Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə61/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   57   58   59   60   61   62   63   64   ...   208

Gecə növbəsinin fəhlələri gələndə onlar “6”-nı görürlər və bunun nə demək

olduğunu soruşurlar.

“Bu gün əsas boss burada idi, – deyə birinci növbənin fəhləsi cavab verir, – o,

neçə partiya əritdiyimizlə maraqlandı və biz dedik – altı. O, bunu döşəmədə

yazdı”.

Növbəti gün səhər Şvab yenə də sexə gəlir. Gecə növbəsi “6” rəqəmini böyük



“7” ilə əvəzləmişdi.

Gündüz növbəsinin işçiləri gələndə onlar döşəmədə böyük “7” gördülər.

“Deməli, gecə növbəsi hesab edir ki, gündüz növbəsindən yaxşıdır? Hə, indi

baxarıq. Biz onlara bunun elə olmadığını göstərərik”. Onlar entuziazmla işə

girişdilər və axşam işdən gedəndə döşəmədə çox böyük lovğa “10” qoydular. İş

qızışmağa başladı.

Tezliklə bu geri qalan sex zavodda digər sexlərdən yaxşı işləməyə başladı.

Baş verənin mahiyyəti nədədir?

Qoy bu variantı Çarlz Şvab öz sözləri ilə ifadə etsin.

“Çətin işin yerinə yetirilməsinə nail olmaq üçün, – deyir o, – yarış ruhunu

oyatmaq lazımdır. Mən miskin – daha çox qazanmaq məqsədilə bağlı yox, öz

üstünlüyünü sübuta yetirmək istəyindən irəli gələn yarışı nəzərdə tuturam”.

Üstün olmaq hərisliyi! Çağırış! Əlcək atılıb – mərd insanların ürəyinə

qarşısıalınmaz yoldur.

Teodor Ruzvelt, əgər ona çağırış edilməsəydi, heç vaxt ABŞ-ın prezidenti

olmayacaqdı.

Lap indicə Kubadan qayıtmış “Comərd çapar” öz namizədliyini Nyu-York

ştatının qubernatoru postuna irəli sürmüşdü. Müxalifət öyrəndi ki, o, indi həmin

ştatın səlahiyyətli nümayəndəsi deyil. Bundan qorxuya düşən Ruzvelt öz

namizədliyini geri götürmək istəyirdi. Onda Tomas Kolye Platt ona çağırış etdi. O,

kəskin surətdə Ruzveltə tərəf dönərək cingiltili səslə qışqırdı:

“San-Xuan təpəsinin qəhrəmanı – qorxaqdır?”

Ruzvelt döyüşdə qaldı – qalan hər şey isə tarixə məxsusdur. Onun arxasınca

atılan çağırış yalnız onun qalan bütün həyatını dəyişmədi, bu, Amerikanın

tarixində əhəmiyyətli rol oynadı.

Çarlz Şvab çağırışın qüdrətli gücünü bilirdi. Bunu Tomas Platt da bilirdi.

Bunu El Smit də bilirdi. El Smit Nyu-York ştatının qubernatoru olanda bundan

istifadə etdi.

Sinq-Sinq – bu, Şeytan adasından qərbdə olan ən məşhur katorqa həbsxa-

nasının rəisi yox idi. Həbsxananın divarlarından içəridə baş verən biabırçılıqlar

barədə qalmaqallı şayiələr sızıb keçirdi. Həbsxananı idarə etmək üçün Smitə

güclü, dəmir insan lazım idi. Bəs kim? O, Nyu-Gempşirdən olan Lyuis K.Losun

arxasınca adam göndərdi.

“Siz Sinq-Sinqi öz üzərinizə götürmək məsələsinə necə baxırsınız? – deyə o,

Losdan soruşdu. – Orada təcrübəsi olan adam tələb olunur”. Los özünü itirmişdi.

O, Sinq-Sinqin nə qədər təhlükəli olduğunu bilirdi. Bu, siyasi konyunkturanın

şıltaqlıqlarından asılı olan siyasi təyinat idi. Həbsxananın rəisləri gəlir və

gedirdilər – biri cəmi üç həftə duruş gətirə bilmişdi. Los öz karyerası ilə

hesablaşmalı idi. Risk etməyinə dəyərdimi?

downloaded from KitabYurdu.org




Onun tərəddüd etdiyini görən Smit kreslosunun söykənəcəyinə yayıldı və

gülümsündü:

“Cavan oğlan, – dedi o, – sizin qorxduğunuza görə mən sizi mühakimə

etmirəm. Burada işdən yapışmaq və mərdliklə duruş gətirmək üçün qeyri-adi,

kifayət edəcək qədər bacarıqlı adam tələb olunur”.

Smit Losa çağırış etdi, elə deyilmi? Mərdlik və sıravi olmayan bacarıq tələb

edən işdən yapışmaq təklifi Losu şirnikləndirdi.

O razı oldu. Və dözüb dayandı. Dözüb dayandı ki, indi sağ olan həbsxana

rəisləri arasında ən məşhuru olsun. Onun “Sinq-Sinqdə 20 000 il” kitabı yüz

minlərlə nüsxədə satıldı. O, radioverilişlərdə çıxış edirdi, onun həbsxana həyatı

haqqında hekayələrindən onlarla film doğuldu; cinayətkarların

“insanlaşdırılması” ilə bağlı onun metodları isə islah müəssisələrinin işində əsl

möcüzə yaratdı.

“Mən heç vaxt hesab etməmişəm ki, – deyirdi ən iri kompaniyanın əsasını

qoyan Harri S.Fayrston, – insanları yalnız və yalnız əməkhaqqı cəlb edə,

birləşdirə və iş yerində saxlaya bilər. Mən zənn edirəm ki, burada məsələ

oyundadır”.

Oyun! Bax hər bir uğurlu adamın sevdiyi budur! Özünüifadə imkanı. Üstün

olduğunu sübut eləmək, udmaq və qalib olmaq imkanı.

Məhz bu niyyət yeriməkdə və pirojkiləri yeməkdə yarışları meydana çıxarır.

Üstün olmaq istəyi. Özünün əhəmiyyət kəsb etdiyini hiss eləmək arzusu.

Beləliklə, əgər siz mərd adamları, xarakterli adamları öz nöqteyi-nəzərinizə

çəkmək istəyirsinizsə, qayda 12-ni həyata keçirin:

Çağırış edin!

Xülasə

Öz nöqteyi-nəzərinizə inandırmağın on iki üsulu



Qayda 1: Mübahisədə ən yaxşı nəticəyə nail olmağın yeganə üsulu

– bu, mübahisədən yayınmaqdır.

Qayda 2: Başqasının rəyinə hörmətlə yanaşdığınızı göstərin, heç vaxt

kimsəyə deməyin ki, o səhv edir.

Qayda 3: Əgər siz haqlı deyilsinizsə, bunu düzgünlüklə və sidqi-ürəklə etiraf

edin.


Qayda 4: Əvvəl özünüzün dostcanlı münasibətinizi göstərin.

Qayda 5: Qoy həmsöhbətiniz lap başlanğıcdan sizə “hə, hə” deyə cavab

versin.

Qayda 6: İmkan verin həmsöhbətiniz ürəyini boşaltsın.



Qayda 7: Qoy həmsöhbətiniz hiss eləsin ki, ideya ona məxsusdur.

Qayda 8: Şeyləri başqasının nöqteyi-nəzərindən görməyə düzgünlüklə

çalışın.

Qayda 9: Başqa adamların fikirlərinə və arzularına şərik olduğunuzu büruzə

verin.

Qayda 10: Nəcib hisslərə toxunun.



Qayda 11: Öz ideyalarınıza əyanilik verin, onları səhnələşdirin.

Qayda 12: Çağırış edin!

20 İngiltərənin dövlət bayrağı

21 Bostonda nəşr olunan qəzet

downloaded from KitabYurdu.org



22 Matfeydən Yevangeliya, fəs. 5, şeir 25

23 Ahtoy-Heti – Orta Şahlığın IX sülaləsinin əsasını qoyan

24 Mafusail – 1. İncildə 969 il yaşaması ilə şöhrətlənən, bəşəriyyətin

əcdadlarından biri. 2. Yerdə ən qədim ağaclardan biri, toxumdan cücərdiyi vaxt

təqribən bizim eradan əvvəl 2831-ci il hesab olunur. Bu hesabla 2012-ci ildə

onun yaşı 4843 ildir.

25 Druid – qədim kelylətrdə: kahin

IV Hissə

İNSANI İNCİTMƏDƏN, ONDA HİDDƏT DOĞURMADAN ONA TƏSİR

GÖSTƏRMƏYİN DOQQUZ ÜSULU

Birinci fəsil

Əgər siz adama onun səhvini göstərməlisinizsə, buna aşağıda deyilən kimi

başlayın


Kelvin Kulidcin prezidentliyi dövründə mənim ən yaxşı dostlarımdan biri Ağ

Evə dəvət olunmuşdu. O, necə olursa, prezidentin kabinetinin yanında olanda

Kulidcin öz katibələrindən birinə bunu dediyini eşidir: “Bu gün sizin əyninizdə

ecazkar paltar var, siz bu paltarda çox cazibədarsınız”.

Bu, susqun Kelvinin ömründə öz katibələrindən hansınasa bəxş etdiyi, çox

güman, ən səxavətli tərif idi. Bu, o qədər qeyri-adi və gözlənilməz olur ki, qız

hətta qızarır. Onda Kulidc deyir: “Həyəcanlanmayın. Mən bunu elə belə, sizi

şənləndirmək üçün dedim. Və mən istəyərdim ki, bundan sonra siz durğu

işarələrini qoyanda daha diqqətli olasınız”.

Onun metodu, çox güman, bir qədər primitiv olsa da, psixoloji cəhətdən

möhtəşəm idi. Nöqsanlarımızı bizi tərifləyəndən sonra eşitmək bizə həmişə daha

asandır.


Bərbər üzü taraş etməzdən əvvəl sabunlayır. Mak-Kinli 1826-cı ildə

dəqiqliklə bu cür hərəkət etmişdi. Həmin vaxt o, prezidentliyə namizəd qismində

seçki kampaniyasını aparırdı. Görkəmli respublikaçılardan biri nitq yazmışdı və

hesab edirdi ki, bu, Siseronun, Patrik Henrinin və Daniel Vebsterin birlikdə yaza

biləcəklərindən azacıq da olsa yaxşı yazılıb.

O, bu kiçik, yazdığı ölməz nitqini böyük pafosla və ruh yüksəkliyi ilə Mak-

Kinliyə hündürdən oxudu.

Nitqdə yaxşı yerlər, həqiqətən də, var idi, lakin bütövlükdə yaramırdı. Mak-

Kinli müəllifin hisslərini zədələmək istəmirdi. Ona lazım idi ki, qızğın entuziazmı

öldürməsin və eyni zamanda da “yox” desin. Baxın o, bunu necə məharətlə etdi.

“Mənim dostum, bu, əla nitqdir, – dedi Mak-Kinli. – Heç kim bunu sizdən

yaxşı yaza bilməzdi. Bir çox hallarda məhz elə bu cür də demək olardı, amma

mövcud vəziyyətdə bu, yerinə düşürmü? Nitq nə qədər ağıllı görünsə də, mən

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə