Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə63/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   59   60   61   62   63   64   65   66   ...   208

Baxış zamanı cənab Qou istehsalatın necə təşkil olunduğunu təriflədi və

fabrikin öz rəqibləri qarşısındakı üstünlüklərini nədə gördüyü ilə bağlı

mülahizələrini söylədi. Bunların sırasında cənab Qou bəzi orijinal maşınları qeyd

etdi. Prezident cavab verdi ki, onları özü ixtira edib. O, həmin maşınların necə

işlədiklərini və hansı işi yerinə yetirdiklərini cənab Qouya izah etmək üçün xeyli

vaxt sərf elədi. O, cənab Qounun onun lençə dəvətini qəbul etməsində təkid etdi.

Bütün bunlar baş verən müddət ərzində, diqqət yetirin, cənab Qou gəlişinin əsl

məqsədi barədə bir söz belə deməmişdi.

Lençdən sonra prezident dedi: “İndi isə keçək iş məsələsinə. Mən, təbii ki,

sizin nə üçün gəldiyinizi bilirdim, lakin bizim görüşümüzün bu qədər xoş

keçəcəyini gözləmirdim. Siz Filadelfiyaya mənim bu vədimlə qayıda bilərsiniz ki,

hətta başqa sifarişləri ləngitmək lazım gəlsə belə, sizin sifarişiniz yerinə

yetiriləcək və çatdırılacaqdır”.

Cənab Qou istədiyinə heç bu haqda xahiş eləmədən nail oldu. Material

vaxtında çatdırıldı və tikinti işləri kontrakt müddəti bitən gün üçün başa

çatdırıldı.

Əgər cənab Qou “çəkic və dinamit metodundan” istifadə etmiş olsaydı, bu baş

verərdimi?

İnsana ona inciklik yetirmədən və onda hiddət doğurmadan təsir göstərmək

üçün qayda 1-i tətbiq edin:

Təriflə və insanın üstün cəhətlərini səmimi-qəlbdən etiraf etməklə başlayın.

İkinci fəsil

Necə tənqid etməli ki, bu vaxt həm də nifrət meydana çıxarmayasan

Çarlz Şvab bir dəfə günortaçağı öz poladtökmə zavodlarından birini

gəzərkən bir qrup fəhləni siqaret çəkən görür. Düz onların başları üzərində

“Siqaret çəkmək qadağandır” yazısı olan lövhə asılmışdı. Şvab elanı göstərə və

soruşa bilərdimi: “Nə? Siz oxuya bilmirsiniz?” Ah, yox, başqa kimi istəyirsinizsə

bunu edərdi, ancaq Şvab yox.

O, fəhlələrə yaxınlaşdı, hər birinə siqaret təqdim elədi və dedi: “Mən

istəyərdim ki, siz onları təmiz havada çəkəsiniz”. Fəhlələrə aydın idi ki, onların

qaydaları pozduqlarını Şvab bilir və onlar ona heyran qalmışdılar ki, o, bununla

bağlı heç bir söz demədi, xırda da olsa hədiyyə təqdim etdi və anlatdı ki, onların

maraqları ilə hesablaşır.

Bu cür adamı sevməmək olarmı? Siz bacarardınızmı?

Con Venameyker eynilə həmin fəndi tətbiq etmişdi. Venameyker Fila-

delfiyada çox iri şəxsi univermağını hər gün gəzirdi. Bir dəfə o, piştaxtanın

yanında satıcını gözləyən alıcı qadının dayandığını görür. Alıcıya heç kim cüzi də

olsa diqqət yetirmirdi. Satıcılar? Ah, onlar piştaxtanın uzaq qurtaracağında

toplaşmışdılar və gülüşür, laqqırtı vururdular. Venameyker heç bir söz demədi.

Sakitcə piştaxtanın arxasına keçdi, alıcı qadına özü qulluq etdi və alınmış malları

qablaşdırmaq üçün satıcıya ötürərək, gəzintisini sakitcə davam etdirdi.

Henri Uord Biçer 1887-ci il martın 8-də vəfat etdi və ya yaponların ifadə

etdikləri kimi, onu dünya qəbul elədi. Növbəti bazar günü sükuta qərq olmuş

kafedraya moizə oxumaq üçün Liman Ebot dəvət olunmuşdu. O çıxış etmək istəyi

ilə moizəni yazdı, təkrar düzəlişlər edib köçürdü və öz moizəsini bacardıqca

yaxşı cilaladı. Moizə yazdığı işlərin əksəriyyəti kimi miskin idi. Onun həyat

downloaded from KitabYurdu.org



yoldaşı deyə bilərdi: “Liman, bu, dəhşətlidir, bu, heç nəyə yaramır. Sən neçə

illərdir moizə ilə çıxış edirsən və bunu hamıdan yaxşı başa düşməlisən. Tanrı

naminə, niyə də sən adamların danışdığı kimi danışmayasan? Nə üçün də təbii

surətdə ifadə etməyəsən? Sən bu cəfəngiyatı oxumaqla özünü biabır edəcəksən”.

Hə, həyat yoldaşı bunu deyə bilərdi. Və siz özünüz belə deyilən yüz hal

bilirsiniz və o, bunu demiş olsaydı, nə baş verəcəyini də bilirsiniz. Özü də bilirdi.

Buna görə də o yalnız diqqətə çatdırdı ki, onun nitqi Şimali Amerikanın İcmalı

üçün əla məqalə ola bilərdi. Başqa sözlə, o, ərini təriflədi və eyni zamanda da

eyham etdi ki, nitq qismində yazdığı heç nəyə yaramır. Liman başa düşdü, cidd-

cəhdlə hazırladığı nitqini cırdı və moizə ilə heç qeydlərdən də istifadə eləmədən

çıxış etdi.

İnsanı incitmədən, onda hiddət doğurmadan ona təsir göstərmək

istəyirsinizsə, qayda 2-dən istifadə edin:

Adamların diqqətini öz səhvlərinə yönəldəndə bunu dolayısı formada edin.

Üçüncü fəsil

Əvvəl öz şəxsi səhvləriniz

barədə danışın

Mənim bacım qızı Jozefina bir neçə il əvvəl Kanzas Sitidəki doğma evini tərk

etdi və mənim katibəm qismində işləmək üçün Nyu-Yorka köçdü. Onun on

doqquz yaşı var idi, bundan üç il əvvəl o, məktəbi bitirmişdi və onun işgüzar

təcrübəsi, demək olar, sıfıra bərabər idi.

O, bu gün – Süveyş kanalından tutmuş qərbə kimi kamil katibələrdən biridir,

lakin həmin vaxt o, belə deyək, müəyyən təkmilləşdirmələrə möhtac idi.

Bir dəfə mən onu tənqid etməyə başlayanda özümə dedim: “Dayan, Deyl

Karnegi, bir dəqiqə dayan. Sən yaşda Jozefinadan iki dəfə böyüksən. Sənin

işgüzar təcrübən ondan on min dəfə çoxdur. Sən ondan şeylərə öz baxışını necə

tələb edə bilirsən axı? Nə qədər təvazökar olmasa da, bu qızcığazdan öz

mülahizələrini, öz təşəbbüslərini necə gözləyə bilərsən? Və bir dəqiqə də, Deyl,

sən on doqquz yaşında nə edirdin? Özün o vaxt necə bir eşşək idin, nə cür

səhvlərə yol verirdin? Yadına sal ki, sən filan şeyi... filanı necə edirdin?..”

Hər şeyi vicdanla və kompromissiz düşünüb-daşınandan sonra bu qənaətə

gəldim ki, Jozefina on doqquz yaşında özüm onun yaşda olandan heç də pis deyil

və mən onun xidmətlərini, bunu etiraf eləmək nə qədər kədərli olsa da, düzgün

qiymətləndirmirəm.

Bundan sonra mən Jozefinanın diqqətini onun səhvinə yönəltmək istəyəndə

bax belə başlayırdım: “Sən səhvə yol verdin, Jozefina. Lakin Tanrı bilir ki, bu səhv

mənim özümün etdiklərimdən heç də pis deyil. Sən düzgün mühakimə yürütmək

bacarığı ilə doğulmamısan, bu, təcrübə ilə gəlir. Və sən mən sən yaşda

olduğumdan daha yaxşısan. Özüm bu qədər axmaqcasına mənasız şeylər

edəndən sonra mənim səni və ya başqa bir kimsəni tənqid etmək istəyim yoxdur.

Bununla belə, düşünmürsənmi ki, bunu belə və ya elə etmək daha yaxşı olardı?”

Tənqid edən özünün günahı olduğunu səmimi etiraf edəndən sonra sənin

səhvlərinin sadalanmasını dinləmək qat-qat asandır.

1909-cu ildə bu cür hərəkət etmək zərurəti knyaz fon Byulovda meydana

çıxmışdı. Həmin vaxt o, Almaniyanın imper kansleri idi, taxt-tacda isə II Vilhelm,

təkəbbürlü Vilhelm, özündən müştəbeh Vilhelm, Vilhelm – sonuncu alman

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə