Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə65/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   61   62   63   64   65   66   67   68   ...   208

qopmasından da qaça bildilər – çünki Steyketsin özünü alçalmış hiss etməsinə

imkan vermədilər.

Alçaltmamaq – bu nə qədər də düzgündür! Bu nə qədər də həyati dərəcədə

vacibdir! Və bu haqda nə qədər danışmasalar da, bizlərdən çox azımız bu barədə

düşünüb-daşınırıq, biz başqalarının hisslərini kobudcasına tapdayırıq, səhvlər

tuta-tuta, hədələyə-hədələyə, tabeçilikdə olan adamı və ya uşağımızı yad adamın

yanında tənqid edə-edə öz istədiyimizə nail oluruq. Bu vaxt isə bircə dəqiqəlik

fikrə dalmaq, düşünüb-daşınmış söz və ya bir neçə söz, başqasının halının

səmimi-qəlbdən başa düşülməsi kəskin ağrının yumşaldılması üçün nə qədər çox

kömək edə bilərdi.

İşçini və ya evdə çalışan xadiməni işdən çıxarmaq kimi kədərli zərurətlə

üzləşməli olacağımız vaxt bunu yadda saxlayaq... “İşçiləri işdən çıxarmaq – elə də

böyük həzz deyil. İşdən çıxarılmaq isə bundan da az”. (Bu, vergi ödənişləri üzrə

diplomlu mühasib A.Qreyncer tərəfindən mənə göndərilmiş məktubdur).

“Biz əsas etibarilə mövsümi işlə məşğuluq, – yazır o. – Buna görə də may

ayında işçilərin çoxunu işdən çıxartmalı oluruq. Bizdə belə bir məsəl dəbdədir:

“Cəllad baltasını heç kim qaldırmaq istəmir”. Elə bu səbəbdən də xoşagəlməz

proseduranı bacardıqca tez həyata keçirmək vərdişi əmələ gəlmişdi və bu,

adətən, aşağıda göstərilən şəkildə baş verirdi:

“Əyləşin, cənab Smit. Mövsüm başa çatdı və biz sizə başqa nə iş verə

biləcəyimizi görmürük. Siz, əlbəttə, yalnız mövsümi işə qəbul edilmişdiniz və sair

və ilaxir”.

Nəticədə adamlar pərt olur və özlərini alçaldılmış kimi hiss edirlər.

Onların əksəriyyəti bütün ömürləri boyu hesabat işləriylə məşğul olmuşdu

və həmin adamlarda onlardan bu qədər saymazyanalıqla yaxa qurtaran firmaya

münasibətdə elə də böyük sevgi hissi qalmırdı.

Bu yaxınlarda mən öz işçilərimi daha ədəb-ərkanla işdən çıxarmağı qərara

aldım. Belə ki, hər bir işçini yanıma yalnız onun qış ərzində necə işlədiyi ilə bağlı

şəxsi işini diqqətlə öyrənəndən sonra dəvət edirdim. Hər birinə nə isə belə bir

şey deyirdim: “Cənab Smit, siz əla işləmisiniz. Biz sizi Nyu-Arka göndərəndə

qarşınıza kifayət qədər çətin iş qoyulmuşdu. Siz zirvədə idiniz, “dalğalanan

bayraqlarla” qayıtmışdınız və biz istəyirik biləsiniz ki, firma sizinlə fəxr edir. Siz

öz işinizi bilirsiniz. Siz harada işləyəcəyinizdən asılı olmayaraq, çox şeyə nail

olacaqsınız. Bizim firma sizə inanır və istəyir ki, siz onu unutmayasınız”.

Effekt? Adamlar gedirlər, lakin işdən çıxarılmaları ilə bağlı üzüntünü xeyli

asan keçirirlər. Onlar özlərini alçaldılmış hesab etmirlər. Onlar bilirlər ki, əgər

bizdə iş olsaydı, onda biz onunla ayrılmazdıq. Və həmin adamlar bizə yenə də

gərək olanda onlar daha möhkəm şəxsi bağlılıq hissi ilə gəlirlər.

Mərhum Duart M.Rou düşmənçilik edən, bir-birinin xirtdəyindən yapışmağa

hazır olanları barışdırmaqla bağlı qeyri-adi bacarığın yiyəsi idi. O, hər bir tərəfdə

nəyin düzgün, nəyin ədalətli olduğunu diqqətlə öyrənir, hamının qarşısında bunu

açıb ortaya qoyurdu – və iş nə yerdə olsa da, o, tərəflərdən heç birini günahkar

olan vəziyyətə qoymurdu. Hər bir hakimə məlum olan həqiqət – bu, adama öz

simasını xilas etmək imkanı verməkdir.

downloaded from KitabYurdu.org



Öz yerlərində və xalqı arasında, həqiqətən də, böyük olan adamlar

– onlar həddən artıq böyükdürlər ki, özlərinin şəxsi triumflarından həzz almağa

vaxt itirmiş olsunlar.

1912-ci ildə türklər yüz il ərzindəki antaqonizmdən sonra yunanları

türklərin ərazisindən həmişəlik qovmaq qərarına gəldilər.

Mustafa Kamal öz əsgərləri qarşısında Napoleon stilində hissiyyatlı nitqlə

çıxış edərək bildirdi: “Bizim məqsədimiz – Aralıq dənizidir!” və müasir tarixdə ən

qəddar müharibələrdən biri başlandı. Türklər qələbə çaldılar və iki yunan

generalı: Trikupis və Dionis kapitulyasiya aktını imzalamaq üçün Kamalın

mənzil-qərargahına gələndə Türkiyə xalqı məğlub edilmiş düşmənin başına

göylərin lənətini yağdırırdı. Lakin Kamalın davranışında onun zəfər çaldığının

heç bir əlaməti gözə dəymirdi.

“Əyləşin, cənablar, – deyə o, onların əllərini sıxa-sıxa bildirdi. – Siz, yəqin ki,

yorğunsunuz”. Ardınca hərbi kampaniyanın işlərini kədərli-kədərli müzakirə

etdikdən sonra o, onların məğlubiyyətlərinin qüssəsini bəzəmək üçün əsgər

əsgərə olduğu kimi dedi: “Müharibə – bu daha yaxşının bəzən daha pis vəziyyətə

düşdüyü bir oyundur”.

Hətta qələbədən həzz aldığı məqamda da Kamal mühüm qaydanı

unutmamışdı. Qayda 5:

Adama öz simasını xilas etməyə imkan verin.

Altıncı fəsil

İnsanları uğura necə sövq etməli

Mən Piter Barlou ilə tanış idim. Pit itlər və atlarla sirk nömrələri ifa edirdi,

ömrünü sirklərlə və vodevil qrupları ilə səyahətlərdə keçirirdi. Pitin öz itlərini

tamaşalar üçün necə hazırladığına baxmaq mənim xoşuma gəlirdi. Bir dəfə mən

gördüm ki, it nəyisə etməyə müvəffəq olan kimi Pit nəvazişlə onu sığallayır,

tərifləyir və bir tikə ət verərək bütün görkəmi ilə ondan razı olduğunu göstərir.

Bunda yeni heç nə yoxdur. Əhliləşdiricilər bu fənddən yüz ildən çoxdur istifadə

edirlər. Bilmək istəyərdim ki, nəyə görə adamlara təsir göstərməyə çalışanda biz

itlərə təsir göstərmək istəyəndə istifadə etdiyimiz həmin sağlam təfəkkürü işə

salmırıq? Söymək əvəzinə, nə üçün tərifləmirik? Gəlin cüzi nailiyyətə görə də

tərifləyək. Bu, inkişafın davam etdirilməsini şirnikləndirir.

Psixoloq Cessi Leyr özünün “Mən göydəki ulduzları qapmıram, balaca, lakin

məndə nə varsa, mən onların hamısıyam” kitabında qısa şərh verir: “Tərifin

insanın ruhuna təsirini günəş işığının bitkiyə təsiri ilə müqayisə etmək olar ki,

bunsuz bitki çiçəklənə və inkişaf edə bilməz. Eləcə də adamlar. Lakin bizim

əksəriyyətimiz tənqidin soyuq küləyini başqalarının üstünə ağlasığmaz hazırlıqla

göndərdiyimiz halda, tərifin günəş istisini insanlara çox həvəssiz bəxş edirik”.

Həbsxananın rəisi Lyuis İ.Los belə başa düşür ki, işin qatı cinayətkarlarla

bağlı olanda belə ən adi nailiyyətə görə edilən tərif hətta Sinq-Sinqdə də öz

bəhrəsini verir. “Mən belə görürəm ki, – deyə Los mən bu fəslin üzərində

işlədiyim vaxt ondan aldığım məktubda yazırdı, – məhbusların yenidən tərbiyə

olunması işində müsbət nəticələrə nail olmaq üçün onların göstərdikləri səyləri

kifayət edəcək qədər qiymətləndirmək onları kəskin tənqid etməkdən və

törətdikləri qayda pozuntularına görə onları mühakimə etməkdən qat-qat

faydalıdır”.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə