Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə72/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   68   69   70   71   72   73   74   75   ...   208

VI Hissə

AİLƏ HƏYATINIZI XOŞBƏXT ETMƏK ÜÇÜN YEDDİ QAYDA

Birinci fəsil

Ailə həyatınızın məzarını mümkün üsullardan hansı ilə ən tez qazımaq olar

Napoleon Bonapartın qardaşı oğlu Fransa imperatoru III Napoleon yetmiş

beş il bundan əvvəl Mariya-Yevgeniya-Avqustina-İqnasiya de Montihoya,

qrafinya Tobskaya, dünyanın ən gözəl qadınına vurulmuşdu və onunla evləndi.

Onun müşavirləri qeyd edirdilər ki, o, cəmi-cümlətanı sadə bir ispan qrafının

qızıdır. Lakin Napoleon cavab vermişdi: “Hə, bəs bundan nə çıxır?” Onun qədd-

qaməti, onun gəncliyi, onun məlahəti, onun gözəlliyi Napoleonu ilahi

bəxtəvərliklə aşırıb-daşırırdı. Nikahın müqəddəs ocağı indiyə qədər hələ heç vaxt

bundan gur alovlanmamışdı.

Lakin əfsuslar olsun ki, müqəddəs ocaq tezliklə titrədi, istilik azaldı və külə

çevrildi. Napoleon Yevgeniyanı imperatriçə edə bilərdi, lakin gözəl Fransada

bütün hər nə vardısa, heç nə: nə onun sevgisinin gücü, nə onun taxt-tacının

qüdrəti Yevgeniyanın ona etdiyi sonsuz hücumlardan saxlaya bilməzdi.

Qısqanclıqdan didilən, şübhələr içində boğulan gəlin onun əmrlərini lağa

qoyur, onunla bir yastığa baş qoymağın heç olmasa görüntüsünü də rədd edirdi.

O, Napoleon dövlət işləri ilə məşğul olan vaxt onun kabinetinə soxulurdu. O,

imperatorun vacib iclaslarını pozurdu. O, ərinin başqa qadınlarla görüşəcəyindən

ehtiyat etdiyindən onu tək buraxmırdı.

O, tez-tez öz bacısının yanına qaçıb gəlir, öz ərindən şikayət edir, ağlayır,

ondan giley-güzar edir, ona hədə-qorxu gəlirdi. Onun kabinetinə soxularaq ərini

söyür və yuyub-sərirdi. Napoleon – bir düjün dəbdəbəli sarayın sahibi, Fransanın

imperatoru özü ilə təklikdə qalmağa bir künc tapa bilmirdi.

Və Yevgeniya bütün bunlarla nəyə nail oldu?

Budur cavab. Mən İ.E.Reynqardın “Napoleon və Yevgeniya. İmperiyanın

tragikomediyası” adlı çox maraqlı kitabından sitat gətirirəm.

“Və budur, tez-tez olurdu ki, Napoleon gözlərinə qədər endirilmiş yumşaq

şlyapada saraydan oğrun-oğrun, böyürdəki balaca qapıdan özünün yaxın

adamlarından birinin müşayiəti ilə çıxır və hansısa bir gözəl, həqiqətən də, onu

gözləyən xanımın yanına yollanır, ya da imperatorların yalnız nağıllarda

rastlaşdıqları yerlərin yanından keçə-keçə küçələrdə veyllənir və həyata

keçməyən arzuların havası ilə nəfəs alırdı”.

Yevgeniyanın hücumları bax buna gətirdi. Doğrudur, o, Fransanın taxt-

tacında əyləşmişdi. Doğrudur, o, dünyanın ən gözəl qadını idi. Lakin bəhanə və

məzəmmətlərin zəhərli buxarları arasında canlı adamlarda sevgini nə krallıq, nə

də gözəllik qoruyub saxlaya bilər. Yevgeniya səsini qaldıra və gileylənə bilərdi:

“Hər şeydən bərk qorxduğum nə vardısa, mənim üstümə uçub töküldü”.

Yevgeniyanın üstünə uçub töküldü? O, bunu öz üstünə qısqanclığı və bəhanələri

ilə uçurub tökdü.

Sevgini dağıtmaq üçün iblislərin nə vaxtsa fikirləşib tapdıqları cəhənnəm

ixtiralarından ən məhvediciləri – qınamaq və məzəmmət etməkdir. Onlar səhvsiz

downloaded from KitabYurdu.org




təsir edir, kral gürzəsinin sancması kimi, onlar da həmişə məhv edir, həmişə

öldürür.


Qraf Lev Tolstoyun həyat yoldaşı bunu başa düşəndə artıq çox gec idi.

Ölümündən qabaq o, qızlarına etiraf etdi: “Sizin atanızın ölümündə günahkar

mənəm”. Qızları cavab vermirdilər. İkisi də ağlayırdı. Onlar bilirdilər ki, anaları

həqiqəti deyir. Onlar bilirdilər ki, atalarını o, öz əbədi şikayətləri, daimi tənqidi,

sonsuz bəhanələriylə öldürüb.

Ancaq bütün dəlillər deməyə əsas verir ki, qraf Tolstoy və onun həyat yoldaşı

xoşbəxt olmalı idilər.

O, bütün dövrlərin məşhur yazıçılarından idi. Onun iki şedevri: “Hərb və

sülh” və “Anna Karenina” əsərləri dünyanın ədəbiyyat xəzinəsində həmişə

parlayacaqdır.

Tolstoy o qədər məşhur idi ki, onun pərəstişkarları gündüz və gecə onun

ardınca düşürdülər və onun hər bir sözünü stenoqraflaşdırırdılar. Hətta o

deyəndə: “Gedim bir yatım”, onun sözləri yazılırdı. İndi rus hökuməti onun

yazdığı hər bir cümləni çap etdirir və onun əsərlərinin toplusu yüz cild təşkil

edir.

Şöhrətdən başqa, Tolstoyun və onun həyat yoldaşının var-dövləti, yüksək



sosial mövqeyi, uşaqları var idi. Heç bir nikah bu cür aydın, buludsuz səma

altında çiçəklənməmişdi. Başlanğıcda onların xoşbəxtliyinin kamil olduğu təsiri

bağışlanırdı, bəxtəvərlik həddən artıq böyük idi və uzun müddət davam edəcəyi

güman olunurdu. Onlar birlikdə diz çökür və Tanrıya dua edirdilər ki, bu

xoşbəxtlik ömürlərinin sonuna qədər tükənməsin.

Sonra heyrətli bir şey baş verdi. Tolstoy tədricən dəyişdi. O, tamamilə başqa

bir adam oldu. O, yazdığı kitablara görə xəcalət çəkməyə başladı və həmin

vaxtdan etibarən öz həyatını sülhə, müharibələrin dayandırılmasına və

yoxsulluğun məhv edilməsinə çağıran məqalələrin yazılmasına həsr etdi.

O, cavanlığında bir dəfə necə olmuşdusa, təsəvvür oluna biləcək istənilən

cinayəti, hətta qətl törətdiyini də etiraf edərək İsa Məsihin təliminin ardınca

getməyə çalışdı.

O, öz torpaqlarının hamısını paylamışdı və yoxsul adam kimi yaşayırdı. O,

əkin sahəsində işləyir, şumlayır, biçirdi. O, öz çəkmələrini təmir edir, öz otağını

süpürür, taxta qabdan yemək yeyir və öz düşmənlərini sevməyə çalışırdı.

Lev Tolstoyun həyatı faciəyə çevrildi və bu faciənin səbəbi onun evlənməsi

oldu. Onun həyat yoldaşı Tolstoyun nifrət etdiyi dəbdəbəni sevirdi. O, şöhrət və

alqışların yanğısını çəkirdi, Tolstoy üçün isə bütün bunlar heç bir əhəmiyyət kəsb

etməyən şeylər idi. O, pul və zinət əşyaları arzulayırdı, Tolstoy isə inanırdı ki,

var-dövlət və şəxsi mülkiyyət – günahdır. O, Tolstoyun öz müəlliflik

hüquqlarından təmənnasız olaraq imtina etmək istədiyinə görə uzun illər

ərzində qışqır-bağır salır, Tolstoya gün verib işıq vermir, onu boğaza yığırdı. O,

Tolstoyun öz kitabları müqabilində ala biləcəyi pulları tələb edirdi.

Tolstoy ona etiraz edəndə o, isterikalar qurur, ağzına içərisində tiryək olan

şüşə qab tutaraq döşəmədə yuvarlanır və and içirdi ki, özünü öldürəcək, quyuya

atacaqdır.

Onların həyatında, mənə belə gəlir ki, tarixdə ən patetik olan səhnələr baş

verirdi. Artıq dediyim kimi, öz ailə həyatlarının başlanğıcında onlar deyilməz

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə