Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi


partiyanın nöqteyi-nəzərindən qiymətləndirməliyəm. Xahiş edirəm, qayıdın



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə62/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   58   59   60   61   62   63   64   65   ...   208

onu partiyanın nöqteyi-nəzərindən qiymətləndirməliyəm. Xahiş edirəm, qayıdın

evinizə və mənim göstərişlərimə uyğun nitq yazın. Və nüsxəsini mənə gətirin”.

O, tapşırığı yerinə yetirdi. Mak-Kinli nitqi redaktə etdi və ikinci nitqinin son

variantını başa çatdırmaqda ona kömək elədi. O, həmin seçki kampaniyasında ən

nüfuzlu natiqlərdən biri oldu.

Budur, Avraam Linkolnun ikinci, ən çox tanınmış məktubu.

26

Linkoln onu,



çox güman, beş dəqiqəyə yazmışdı. Bununla belə, məktub 1926-cı ildə auksionda

12 000 dollara satıldı. Bu məbləğ Linkolnun yarım yüzillik ərzində ağır iş

hesabına yığa bildiyindən çox idi.

Məktub 1863-cü il aprelin 26-da, Vətəndaş müharibəsinin ən ağır mərhə-

lələrindən birində yazılmışdı. Linkolnun generalları İttifaqın ordusunu 10 ay

ərzində bir məğlubiyyətdən o birinə aparırdılar. Adamlar mənasız, boş-boşuna

qırğına gedirdilər. Xalq dəhşətə gəlmişdi. Minlərlə əsgər ordudan fərarilik

etmişdi və hətta senatın respublikaçı üzvləri də qiyam qaldırmışdı. Onlar

Linkolnu Ağ Evi tərk etməyə məcbur etmək istəyirdilər. “Biz indi məhvin

astanasındayıq, – demişdi Linkoln, – mənə belə gəlir ki, hətta Yaradan da bizim

əleyhimizədir. Mən ümid şüasını çətinliklə görürəm”. Bu məktubun yazıldığı

zülmət, dərd-bəla, dəhşət dövrü bax bu cür idi.

Mən həmin məktubu burada ona görə verirəm ki, məktub Linkolnun bir ipə-

sapa yatmayan generalı millətin taleyi ondan asılı olan anda inandırmağa necə

çalışdığını göstərir.

Bu, Avraam Linkolnun prezident olandan sonra yazdığı, bəlkə də ən kəskin

məktubudur. Bununla belə, siz görəcəksiniz ki, o, ciddi səhvlərdən danışmazdan

əvvəl general Hukeri tərifləyirdi.

Bəli, bunlar çox ağır səhvlər idi, lakin Linkoln onları belə adlandırmırdı. O

daha mühafizəkar, daha diplomatik idi. Linkoln yazmışdı: “Sizdən tam məmnun

qalmağıma imkan verməyən faktlar mövcuddur”.

Bundan sonra ədəb-ərkan və diplomatiya haqqında danışın da!

Budur, Linkolnun məktubu:

“Mən sizi Potomak ordusunun başında qoydum. Mən bunu, əlbəttə, kifayət

edəcək qədər səbəblərin əsasında etmişəm. Bununla belə, bilməlisiniz ki, sizdən

tam məmnun qalmağıma imkan verməyən faktlar mövcuddur.

İnanıram ki, siz cəsur, məharətli əsgərsiniz və aydın məsələdir ki, bunu

qiymətləndirirəm.

Buna da inanıram ki, siz siyasəti öz peşənizə qarışdırmırsınız. Və düzgün də

edirsiniz. Siz özünüzə əminsiniz – bu, qiymətli, əgər deməsək ki, zəruri

keyfiyyətdir.

Siz şöhrətpərəstsiniz ki, dərrakəli hədlərdə bu, ziyandan çox xeyir gətirir.

Lakin düşünürəm ki, siz general Berisayd orduya komandanlıq edən dövrdə

şöhrətpərəstliyinizə özünüzə üstün gəlməyə imkan verdiniz və onu bacardığınız

qədər gözdən salmısınız. Bununla siz ölkəyə və layiqli həmqardaşınız zabitə

böyük pislik etmisiniz.

Mən belə bir söhbət də, özü də bunu elə formada eşitmişəm ki, buna

inanmaq olar, guya siz orduya və hökumətə diktator tələb olunduğunu demisiniz.

Mən, əlbəttə, buna görə yox, buna baxmayaraq, sizə komandanlığı həvalə

etmişəm.


downloaded from KitabYurdu.org


Diktator yalnız o generallar olur ki, onlar uğura nail olurlar.

Mən sizdən indi nəyə nail olmaq istəyirəmsə – bu, onun naminə hətta

diktatorluğun mümkünlüyü ilə də risk edilən hərbi qələbədir.

Hökumət sizi hər bir işdə, nəyə imkanı olarsa, dəstəkləyəcək və bu, onun

istənilən komandan üçün etdiyindən və edəcəyindən nə az, nə də çoxdur. Çox

qorxuram ki, komandanın tənqid edilməsi, ona inamsızlıq yaradılması sayəsində

orduda meydana çıxan ruhi vəziyyət indi də sizin özünüzə qarşı çevrilsin. Mən

sizə bunu adlayıb keçməyə öz imkanlarım çatan qədər kömək edəcəyəm.

Nə siz, nə Napoleon, əgər o dirilsəydi, belə bir ruhun hökm sürdüyü ordu ilə

heç nəyə nail ola bilməz və elə ona görə də indi başısoyuqluqdan qorxun.

Başısoyuqluqdan qorxun, lakin enerji ilə və yuxusuz sayıqlıqla irəli gedin, bizə

qələbə gətirin”.

Siz nə Kulidcsiniz, nə də Mak-Kinli və ya Linkoln. Siz bilmək istəyirsiniz ki, bu

fəlsəfə işgüzar kontaktlarınızda sizə kömək edəcəkmi? Baxaq. Götürək “Buk

kompani” firmasından V.P.Qou ilə bağlı hadisəni. Cənab Qou sizin və mənim kimi

bir adamdır. O, mənim Filadelfiyada dediyim kursların bir qrupunun

dinləyicilərindən biri idi və bu hadisə haqqında auditoriya qarşısında

çıxışlarından birində danışmışdı.

“Buk kompani” kontrakt üzrə Filadelfiyada böyük inzibati binanı tikməyi,

avadanlıq və mebelləri quraşdırmağı öhdəsinə götürmüşdü.

Hər şey plana uyğun gedirdi. Bina, demək olar, hazır idi ki, bu vaxt fasad

üçün ornamental bürünc bəzəkləri hazırlayan subpodratçı sifarişi vaxtında

yerinə yetirə bilməyəcəyini bildirdi. Bu, kimin ağlına gələrdi! Bütün iş ləngiyir!

Böyük məbləğdə cərimələr! Sarsıdıcı ziyan perspektivi! Və bütün bunlar bir

nəfərə görə!

Şəhərlərarası telefon danışıqları heç nəyi həll etmədi. Onda cənab Qou

bürünc şirlə onun yuvasında döyüşə girmək üçün Nyu-Yorka göndərildi.

“Bilirsinizmi ki, siz Bruklində bu familiyalı yeganə adamsınız? – deyə cənab

Qou kompaniyanın prezidentinin kabinetinə daxil olanda soruşdu.

Prezident heyrətlənmişdi: “Yox, mən bunu bilmirdim”.

“Bəli, – dedi cənab Qou, – mən bu gün səhər qatardan düşəndə sizin ünvanı

öyrənmək üçün telefon kitabına baxanda gördüm ki, siz Bruklin telefon kitabında

bu familiyalı yeganə adamsınız”.

“Mən bu barədə heç nə bilmirdim, – deyə prezident maraqla telefon kitabını

gözdən keçirməyə başladı.

“Bəli, bu, qeyri-adi addır, – o, qürurla səsləndi, – mənim ailəm Hollandiyadan

gəlib və Nyu-Yorkda, demək olar, iki yüz il əvvəl məskunlaşıb”.

O, bir neçə dəqiqə ərzində öz ailəsi və əcdadları haqqında ətraflı danışdı. O,

söhbətini başa çatdıranda cənab Qou onu belə böyük müəssisəsinin olması

münasibətilə təbrik etdi və bu müəssisənin özünün indiyə qədər olduğu bir çox

belə müəssisələr qarşısında üstünlüklərini qeyd elədi.

“Bu, mənim nə vaxtsa gördüyüm bürüncdən əşyalar istehsal edən fabriklərin

arasında ən təmizlərindən biridir”, – dedi Qou.

“Mən bu işin yaradılmasına, demək olar, bütün həyatımı sərf etmişəm, – dedi

prezident, – və bununla fəxr edirəm. Siz bütün fabrikə baxmaq istəməzdinizmi?”

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə