Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə74/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   70   71   72   73   74   75   76   77   ...   208

vəfat edəndən sonra almışdı, lakin o hələ İcmalar Palatasının üzvü olanda kraliça

Viktoriyanı Meri Ennə zadəgan titulu verməyə inandıra bilmişdi. Və 1868-ci ildə

Meri Enn vikontessa Bikonsfild oldu.

Meri Enn bəzən cəmiyyət qarşısında axmaq və yüngüldüşüncəli təsir

bağışlasa da, Dizraeli onu tənqid etmirdi. O, bir kəlmə də olsun danlaq sözü

işlətmirdi və əgər kimsə qadını lağa qoymağa cürət edərdisə, Dizraeli hiddətlə

onun müdafiəsinə atılırdı.

Dizraeli heç vaxt gizlətməzdi ki, Meri Enn onun üçün dünyada hər şeydən

qiymətlidir. Nəticəsi? “Onun mənə göstərdiyi münasibət sayəsində, – deyirdi

Meri Enn, – mənim həyatım özü ilə yalnız aramsız xoşbəxtlik lenti təcəssüm

etdirirdi”.

Bəzən elə olurdu ki, onlar öz aralarında zarafat edirdilər:

“Bilirsən, mən necə olmasa da, səninlə yalnız pullarına görə evlənmişəm”, –

deyirdi Dizraeli. Və Meri Enn gülümsəyərək cavab verirdi: “Hə, ancaq sən əgər

bunu yenə də etməli olsaydın, sən mənimlə sevgi-məhəbbətə görə evlənərdin,

doğru deyilmi?”

Və o etiraf edirdi ki, bu, həqiqətən də, elədir.

Henri Ceyn dediyi kimi: “İnsanlarla ünsiyyətdə mənimsəmək zəruri olan

birinci şey – bu, onlara öz ləzzətləri üçün yaşamağa mane olmamaqdır, çünki

onlar buna adət ediblər, əlbəttə, əgər həmin adətlər sizin vərdişlərinizlə

həddindən artıq kəskin ziddiyyətə girmirsə”.

Bu, o qədər vacibdir ki, Henri Ceynin dediklərini təkrar etmək istəyirəm:

“İnsanlarla ünsiyyətdə mənimsəmək zəruri olan birinci şey – bu, onlara öz

ləzzətləri üçün yaşamağa mane olmamaqdır, çünki onlar buna adət ediblər,

əlbəttə, əgər həmin adətlər sizin vərdişlərinizlə həddindən artıq kəskin

ziddiyyətə girmirsə”.

Yaxud Liland Forster Vudun yazdığı “Ailədə tərbiyə” kitabında qeyd etdiyi

kimi: “Nikahda uğur üçün uyğun partnyor tapasan, həm də gərək özün uyğun

partnyor olasan”.

Buna görə də əgər xoşbəxt ailə həyatı istəsəniz, 2-ci qaydanı tətbiq edin:

Öz partnyorunuzun başqa cür olmasına çalışmayın.

Üçüncü fəsil

Belə hərəkət edin və siz

Renoya gedən qatarların

hərəkət cədvəlinə nifrət edəcəksiniz

Dizraelinin ictimai həyatda əsas rəqibi dahi Qladston idi. Britaniya

imperiyasında mübahisəli bir şey belə yox idi ki, ona münasibətdə onların

baxışları bir-birindən ayrılmış olmasın. Lakin bir şeydə onlar eyni idilər: hər ikisi

uzun xoşbəxt ailə həyatı yaşamışdılar; Uilyam və Ketrin Qladston birlikdə 59 il

yaşadılar. Sadiqlik və inam çələngi ilə əhatə olunmuş, demək olar, altı onillik.

Bunu özümə təsəvvür etmək mənə xoşdur ki, ən görkəmli ingilis baş

nazirlərindən biri olan Qladston arvadını qucaqlayaraq, onunla kaminin

qabağına döşənmiş xalçanın üstündə rəqs edə-edə zümzümə edir:

“Cır-cındır içində ər və çirkin həyat yoldaşı,

Bütün ömrümüzü rəqs və bikarçılıqla keçirəcəyik birlikdə”.

downloaded from KitabYurdu.org




Parlamentdə təhlükəli rəqib olan Qladston öz evində heç vaxt heç kimi

mühakimə etməzdi. O, sübh vaxtı səhər yeməyinə düşəndə və öz ailəsinin qalan

üzvlərinin hələ yatdığını görəndə öz gileyini çox yumşaq şəkildə ifadə edirdi. O,

səsini azacıq qaldırırdı və evi “İngiltərədə bir nəfər səhər yeməyini tənhalıqda

gözləyir” mahnısının sədaları bürüyürdü. Başqalarına münasibətdə diqqətli,

diplomatik Qladston öz evində tənqid etməklə məşğul olmağı özünə heç vaxt

rəva görməzdi.

Möhtəşəm Yekaterina da eynilə bu cür hərəkət edirdi. Yekaterina nə vaxtsa

mövcud olan ən geniş imperiyanı idarə edirdi. Milyonlarla təbəəsinin həyatı və

ölümü onun hökmündən asılı idi. Siyasətdə o, tez-tez qəddar olurdu, mənasız

müharibələr başlayırdı, özünün onlarla düşməninə edam hökmü çıxarırdı, lakin

əgər aşpaz əti yandırardısa, heç nə deməzdi. O gülümsəyər və o qədər şikayətsiz

yeyərdi ki, bu, bir çox amerikalı ərə ibrət üçün gözəl nümunə ola bilərdi.

Doroti Diks – bədbəxt nikahların səbəbləri məsələsində Amerikada ən

yüksək nüfuz sahibi bildirir ki, bütün nikahların 50%-i bu cürdür. O bildirir ki,

belə çox sayda kitab arzularının Reno qayalarına çırpılıb dağılmasının

səbəblərindən biri – tənqid, bəhrəsiz tənqid, ürəkləri dağıdan tənqiddir”.

Buna görə də, əgər siz xoşbəxt ailə həyatınızı qoruyub saxlamaq

istəyirsinizsə, 3-cü qaydaya riayət edin:

Tənqid etməyin!

Dördüncü fəsil

Hər kəsi xoşbəxt etməyin

sürətli üsulu

“Kişilərin əksəriyyəti evlənməyə hazırlaşarkən, – deyə Ailə Münasibətləri

İnstitutunun direktoru Pol Poupnou bildirir, – həmfikir yox, cazibəli, onun

heysiyyətini həvəslə mədh edən və öz üstünlüklərini hiss etməyə ona imkan

verən qadın axtarır”.

Belə də ola bilər ki, rəhbər vəzifə tutan qadını lençə dəvət etmiş olsunlar.

Lakin əgər o, stolun arxasında özünün “Müasir fəlsəfənin əsas cərəyanları

haqqında” universitet kursunun qartımış qalıqlarını döşəməyə başlayacaqsa və

üstəlik də öz pulunu özünün verəcəyində təkid edəcəksə, onda əmin edirəm ki,

nəticə bir olacaq: sonra o artıq təklikdə səhər yeməyi yeməli olacaqdır.

Vacibdir ki, kişi qadının yaxşı görünmək və yaxşı geyinmək səylərini

lazımınca qiymətləndirmiş olsun. Kişilər bunu həmişə unudurlar. Əgər onlar

geyimin qadını nə qədər dərindən maraqlandırdığını, ümumiyyətlə, bilirlərsə.

Belə ki, əgər kişi və qadın şam yeməyində başqa bir cütlüyü görürlərsə, qadın

onlara rast gələn kişiyə nadir hallarda baxır. O, adətən, o biri qadının necə

geyindiyinə göz gəzdirir.

Qəzetlərdən kəsib saxladıqlarımın arasında bir əhvalat vardır. Mən bilirdim

ki, bu əhvalat, əslində, heç vaxt olmayıb. Lakin o, həqiqəti aşkar edir və buna görə

də mən onu burada diqqətinizə çatdıracağam.

Həmin axmaq əhvalata görə bir kəndli qadın ağır iş gününün sonunda ərinin

qabağına stolun üstünə bir qucaq saman qoyur. Və çaşqınlıq içində olan əri onun

dəli olub-olmadığını soruşanda cavab verir: “Mən nə biləydim ki, sən bunu

görəcəksən? Artıq iyirmi ildir ki, mən səni yedizdirirəm və indiyə qədər səndən

bir dəfə də olsun eşitməmişəm ki, yediyin saman deyil”.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə