Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə6/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   2   3   4   5   6   7   8   9   ...   208

lazımdır. O, hər bir tələbəni kursların hər sessiyasında çıxış etməyə məcbur

edirdi. Auditoriyanın dəstəyi təmin olunurdu: axı onların hamısı bir qayıqda idi.

Tələbələr daimi praktika yolu ilə özlərində cəsarəti, inamı, entuziazmı inkişaf

etdirir və bu hissləri sonra öz fərdi söhbətlərinə keçirirdilər.

Deyl Karnegi sizə deyər ki, öz həyatının təminatını heç də natiqlik sənətini

tədris etməklə qazanmır – bu, təsadüfdən başqa bir şey deyildir. O, əmindir ki,

onun əsas işi insanlara özlərində olan qorxunu adlamaqda, eləcə də mətinliyi

inkişaf etdirməkdə kömək etməkdir.

Başlanğıcda o yalnız natiqlik sənəti kurslarını aparırdı. Onun yanına

öyrənməyə gələn tələbələr əsas etibarilə işgüzar insanlar idi. Onlardan bir çoxu

otuz yaşlarına qədər sinif otağını heç vaxt görməmişdi. Əksəriyyətinin öz təhsili

üçün haqqı bir dəfəyə ödəmək imkanı da olmurdu. Onlar nəticəni mümkün qədər

tez görmək istəyirdilər. Onlara, hərfi mənada, günü sabah işgüzar görüşlərdə və

insan qrupları qarşısında çıxışlarda istifadə edə biləcəkləri nəticələr lazım idi.

Beləliklə, bu çox sürətli və praktik olmalı idi. Və bu şəraitin nəticəsi onun

yaratdığı tamamilə unikal, özü ilə natiqlik peşəsinin, tacirlik etmək bacarığının,

insan münasibətləri sənətinin və təcrübi psixologiyanın heyrətamiz

kombinasiyasını təcəssüm etdirən hazırlıq sistemi oldu.

Kurslarda məşğələlər başa çatanda onları başa vuran adamlar öz fərdi

klublarını yaradır və uzun illər ərzində ayda iki dəfə görüşməkdə davam

edirdilər.

Filadelfiyada 19 nəfərdən ibarət olan belə bir qrup bu minvalla 17 il

görüşməkdə davam edirdi. Çox vaxt elə olurdu ki, adamlar məşğələlərdə iştirak

etmək üçün avtobusla 500 və ya 1000 mil məsafəni qət edirdilər. Bir tələbə bu

cür səyahəti hər gün Çikaqodan Nyu-Yorka edirdi. Harvard Universitetinin

professoru Uilyam Ceyms təkrar etməyi xoşlayırdı ki, orta statistik insan özünün

gizli qabiliyyətlərinin yalnız on faizindən istifadə edir. Deyl Karnegi işgüzar

adamlara öz gizli bacarıqlarını inkişaf etdirməyə kömək etməklə yaşlı insanların

savad almasında ən əhəmiyyətli hərəkatlardan birinin yaradıcısı olmuşdur.

Louell Tomas

1 Ceyms Uilyam (1842– 1910) – amerikalı filosof, praqmatizm

konsepsiyasının banisi

2 Kommivoyajer – səyyar (voyajer) kommersant

3 Muslin – ipək pambıqdan toxunmuş parka



Bu kitab necə və nə üçün yazılmışdı?

Bu kitab onu oxumağa ehtiyacı olmayan adama həsr olunur – mənim unudulmaz

dostum

Homer Kreyuya



downloaded from KitabYurdu.org


Son 35 il ərzində Amerika nəşriyyatları 5 milyondan çox müxtəlif məzmunlu

kitab nəşr etmişdir. Onların əksəriyyəti olduqca darıxdırıcı idi və bir çoxu heç

özünü doğrultmamışdı da. “Bir çoxu” dedim mən? Dünyanın ən iri nəş-

riyyatlarından birinin prezidenti bu yaxınlarda mənə etiraf etmişdi ki, onun

kompaniyası 75 illik nəşriyyat fəaliyyətinə baxmayaraq, hələ də nəşr olunmuş

səkkiz kitabdan yeddisində ziyan çəkir.

Əgər belədirsə, mən nə üçün bir kitab da yazmağa cürət edirəm? Və mən onu

yazandan sonra sizi o kitabı oxumaq barədə məsləhətlərimlə niyə

bezikdirməliyəm?

Ədalətli sualdır və mən həmin suala cavab vermək istəyirəm. Bunu bacardıq-

ca dəqiq ifadə etməyə çalışaraq sizin artıq oxuduğunuz Louell Tomasın “ön

söz”ündən bəzi faktları təkrar etməli olacağam.

1912-ci ildən indiyə qədər mən Nyu-Yorkda hər iki cinsdən olan

biznesmenlər və mütəxəssislər üçün savad kursları aparıram. Başlanğıcda bu

yalnız natiqlik kursları idi. Kursların yeganə təyinatı məlum təcrübəyə malik olan

yaşlı insanlara daha aydın düşünməyi və işgüzar görüşlərdə olduğu kimi,

ictimaiyyət qarşısında da öz ideyalarını daha effektli şəkildə ifadə etməyi

öyrətmək idi.

Lakin tədricən, kursların davam etdiyi bir neçə il ərzində mənə aydın oldu ki,

bu yaşlı insanların natiqlik sənətinə nə qədər çox ehtiyacları olsa da, onlar

yaşamaq və öz gündəlik işgüzar, ictimai ünsiyyətlərində insanlarla yola getmək

məharətinə bundan da çox möhtacdırlar.

Tədricən mən aydın dərk etdim ki, özümün də belə bir məharətə ehtiyacım

var. İndi mən geri, yaşadığım illərə boylananda özümün çoxsaylı qəlb incəliyi və

qəlbi başa düşmək çatışmazlığı ilə şərtləndirilən səhvlərimə görə pərt olur və

xəcalət hissi çəkirəm. İstəyərdim ki, belə bir kitab mənim əlimdə iyirmi il əvvəl

olaydı, bu, mənim üçün necə də qiymətsiz kömək olardı.

Özünü cəmiyyətdə aparmaq bacarığı sizin, ələlxüsus da əgər siz işgüzar

adamsınızsa, qarşınızda duran ən vacib problemdir. Bu, siz memar, mühəndis və

ya sadəcə olaraq, evdar qadın olduğunuz halda da belədir. Bir neçə il əvvəl

tədrisin tərəqqisi məqsədilə Karneginin himayəsi altında keçirilən tədqiqat ən

vacib və əhəmiyyətli faktın üstünü açdı. Bu, Karnegi Texnoloji İnstitutunun

sonralar məsələnin əlavə olaraq öyrənilməsini həyata keçirərkən təsdiq olunmuş

faktıdır. Bu tədqiqat aşkar etməyə imkan verdi ki, hətta mühəndislik kimi texniki

sahə üzrə də mütəxəssislərin əldə etdikləri maliyyə uğurunun yalnız on beş faizə

qədərini sırf texniki biliklərin hesabına, 85%-ni – özünün “insan mühəndisliyi”

sahəsində məharəti, özünün xasiyyətinin fərdi xüsusiyyətləri və insanlara

rəhbərlik etmək bacarığı hesabına aid etmək lazımdır.

Uzun illər ərzində mən kursları Filadelfiyada mühəndislər klubunda, eləcə də

Amerika Mühəndis-Elektriklər İnstitutunun Nyu-York filialında aparırdım.

Bütövlükdə mənim kurslarımdan təqribən min beş yüzə yaxın mühəndis

keçmişdir. Onlar mənim yanıma o vaxt gəlirdilər ki, çoxillik təcrübələri və

müşahidələri onları bu yekun qənaətə gəlməyə əmin edirdi – mühəndislik işində

ən yüksək qiymətləndirilən adam heç də mühəndislik biliklərinə daha çox malik

olan kəs deyildir. Bu cür, mühəndislik və ya mühasibatçılıq işində yalnız özünün

texniki imkanlarını təklif edə bilən mütəxəssis həftəlik 25-30 dollar məvacibə

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə