli olduğunuz məni bərk təəssüratlandırdı. Və indi sizin ədalətli və

səbirli olduğunuzu bilərək başqa bir kimsədən yaxşı bildiyiniz işi görməyi sizdən

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə