Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə66/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   62   63   64   65   66   67   68   69   ...   208

Mən Sinq-Sinqdə heç vaxt məhkumluqda olmamışam – hər halda, indiyə

qədər, lakin geri boylanıb öz şəxsi həyatıma baxanda belə hallar tapıram ki,

həmin vaxt bir neçə tərifli söz mənim bütün gələcəyimi dəyişərdi. Eyni şeyi siz

özünüz haqqında məgər deyə bilməzsiniz? Tarix tərifin sehrli təsirinin

nümunələri ilə zəngindir.

Məsələn, yarım yüzillik bundan əvvəl Neapolda fabrikdə onyaşlı uşaq

işləyirdi. O, müğənni olmağı həsrətlə arzulayırdı, lakin birinci müəllimi onun əl-

qolunu yanına saldı: “Sən oxuya bilmirsən. Sənin səsin qətiyyən yoxdur. Sən elə

bil jalüzlərdən keçən külək kimi ulayırsan”.

Uşağın anası, yoxsul kəndli qadın onu qucaqladı və dedi ki, o oxuya bilir, dedi

ki, o, getdikcə daha yaxşı oxuyur. Ana ayaqyalın gəzirdi ki, onun musiqi

dərslərinin haqqını ödəmək üçün pul yığa bilsin. Anasının tərifi və göstərdiyi

dəstək oğlanın həyatını dəyişdi. Ola bilsin ki, siz onun haqqında eşitmisiniz. Onun

adı Enriko Karuzodur və o, öz dövrünün ən böyük, ən məşhur opera müğənnisi

oldu.

Çox illər bundan qabaq Londonda bir cavan oğlan arzulayırdı ki, yazıçı olsun.



Lakin belə görünürdü ki, hər şey onun əleyhinədir. O, məktəbə dörd ildən çox

gedə bilmədi. Onun atasını borcları qaytara bilmədiyinə görə həbsxanaya saldılar

və oğlan aclığın nə demək olduğunu çox tez bildi. Nəhayət, onu siçovullarla

qaynaşan zirzəmidə çəkmə mazı bankalarına yarlıq yapışdırmaq işinə

götürdülər. O, özü kimi iki evsiz-eşiksiz oğlanla birlikdə çardaqda gecələyirdi.

Özündəki yazmaq qabiliyyətinə onun inamı çox böyük idi, lakin o, bir-birinin

ardınca imtina alırdı. Nəhayət, onun hekayələrindən birinin qəbul edildiyi

möhtəşəm gün gəlib çatdı. Doğrudur, buna görə o, bir şillinq də olsa almadı, lakin

redaktor onu təriflədi. Oğlan o qədər həyəcanlanmışdı ki, məqsədsiz surətdə

küçələrdə veyllənir və yanaqlarında göz yaşları diyirlənirdi.

Tərif, öz ifadəsini hekayələrindən birinin dərc olunmasında tapan, ona

verilən qiymət – bu, oğlanın bütün həyatını dəyişdi. Redaktorla həmin görüşü

olmasaydı, o, ola bilsin ki, bütün ömrünü siçovulların qaynaşdığı fabrikdə

işləməli olacaqdı. Bəlkə siz həmin oğlan haqqında eşitmisiniz? Onun adı Çarlz

Dikkens idi.

Yarım yüzillik bundan qabaq başqa bir londonlu gənc manufaktura köşkündə

klerk işləyirdi. O, səhər saat beşdə yuxudan durmalı, otağı süpürməli və katorqalı

kimi gündə on dörd saat işləməli idi. Bu, ağır iş idi və bu işə o nifrət edirdi. İki

ildən sonra onun bu işə tab gətirməyə artıq halı yox idi və bir gün səhər yeməyini

gözləmədən on beş mil məsafə qət edir ki, bir varlı evində təsərrüfatı idarə edən

anası ilə söhbət etsin.

O sakitləşmirdi, anasına yalvarırdı, ağlayırdı, and içirdi ki, əgər həmin köşkdə

bundan sonra da qalsa, özünü öldürəcək. Sonra o, öz qoca müəlliminə uzun

patetik məktub yazaraq bildirdi ki, dərd onu artıq sındırıb, daha yaşamaq

istəmir. Qoca müəllim onu bir qədər təriflədi və inandırdı ki, o çox ağıllı,

istedadlı, gözəlliyi incəliklə başa düşməyi bacaran gəncdir və ona müəllim yerini

təklif etdi.

Bu tərif gəncin bütün gələcəyini dəyişdi və ingilis ədəbiyyatının tarixində

böyük iz qoydu. Həmin gənc o vaxtdan 77 kitab dərc etdirdi və qələmi ilə

downloaded from KitabYurdu.org




milyonlarla dollar qazandı. Siz onun haqqında, çox güman ki, eşitmisiniz. Onun

adı Herbert D.Uellsdir.

İndi görün görkəmli psixoloq və filosof Uilyam Ceyms nə demişdir:

“Biz bizim necə olmalı olduğumuzla müqayisədə vur-tut yarıyadək

oyanmışıq. Biz özümüzün fiziki və əqli resurslarımızın yalnız cüzi hissəsindən

istifadə edirik. Başqa sözlə, insan individuumu indiyə qədər də özünün minimal

imkanları hüdudundan çıxmadan yaşayır. O çox müxtəlif, adətən, necə istifadə

edəcəyini bilmədiyi qabiliyyətlərə malikdir”.

Bəli, siz, bu sətirləri oxuyanlar, bir çox qabiliyyətlərə maliksiniz ki, bunları

istifadə etmək sizə, adətən, müyəssər olmur və bu, çox güman, tam həcmdə

istifadə etmədiyiniz qabiliyyətlərdən biri – tərif və qiymət verməklə adamları öz

gizli imkanlarını işə salmağa sövq etmək kimi magik imkanınızdır.

Beləliklə, əgər siz insanı incitmədən, onda hiddət doğurmadan ona təsir

göstərmək istəyirsinizsə, 6-cı qaydadan istifadə edin:

Adamı hər bir, hətta ən adi uğuruna görə də tərifləyin və bu vaxt “öz

etirafınızda səmimi, təriflərinizdə səxavətli olun”.

Yeddinci fəsil

İtə yaxşı ad verin

Mənim dostum, Nyu-Yorkda Bryuster-roud Skardeyn 175-ci evdə yaşayan

xanım Ernst Censt muzdla xidmətçi qız tutmuşdu və ondan gələn həftə bazar

ertəsindən işə başlamağı xahiş etmişdi. Bu arada isə xanım Censt həmin qızın

əvvəllər evində işlədiyi qadına zəng etmişdi. Məlumatlar heç də ürəkaçan deyildi.

Qız işə başlamaq üçün gələndə xanım Censt dedi: “Nelli, mən bu günlərdə

əvvəllər sizin evində işlədiyiniz qadına zəng etmişdim. O dedi ki, siz düzgün

qızsınız, sizə etibar etmək olar, yaxşı biş-düş edirsiniz, uşaqlara yaxşı baxırsınız.

O həm də dedi ki, siz təmizkar deyilsiniz və evi heç vaxt təmiz saxlamırdınız.

Lakin düşünürəm ki, bu, doğru deyil. Siz çox səliqəli geyinirsiniz, bunu hər kəs

görür. Mən mərc çəkməyə hazıram ki, paltarınız necə təmizdirsə, siz evi də o cür

təmiz saxlayacaqsınız. Düşünürəm ki, biz sizinlə yola gedəcəyik”.

Və onlar, həqiqətən də, gözəl yola gedirdilər. Nellinin yeni reputasiyası var

idi və o, bunu doğrultmalı idi. O, məmnuniyyətlə gündə bir saat artıq evin səliqə-

sahmanına diqqət yetirirdi ki, təki xanım Censt onun haqqında ideal işçi

təsəvvürünü dəyişməsin.

“Orta səviyyəli insanı, – Boduin Lokomotiv Uorks firmasının prezidenti Sam-

yuel Vekson demişdir, – öz ardınca aparmaq asandır, əgər siz onun rəğbətini

qazana və hansısa məziyyətinə görə ona hörmət elədiyinizi hiss etdirə

bilmisinizsə”.

Qısaca deyilərsə, əgər siz adamın hansısa keyfiyyətinin üzə çıxmasını

istəyirsinizsə, özünüzü elə aparın ki, elə bil həmin keyfiyyət artıq səciyyələndirici

xüsusiyyətdir. Şekspir deyib: “Özünüz üçün bir xoş məram fikirləşib tapın, əgər

bu sizdə yoxdursa”.

Və başqa şəxsdə inkişaf etdirmək istədiyiniz xoşməramlı xüsusiyyətin onda

olduğunu hamı qarşısında bildirmək çox faydalıdır. Onun yaxşı reputasiyasını

yaradın və o, sizi məyus etməmək üçün ağlasığmaz səylər göstərəcək.

Xanım Jorjet Leblan özünün “Xatirələr. Mənim Çeterdinklə həyatım”

kitabında belçikalı sadə Zoluşkanın heyrətamiz transformasiyasını qələmə alır. O

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə