Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə67/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   63   64   65   66   67   68   69   70   ...   208

yazır: “Mənə yeməyi qonşu hoteldən qulluqçu qız gətirirdi. Onun adı Qabyuyan

Mariya idi, çünki o, öz karyerasını qabyuyan köməkçisi işləyərək başlamışdı. O,

demək olar ki, xortdan idi: çəpgöz, əyriayaq, həm fiziki, həm də intellektual

cəhətdən miskin.

Bir dəfə o, mənə əlində tutduğu qırmızı nimçədə makaron gətirəndə ona

birbaşa dedim: “Mariya, sizdə necə bir xəzinənin gizləndiyini siz özünüz üçün heç

təsəvvür etmisinizmi?”.

Öz emosiyalarını saxlamağa vərdiş etmiş Mariya bəla baş verəcəyi

qorxusundan bir anlığa da olsa hərəkətsiz dayanıb qaldı. Sonra o, nimçəni stolun

üstünə qoydu, köksünü ötürdü və ağıllı cavab verdi: “Mən buna heç vaxt

inanmazdım, xanım”.

O, tərəddüd ifadə etmədi və heç bir sual vermədi. O, sadəcə olaraq, mətbəxə

qayıtdı və ona deyiləni orada təkrar etdi – özündəki inamın qüvvəsi sayəsində və

inamın qüvvəsi elədir ki, heç kim onu ələ salmağa cürət eləmədi. Həmin gündən

etibarən ona hətta müəyyən hörmətlə yanaşmağa başladılar.

Lakin daha heyrətamiz dəyişiklik sadə Mariyanın özündə baş verdi.

Günəş işığı görməyən xəzinənin özündə cəm olduğuna inanan qız öz bədəni

və sifətinə elə cidd-cəhdlə qulluq etməyə başladı ki, onun aclıq çəkmiş gəncliyi

sanki çiçəkləndi və onun çirkinliyini örtüb gizlətdi.

İki aydan sonra mən oradan gedəndə qız mənə bildirdi ki, hotelin yiyəsinin

bacısı oğluna ərə gedir. “Mən xanım olacağam”, – dedi o və mənə təşəkkür elədi.

Qısa bir cümlə onun bütün həyatını dəyişdi”.

Jorjet Leblan Mariya-qabyuyanı yaratdı, onun reputasiyasını dəyişdi və

həmin reputasiya onu çevirib başqa adam etdi.

Henri İ.Risner eynilə həmin fəndi Fransadakı amerikalı əsgərlərin dav-

ranışına təsir göstərmək üçün tətbiq etdi. Populyar amerikalı generallardan biri

olan Ceyms H.Harborq Risnerə dedi ki, Fransadakı iki milyon amerikalı əsgər,

onun fikrinə görə, nə vaxtsa iş görməli olduğu və ya haqqında oxuduğu ən

vicdanlı, nəcib adamlardır.

Sarsaq tərifdir? Ola bilər. Lakin Risnerin bundan necə istifadə etdiyinə baxın.

“Generalın dediyini, – Risner yazır, – onun haqlı olub-olmadığı sualını özümə

bircə an belə verməyərək əsgərlərə təkrar etmək üçün mən cüzi imkanı da əldən

buraxmırdım. Lakin mən bilirdim ki, əgər o hətta haqlı deyilsə də, onun rəyi

əsgərləri onlar haqqında necə fikirləşirlərsə, o cür olmağa ruhlandıracaqdır”.

Köhnə məsəl mövcuddur: “İtə pis ad verin və sakitcə onu asa bilərsiniz, lakin

itə yaxşı ad qoyun və siz nə baş verəcəyini görəcəksiniz”.

Demək olar, hər kəs: varlı, yoxsul, dilənçi, oğru yaxşı reputasiyasını

doğrultmağa çalışır, əgər o, buna malikdirsə.

“Əgər siz fırıldaqçı ilə üzləşmisinizsə, – deyirdi Sinq-Sinq həbsxanasının rəisi

Los (həbsxana rəisi isə nə dediyini, yəqin ki, bilir), – onu üstələməyin yeganə

yolu – ona centlmen kimi münasibət göstərməkdir. Onun centlmen olduğunu öz-

özlüyündə mövcud olan məsələ hesab edin. O, bu cür münasibətdən o qədər

xoşhal olacaq, ona etibar edildiyinə görə elə fəxr edəcək ki?..”

Beləliklə, əgər siz insanı incitmədən, onda hiddət doğurmadan ona təsir

göstərmək istəyirsinizsə, 7-ci qaydanı unutmayın:

Adam haqda yaxşı rəy söyləyin ki, o, buna uyğun surətdə yaşasın.

downloaded from KitabYurdu.org



Səkkizinci fəsil

Belə edin ki, çatışmazlıq asan düzələ bilən bir iş kimi görünsün

Bir müddət əvvəl qırxyaşlı subay dostum nişanlanmışdı və nişanlısı onu

inandıra bilmişdi ki, gec də olsa, bir neçə rəqs dərsi alsın. “Tanrı bilir ki, – deyə o,

bu əhvalatı mənə danışanda etiraf etmişdi, – mən rəqs dərslərinə nə qədər

möhtac idim, çünki mən iyirmi il əvvəl necə rəqs edirdimsə, indi də o cürdür.

Birinci müəllimim mənə bəlkə də həqiqəti demişdi – demişdi ki, “etdiyim nə

varsa, heç nəyə yaramır”. Onun sözləri məni tamamilə ruhdan saldı. Davam

etmək üçün mənim stimulum yox idi və mən rəqs dərslərini atdım.

İkinci müəllimim, çox güman ki, düzünü deməmişdi, ancaq bu, mənim çox

xoşuma gəldi. O dedi ki, mən bir qədər köhnə dəblə rəqs edirəm, ancaq

hərəkətlər əsas etibarilə düzgündür. Və o əmin etdi ki, bir neçə yeni “pa”

mənimsəmək mənim üçün çətin olmayacaqdır. Birinci müəllimim səhvlərimi üzə

vurmaqla mənim əl-qolumu yanıma salmışdı. İkincisi isə bunun düz əksini elədi.

O, düzgün etdiyim hər şeyə görə məni tərifləyir və mənim həm bacarıqsızlığımın,

həm də səhvlərimin xətasını azaltmağa çalışırdı. “Sizdə təbii ritm hissi var, – deyə

o, məni inandırırdı, – siz anadangəlmə rəqqassınız”. Doğrudur, mənim sağlam

təfəkkürüm mənə deyirdi ki, mən həmişə üçüncü dərəcəli rəqqas olmuşam və elə

bu cür də qalacağam. Lakin qəlbimin dərinliklərində gizlədilmiş və xatırlanması

bu gün də mənə xoşdur ki, o bəlkə, həqiqətən də, belə hesab edirdi. O, bunu,

əlbəttə, ona görə deyirdi ki, mən dərslərə görə ona pul ödəyirdim, lakin bunu

qeyd etmək nəyə gərəkdir?

Hər halda, bilirəm ki, indi mən – əgər o, məndə anadangəlmə ritm hissinin

olduğunu deməmiş olsaydı, rəqs edəcəyimlə müqayisədə – daha yaxşı rəqs

edirəm. Bu, məni ilhamlandırdı. Bu, məni özümü kamilləşdirməyə məcbur etdi”.

Uşağa, yaxud tabeçiliyinizdəki adama deyin ki, o – kütbeyindir, əlindən heç

nə gəlmir, onun bu cür məsələlərin öhdəsindən gəlmək üçün heç bir istedadı

yoxdur, hər nə edirsə, hər şey səhvdir və siz onu stimuldan məhrum edəcəksiniz.

Lakin əksinə hərəkət edin: təriflərə heyifsilənməyin, işi elə təsvir edin ki, bu,

asan yerinə yetirilə biləcək iş kimi görünsün, adama hiss etdirin ki, siz onun bu

məsələnin öhdəsindən gəlmək üçün qabiliyyətlərinə tam əminsiniz, onun bu cür

məsələlərin həll olunmasına xüsusi, sadəcə, inkişaf etdirilməmiş istedadı var və

həmin adam müvəffəqiyyət qazanmaq üçün gecələri də məşğul olacaqdır.

Louel Tomas məhz bu metoddan istifadə edir və mənə inanın ki, o, insan

münasibətləri sahəsində möhtəşəm ustadır. O, sizi daha qüvvətli edir. O, sizə

mərdlik və inam aşılayır. Məsələn, bu yaxınlarda mən cənab və xanım Tomasla

dərs keçirdim.

Şənbə günü axşam məni şölələnən kaminin qarşısında keçiriləcək dostcasına

bric partiyasında iştiraka dəvət etdilər. Bric? Mən? Ah, yox! Yox! Bircə mən yox!

Mən bricdə heç nə anlamıram. Bu oyun mənim üçün həmişə böyük sirr olub. Bu,

qeyri-mümkündür!

“Axı niyə, Deyl? Bu heç də o qədər çətin şey deyil, – dedi mənə Louel, – bric

üçün yaddaş və bir az dərrakədən başqa, heç nə lazım deyil. Siz bir dəfə yaddaş

haqqında məqalə yazmışdınız. Sizin üçün bric uduzulmaz oyundur. Bu məhz elə

sizin xəttiniz üzrədir”.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə