Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə76/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   72   73   74   75   76   77   78   79   ...   208

hakim – ailə işləri üzrə məhkəmənin hakimi Hoffman nə bildirmişdir: “On

boşanmadan doqquzu seksual çətinliklərdən meydana çıxmışdır”.

“Seks, – deyir doktor Batterfild, – ailə həyatında qane edilən tələbatlardan

yalnız biridir, lakin əgər seksual münasibətlər qaydasında deyilsə, qalan heç nə

qaydasında olmayacaqdır”. Sentimental gizlinlik ailə həyatının bütün

aspektlərinin obyektiv və qərəzsiz müzakirə etmək bacarığı ilə əvəz olunmalıdır.

Və bu bacarığa yiyələnmək üçün biliklə, yaxud zövqlə yazılmış kitabın

köməyindən yaxşı üsul yoxdur.

Əldə etmək mümkün olan kitablar arasında geniş publika üçün ən

məqsədəuyğun olanlar, mənə belə gəlir ki, aşağıdakı üç kitabdır:

“Nikahda seksual texnika”, müəllif Maks Eksner və b.

“Nikahda seksual amil”, müəllif Elen Bayt.

“Nikahın seksual tərəfi”, müəllif İzabella İ.Nyuton.

Beləliklə, ailə həyatınızı daha xoşbəxt etmək üçün qayda 7-ni tətbiq edin:

Nikahın seksual tərəfindən bəhs edən yaxşı bir kitab oxuyun.

Xülasə


Öz ailə həyatınızı daha xoşbəxt etmək üçün yeddi qayda:

Qayda 1. Heç bir halda bəhanə axtarmayın!!!

Qayda 2. Öz partnyorunuzun başqa cür olmasına çalışmayın.

Qayda 3. Tənqid etməyin.

Qayda 4. Səmimi-qəlbdən minnətdar olun.

Qayda 5. Azacıq diqqət göstərin.

Qayda 6. Nəzakətli olun.

Qayda 7. Nikahın seksual tərəfindən bəhs edən yaxşı bir kitab oxuyun.

Ərlər üçün

“Ameriken meqezin” jurnalının 1938-ci il buraxılışında Emmeta Krozyenin

“Nikahlar nəyə görə baş tutmur?” məqaləsi dərc edilmişdi. Biz həmin məqalədəki

sualların siyahısını bu kitabın oxucularına da təqdim edirik.

1. Öz həyat yoldaşınıza pərəstiş edirsinizmi, bəzən ona gül təqdim

edirsinizmi və bununla bahəm, diqqət, nəvaziş göstərirsinizmi?

2. Həyat yoldaşınızı başqalarının yanında tənqid etməyin – siz bu qaydaya

həmişə riayət edirsinizmi?

3. Siz həyat yoldaşınıza ev təsərrüfatının idarə olunması üçün olan vəsaitdən

başqa, onun tam həcmdə özünə xərcləyə biləcəyi pulu verirsinizmi?

4. Öz asudə vaxtınızın heç olmasa yarısını öz həyat yoldaşınızla ke-

çirirsinizmi?

5. Siz öz tərəfinizdən qısqanclıq gileyləri etmədən həyat yoldaşınıza başqa

kişilərlə rəqs etməyə, yaxud onlardan dostluq diqqəti qəbul etməyə icazə -

verirsinizmi?

6. Onu tərifləmək və öz heyranlığınızı ifadə etmək üçün yerinə düşən

hallardan istifadə edirsinizmi?

Həyat yoldaşları üçün

1. Siz öz ərinizə onun xidməti işlərində tam azadlıq verirsinizmi, onun

həmkarlarını tənqid etməkdən özünüzü saxlayırsınızmı və s.?

2. Siz ev ocağını maraqlı və cəlbedici etmək üçün səy göstərirsinizmi?

3. Siz nahar menyusunu dəyişirsinizmi?

downloaded from KitabYurdu.org



4. Siz ərinizin işləri ilə bağlı o qədər təfərrüatlı təsəvvürə maliksinizmi ki,

bunu onunla fayda gətirəcək şəkildə edəsiniz?

5. Siz ərinizi yol verdiyi səhvlərə görə tənqid etmədən pul çətinliklərini

mərdliklə və mısmırıqsız qarşılaya bilirsinizmi?

6. Siz ərinizin sevdiyi və ya sevmədiyi geyimlərə, rənglərə və stilə diqqət

yetirirsinizmi?

7. Ərinizin boş vaxtlarını bölüşmək üçün onun sevdiyi oyunları öyrənmək

əziyyətinə qatlaşmağı özünüzə rəva görürsünüzmü?

8. Ərinizin intellektual maraqlarını bölüşmək üçün xəbərləri, yeni kitabları,

yeni ideyaları izləyirsinizmi?



KÜTLƏVİ NİTQLƏRDƏ ÖZÜNƏ İNAMI NECƏ YARATMALI

VƏ İNSANLARA NECƏ TƏSİR ETMƏLİ

Birinci fəsil

Özündə cəsarət və inam hissini necə inkişaf etdirməli

1912-ci ildən beş yüz min nəfərdən çox kişi və qadın mənim metodumun

tətbiq olunduğu natiqlik sənəti kurslarının dinləyicisi olub. Onlardan çoxu bu

fənni nə üçün öyrənməyə başladıqlarını və məşğələlərin nəticəsində nəyə nail

olmaq istədiklərini yazılı formada bildirib. Hər kəs fikirlərini, aydın məsələdir ki,

özünə xas olan şəkildə qələmə alır; lakin məktub müəlliflərinin böyük əksəriy-

yətinin can atdığı, duyduğu əsas tələbat heyrətamiz surətdə üst-üstə düşür.

“Mən ayağa qalxıb danışmalı olanda, – deyə korrespondentlərimdən biri

yazır, – özümü o qədər buxovlanmış hiss edir, o qədər həyəcanlanıram ki, aydın

düşünmək iqtidarında olmuram, diqqətimi cəmləyə bilmirəm, nə deməyi

nəzərdə tutduğumu yaddan çıxarıram. Mən auditoriya qarşısında çıxış edərkən

özümə inam, sakitlik və düşünmək qabiliyyəti əldə etmək istəyirəm. Mən öz

fikirlərimi məntiqi ardıcıllıqla şərh etmək, işgüzar sferada, yaxud klubda və

auditoriya qarşısında aydın, inandırıcı şəkildə danışmaq bacarığına yiyələnmək

istəyirəm”.

Minlərlə adamın bildirdikləri, demək olar, eyni səciyyə daşıyır. Konkret bir

nümunə gətirim.

Bir neçə il əvvəl bir centlmen (onu burada D.U.Cent adlandıracağam) mənim

Filadelfiyada natiqlik sənəti kurslarımın dinləyicisi oldu. Məşğələlər başlayandan

bir qədər sonra o, məni sənayeçilər klubunda səhər yeməyinə dəvət elədi. O artıq

cavan olmayan, həmişə fəal həyat tərzi sürən şəxs idi: öz müəssisəsinə rəhbərlik

edir, dini icmanın həyatında aparıcı rol oynayır, həmçinin də ictimai fəaliyyətlə

məşğul olurdu. Həmin gün onunla stol arxasında oturanda o, mənə tərəf əyildi və

dedi:


downloaded from KitabYurdu.org


– Mənə müxtəlif toplantılarda dəfələrlə çıxış etmək təklif olunub, amma heç

vaxt bunu edə bilməmişəm; mən elə həyəcanlanmağa başlayıram ki, başımda

tamamilə boşluq yaranır və buna görə də bütün ömrüm boyu ictimaiyyət

qarşısında çıxış etməkdən yayınmışam. Lakin indi, mən kollecin himayədarları

şurasının sədri olandan sonra şuranın iclaslarında sədrlik etməliyəm və mənə nə

isə danışmaq, sadəcə olaraq, zəruridir... Siz necə fikirləşirsiniz, mən bu sinnimdə

çıxış etməyi öyrənə biləcəyəmmi?

– Siz bunu bacaracaqsınız, cənab Cent, – deyə mən cavab verdim.

– Buna heç bir şübhə yoxdur. Mən bilirəm ki, siz bunu bacaracaqsınız və bilirəm

ki, siz bunu öyrənəcəksiniz, bircə əgər öz üzərinizdə təcrübə aparsanız, eləcə də

mənim göstərişlərimə və məsləhətlərimə riayət etsəniz.

O, mənə inanmaq istəyərdi, ancaq perspektiv ona həddindən artıq sevincli,

həddən artıq nikbin görünürdü.

– Qorxuram ki, siz bunu təkcə lütfkarlığınızdan belə deyəsiniz, – deyə o

cavab verdi. – Siz yalnız məni buna sövq etməyə razı salmağa çalışırsınız.

Cənab Cent hazırlıq kursunu qurtarandan sonra müəyyən vaxt aramızda

əlaqəni itirdik. Bir qədər üstündən keçəndən sonra biz yenə görüşdük və yenə də

birlikdə Sənayeçilər klubunda səhər yeməyi yedik. Biz keçən dəfə olduğu kimi elə

həmin küncdə, elə həmin stolun arxasında əyləşmişdik. Mən ona bizim

söhbətimizi xatırlatdım və o vaxt həqiqətənmi həddən ziyadə nikbinlik büruzə

verdiyimi soruşdum. O, cibindən qırmızı cildli qeyd kitabçası çıxartdı və

ictimaiyyət qarşısında çıxış etməli olduğu görüşləri, onların təyin olunduğu

tarixləri mənə göstərdi.

– Çıxış eləmək qabiliyyəti, bu vaxt keçirdiyim məmnunluq hissi, mənim

cəmiyyətə gətirə biləcəyim əlavə fayda – bütün bunlar mənim həyatımın ən

sevincli təzahürləri sırasına daxildir.

Bundan bir qədər əvvəl Vaşinqtonda tərk-silah məsələləri ilə bağlı mühüm

konfrans baş tutmuşdu. İngiltərənin baş nazirinin bu görüşdə iştirak etmək

niyyətinin olduğu məlum olanda filadelfiyalı baptistlər öz şəhərlərində

keçirilməsi qərara alınan kütləvi mitinqdə çıxış etmək dəvəti ilə ona teleqram

göndərmişdilər. Və cənab Cent mənə xəbər verdi ki, İngiltərənin baş nazirinin

auditoriyasını təmsil etməyi şəhərin bütün baptistləri arasında məhz ondan

xahiş etmişdilər.

Və bu həmin adam idi ki, üç il əvvəl elə bu stolun arxasında mənim qarşımda

əyləşmişdi və özünün nə vaxtsa ictimaiyyət qarşısında çıxış etməyi öyrənə bilib-

bilməyəcəyini məndən qəmli-qəmli soruşurdu.

Onun çıxış etmək qabiliyyətinə belə sürətlə yiyələnməsi qeyri-adi hal idimi?

Heç də yox. Eynilə bu cür yüzlərlə nümunə müşahidə olunub. Onlardan yalnız

birini göstərim.

Bir neçə il əvvəl bir bruklinli həkim – onu doktor Kertis adlandıraq – qışı

Floridada, “Giqantlar” beysbol komandasının məşq meydançasının yaxınlığında

keçirmişdi; o, tez-tez onların məşqlərinə baxmağa gedirdi.

O, tezliklə komanda ilə dostlaşdı və onu bu dostluğun şərəfinə verilən

banketə dəvət etdilər.

Qəhvə və ləpə veriləndən sonra fəxri qonaqların bəzilərindən “bir neçə söz

demək” xahiş olundu. Və tamamilə gözlənilmədən:

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə