Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə68/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   64   65   66   67   68   69   70   71   ...   208

Və heç iki saniyə də keçməmiş, mən nə etdiyimi özüm üçün ayırd edənə

qədər həyatımda ilk dəfə kart stolu arxasında əyləşdim. Hər şey ona görə belə

oldu ki, mənim buna anadangəlmə qabiliyyətim olduğunu dedilər və bunun elə

də çətin oyun olmadığına inandırdılar.

Bric haqqında danışarkən Ela Kalbertsonu xatırladım. Bu, harada bric

oynayırlarsa, orada məşhur olan addır. Onun bric haqqında kitabları dünyanın

bir çox dillərinə tərcümə olunub və milyonlarla nüsxədə satılıb. Lakin o deyirdi

ki, əgər cavan bir qadın onu bricdə iy qabiliyyətinə malik olduğuna inandırmış

olmasaydı, o, heç vaxt bu oyunda peşəkar ola bilməzdi.

O, 1922-ci ildə Amerikaya gələndə fəlsəfə və sosioloq müəllimi yeri almağa

çalışdı, lakin müvəffəqiyyətsizliklə üzləşdi.

Onda o, kömür alverinə girişməyə cəhd etdi, yenə də uğursuzluqla rastlaşdı.

O, qəhvə satmağı sınadı, ancaq bundan da heç nə çıxmadı.

Həmin günlərdə bric oyununu öyrətmək işinə girişmək onun heç ağlına da

gəlmirdi. O, bu oyunu nəinki yaxşı oynamırdı, həm də bezikdirici partnyor idi.

Çünki lap çox sual verir və oyun qurtarandan sonra onu o qədər müzakirə edirdi

ki, heç kəs onunla oynamaq istəmirdi. Lakin bir dəfə o çox gözəgəlimli bir qızla –

bric oyunu üzrə müəllimə Cozefina Dillonla rastlaşdı. Onu sevdi və onunla

evləndi.

Qız onun öz kartlarını nə qədər ciddi və ətraflı analiz etdiyini gördü və onu

inandırdı ki, onda kart oyununun dahisi yatır. Kalbertson mənə danışırdı ki, onu

brici öz peşəsi kimi seçməyə məhz bu tərif və yalnız həmin tərif məcbur etdi.

Beləliklə, əgər siz insanı incitmədən, onda hiddət doğurmadan ona təsir

göstərmək istəyirsinizsə, 8-ci qaydanı yadınızda saxlayın:

Ruhlandırmaqdan daha geniş istifadə edin. Belə edin ki, çatışmazlıq asan

düzələcək, həmin adamı aludə etmək istədiyiniz iş isə asan yerinə yetiriləcək bir

məsələ kimi görünsün.

Doqquzuncu fəsil

Çalışın ki, adamlar sizin istədiyinizi məmnuniyyətlə yerinə yetirsinlər

1915-ci ilin sonlarında Amerika dəhşət və çaşqınlıq halını yaşayırdı.

Avropa xalqları bir ildən çox idi ki, bir-birini bəşəriyyət tarixində indiyə

qədər görünməmiş halda qırırdılar. Sülhə nail olmaq mümkün idimi? Heç kim

bilmirdi. Lakin prezident Vudro Vilson buna cəhd etməyi qərara aldı.

O, müharibənin Avropadakı yiyələri ilə danışıqlar aparmaq üçün şəxsi

nümayəndəsini, sülh emissarını ora göndərməyi qət etdi.

Dövlət katibi, sülh tərəfdarı Uilyam Ceninqs Brayan bu cür elçi olmaq üçün

alışıb-yanırdı. O, burada böyük işi həyata keçirmək və öz adını əbədiləşdirmək

üçün fürsət gəzirdi. Lakin Vilson başqa adamı təyin etdi – öz şəxsi dostu

polkovnik Hauzu. Və Hauzun qismətinə ağır məsələ düşdü – bunu Brayana

çatdırmaq, özü də bu vaxt onun özünü alçaldılmış hiss etməsinə imkan

verməmək.

“Sülh emissarı qismində Avropaya mənim göndərildiyimi biləndə Brayan

aşkar dilxor olmuşdu, – deyə polkovnik Hauz öz gündəliyində yazırdı, – o özü

getməyə ümid edirdi...

downloaded from KitabYurdu.org



Mən cavab verdim ki, prezident rəsmi nümayəndə göndərməyin ağıllı

olmadığını hesab edir, çünki əgər o, Brayan getmiş olarsa, onda bu, həddən çox

diqqət cəlb etmiş olar və adamlar onun nə üçün gəldiyi sualını verəcəklər”.

İşin nə yerdə olduğunu başa düşürsünüzmü? Hauz mahiyyət etibarilə dedi ki,

Brayan bu cür tapşırıq üçün həddən artıq əhəmiyyətli simadır və Brayan

məmnun qaldı.

Məharətli diplomat, insan münasibətlərində böyük təcrübəyə malik olan

polkovnik bir çox mühüm qaydaya riayət edirdi: “Həmişə çalışın ki, adamlara

sizin istədiyinizi yerinə yetirmək xoş olsun”.

Uilyams Cibbs Mak-Edunu öz kabinetinin üzvü olmağa dəvət edəndə Vudro

Vilson eyni taktikanı rəhbər tuturdu. Bu, onun kiməsə göstərə biləcəyi ən böyük

şərəf idi. Bununla belə, Vilson dəvətini elə düzüb-qoşdu ki, Mak-Edu özünü ikiqat

əhəmiyyətli sima kimi hiss elədi. Budur, hadisənin necə baş verdiyini Mak-

Edunun öz sözləri ilə veririk:

“O (Vilson) dedi ki, indi öz kabinetini formalaşdırır və mən Dövlət xəzinədarı

postunu tutmağa razılıq vermiş olsaydım, çox şad olardı. Onun məsələləri çox

gözəl ifadə etmək manerası var idi. O, belə təəssürat yaradırdı ki, onun təklifini

qəbul etməklə mən ona şərəf göstərmiş oluram”.

Əfsus, Vilson həmişə bu cür diplomat olmurdu. Əks-təqdirdə, tarixin gərdişi

tamam başqa ola bilərdi. Məsələn, ABŞ-ın Millətlər Liqasına daxil olması

haqqında məsələ həll olunarkən o, Senata və Respublikaçılar Partiyasına lazımi

loyallıq göstərmədi. Vilson Fay Rutu, yaxud Hyucu, yaxud Henri Kabbot Locu,

yaxud da başqa bir iri respublikaçını özü ilə aparmaqdan imtina etdi. Bunun

əvəzinə o, özü ilə öz partiyasından olan heç kəsin tanımadığı adamları apardı.

O, respublikaçıları özündən uzaqlaşdırdı. Millətlər Liqası ideyasının onun

özünə olduğu kimi, eyni dərəcədə də onlara məxsus olduğunu hesab etmək

hüququnu əllərindən almaqla və Versalda stol arxasında onlara yer verməməklə

uzaqlaşdırdı. Belə kobud stilin nəticəsi bu oldu ki, Vilsonun karyerası qəzaya

uğradı, onun sağlamlığı laxladı, ömrü isə qısaldı.

Amerika Millətlər Liqasından kənarda qaldı. Dünya tarixinin gedişi dəyişdi.

Məşhur “Dabldey Peyc” nəşriyyatı bu qaydaya həmişə riayət edib:

“Belə edin ki, sizin adamlara məsləhət gördüklərinizi yerinə yetirmək onlara

xoş olsun”.

Bu mənada firma çox böyük kamilliyə nail olmuşdur.

O’Henri bildirmişdi ki, “Dabldey Peyc” hətta onun bu və ya digər əsərini çap

etdirməkdən imtina edərkən belə ona öz hörmətini göstərə bilirdi və bunu o

qədər incəliklə, elə yüksək qiymət verməklə edirdi ki, onun hekayəsini qəbul

edən başqa naşirlə müqayisədə “Dabldey Peyc”in imtinası ona daha xoş idi.

Mən elə bir adam tanıyıram ki, o, dostlarının və minnətdar olduğu şəxslərin

ona müraciət edərək nitqlə çıxış etmək dəvətindən imtina eləmək

məcburiyyətində qalırdı. Amma bunu elə məharətlə edirdi ki, dəvət edənlər, ən

azı, onun imtinası ilə razılaşırdılar. O, buna necə nail olurdu? O, bunu yalnız

özünün bərk məşğul olduğunu və ya filanın həddən artıq belə, behmanın həddən

artıq elə... olduğunu bildirməklə etmirdi. Xeyr, dəvətə görə təşəkkürünü və

dəvəti qəbul edə bilməyəcəyi ilə əlaqədar təəssüfünü bildirərək, öz əvəzinə kimi

dəvət edə biləcəklərini göstərirdi.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə