Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə75/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   71   72   73   74   75   76   77   78   ...   208

Beləliklə, əgər siz xoşbəxt ailə həyatınızı qoruyub saxlamaq istəyirsinizsə, ən

vacib qaydalardan birində deyilir:

Səmimi-qəlbdən minnətdar olun!

Beşinci fəsil

Onlar qadın üçün elə böyük

əhəmiyyət kəsb edir ki

Güllər hələ qədim vaxtlardan sevgi-məhəbbətin dili olub. Onların qiyməti

baha deyil, ələlxüsus da mövsüm çağında. Çox vaxt onu hər tində satırlar. Lakin

kişilərin əksəriyyətinin evə nadir hallarda nərgiz buketi gətirdiklərinə baxsaq,

belə başa düşmək olar ki, onlar orxideyalar kimi bahalıdır, yaxud onlar

edelveyslər kimi çətin tapılır.

Həyat yoldaşınıza bir neçə gül gətirmək üçün onun xəstəxanaya düşməsini

gözləmək nəyə lazım? Bir neçə qızılgülü ona niyə də sabah axşam

gətirməyəsiniz? Siz eksperimentləri sevirsiniz? Cəhd edin. Baxaq görək nə

alınacaq.

Qadınlar doğum günlərinə və digər ildönümlərinə çox böyük əhəmiyyət

verirlər. Niyə? Bu, əbədiyyətə qədər qadın sirlərindən biri kimi qalacaqdır. Sıravi

kişi bir çox əlamətdar tarixləri yadda saxlamadan ömrünü pis-yaxşı keçə bilər,

lakin bir neçə tamamilə zəruri olan günlər vardır: 1442-ci il (Kolumbun

Amerikanı kəşf etdiyi il), 1776-cı il (Amerika Birləşmiş Ştatlarının dövlət

müstəqilliyinin elan edildiyi il), həyat yoldaşının doğulduğu il, öz toyunun ili və

günü. Bərkə düşəndə ilk iki tarixsiz də ötüşmək olar, ancaq axırıncı iki tarixi

bilmədən keçinmək qeyri-mümkündür.

Boşanma ilə bağlı 40000 məhkəmə işinə baxmış və 2000 ailə cütlüyünü

barışdıra bilmiş Çikaqodan olan hakim Cozef Sabbat deyir:

“Ailə faciələrinin əksəriyyətinin kökündə gündəlik həyatın xırda məsələləri

durur. Ər işə gedəndə əl yellədərək sağollaşmaq kimi adi bir şey bir çox

boşanmaların qarşısını ala bilərdi”.

Bu gündəlik diqqət əlamətlərinin əhəmiyyətini kişilərin bir çoxu düzgün

qiymətləndirmir.

Əvvəl-axır – nikah adiləşmiş epizodlar sırasıdır. Və buna lazımınca diqqət

yetirməyən ailə cütlüyünün vay halına. Edna Sen Vinsent Mille bunun məğzini iki

sətirdə bildirmişdir:

“Günlərimi qaraldan sevginin getməsi deyil ,

Onun boş şeylərə görə getməsidir”.

Beləliklə, əgər siz xoşbəxt ailə həyatınızı qoruyub saxlamaq istəyirsinizsə, 5-

ci qaydanı tətbiq edin:

Azacıq diqqət göstərin!

Altıncı fəsil

Əgər siz xoşbəxt olmaq istəyirsinizsə, buna saymazyana yanaşmayın

Ən böyük natiqlərdən biri Uolter Demorş prezidentliyə iki dəfə namizəd

olmuş Ceyms C.Bleykin qızı ilə evlənib. Onlar çox illər bundan əvvəl Endrü

Karneginin evində, Şotlandiyada görüşmüşdülər və o vaxtdan istisnasız olaraq

xoşbəxt yaşayırlar.

Sirri nədədir?

downloaded from KitabYurdu.org




“Partnyoru seçəndən sonra vacibliyinə görə növbəti yerdə, – deyir xanım

Demorş, – nikaha daxil olandan sonra nəzakətli olmağın durduğunu hesab

edərdim. Cavan həyat yoldaşları öz ərlərinə münasibətdə kənar şəxslərə olduğu

kimi nəzakətli olaydılar!

Deyingən dildən istənilən kişi qaçardı.

Kobudluq – bu, sevgini gəmirən xərçəngdir. Bunu hər kəs bilir, bununla belə,

yaxşı məlumdur ki, biz yadlarla öz qohumlarımızla olduğundan qat-qat çox

nəzakətli oluruq.

Nə qədər qəribə olsa da, bizə alçaq sözlər deyən yeganə adamlar – bizim öz

ailəmizin üzvləridir”.

Nəzakət ailə həyatı üçün mühərrikə yağ lazım olan qədər vacibdir.

Alıcıya artıq-əskik söz deməyi özünə rəva görməyən bir çox adam öz həyat

yoldaşının üstünə heç düşünüb-daşınmadan çımxırır. Axı onların şəxsi

xoşbəxtlikləri üçün evlilik biznesdən qat-qat həyati əhəmiyyət kəsb edir. Kişinin

ailə ocağının qorunub saxlanması üçün qadın qədər niyə səy göstərmədiyini heç

bir adam başa düşə bilməz.

Hər bir kişi bilir ki, nəvazişlə o, öz arvadından istədiyi hər şeyə nail ola bilər

və bunun müqabilində qadın heç nə tələb etməz. Kişi bunu da bilir ki, qadının ev

təsərrüfatını necə yaxşı idarə etdiyi və ona necə yaxşı kömək etməsi ilə bağlı bir

neçə ucuz kompliment demiş olsa, qadın hər sentə qənaət edər. Hər bir kişi bilir

ki, o, arvadına keçənilki paltarda necə yaxşı göründüyünü və həmin paltarın ona

necə yaraşdığını demiş olsa, onda həyat yoldaşı həmin paltarı Parisin ən son

dəbli paltarına belə dəyişməz.

Beləliklə, əgər siz xoşbəxt ailə həyatınızı qoruyub saxlamaq istəyirsinizsə, 6-

cı qaydadan istifadə edin:

Nəzakətli olun!

Yeddinci fəsil

Nikah həyatında cahil olmayın

Sosial Gigiyena Bürosunun baş katibi Ketrin Bimenq Devis bir dəfə min nəfər

ərdə olan qadını bir sıra intim suallara açıq cavab verməyə inandıraraq anket

sorğusu keçirmişdi. Doktor Devis min nəfər ərdə olan qadının cavabını

oxuduqdan sonra tərəddüd etmədən bildirmişdi ki, onun əmin olduğu kimi, ABŞ-

da boşanmaların əsas səbəblərindən biri fiziki uyğunsuzluqdur.

Doktor Pol Popnou ailə həyatı üzrə ən nüfuzlu amerikalı mütəxəssislərdən

biridir. O, Ailə Münasibətləri İnstitutunun başçısı olaraq minlərlə nikah ilə bağlı

minlərlə cavabı nəzərdən keçirir. O hesab edir ki, nikahda uğursuzluqlar aşağıda

göstərilən dörd səbəbdən birinə görə baş verir. O, həmin səbəbləri bax bu

ardıcıllıqla sadalayır:

1. Seksual uyuşmazlıq.

2. Asudə vaxtı necə keçirməklə bağlı fikir ayrılıqları.

3. Maliyyə çətinlikləri.

4. Əqli, fiziki, yaxud emosional qeyri-normallıqlar.

Diqqət yetirin ki, birinci yerdə seks durur. Və nə qədər qəribə olsa da, pul

çətinlikləri yalnız üçüncü yerdədir.

Boşanmaların öyrənilməsi üzrə nüfuzlu mütəxəssislərin hamısı bununla

razılaşır ki, seksual uyğunluq mütləq şəkildə zəruridir. Baxın, bir neçə il əvvəl

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə